Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə12/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   8   9   10   11   12   13   14   15   ...   147

 

35

misilsiz  istedadla,  mən  deyərdim  ki,  dahi  qələmi  ilə  yazılmış  ro-



manını tanıyırdı. İranda doğulub böyümədən, fars-müsəlman men-

talitetinin daşıyıcısı olmadan belə bir bədii əsər meydana qoymaq 

ağılasığmaz  işdir.  Məhz  buna  görədir  ki,  C.Morierin  müəllifliyi 

dəfələrlə şübhə altında qoyulmuşdur. Ancaq fakt faktlığında qalır.  

Əgər Morierin romanı həqiqəti əks etdirən realist bir əsər ki-

mi  oxunursa,  Solovyovun  romanında  müəllif  fantaziyasına,  bir 

növ  nağılvariliyə  üstünlük  verilməsi  açıq-aydın  görünməkdədir. 

L.Solovyov  yaşadığı  Orta  Asiya  mühitini  diqqətlə  müşahidə  et-

miş,  adət-ənənələrlə,  şifahi  xalq  ədəbiyyatı  və  o  cümlədən  Xoca 

Nəsrəddin (Nəsrəddin Əfəndi) lətifələri ilə ətraflı tanış olmağa ça-

lışmışdır. Öz əsərində o, Nəsrəddin lətifələrindən çox qənaətlə və 

ustalıqla  istifadə  etmişdir.  Kiçik  bir  lətifəni  təhkiyəni  və  təsviri 

genişləndirmək  yolu  ilə  həyat  hadisəsinə  çevirmək,  beləliklə  onu 

kitabın bir neçə səhifəsinə yaymaq Solovyovun istifadə etdiyi sə-

nətkarlıq üsullarından biridir və xüsusi diqqətə layiqdir. 

L.V.Solovyov  “Xoca  Nəsrəddin”i  yazarkən  rus  dilində  olan 

müxtəlif  mənbələrlə  yanaşı  böyük  Azərbaycan  mütəfəkkiri 

M.F.Axundovun  əsərlərindən  də  istifadə  etmişdir.  İstər  Azərbay-

can, istərsə də rus ədəbiyyatşünaslığının diqqətindən kənarda qal-

mış bu məsələ hazırki antologiya ilə əlaqədar olaraq yada düşür.  

Solovyov  öz  əsərini  yazarkən  iki  dəfə  Axundovun  təsirinə 

düşmüş  və  bu  təsirdən  yaxa  qurtara  bilməmişdir.  Birinci  dəfə  o, 

Mirzə Fətəlinin “Aldanmış kəvakib” povestində təsvir olunan Şah 

Abbasın saray məşvərətini (iştirakçılar: Vəzir Mirzə Möhsün, Sər-

dar  Zaman  xan,  Müstövfi  Mirzə  Yəhya  və  mollabaşı  Axund  Sə-

məd - cəmi dörd nəfər) öz romanının birinci hissəsinin 18-ci fəsli-

nə  Buxara əmirinin divanının - dövlət  şurasının (baş  vəzir Bəxti-

yar,  saray  keşikçilərinin  və  qoşunun  rəisi  Arslanbəy,  qoca  saray 

müdriki və ikinci müdrik - cəmi dörd nəfər) yığıncağı kimi gətirir 

və onu tamamilə Axundov ruhunda öz sözləri ilə təsvir edir.  

Burada  bizi daha çox  maraqlandıran L.V.Solovyovun  Axun-

dov  irsinə  ikinci  müraciətidir.  Əvvəlcə  M.F.Axundovun  1850-ci 

ildə  yazdığı  və  rus  dilinə  tərcümə  edərək  1851-ci  ilin  iyununda 



 

36

“Kavkaz” qəzetində (№ 44, 45) dərc etdirdiyi “Hekayəti-Molla İb-



rahimxəlil kimyagər” komediyasının 4-cü məclisini xatırlayaq. 

Nuxulular Molla İbrahimxəlilə verdikləri sikkəli pulun-misin 

müqabilində gümüş almaq üçün otuzuncu günün tamamında onun 

yanına gəlirlər. Molla İbrahimxəlil nuxululara deyir ki, gərək otuz 

birinci gün gələydilər və tələsdikləri üçün onun bir aylıq zəhməti-

ni zay ediblər. Sonra isə vəziyyətdən çıxış yolu “tapır”. Deyir ki, 

gərək  iki  saat  müddətində  iksirin  kürədə  qaynadığı  yerdən  uzaq-

laşmayasınız, həm də bu müddət ərzində “meymunu yadınıza sal-

mayasanız və meymunun şəklini xatirinizə gətirməyəsiniz”. Yox-

sa iksir puç olub havaya qalxacaqdır.  

Əlbəttə, bu psixoloji tələyə düşən  nuxulular  meymunu  xatır-

lamaqdan yaxa qurtara bilmirlər, gülməli bir vəziyyət yaranır. Fı-

rıldağı baş tutan Molla İbrahimxəlil iksirin puç olmasında nuxulu-

ları təqsirləndirir və sudan quru çıxır. 

Həmin  bu  meymun  məsələsini  L.V.Solovyov demək olar ki, 

eynilə “Xoca Nəsrəddin haqqında povest”in birinci kitabının 32-ci 

fəslinə köçürür. Burada Xoca Nəsrəddin sələmçi Cəfərin bədənin-

dəki və üzündəki eybəcərlikləri ləğv etmək üçün onun üstünü yor-

ğanla örtür.  Cəfərin özünə  və  bu  “müalicəni”  müşahidə edən qo-

humlarına deyir: - Mən dua oxuyacağam, siz də gözlərinizi yumub 

duanı  mənim ardımca təkrar etməlisiniz.  Mən  yorğanı qaldıranda 

Cəfər artıq sağalmış olacaq.  

Sonra  Xoca  Nəsrəddin  eynilə  Molla  İbrahimxəlil  kimi  şərt 

qoyur  ki,  dua  zamanı  “heç  kəs,  xüsusilə  də  Cəfər  özü  meymunu 

yadına  salmamalıdır.  Əgər  sizlərdən  kimsə  meymun  haqqında  fi-

kirləşməyə başlasa və daha pisi, onu öz təsəvvüründə canlandırsa, 

... onda əlbəttə, heç bir müalicə olmayacaqdır və ola bilməz” ...”. 

Hadisələr sonra da Axundov əsərindəki kimi davam edir. Sə-

ləmçi Cəfərin özü və qohumları da şəkililər kimi  meymun surəti-

nin əsarətindən qurtara bilmirlər. Fırıldağı baş tutan Xoca Nəsrəd-

din onları borclu çıxarır, müalicənin müvəffəqiyyətsizliyinin səbə-

bini onların boynuna qoyur. 




 

37

Məlumdur  ki,  Mirzə  Fətəlinin  “Hekayəti-Molla  İbrahimxəlil 



kimyagər” komediyasının əsasında XIX əsrin 30-cu illərində onun 

doğma şəhəri Şəkidə (Nuxada) baş verən real bir hadisə durur. La-

kin mütəfəkkirin irsini tədqiq edən alim Nadir Məmmədovun haq-

lı olaraq qeyd etdiyi kimi Axundov “bu real hadisəni olduğu kimi, 

heç  bir  dəyişiklik  etmədən  əsərinə  köçürməmişdir.  O,  bu  hadisə 

üzərində yaradıcı  iş aparmış,  həyat həqiqətini böyük ustalıqla bə-

dii sənət həqiqətinə çevirməyə nail olmuş və onun əsasında Azər-

baycan həyatının geniş real mənzərəsini əks etdirən, dərin ictimai 

məzmuna  malik  olan  satirik  bir  komediya  yaratmışdır”  (N.Məm-

mədov - İzahlar // Mirzə Fətəli Axundzadə. Əsərləri. Üç cilddə. I 

cild. Bakı-2005. səh. 249). 

Burada istər-istəməz belə bir sual meydana çıxır: “Meymunu 

yadına salma” məsəli və onunla bağlı olan, daha dəqiq desək, onu 

doğuran rəvayət Şəkidə  və ümumiyyətlə  Azərbaycan  folklorunda 

M.F.Axundova  qədər  mövcud  olmuşdurmu,  yoxsa  bu,  yazıçının 

öz təxəyyülünün məhsuludur? Qəti hökm vermək çətindir. 

Yazılı  və  şifahi  ədəbiyyat  arasındakı  qarşılıqlı  münasibətləri 

müşahidə edərkən belə suallar meydana tez-tez çıxır. Məsələn, bu 

gün xalq arasında çox işlənən “Adamı adam eləyən paradır, para-

sız  adamın  üzü  qaradır”,  yaxud  “Kişi  ağladıqca  (yəni  şikayətlən-

dikcə-F.Ç.)  qeyrətsiz  olur”  atalar  sözləri  M.Ə.Sabirə  qədər  möv-

cud idimi, yoxsa folklora şairin yaradıcılığından gəlmişdir? 

Sabirin  şeirdə  “adam”  əvəzinə  “adəm”  yazması  birinci  səsin 

(“a”-nın)  uzadılmasına  səbəb  olur.  “Eləyən”  əvəzinə  “eyləyən” 

yazılması isə sözün ləngərini artırır. Nəticədə misralar əruzun də-

qiq ritminə tabe olur: 



Adəmi adəm eyləyən paradır, 

Parasız adəmin üzü qaradır. 

El  içində  söylənən  “Kişi  ağladıqca  (ağlayanda)  qeyrətsiz 

olur” atalar sözü M.Ə.Sabirdə bu şəkildədir: 

Ağladıqca kişi qeyrətsiz olur. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə