Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə119/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   115   116   117   118   119   120   121   122   ...   147

 

418 


Məhəmməd  Əfəndinin  izi  gedib  Oxut  pirinə  də  çıxır.  Oxut 

pirindəki başdaşılardan birində “Molla Məhəmməd Əfəndinin oğ-

lu  Ömər  Əfəndi  sözləri”  yazılmışdır.  Qeyd  olunan  abidənin  tarix 

yazılmış hissəsi xarab olduğu üçün sözlər oxunmayır. Ona görə də 

Molla  Ömər  Əfəndinin  ölüm  tarixini  dəqiqləşdirmək  mümkün 

deyil.  Lakin  onun  abidəsinin  bədii  tərtibatına,  kitabəsinin  xəttinə 

görə ətrafdakı hicri 1181 (1767/68)-ci il tarixli abidələrlə müqayi-

sə etdikdə müəyyən oxşarlıq tapmaq mümkündür, bu da abidələrin 

dövrünü  eyni  müddətə  aid  etməyə  imkan  verir.  Belə  olsa  Şəkidə 

Məhəmməd Əfəndi Pirində dəfn olunan alimin Mustafa Əfəndinin 

qohumu  olduğunu  və  Oxutdakı  Molla  Məhəmməd  Əfəndinin 

həmin nəsildən olub, bu adın bir neçə dəfə təkrar qoyulduğu və bu 

ad daşıyan şəxslərin  alimlik dərəcəsinə çatdıqlarını güman etmək 

olar. Belə hallara biz Qax rayonunun Ləkit və Ənbərçə kəndlərin-

dəki camelərdə dəf olunmuş alimlər ailəsində də  təsadüf  etmişik. 

Bütün bunlar ilk dəfə kitabələrə əsasən müəyyənləşdirilmişdir.  

 

Seyx Nurullah Əfəndi Ziyarəti 

 

Şeyx  Nurullah  Əfəndi  ziyarəti  Şəki  rayonunun  Baş  Layski 



kəndindədir. Burada şeyxin zaviyəsi, türbəsi, müridlərinin, qadını 

və qızının qəbrləri mövcuddur.   

Zaviyə  kiçik  binadan  (4x2

m

)  ibarətdir.  Divarın  içərisində 



düzəldilmiş  mehrabın  arxa  hissəsi  taxta  stalaktitlərlə  işlənmişdir. 

Üzərində h. 1313 (1895-1896) il tarixi qeyd edilmişdir. Zaviyənin 

bir  neçə  metrliyindəki  düzbucaqlı  plana  (4x3,5

m

)  malik  türbə 



binası  çaylaq  daşlarından  hörülmüşdür.  Yuxarıdan  üçpərli  arka 

formasında  qapı  və  dairəvi  apka  ilə  tamamlanan  pəncərələr  iki 

cərgə bişmiş kərpiclə  haşiyələnmişdir. İki cərgə bişmiş kərpicdən 

divarların  hörgüsündə  də  istifadə  olunmuşdur.  Qapının  sağ  tərə-

fində, divara hörülmüş ərəbcə kitabədə (0,25x0,20

m

) - “Bu müba-



rək  məqbərəni  ilusulu ustad  İbrahim  bina etdi. 1317 (1899-1900) 

il”. Sözləri yazılmışdır. 




 

419 


Türbənin  içərisində  mərkəz  hissədə  dəfn  olunmuş  Şeyxin 

çaylaq  daşından  düzəldilmiş  başdaşısı  (2,10x0,64x0,4

m

)  gözəl  iri 



nəcx və nisbətən xırda nəstəəliq xətli kitabələrlə işlənmişdir. Abi-

dənin yuxarı hissəsində həkk olunmuş medalyon içərisində Qura-

nın 56-cı surəsindən 26-cı ayə yazılmışdır. Medalyonun sağ və sol 

tərəflərindən olan düzbucaqlarda azərbaycanca yazılmış kitabədə  

   

Təriqi nəqşibəndidə edib təkmili dövrü bu 



   

Deli-eşqi ilahiylə qıldı ömrini əfna. 

Sözləri həkk olunmuşdur ki, bu da Şeyxin nəqşibəndi cəmiy-

yətinə mənsub olduğunu göstərir. 

Başdaşının orta hissəsində ərəbcə  yazılmış kitabədə  mərhum  

haqqında    belə  məlumat  verilir:  “Bu  qəbir  mərhum,  bağışlanmış, 

məşhur  şeyx,  böyük  ləyaqətli  mürşüd,  hörmətli  övliyaların  gör-

kəmlisi (qütbü), əzəmətli başçıların və onun dünyəvi və axirət, su 

və qurudakı  bütün  mərhəmətlərini  ümumiləşdirən  yaxınların  baş-

çısı, bütün həyatı boyu, gündüz işığında kor kimi həyatda qürurla 

şad-xürrəm  ötənləri,  öz  hikmətiylə  faydalandıran  (yəni  həyatda 

nöqsanlarını körməyənləri başa salan) şeyx, mövlana Şeyx Nurul-

lah Əfəndi b. mərhum Seyyid Məhəmməd Əli b. Seyyid Nurullah 

b. Seyyid  Siracəddin b. əl-Hüseyn əl- Ələvi əl-Mustəfəvi. Rama-

zan ayı 1317 (3.1-2.II.1900) ildə vəfat etmişdir”. 

Haşiyədə  nəstəəliq  xəttilə  yazılmış  ərəbcə  mənzum  parça-

lardan ibarət kitabələrin tərcüməsi belədir: 

   


Bizə ləyaqətinlə tanınmısan. 

Sənin günahları bağışlanmağın haqqındakı 

 

 

 



 

 

rəvayətləri eşitmişik. 



Yalanları, günahları bağışlamağı əhd etmədin. 

Bu insana məhəbbətinin məzmunu ilə düz gəlməyir. 

 

 

 



İlahi bütün həyatım ağır olub. 

Ehsandan sonra o yüngülləşib. 

Dediyim işlərimə uyğun gəlməyir. 

   


 


 

420 


Günahkarı bağışla və zəifə rəhm et. 

Və unut vəhşiliyini, qəbirdə onu rahat burax. 

Öz ləyaqətinlə qorunmağımı mənə adət etdirmisən. 

Və bizi Sən həmişə himayənə götürmürsən. 

 

Türkcə yazılmış bir beyt belədir: 



   

 

Əlamətda muradın oncunğadır? 



Bu gün mənğa iysə yarın sənğadır. 

 

Epitafiyada  Şeyx  Nurullahın  ulu  babası  kimi  qeyd  olunmuş 



Seyyid Siracəddin digər kitabələrdə başqa şeyxlərin mürşüdü kimi 

göstərilmiş İsmayıl Siracəddin Şirvanidir. 

Türk alimi Nizaməddin Zərgəri onu kürdəmirli hesab edir və 

orada dəfn olunduğunu yazır. Yevlax rayonunun Ərəbbərsrə kən-

dində  dəfn  olunmuş  nəqşbəndi  qardaşlıq  cəmiyyətinin  mürşüdü 

Şeyx  Yusifin  (vəfatı  1906)  oğlu  Bəhaəddin  atasını  İsmayıl  Sira-

cəddin  Şirvaninin  müridi  hesab  edir  və  o  da  şeyxin  Kürdəmirdə 

dəfn olunduğunu söyləyirdi. 

Şirvanda  fəaliyyət  göstərmiş,  h.  1281  (1864-1865)-ci  ildə 

Kürdəmir  rayonunun  Şahsevən  kəndində  dəfn  olunmuş  nəqşbən-

diyyə  şeyxi,  böyük  alim  mövlana  Hacı  Mahmud  da  Siracəddin 

Şirvanininin müridi olmuşdur. Seyyid Siracəddin İsmayıl Şirvani-

nin  müridlərindən  Laçın  rayonunun  Cicimli  kəndində  anadan 

olmuş  Seyyid  Nigari  Türkiyədə  fəaliyyət  göstərmiş  və  Amasiya 

şəhərində dəfn olunmuşdur. 

Şeyx  Nurullahın  ulu  babası  (çox  güman  ki  ruhani)  Seyyid  Si-

racəddinin şiə imamı Hüseynin oğlu kimi qeyd olunması maraqlıdır.  

Dünyagörüşünə görə qatı sünni olan nəqşənbəndilik öz ruhani 

silsiləsini bir tərəfdən Əbu Bəkrə, digər tərəfdən Əli b. Əbu Talıba 

aparıb  çıxarır.  Bu  şəcərə  “silsilət  əz-zəhəb”  (qızıl  zəncir)  adlanır 

və belə məna kəsb edir ki, nəqşbəndi qardaşlığı Peyğənbər ilə həm 

ruhani (Əbu Bəkir), həm də cismani (Əli b. Əbu Talıb) bağlıdır. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə