Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə113/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   109   110   111   112   113   114   115   116   ...   147

 

395 


Arvad başa düşür ki, Molla Cuma bu sözləri ona deyir. Cəld 

çölə çıxaraq atı tövləyə salıb, arpanın, otun üstünə qoyur. 



 

Molla Cumanın qərib aşıqla görüşü 

 

Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən öz 



mahalımda,  Aşıq  Molla Cuma  da Şəki  mahalında,  iki qoçun  başı 

bir qazanda qaynamaz. Gərək biz ayırd eliyək, ya o məni bağlasın, 

ya mən onu. Belə olanda qərib aşığa deyirlər ki, sən o kişi ilə ba-

carmazsan, o kişi dörd dili bilir, sən isə az savadlı adamsan. Deyir 

yox,  mən  də  çox  söz  bilirəm.  Qərib  aşıq  iki  şagirdini  də  götürüb 

sorağa-sorağ, sorağa-soroğ gəlib çıxır Baş Layisqiyə. Molla Cuma 

babanın  öyünə  çatanda  görür  həmin  qapıdı.  Buna  yaxşı  qulluq 

eliyir,  xidmətində  dururlar.  Lakin  o,  qarşısında  dayanmış  Molla 

Cumanı tanımır. Qərib aşıq qayıdır ki, bəs biz Molla Cumanı gör-

mədik. Bunu eşidən Molla Cuma sazı sinəsinə sıxaraq deyir: 

Tanı, mənəm,  

Bil, mənəm, 

Gör, mənəm, 

Eşit, mənəm,  

Dil, mənəm. 

Qərib aşıq deyir ki, nə dediyini anlamadım. Molla Cuma qa-

yıdır ki, bunu başa düşməyə nə var ki, tanı, mənəm, gör, mənəm, 

bil, mənəm, eşit, mənəm, dil, mənəm - Molla Cuma mənəm. Deyir 

onda çöp tutaq, görax kimə uzunu düşür, kimə qısası. Gödək çöp 

kimə düşsə deyişməni o başlayacaq. Uzun çöp düşür qərib aşığa, 

gödək  çöp  Molla  Cuma  babaya.  Molla  Cuma  baba  sazı  sinəsinə 

alaraq bir zəncirləmə söyləyir: 

 

Aşıqlıq Adəmdən icad olubdu 



Ol Adəm atanın nəvəsiyəm mən 

Nəçi bu dünyaya aşıq gəlibsə, 

Külli aşıqların anasıyam mən. 

 



 

396 


Aşıqlar anasıyam, şairlər kökü, 

Gəzirəm dünyanı divanə təki 

Mahalım Göynükdür, şəhərim Şəki, 

Layisqi kəndinin binasıyam mən. 

 

Binəm Layisqiyə düşübdür mehman, 



Pədərim Salehdir, madərim Reyhan, 

Vələdim Həsəndir, əxim Süleyman, 

Familim Molla Oruc, əbnasıyam mən. 

 

Təbibsiz dərdlərin dəvasıyam mən 



Əbnayam, kəntərəm, hər dərdə dərman 

Nəbim Mühəmmətdi, əhdi Quranam 

Mömün qardaşların aşnasıyam mən. 

 

Mollada mollayam, Molla Cumayam  



İsmi Pünhan ilə sülh pərvanıyam, 

Gəlmişəm dünyaya bir gün fənayam 

Axır Kərəm kimi yanasıyam mən. 

 

Aşnayam, gedərəm doğru yolunan, 



Bülbüləm söhbətim olar gülünəm, 

Danışsalar yetmiş iki dilinəm, 

Ol qədər arifəm, qanasıyam mən. 

 

Oxuram, ustaddan almışam dərsi, 



Oxumuşam ərəb, türkinən farsı, 

Fikrim seyr eliyir əkirən kürsü, 

Dərin kitabların mənasıyam mən. 

 

Qərib aşıq deyişməyə girişmir. Deyir, ustad, mən səni görmə-



yə gəlmişdim, izin ver, qayıdım öz yurduma. Halallaşıb ayrılıllar. 

 

 


 

397 


Haram ət 

 

Dağıstandan  Molla  Cumanın  bir  aşıq  dostu  varmış.  Molla 



Cuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq 

qoçu  göndərir  və  xahiş  edir  ki,  ətin  halalını  yeyib,  haramını  ona 

qaytarsınlar. Molla Cuma qoyunu kəsdirir, ətini kabab edərək ye-

yirlər. Dişlərinin dibində qalan əti yığaraq Dağıstanlı aşıqa göndə-

rib deyir ki, al, bu da saa ətin haramı. 

 

Molla Cuma və Bilal 

 

İsti  yay  günlərinin  birində  Molla  Cuma  yoldaşları  ilə  toya 

gedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostan-

dan evlərinə qayıdırdı. Bilal varlı olsa da çıx xəsis idi. Yoldaşları 

Molla Cumadan xahiş edirlər ki, ürəyimiz yanır. Bilal kişidən bir 

yemiş  al,  yeyək  sərinləyək.  Biz  istəsək  verməz,  ancaq  hər  halda 

sənin kimi adlı-sanlı, hörmətli adamın sözünü yerə salmaz.  

Bilal kişi bunların yanına çatanda Molla Cuma deyir: 

-  Bilal  dayı,  uşaqların  ürəyi  yanır,  bir  yemiş  ver,  yeyib 

sərinləsinlər. 

Bilal kişi “yox” deyir və başlayır arabanı sürməyə. Pərt olan 

Molla Cuma cürə sazını çıxarır və deyir: 

- Bilal kişi, bir dayan iki kəlmə sözüm var, deyim get. 

Sazı görən Bilal kişi işi başa düşür. Əl atır arabaya, böyük bir 

yemiş  götürür  və  uzadır  Molla  Cumaya.  Molla  Cuma  cürə  sazı 

sinəsinə basır və görək nə deyir: 

Bir qulaq as tərifinə, eşşəklik etdin Bilal. 

İstədik biz bir kal yemiş, verməyib ötdün Bilal. 

Sallayıb qaş-qabağın, qəm küpünə batdın Bilal. 

Yekəbaş, uzunqulaq olmaz işi tutdun Bilal. 

Könlümün şüşəsinə yamanca daş atdın Bilal.  

 

Versəydin bir kal yemiş, biz yeyərdik bal yerinə, 



Yox imiş qanacağın, bağlasınlar mal yerinə. 

Yunusun ... qoy altına fal yerinə. 




 

398 


Küngütlü Həmid batırsın, saqqalının çal yerinə. 

Onların cərgəsinə necə özün qatdın Bilal. 

 

Üç yoldaş biz idik: Molla Abakər, bir də Saat. 



Yoldaşın Həşim sənin, işlərinə olsun şahat. 

Batırsın Allah səni, çörəyini etsin qəhət. 

Sən tutan dəyyusluğu, tutmaz idi bəni Əhət. 

Aləmə etdiyin məkri, bizə də etdin Bilal. 

 

Molla Cuma, dayı, dedi, utanmadın yox deməyə. 



İndi mən də utanmaram, saqqalına ... deməyə. 

Verdiyin kal yemişi, al gözünə sox deməyə, 

Ciyərinə, bağrına həm ürəyinə ox deməyə, 

İstəyirdin bu tərifi, muradına çatdın Bilal.   

 

Molla Cuma ilə Aşıq Donunun deyişməsi 

 

Günlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu Şəkinin 

Daşbulaq kəndindən olub) Molla  Cumagilə gəlir. Allah  verəndən 

yeyib-içəndən sonra aşıq Donu getməyə hazırlaşır və deyir: 

-  Cuma,  sən  hələ  cavansan,  mənsə  qocalmışam,  uzağım  ya-

xınlaşıb. Şeirlərindən bir neçəsini ver, aparım, dəftərimdə yadigar 

qalsın. 

Molla Cuma onun xahişini yerinə yetirir və deyir:  

-  Aşıq  Donu,  sən  qocalmısan,  elə  bir  söz  yadigar  qoyub  get 

ki, bizdən əvvəlki aşıqlar o üsulda söz deməmiş olsunlar və bizdən 

sonrakılara bir şey vermiş olaq. Aşıq Donu fikirləşir ki, aşıq ədə-

biyyatında  indiyə  kimi  ustadnamə  var,  divani  var,  təcnis  var, 

cığalı təcnis var, müxəmməs var, cığalı müxəmməs var, qəzəl var, 

gözəlləmə var və s. hamısı var, əvvəl-axır var və il. Başlayır ki: 

- Cuma, gəl  indiyə kimi  heç kim deməyib,  biz cığalı gəraylı 

deyək. 


Cuma qayıdır ki: 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə