Microsoft Word Antol-18-Seki


Əhalinin geydiyi libası və libas üçün toxuduğu



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə122/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   118   119   120   121   122   123   124   125   ...   147

 

427 


Əhalinin geydiyi libası və libas üçün toxuduğu  

ipək parçaları haqqında 

 

Əski zamandan bəri Şəki torpağında yaşayan müxtəlif millət-

lər arasında ailəsi üçün libasları arvatlar biçib-tikərdilər. Bunların 

biçin ülgüsü sadə bir formada olardı. Məsələn, arxalıq ülgüsü döş, 

ətək, yaxa, çiyin, arxa və qollardan  ibarət  idi. Bu sadə  biçin üzrə 

hər  hissəni  biri-birinə  calayıb  altına  astar  çəkərdilər.  Kişi  üçün 

arxalıq  və  arvat  üçün  çəpgəni  (labadanı)

130

  hər  qadın  sələfdən



131

 

görüb bənumsəmiş və xalqa örgətmişdi. Bu sayaq bir ailədə yaşa-



yan uşaq və böyüklərin boyunu o əski tərzdəki biçinə eynən uydu-

rardılar.  İki  yaşındakı  qızın  tuman  və  labadası  da  böyük  arvatla-

rınkı ilə dutuşdurulsaydı həcmindən başqa sair heç bir fərq qoyula 

bilməzdi. Xırdaca qızlar gəlin  - diyin quraşdırıb  oyun oynardılar. 

Bu diyinlər üçün tikdikləri əlbəsə öz əynindəki labadanın, kömlə-

yin, tumanın, baş çalmasının eyni forması olardı. Bu diyin oyunu 

qızların  ayəndə

132

  üçün  bir  biçin-tikiş  məktəbi  mənziləsində  idi. 

Anaları, böyük bacıları tikiş-biçin əməliyyatını əsaslı surətdə o za-

man xırda qızlara göstərdib məharət kəsb etdirirdilər.  

Kişilər  və  xırda  oğlan  uşağı  üçün  tikilən  arxalığın,  tumanın, 

kömləyin həmçinin biçin fərqi olmazdı və modası əsla dəyişməz-

di. Nənələrdən, babalardan görülə-görülə gələn  libas əski  halında 

qalıb bu axır zamanlara qədər davam etmişdi. 

Arvatların libası ibarət idi: 

 baş örtülərindən, 

 kömləkdən, 

 zıbundan, 

 çəpgəndən (labadadan) 

 elçəklərdən, 

 eşməkdən, 

 zırcamadan, 

 tumandan, 

 ayaqqabından (corab, başmaq, çarıqdan), 

 çadradan və çarşabdan, 

 rübənddən, 




 

428 


 çaşqurdan. 

Bu  libasın cəmi  növünü  hər arvat özü üçün tikərdi  və  yaxud 

öz qonşusu  biçinçi arvada tikdirərdi,  lakin tək bir ayaqqabını  ba-

zardan alardılar.    

Kişilərin libası ibarət idi: 

 papağdan, 

 araqçından, 

 kömləkdən, 

 arxalıqdan,  

 şalvardan, 

 tumandan, 

 çuxadan, 

 ayaqqabından (corab, başmaq, lafcın, çarıq, çust, məst), 

 dolaqdan, 

 kəmərdən (qurşaq), 

 başlıqdan, 

 kürkdən, 

 yapıncıdan. 

Həmin libaslardan kömləyi, tumanı, arxalığı, qurşağı, dolağı, araq-

çını, corabı, kisəni ailədə qadınlar tikərdilər və qalanı bazardan alınardı.  

Qərinələr və əsrlər keçdikcə arvatların və kişilərin qiyafəsin-

də  bəzən  dəyişikliklər  nəzərə  çarpırsa  da  onlar  da  əsas  üzrə  çox 

əhəmiyyətsiz  şeylərdən  ibarətdir.  Məsələn,  arvatların  başındakı 

dingə  sarığı  dəyişilmişdir.  Bunların  əski  zamandan  rəngbərəng 

çarğat-yaylığı ilə tülü-şütül üstündən çalma çalmaqları... Bu çalma 

qədimdə  yarım  metrə  boyunda  kəllə  qənd  misilli  yuqarıya  sarı 

qalxıb  sonra  sol  tərəfə  mail  qabağa  sarı  əyilərdi.  Ucu  alma  kimi 

yumurulanıb  dəngi



133

  səbəti  həngi



134

  arvadın  başını  möhkəm-

möhkəm dutardı. Buna dingə

135

 deyərdilər. 

Bu  yüksəklikdə  sarınmış  dingənin  mühəssənatı

136

  və  gözəlliyi 

bundan imiş ki, guya sarığın qatları gərək sərrast dursun və hər qatı 

bir  rəngə  çalsın.  Bu  formada  dingəni  qutəbbər



137

  sarıyandan  sonra 

qızıl  qarmaqlı  doğazbağı  ilə  bəndləyib  iki  göz  kimi  qarmaqlar 

dingənin  ortasına  sarınardı  və  sancılardı.  Dingənin  almasına  arvad 




 

429 


çarşavını  ilişdirib  boyu  uzunu  asardı  və  yüzünü  rübənd  ilə  örtüb 

qarmaqlar  ilə  arqadan  bərkidərdi.  İşbu  dingənin  arvatların  gizlən-

məsinə  böyük  xidməti  olardı.  Dingənin  müəyyən  sistem  üzrə 

möhkəm  sarınmasına  diqqət  edərdilər  və  olqədr  möhkəm  sarınardı 

ki,  arvat  gecələr  dingəni  başından  alıb  kənara  ehmallı  qoyarmış  və 

sabahdan durub dingəsini çözülmüş o halı üzrə başına qondararmış. 

Müruri-dühur  ilə

138

  get-gedə  arvatların  dingələri  gödəlməyə 

başladı. İmdi  bizim  əsrimizdə  isə  bir  yaylıq  ilə  başlarını örtməyə 

arvatlarımız qənaət etmişlər.  

İkimcisi,  qadınlarda  çaşqur  və  ikibalaq  dar  zırcamalar  olardı 

ki, köçəbə halında yaşayanlara at minmək üçün qadına bu hal çoq 

əlverişli  idi.  Müqim

139

  həyata  keçənlər  bu  fasondan  əl  çəkdilər. 

Zırcamanın zahirisi olqədr fərqli deyildir - iki balaq olmuş və tax-

taları genişlənmişdir. 

Qadınların qalan libasları isə ta əsatir zamanından bu anacan 

heş bir dəyişikliyə dücar olmaması çoq ehtimallıdır.  

Kişilərimizin  libasında  gözə  çarpan  dəyişiklik  papaq  forması, 

çuxa qolları,  arxalıq  yaxası,  şalvar  lifəsi



140

 kibi  şeylər olması  müla-

hizə  edilir.  Lakin  şalvarın  bağını  çuldan  asmaq,  arxalıq  ətəklərini 

şalvara  salmaq  və  qolların  ağzını  elçəkli  geymək  kibi  adətlər  imdi 

mərğub

141

  hesab  edilmir,  qəbahətdən  sayılır.  Arvat  arasında  rübənd 

asan yoxdur. Çaşqur geyən nadirdir. Elçəkləri də götürülmüşdür.   

İpəkdən qumaş parça toxumaq peşəsi ən qədim zamanda zə-

ruriyyətdən  hesab  olunurdu,  çünki  əhali  öz  libasıyçün  qumaş  to-

xumaq  məcburiyyətində  idi.  Bu  yerlərdə  toxunan  qumaşlar  yun-

dan,  pambıqdan,  ipəkdən,  kecidən  olurdu.  Mən  bu  yerdə  yalnız 

ipəkdən, kecidən toxunanlar barəsində danışacağam. 

Şəki  şəhərində  və  ətraf  kəndlərində  özləri  toxuduğu  ipək 

parçadan həm kişilərə və həm arvatlara libas tikirdilər. Xaçmazda



142

 

toxunan  ipək  şaldan  şalvar  geymiş  qoca  kişilərdən  hali-həyatda 



vardır.  Dəhnələrdə  bugünkü  gün  də  çox  ailədə  cecim  qumaşlar 

toxunur.  Dolaq  və  rübənd  dəxi  bu  qism  qumaşlardan  sayılırdı.  Bu 

kəndin  qarı  arvatları  söyləyirlər  ki,  qadınlar  özləriyçün  çəpgənlik 

birrəng qumaş parça toxuyub geyərdilər və ətrafa dəxi satardılar.  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə