Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə118/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   114   115   116   117   118   119   120   121   ...   147

 

415 


liyaları  vəsilə  tutur,  bu  vasitə  ilə  Allaha  (qəbirdə  yatana  yox) 

sitayiş  edirlər.  İslamda,  dinimizdə  Allahdan  başqa  heç  kimə  sita-

yiş yoxdur. Pərəstiş, ibadət Allahadır. İntəhası, Allah-Təalanın se-

vib-seçdiyi qulları var, övliyalar deyirlər onlara, onların içində bi-

rinci növbədə Peyğəmbər övladı, əməli saleh insanları, kamil mö-

münləri seçir. 

Hacı Mir Babanı da camaat Mömün səviyyəsində gördüyünə 

görə  onun  qəbrini  pirə  çevirib,  onun  vasitəsilə  Allaha  sitayiş 

edirlər.  

Təbii  ki,  sovet  hökuməti  gələndə  Allahsızlıq  siyasəti  başla-

yanda həmin piri uçurtmaq istəmişlər. Lakin camaatın qəzəbindən 

ehtiyatlanaraq deyiblər ki, burada məktəb tikirik (4 №-li məktəb). 

Hacı Mir Baba deyirmiş ki, Kərbəlada İmam Hüseyn Əssəlamın 8 

guşəli qəbrini 40 dəfə qucaqlamışam, öpmüşəm, mən çürümərəm. 

İnsandı  da,  özünə  təlqin  edib  bunu.  Doğrudan  da  məktəb  tikilər-

kən  qəbrin  yerini  dəyişəndə  mərhumun  cəsədinin  çürümədiyinin, 

kəfəndə  meyitin  qoyulduğu  kimi  qaldığının  şahidi  olublar.  Bəlkə 

buna  səbəb  oranın  torpağının  tərkibi  idi,  mumiya  kimi  saxlayıb-

mış. Hər halda bu da Allahın kəramətidir...  

Hacı  Mir  Babanın  yaşadığı  ev  hazırda  Şəkidə  Gəncəli  mə-

həlləsində “Kouşların evi” kimi saxlanılır.  

Babam, Hacı Mir Babanın (böyük babamın) oğlu Əbdül Hacı 

Seyid  Salam  uzun  müddət  Tehranda  və  Nəcəfdə  ali  ruhani  təhsili 

almış,  Şəki-Ağdaş  qəzasının  məşhur  axundu,  şiyə-məshəb  qazısı 

idi.  Atasının  ölümündən  təxminən  1-2  il  sonra  1920-ci  ildə  sovet 

hökuməti gələndə ürəyi partlayıb, 50 yaşında dünyasını dəyişib. 

Görünür o vaxtlar dinə  və dindarlara qarşı dözülməz  müna-

sibətə  tab  gətirməyib.  Mən  onun  kitablarından  indi  də  istifadə 

edirəm.  Qur'an  təfsirləri  var,  qazı  Beyzavinin  təfsiri  var,  Fəxrəd-

din  Razinin təfsiri  var, Zəməx  Şərifin təfsirləri  var...  İbn Sinanın 

“Qanun” əsəri var. Babam İslam tibbini də yaxşı bilirdi. Tapılma-

yan ərəb  lüğətləri,  şəriətə aid kitablar var... Atam həmin kitabları 

babamın Şəkidəki evinin çardağından taparaq gətirmişdir.               

 



 

416 


Mustafa Əfəndi ziyarətgahı 

 

Şəkidə Yuxarıbaş məhəlləsində, birinci rayonda, Ağamalı kü-



çəsində  yerləşmişdir.  Yoxuşuqalxarkən  əzəmətli  bir  minarənin 

gözəl  biçimi,  memarlıq  ünsürləri  nəzər-diqqəti  cəlb  edir.  İlahi, 

Tanrıya doğru boy atıb, səmalara  baş  vuran  bu qocaman  abidəni, 

insanlarla  vahid  Allah  arasında  körpü  salmış  bu  maddi-mədəniy-

yət  abidəsini  kim  tikib-yaratmış,  insanları  paklığa,  qüdrətli  vahid 

Allahın  himayəsi  altında  eyni  qüvvədə  birləşdirib,  insanpərvərli-

yə,  biri-birinə  inama,  ehtirama,  köməyə,  düz  əməllərə  çağıran  o 

ahəngdar səsi Şəki səmalarında bu minarədən yayan kim olub? 

Bu  müəmmalı  fikirlərlə  irəlilədikcə  minarəyə  yetişib,  həyətə 

açılan  qapıdan  işəriyə  daxil  olduq.  Həyəti  topuqdan  yuxarı  ot 

basmış,  payızın  rəssamlıq  əlilə  müxtəlif  rənglərə  boyanmış 

çiçəklərin  və  yaşıl  otların  üstünə  Şəki  dağlarının  dumanlarından 

ələnmiş  şəbnəmlər  hələ  də  qurumamışdı.  Həyətdə,  şəkililərin  de-

diyinə  görə,  vaxtilə  came  məscidi  binası  olmuşdu.  Lakin  hazırda 

onun ancaq övzül dərəsi qalmışdır. Minarə isə məscid binasından 

əlahiddə  tikilmişdir.  Minarənin  üstündəki  qısaca  qeyddə  də  onun 

1880-cı ildə bina olunduğu müəyyənləşdirilir. 

Minarənin  qarşısında  dəfn  olunmuş  şəxsin,  minarəyə  hörül-

müş başdaşısı (0,72x 0,42) nəzər-diqqətimizi cəlb etdi. Bu, xalqın 

müqəddəs  məqbərə  kimi  ziyarət  etdiyi  böyük  alim  Mustafa 

Əfəndinin  abidəsidir  (şəkil  45).  Mustafa  Əfəndinin  məscidin  hə-

yətində  dəfn  olunması  da  əhalinin  orada  came  olduğu  fikrini  bir 

daha  təsdiq  edir.  Azərbaycanda  belə  məqbərələr  çoxdur.  Alimin 

bütün həyatı və fəaliyyəti came məscidilə bağlı olmuşdur. Yuxarı-

da  qeyd  olunduğu  kimi  came  məscidləri  mədəniyyət  mərkəzləri 

hesab edilirdi. Görünür, Mustafa Əfəndi camenin müdərrisi də ol-

muşdur.  Çox  mümkündür  ki,  came  məscidi  və  minarə  onun  səyi 

nəticəsində bina olmuşdur. Minarənin tikilməsindən bir il sonra o, 

vəfat etmişdir. Başdaşıdakı ərəbcə yazıların tərcüməsi belədir: 



 

417 


“Miladi tarixi 24  iyul 1881;  hicri tarixi 21 ramazan 1299.Bu 

məqbərə Məhəmməd Əfəndinin oğlu, mömun, fazil alim Mustafa 

Əfəndidir. Cümə günü (vəfat etmişdir). Ruhuna fatihə”. 

Haşiyədə azərbaycanca bir beyt yazılmışdır: 

“İsmi pakın həmişə yad edəlim, 

Ruhuni fatihəylə şad edəlim”. 

Şəkidə, Mustafa Əfəndinin övladlarından aldığımız məlumata 

görə onun on oğlu,  iki qızı olmuşdur. Oğlanlarından ancaq  yeddi 

nəfərinin adını unutmamışlar - Mir Musa, Mir Niyaz, Mir Knyaz, 

Mir  Şakir,  Mir  Həmzə,  Mir  Həsən,  Mir  Rövşən.  Mir  Rövşən 

Əfəndiyev 1893-cü ildə Şəkidə açılan yeni milli məktəbdə rus dili 

müəllimi  işləmişdir.  Bu  məktəbdə  yeni  üsulda  dərs  deyilir,  ərəb-

fars dilləri, ana dili isə gizli tədris olunurdu. Sonralar bu məktəbdə 

şagird  qəbulu  azalmış,  1906-cı  ildən  məktəb  təzədən  camaatın 

idarəsinə  keçmişdi.  Məmmədəli  Xəlifəzadə  “Təzə  həyat”  qəzeti-

nin  1907-ci  il  5  avqust  nömrəsində  yazmışdı:  “Bu  gün  24  iyulda 

Şəkinin  birinci  milli  məktəbinə  camaat  tərəfindən  müəllim  təyin 

olunduq.  Həmin  gündən  etibarən  məktəbə  şagird  qəbul  edirik. 

Balaları avam adətlərdən tərk etdirib, mədəni adətlərə sövq edəcə-

yik...  Burada  ikinci  müəllim  Haşım  Məmmədzadə,  rus  dili 

müəllimi Mir Rövşən Əfəndiyev idi”*. 

Mir  Həsənin  oğlu  Mustafanın  dediyinə  görə  əmisi  Mir 

Rövşən  sonralar  Bakıya  köçmüş,  rus  dili  müəllimi  işləmiş  və 

nəhayət repressiyanın qurbanı olmuşdu. 

Mustafa  Əfəndinin  ikinci  oğlu  Mir  Həmzə  də  ruhani  alim  ol-

muş, 1917-1920-cü illərdə Tiflisdə yaşamış, orada da vəfat etmişdir. 

Mustafa Əfəndinin atasının adı Məhəmməd Əfəndi onu Şəkildəki 

digər  ziyarətgahlarla  da  bağlamağa  imkan  verir.  Şəkidə  Məhəmməd 

Əfəndi  piri  adıyla  digər  bir  ziyarətgah  da  məşhurdur.  Lakin  orada 

yazılı daş və sənəd qalmamışdır. Onun dəfni haqqında bəzi söhbətləri 

indiki yaşlı nəsil öz babalarından eşitdiklərinini söyləyirlər. 

____________________ 

* “Şəki fəhləsi” qəzeti; № 31,14 mart 1970 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə