Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə123/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   119   120   121   122   123   124   125   126   ...   147

 

430 


Keçən sənə

143

 fənni səyahət üçün Dəhnələrə getmişdik. Bura-

da arzu etdiyimiz cecim xanasını görməyə müvəffəq olduq. 

Böyük Dəhnədə soraşıq edə-edə gəlib, nəhayət, bir xana toxu-

nan  həyata  daxil  olduq.  Dedilər  ki,  axşama  yavuq  olduğuyçün 

həyatda qurulan xananı söküb evə aparmışıq, çıqarmaq və təzədən 

qurub  işə  salmaq  çoq  çətindir;  bir  qədər  faraş  gəlsəydiniz  iş  üstə 

çıxardınız  və  arzunuza  çatmış  olardınız.  Bizim  qayətdə  bu  hala 

təəssüf etdiyimizi görən arvatlar bizə hörmətə xananı evdən çıqarıb 

həyatda öz yerində qurmaq təşəbbüsündə bulundular. Əvvəlcə yerə 

yalnız palas qismi, şəddələr döşədilər. Yerdən bir qarış yüksəklikdə 

duran enli kürsünü də gətirib döşənəyin ortasına qoydular. Sarınmış 

halında  bükülən  cecim  pəstayısını  bu  kürsünün  üstə  açdılar.  Bu 

pəstayının bir ucunu aparıb yerə çaxılan iki ədəd qoşa mıxa qacarğa 

halında  keçirdilər.  Pəstayının  ikimci  ucunu  aça-aça  qarşısındakı 

qoşa  duran  iki  mıxın  səmtinə  qədər  uzadıb  yerə  qoydular.  Sonra 

sicim  gətirib  pəstayının  yerdəki  ucunun  qacarğa  kötüklərinə 

bağlayıb  səmtini  mıxlara  sarı  çəkib  bağladılar.  Belə  möhkəm 

surətdə pəstayını dört mıxa çidarladılar, cecim pəstayısının hər teli 

çalınsa saz simi kimi səs verərdi. Pəstayının toxunacaq məhəllinin 

qabağına  başları  bir  yerə  bağlanmış  dört  ağacı  tik  halında  yerə 

oturdub  varangələn  ağacının  oxlarını  çatmanın  boğazından  asılı 

halında  bağladılar.  Xana  toxuyan  arvat  da  qıçlarını  pəstayının 

üstündən  aşırıb  altındakı  kürsünün  üstündə  oturdu  və  əlinə  qılıncı 

alıb uzatmanın arasına soqdu. Bu münval(la) o arvat xana toxumaq 

vəziyyətini aldı. Biz də o vəziyyətdəki xananın şəklini götürdük.  

Şəkildə  görünən  yerə  döşətmiş  əsrarlar  uzunu  səkkiz  metrə 

miqdarında boyu olan cecimdir. Arvad qılınc əlində sapların arası-

nı toxmaqlayıb məkiyini atır. Qabağa sarı əyilmək vəziyyətini ala-

ala  ustası  xanasını  toxuyur.  Həmin  köndələn  xananın  toxuduğu 

qumaşların eni çox dar olur. 

Cecim  pəstayısı  iki  qatdır  -  üst  qatı  toxunduqca  dala  tərəf 

aşırılır. Toxunan  hissəsi  alt qata döndərildikcə toxunmayan tərəfi 

qabağdan  aşıb  üst  qata  çöndərilir.  Nəhayət, toxunub  qurtaran  ce-

cim 16 – 17 metrə uzunluqda bir top qumaş əmələ gəlir. Bir arvat 



 

431 


ayda  bir girvənkə  ipəyi  əyirib-bükdərə  bilər  və  xanada gündə 

4

3



 

metrə qumaş toxuya bilər.  

Arvatdan  bir  neçə  sual  etdik.  Sualımıza  verdiyi  cavablar 

bunlardır: 

  Xana çəkilən ağacların adı dörtmıxdır. 

 Qabağımda duran dört dənə baş-başa çatılmış ağacın adı çatmadır. 

  Çatmadan  asılmış  və  pəstayının  hər  tayı  üçün  bir  həlqə 

sarınmış kötüyün adı varangələndir.  

  Varangələn ilə qoşa uzanmış ağacın adı közü ağacıdır.  

  Pəstayının  arasına,  bükük çarmıxlara  nəsb edilən  kötüklə-

rin adı döndərəcəkdir. 

  Pəstayının  keçmələrini  döyüb  yerinə  oturdan  yastı  ağacın 

adı qılıncdır. 

Fərş üçün evin  yerinə döşənən cecimin qumaşı cod və qalındır. 

Yorğan-döşək yüzünə çəkilmək üçün toxunan cecimlərin qumaşı zərif 

və  incə  olur.  Əski  zamanlarda  bu  qumaşlardan  baş  paltar  toxunardı. 

Sadə  bir  rəng  və  əlvan  cızıqlısı  dəxi  olardı.  Zolaq  cecimlərin  rəngi 

bunlardır:  ağ,  qara,  sarı,  göy,  yaşıl  olardı.  Zolağ  cecimlər  ya  sadə 

toxunardı  və  yaxud  üstə  naxış  tökülürdü.  Sadə  zolağ  cecimə  amanı 

qoşa  tafta,  yaxud  alagöz  deyərlər.  Naxışlı  cecimin  adları  bunlardır: 

çərkəz, ceyranı, quyrum, sandıq, qılıncburnu, keçidırnağı. 

Cecimlərin qumaşı çox illər davam edib ömür sürür. Məsələn, hə-

mişə işlənən yorğan-döşəkdə 60-70 il davam edib durur. Bu cecimlər-

dən rus məmurları bizdən alıb qapı və aquşqa



144

 pərdəsi qayırardılar. 

Cecimin eni dar toxunmağına səbəb budur ki, bunu toxuyan arvat 

iki qolun arasındakı hövsələ uzununda olan qılınc alətini dutub bir dəfə 

vurmaq  ilə  keçəni  toxmaqlayır  və  cecimin  pəstayısında  qılınc 

hövsələsinə uyğun uzadır. Lakin enli qumaşları tik qurulmuş xanalarda 

toxuyurlar. Bu xanaların toxmağı, həvənisi uzatma arasında bu başdan 

o başa qədər döyə-döyə gedir. Bu cəhətə görə tik xana nə endə olursa-

olsun,  onda  toxunan  qumaş  parçaların  eni  də  müxtəlifdir.  Məsələn, 

palas, xurcun, çul, çuval, xaral kibi şeylər toxunur.  

Günü  bu  günəcən  Dəhnələrdə  yaşayan  kənd  əhlinin  cümləsi 

kümdardır.  Bunların  ipək  məhsulu  özlərinə  lazımdır.  Hər  ailədə 




 

432 


qız  doğulan  gündən  başlamış  onun  anası,  nənəsi  o  qıza  müdam 

cəhaz


145

 tədarükü görəcəklər. 



 

Kəndçi mülkünün quruluşu 

 

Ən qədim zamandan  bəri  şəhər və kənd  mülkləri  yer əhlinin 



adət  və  ənənəsinə  uyğun  və  təsərrüfatına  əlverişli  bir  planda,  bir 

səpkidə tikilərdi, bağbanlığa, tərəvəzə, arıçılığa, kümdarlığa, mal-

darlığa, tavuqçılığa

146

  mümkün qədər  fürsətli olardı. Sair təsərrü-

fatdan qəti-nəzər

147

 hər ailədə kümçülük peşəsi  xüsusi  bir  mövqe 

dutmuşdu.  İpəkdən,  kecidən  bəzi  qumaşlar  toxunardı.  Hüsula 

gələn baramanı əyirmək üçün hər həyatda



148 

mancılıq olardı. İpək 

qumaşlar toxumağa bir neçə dəzgahlar, hacətlər quyraltmışdılar. 

Məsələn:  

  Yüzü  meşin  qaytan  dağarı  -  yeddi-səkkiz  aşıqlarıyla; 

rəngbərəng, cürbəcür qaytan toxunardı. 

 Tumanbağı toxumağa dəzğahı və çığları olardı. 

 Sap əyirmək üçün evin gircənəsi, cəhrəsi, darağı olardı. 

 Cecim, palas toxumağa xanası, karğahı var idi. 

 Bafta toxumağa kargahı,  girgidi, məkiyi olardı. 

 Qüllab

149

 tikişi üçün saxnağı, kargahı qurulardı. İlax. 

Əhali öz ehtiyacının dəfi üçün kümdarlıq edərdi, ipək çəkərdi 

və ipəyindən bu göstərdiyim şeyləri toxuyardı: qaytan, sap, şalvar 

bağları, dolaq, rübənd,  heybə,  xurcun, çul, qəcəri, süzəni,  növbə-

növ cecimlər olmuşdu. 

Mülkün dairəsi şəhərdə darısqal, lakin kəndlərdə çox geniş olur. 

Kənd  mülkünün  hasarı  ikiqat  olur:  biri  dışarı  hasar,  obiri  içəri  ha-

sardır. Dışarı  hasar  mülkün  ətrafının  xəndəyindən  və üstünün kom-

lanmasından  ibarətdir.  Mülkün  ortasında  olan  tikililərin  ətrafına  çə-

kilən təpbə çəpər, yaxud barı içəri hasardır. Burada kəndçi ailəsinin 

sükunət etdiyi



150

 evi və həyatı



151

 vardır. Həyatında töylə, təndirxana, 

ağıl,  hin,  su  anbarı  (höyüt)  vardır.  İki  hasarın  arasında  qitə-qitə 

salınmış  xiyabanlardır.  Bir  parça  yeri  çekillik  və  caballıqdır;  o  biri 

tərəfi tərəvəzdir. Gerisi findıqlıq, meyvə ağaclığı və tənəklikdir.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə