Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə127/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   123   124   125   126   127   128   129   130   ...   147

 

444 


Nəmini yerə vermir - Özünü sındırmır. 

Nə  ununda  var,  nə  urvasında  -  Nə  böyüyündə  var,  nə  kiçi-

yində. 

Novçaları pəhləvana oxşiyirlər - Şagirdləri (şəyirdləri) ustad-



larına-pəhləvana  oxşayırlar.  (Keçmişdə  pəhlivanın  şagirdlərinə 

novça deyirdilər) 

 

Oddan  kül,  küldən  od  -  Yaxşı  ailənin  pis  evladı,  pis  ailənin 

yaxşı evladı. 

Olanda  çart-çart,  olmiyəndə  ac  yat  -  olanda  israfçılıq  edir, 

sağa-sola dağıdır, qara günə heç nə saxlamır, olmayanda ac yatır. 

Onun  ipinin  üstünə  odun  yığmaq  olmaz  -  Ona  etibar  etmək 

olmaz. 

Ondan yumurta alan içində sarısını tapmaz - O xeyirverməz, 



xəsis adamdır. 

Onu görəndə tük salırlar - Ondan bərk qorxurlar. 

O qayınana sus qurdudur  - O qayınana  əlatdan gəlini sancır, 

onu incidir. 

O, şabalıtın  biridir - O, çox xəsisdir, simicdir. 

O, sən sındıran qoz döyül - Bu sənin gücün çatan iş deyil. 

Oruc yediyini görmüşəm, namaz qıldığını görməmişəm - Pis 

işini görmüşəm, yaxşı işini görməmişəm. 

Oralıx  döyül,  buralıx  döyül  -  Gedib-gəlmək  çətindir  məna-

sında işlədilir. (Maddi vəziyyətə və ya məsafə uzaqlığına görə) 



 

Ö 

Övkəsi ağzından gəlir - Yerə bərk çırpılan adam üçün deyilir. 

(Ç.Q.) (Qorxudan ürəyi qopdu). 

Ölmüş  eşşək  axtarır  dərisini  soymağa  -  aldatmaq,  hazıra 

nazir, kimisə xam basıb xeyir götürməyə adət etmişlərə işarədir.   

Özünə  umac  ova  bilmir,  özgiyə  əriştə  doğriyir  -  Özünə  bir 

gün qazana bilmir, özgə üçün çalışır, “canıyananlıq” edir. 



 

445 


Öküzün  altınnan  bala  axtarır  -  Şər,  böhtan  atır,  dava-dalaş 

üçün bəhanə axtarır. 

Öyündə  yox  urvalıx,  konlundan  keçir  koxalıq  -  Kasıblıq  və 

ehtiyac içində yaşayır, könlündən isə böyük işlər keçir. 



 

Para kəndə padşah, ölkəyə sərdar gəlir  - Özündən müştəbeh, 

özləri haqqında əsassız yüksək fikirdə olanlara işarədir. 

Pendiyi  yaxşıdır.  Hayıf  ki,  it  dərisindədir  -  Pis  ailənin  yaxşı 

qızıdır. 

Pərpətöyün toxumu kimi  dağıldılar - Tarimar oldular, qırılıb 

qurtardılar. 

Pərzana  qazanı  –  xəstə  üçün  xüsusi  olaraq  bişirilən  xörək 

qazanı. 

Pinə  eləmirəm,  pinəçi  bazardadı  -  Gülünc,  məsxərəyə  qoyu-

lası  vəziyyətdədir,  lakin  mən  onu  ələ  salmıram,  məsxərəyə  qoy-

muram - Mənasında deyilir. 

Pəs tükənə (dükana) vurdu - Mənimsədi, müftə çırpışdırdı. 

Pişik nə qatıx yiyitdi, nə ağzı bulaşıtdı - Sudan quru çıxanlara 

işarədir. 

 

Sarnası qarışmaq - Ac adama deyirlər. (Ç.Q.) 

Saa  qızıləhməd  alma  göndərmişəm  ki?  -  Məgər  mən  səni 

dəvət etmişəm, çağırmışam? 

Say, yerinə qoz qoy - Söz verib yerinə yetirməyən adamların 

boş vədlərinə belə deyirlər. 

Saman sənin döyül, samannıx ki, sənindir - Yemək özgəninki 

olsa da, qarın ki, sənindir, heç olmasa qarnını hifz et, qoru. 

Sarı simdə çalır - Sözlü adama oxşayır, dolayısı ilə anladır. 

Sapda durmaz dəhrədir - Dönük, etibarsız adamdır. 

Sakka  qoz  kimi  qalıtdılar  -  Bir  nəfər  kimi,  hamısı  sağ-

salamatdır. 

Sacayağı dayanıblar - Səbrsizliklə gözləyirlər. 




 

446 


Səsin yəşpirəhdən gəlir - Səsin göydən gəlir. 

Səni  doğunca  daş  doğiydim  daşqorəyə  qoyiydim  -  Ananın 

uşağından giley-güzarı. 

Sərkis  bi  də  qələt  eliyər  Cara  gedər  -  Gücü  çatmayan  işdən 

yapışıb peşman olan adamın etirafı. 

Soyuğa döyür - İşi baş tutmur, əhəmiyyətsiz iş görür. 

Sünbülündən  su  damır  -  Təmizkar,  səliqəli  adama  belə 

deyirlər. 

Sözaa qərool qoy - Sözünə nəzarət elə. 

 

Ş 

Şənbə  çərşənbədən  uzundur  -  Alt  geyimi  üst  geyimindən 

uzun olan, qadına qadınların “işarəsi”.     



 

Tamahı  ağlınnan  çoxdu  -  Nəfsi  ağlına  üstün  gəlir,  “ağlı 

gödəninə yamaxdır”. 

Taraa təpiyh atma - Naşükür olma, taleyindən narazılıq etmə. 

Tapsayiyənlər  -  Pul  qazanmaq  xatirinə  hər  şeyi  özünə  rəva 

görən, müftə yemək-içmək, dolanacaq yeri axtaranlar. 

Teyfəsiz  toy  olmaz  -  “Harda  aş,  orda  baş  olan”  adamlara 

işarədir. 

Teyim-teyim  -  Tez-tez.  (getmək,  danışmaq,  oynamaq  və  s.) 

“Teyim hava” rəqsinə oynayardılar.  

Tərkini qılmax - Dağıtmaq, paylamaq və s. 

Tərəzinin ağır şaxını oğriyib, qıraxda durur - Qızışdırıb, aranı 

vurub qıraxda durur. 

Tovlu  (tovlu  piçax)  -  İti  bıcaq  və  ya    “o,  tovlu  geyinir”,  o, 

səliqəli geyinir. 

Toy,  top  qarağatda  gəlir  -  Əsası  olmayan  şənliyin 

mövcudluğuna şübhə ilə deyilən ifadə. 

Toox  anasınnan  süt  görmüyütdü  -  Kimnənsə  yarımamaq 

barədə giley-güzar. 

Topu oyundan çıxarmaq - Həddini aşmaq, ifrata varmaq. 




 

447 


Tutduğunu buraxmır - Tərsdir, höcətdir, dediyindən dönmür. 

Tumanı təzə, köynəyi təzə, yırtılsın görax nə diyir bizə - Təzə 

gəlin üçün söylənən ifadə. 

Tısı yatmaq - Sakitləşmək, hirsi soyumaq. 

Tırıqqası yeri-göyü dağıdır - Ədabazlıq, lovğalıq edən. 

Tınqı düşüb - Kefsizdir, qaş-qabaqlıdır. 

Tırı tututdı - Tərslik, dəlisovluq edir, özündən çıxıb. 

 

Ucundan  tutub  uculamaq  -  Çox  dərinə  getmək,  vasvası 

olmaq, sözü uzatmaq. 

 

Ü 

Ürək-köbəyi düşütdü - Bərk qorxutdu. 

Ürəyini sürtür - Ürəyi istəyir, ürəyindən keçir. 

Ürəyinə sığal çəkmək - Gözəlliyin təsiri. 

Ürüyif artmaq - 1.Varlanmaq. 

                          2. Nəslin artması. 

Üsküyünə su çilənmək - Pərt olub. 

Üzü hamam fərşinə oxşiyir - Üzü silinib, sırtıqdır, həyasızdır. 

 

Varı olub  vermiyənin qızıb ətinə  yapışsın  - Var-dövləti olub 

xərcləməyənin, başqasına əl tutmayanın varı qismət olmasın.     

Vuran  oğul  atasının  keçinmiyitdi  -  Cəsarətli  oğul  döyüşə 

(savaşa) girərsə atasından icazə istəməz. 



 

Zərbaf - min tənə - Atüstü iş görən adama belə deyirlər. 

Zəlo  (zəlov)  tökmək  -  Tərslik,  höcətlik  etmək,  yersiz 

inadkarlıq göstərmək, yalvarmaq. 



 

Yaz  danası  kimi  yarıyitdi  -  Xoşbəxtlərə,  həyatda  bəxti 

gətitənlərə belə deyilir. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə