Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə108/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   104   105   106   107   108   109   110   111   ...   147

 

371 


Çatmır dılqır bir danaya 

Nərildəyə, nərildəyə. 

 

Meymuna bax girib cəngə, 



Meydan oxuyur pələngə. 

Siracı gətirib təngə, 

Uzunqulaq hərin hökmü.   

 

Yoxdur 

(Qıfılbənd) 

 

Bir meşədə iki ağac boy atmış, 

Gördüm budağında yarpağı yoxdur. 

Çəmənzar təpədən göyərib qalxmış 

Nədəndir kökündə torpağı yoxdur? 

 

Hansı kəslər bu ağacı görübdür, 



Onun kökü dayaz yerə giribdir. 

Yarpaqsız, hər yana budaq veribdi 

Üstündə meyvəsi, saplağı yoxdur. 

 

Dibində çəməni heç vaxt qurumaz, 



Ya göy deyil, ya saralıb çürüməz, 

Onun otu mal-qaraya yaramaz, 

İnsan olan yerdə oylağı yoxdur. 

 

Sirac özü heyran qalıb bu sirə, 



Çoxlarını salıb dərin fikirə. 

Bitəndə meyvəsi tökülür yerə 

Nə kamil bağbanı, nə bağı yoxdur.   

 



 

372 


Zoğal 

(Müxəmməs.“Kəmsavad və Sirac” 

dastanından parça) 

 

Zaqatala bağlarından de gəlmisən hara zoğal, 

Qiymətin bir neçə dəllal saldı ixtisarə, zoğal, 

Uğrunda cəfa çəkəni qoymusan avarə, zoğal. 

Baş çəkib Gəncə şəhrinə çıxmısan bazara, zoğal, 

Taleyin çox bəd gətirdi, ay iqbalı qarə zoğal. 

Bilmirəm niyə gətiriblər Gəncəyə sən bəxtəvəri, 

Ağdaşı, Yevlağı qoyub addamısan Kürdən bəri. 

Mingəçevirdə, Tərtərdə olmadımı bir müştəri? 

Ya keçib Qavırqannıxdan gedəydin Eldarə zoğal,  

Bəzən molla deyir guya kökündə cin, şeytan yatır, 

Odur ki, düşür böhtana hər kim ki, səni alır, satır, 

Dindirirsən Kəmsavadı qışqırır ki, mayam batır, 

Tərgiyifdi alverim cırır, pozur, cırır atır, 

Sağlığına yüz dəftəri edib parə-parə, zoğal. 

Bilsə şəkili Ələsgər əməlin olacaq saxta, 

Gətirməzdi bu mahala aparıb satardı Qaxda. 

Çox sağ olsun qız-gəlinlər, qisas alıblar bu haqda, 

Sıxçalayıf tumun çəkib duz da səpib edib axta. 

Qurudub qızmar günəşdə vururlar anbara, zoğal. 

Mürəbbədə yox əvəzin, sədan düşübdü cahana, 

Pürrəngli çayla içəndə ləzzət verirsən dahana, 

Simavarın yanında sən əyləşmisən ağayana, 

Bu da deyil öz hünərin çox da olma yekəxana,   

Şəkərdir üzün ağardan, lap açıq-aşkarə, zoğal. 

Layisqılı aşıq Sirac istəmədi iş uzana, 

Aravuran, çuğul şeytan fitnə verdi yol azana, 

Necə ________ dedi lənət olsun həcv yazana, 

Ustad gərək el içində hörmətinən ad qazana, 

Çox dedilər bir qanmaza, heç gəlmədi karə, zoğal. 

       



 

373 


Olsa 

 

Göydən nur yağarsa qara torpağa, 

Bol olar sərvəti çöl kömək olsa 

Bağbanlar ziynəti yaz verər bağa 

Bülbül nalə çəkməz gül kömək olsa. 

 

Qul edib sərvətə satan cananı, 



Bil ki, ləkələyir pak vicdanını. 

Hər bir insan tapar, yeyər nanını, 

Canda qeyrət olub əl kömək olsa. 

 

Haqq verməsə bəndə nahaqq gəzməsin, 



Əyri gedib, doğru yolun azmasın. 

Xeyir-bərəkətin Xaliq üzməsin 

Sənətkar dolanar el kömək olsa. 

 

Namərdə qaydadır özünü öyər, 



Mərdi qəm qocaldıb qəddini əyər. 

Üz döndərməz, hamı sənə can deyər 

Əldə varın olub, pul kömək olsa. 

 

Sirac yazıb-yarat, düşmə həvəsdən, 



Kənar dolan ara vuran nakəsdən. 

Yüz yaşasan qorxun olmaz bir kəsdən 

Böhtan danışmasan, dil kömək olsa.    

 

Dolandırır 

 

Kim desə fələklə dostam, a dostlar, 



O kimsə əqlini çaş dolandırır. 

Qalıb ürəyimdə şirin arzular, 

Axıdır didəmdən yaş dolandırır. 

 

Çox bəlalar çəkdim bu az yaşımda, 



Şəkər töksən zəhər olur aşım da. 


 

374 


Ellər, bilin, fələk mənim başımda,  

Bir kotan əkməyib, xış dolandırır. 

 

Su üçün gedirəm quruyur Kür də, 



Dəyişib əlimdə tuc olur zər də. 

Mərdə dost deyirəm, dönür namərdə, 

Edir baharımı qış dolandırır. 

 

Bel bağlama Sirac, fələyə çox da, 



Onun hər dostluğu saxtadır saxta. 

Tac qoyub başına çıxarır taxta, 

Gədanı hamıdan baş dolandırır. 

     


 

Əlfinaz 

(Qoşayarpaq) 

 

Gəldim kəndinizə, mehmanam sizə, 

Oldum o qaş gözə heyran Əlfinaz. 

Sən həmdəm ol bizə, gəl çıxaq düzə,  

Edək gəzə-gəzə seyran, Əlfinaz. 

 

Qaməti minasan, çeşmi rənasan, 



Od tutub yanasan, məni qınasan. 

Dərdimi qanasan, sən bir sonasan, 

Aşiqin sanasan tərlan, Əlfinaz 

 

Kamalda əlasan, göyçək balasan, 



Mərhəmət qılasan, könlüm alasan. 

Yanımda qalasan, yarım olasan, 

Dərdimə bulasan dərman, Əlfinaz 

 

Baxçalar barısan, şirin narısan, 



Dağların qarısan, dost nübarısan. 

 



 

375 


De kimin yarısan, sitəmkarısan? 

Ovçu şikarısan, ceyran Əlfinaz. 

 

Siracdır yaralı, könlü paralı, 



Dərdindən saralı, gəzmə aralı. 

Cismini nar alı, Güllük maralı, 

Qoy bilsin bu halı, hər yan Əlfinaz. 

 

Gələrsən 

 

Canan mənə bu görüşdə söylədi, 



Sən get adam sayılanda gələrsən. 

Acı dillə çox məzəmmət eylədi, 

Qəm-hicrandan doyulanda gələrsən. 

 

Sordu niyə düşgünüsən şərabın, 



Son zamanlar yaman çıxıb xarabın. 

Nahaq yerə tökmə çeşmi sirabın, 

Bağrın başı oyulanda gələrsən. 

 

Çox yalvardım hədsiz çəkdim dad-aman, 



Əlif qəddim gəl eyləmə sən kaman. 

Əmr verdi gəlib getmə hər zaman, 

Arada şərt qoyulanda gələrsən. 

 

Bir eşitsəm dilinin xoş sədasın, 



Dedim allam gözlərinin qadasın. 

Gördü hədsiz içmişəm qəm badəsin, 

Dedi çıx get, ayılanda gələrsən. 

 

Tale səndən üz döndərib, ay Sirac, 



Bivəfa yar etmir dərdə bir əlac. 

Gül üzünə dedi: hələ qal möhtac, 

Xoş mərhəmət duyulanda gələrsən.   



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə