Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə110/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   106   107   108   109   110   111   112   113   ...   147

 

381 


Nə müddətdi tay-tuşundan, 

Gəzirsən iraqda qaşıq. 

Qab-qacaqdan çıxdaş olub, 

Qalmısan qıraqda qaşıq. 

Əvəzinə dəmir-dümür, 

Dırmaşıbdı taxta, qaşıq. 

Ovçu həkim açdı sənin, 

Bazarını, toxta, qaşıq. 

Yumşaldı bir evdəsə də, 

Baxtındakı şaxta qaşıq. 

 

  

* * * 



Yaratdı çömçə, kəfkirlə, 

Ulu ata-baba səni. 

“Bismillah”la ələ alıb, 

Salardılar qaba səni. 

Dövran döndü, əvəz etdi, 

Pıçaq, çəngəl, yaba səni. 

Yaşatdı yüz iz içində, 

Yenə bu el, oba səni. 

Bu bazarda bu arşına, 

Döz hələlik toxta, qaşıq. 

 

   


* * * 

Adamlar var gahdan sağa, 

Gahdan sola meyillənən. 

On beş yolun ayrıcında, 

Neçə yola meyillənən. 

Öz aşına dodaq büzüb, 

Özgə yala meyillənən. 

Müvəqqəti bər-bəzəyə, 

Cah-cəlala meyillənən. 

Bir ətək pul para verib, 

Xrustala meyillənən. 



 

382 


On, on beş də sənə verib, 

Qoysun bir bucaqda qaşıq. 

 

   


* * * 

60 ildir qəlbimiz daş,  

Qaşığımız dəmir olub. 

Dəyirman kübrə üyüdür, 

Çörəyimiz xəmir olub. 

Məclislərdə çəngəl-pıçaq, 

Mənasız səs-səmir olub. 

Gəlmə tutub yerimizi, 

“Tovarişlə, əmir” olub. 

Ağzımıza Cilov vurub,  

Başımıza noxta, qaşıq. 

 

   



* * * 

Qəm çəkmə səni saymayan, 

Özü sayılmaza görə. 

Çanağını bəyənməyən, 

Tısbağada naza görə. 

Sabir demiş top atsan da, 

Qanmaz, ayılmaza görə. 

Yüz qaynar qazana baş vur, 

Qədir bilən aza görə. 

Zər qədrini zərgər bilər, 

Qıyar az da, çox da, qaşıq. 

 

   



   

* * * 


Nə biləydik ədalətə, 

Ağıl yox, güc zor baxacaq. 

Beçə balın divanına, 

Ayran oğlu şor baxacaq. 

Keçmişinə xor baxanlar,  

Gələcəyə kor baxacaq. 




 

383 


Qozbelin düzəlməyinə, 

Bəsdi, dedik “gor baxacaq”. 

Gor baxınca gəl biz baxaq, 

Edək onu axta qaşıq. 

 

  

* * * 



Köçəri də son qoyacaq, 

Yersiz gəldi, yerli “qaç” a. 

“Qeyrət” deyən qeyrətsizlər, 

Qoymayaq ki, ayaq aça. 

Bir armud tapmadı Əli, 

Qaldı fısdıq quca-quca. 

Ovçu səni dişləməsin, 

İnsaflı olsun balaca. 

Arzumdur düşəsən dəbə, 

Hər ev, hər otaqda qaşıq 

Taxta qaşıq, taxta qaşıq.  

 

Nəhayət,  mənim  vəziyyətimi  nəzərə  alan  Əli  Ovçu  həkimin 



qaşığını yaratdı. Birini bir dəst elədi. Mən tez Niyaziyə xəbər yol-

ladım və yanına getdim ki, 

 

Ay Niyazi, dostlara de, cəm olsun; 



Bu gün verək qaşığını doxturun. 

Neçə aydı guya yemir, qaytaraq, 

Gözlərinin işığını doxturun. 

 

 



* * * 

Əsnəməkdən ləfləsə də çənəsi, 

Bir dəst olub çürümüş bir dənəsi. 

Bilirəm ki, sözlə dolub sinəsi, 

Çək sazının aşığını doxturun. 

 

 



* * * 

Sənin mərhum şilyapanla yanaşa, 

Sərgiyə qoy hamı qalsın tamaşa. 



 

384 


Yetim oğlu “salsa qanmazı başa”, 

Gözlərində yaş uğunu doxturun. 

 

 

* * *  



Başım çıxmır salıb sözə qaşığı, 

Köhnə dodaq neynir təzə qaşığı? 

Mən görüşüm tutub üzə qaşığı, 

Sən də doldur meşoğunu doxturun. 

 

 

* * * 



Qaşıq, qayğısından sahibkarının, 

Dodağına dönüb qoca qarının 

Kəsəmmirəm onun ahu-zarını 

Açaq barı qırışığının doxturun. 

 

 

* * * 



Qurtarıbdı nə ki, dərdi var çəkib, 

Qaşıq, qaşıq, qaşıq - deyib car çəkib. 

Çıxammıram yola, izə ar çəkib, 

Qovuşduraq məşuğunu doxturun. 

 

Bu  hadisənin,  bu  sicilləmələrin  səbəbkarı  köhnə,  sınıq  taxta 



qaşığa: 

 

Sınıq qaşıq, bax bu günə kimiydi, 



Sayılmağın, yeyib, doyub de danış. 

Köhnəlmisən bazarında Ovçunun, 

Hayıf keçən günlər hayıf de, danış. 

 

 



* * * 

Sınıq qaşıq, günü gəldi üstünə, 

Bu qanundu toxunsa da şəstinə. 

Bircə köhnə dostdan qeyri, dəstinə, 

“Hər şeyin təzəsi” deyib, de, danış. 



 

385 


 

* * * 


Sınıq qaşıq, kim qaraldıb qanını, 

Bilirəm ki, xidmət üzüb canını. 

Kim nə bilib qoparıbdı yanını, 

Edib səni zəlil, mayıf, de danış. 

 

 

* * * 



Sınıq qaşıq, yaramırsan aşa sən, 

Dövranını vurmusan ta başa sən, 

Qocalmısan gələmmirsən xoşa sən, 

Hayıf keçən günlər, hayıf, de danış.  

          

Moddu 

 

Şəhərlərdən  birinə  kurorta  getmiş  bir  dağlının  kəndə-həyat 



yoldaşına məktubu: 

 

Daha çəkmə paltar dərdi, 



İndi çırıq tuman moddu. 

Tullama çır-çındırını, 

Şəhərlərdə yaman moddu. 

 

     



* * * 

Olmasa da olar “cins”dən, 

Tapılar yaxşıdan, pisdən, 

Yol qaşıvı, xətt çək hisdən, 

Acıqlanma canan, moddu. 

 

   



 

* * * 


Zolaq-zolaq, yarıq-yarıq, 

Nə rəng olsa yığ, satarıq. 

Neynək, belə gəlib tarıx, 

Kirşanlansa nənən, moddu. 

   



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə