Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə129/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   125   126   127   128   129   130   131   132   ...   147

 

452 


Doppadan, darapbadan - o dəqiqə, birdən 

Dəhmərləmax  -  hərəkətə  gətirmək  (kimisə),  yadına  salmaq, 

təsir etmək; 

- Ə, sən Allah, onu dəhmərrə, habı işin vaxtı keçir  

Dənitdəmax  -  pusquda  danışığa  qulaq  vermək,  pusquda 

durmaq, saymazyana qulaq asmaq 

Dəstəndaz - vergi növü  

Dığırtı - hayan   

Dənbülüm - ağıldan zay  

Duma - saplaq; 

- Armudun dumasınnan tütüf üzəndə rahət olur 

Durux - qoşa (cüt) atlar qoşulan dörd təkərli araba 

Dülə toqqa - uşaq oyunu; 

-  Hayıf  döyüldü  o  vaxtlar,  biz  uşağ  olanda  haki  dülə-toqqa 

oyniyərdox  

Dünya - çəkili xam ipək bağlaması  

Düyə - ikillik dişi dana    

 

Ə 

Ənfiyədan - burunotu qabı  

Əzvay mürəbbəsi - fərsiz, işə yaramayan və s.  

Əppəyh qatığı - xörək, çörəklə yeyilən digər qəlyanaltılar 

Əhdac - alət  

Ərəndi  -  icarə  ilə  yer  əkmə.  Bu  sözün  etimologiyasının 

“arenda” olduğunu güman etmək olar.   

  

Ətdar dükanı - keçmişdə cürbəcür mallar satılan dükan; 



- Hayva məndə, nar məndə, 

  Bağça məndə, bar məndə.  

  Könlüm ətdar dükanı, 

  Nə istəsən var məndə.  

Əsmər - qarabuğdayı, qarayanız  

 

 

 



 

453 


Fərş  -  təxminən  5-8  sm  x  6-8  sm  həcmində  çay  daşlarından 

hazırlanmış  üz  tərəfi  əsasən  hamar  olan  daşlar.  Ta  qədimdən 

küçələrdə,  ictimai  hamamlarda  yerə  döşəmə  örtük  kimi  istifadə 

olunur.  Xalq  arasında  sırtıq,  həyasız  adamlara  “hamam  fərşi” 

deyirlər. 

Fərəzən - işıqlı, aydın (gün, güzəran mənasında);  

- Səən görüm fərəzən günə çıxasan  

-  Diyirəm  axı,  gedəni  öyləndirif  laf  fərəzən  günə  çıxmısan 

(giley)    

Felləmax - yelpikləmək 

Fuqan - böyük (uzun) rəndə  



 

Güvə  -  bu  söz  uşaq  oyunları  zamanı  çox  işlədilir.  Məsələn: 

Kəlləgüvə oyununda 4 qoz bir güvədir; 

- Qavaxlarda güvələmə oyniyərdox, dörd-dörd qoz qoyardox, 

amma qalaqurma oyununda tək-tək qoz qoyullar  

Gohar - miraf  

Girvənkə - 1 girvənkə (qrivennik) = 409,5 q 

God (qoduş) - tərəzi çəkisində ölçü qabı  

Gireh - ölçü vahidi, 1 gireh = 0,04 m 

Gejdən - tezdən;  

- Savax gejdən duruf bir az balva dənniyicəm  

Güdül - kiçik; 

-  Göynən  gedən  göy  güdül  (kiçik)  öküz,  tüş!... 

Tərəkələlələnmə (yırğalanma)! (yanıltmac)  

Gəndi  –  1.  Öz  başına;  2.  Özü, özünə  qayıtmaq  mənasında  – 

Gəndinə qayıt! (B.G., Qşl.)  

- Uşaqları gəndi başına qoymax olmaz, xata çıxardallar  

Güz - payız (Qşl., B.G.)  

Güzdəh - daha çox payızda göyərən göy ota deyilir (payız otu) 

Güncayısız - sənt-soraq bilməyən 

Gərdənbənd - boyunbağı  



 

454 


Gəşt - gəzmə, gəzinti, seyr 

Gəyən  (gecə)  -  ay  işığına  bərq  olmuş  aydın,  səssiz,  sükuta 

dalmış rəngarəng boyalarla bəzənmiş gecə      

 

Hayındılarda (həyindilərdə) - indicə, bir azdan sonra; 

- Dədə dağa geyitdi, hayındılarda gələr 

Həvəgüm - ağıldan kəm  

Heyvə - xurcun  

Heyzə (Heyzi qırıx) - pəzəvəng, iri gövdəli insan  

Hüşdürüm - yüngül xasiyyət  

Həşəvara - qətiyyən; 

- Həşəvara, dünya dağılsa da razı olmaram 

Həşəvar - zibil  

Hənt - çəltik əkilən sahə; 

- Gəlirdim həntdən, 

  Səs gəldi kənddən, 

  Ağzı sümükdən, 

  Saqqalı ətdən (xoruz)  

Həşpirey - göy, səma; 

- Səsin həşpireydən gəlir  

Həşərgah elamax - qorxutmaq 

Hillə - hiylə, “hil gəlmax”, kələk gəlmək, kəf gəlmək 

 

Xar-xur - mer-meyvə 

Xruş, xardalaş - nadinc, dəcəl (B.G.)  

Xərvar (xalvar) - təxminən 246 kq  

Xınzır - qaraqabaq, qaradinməz  

Xoyu - xasiyyəti pis adam - hirsli, xasiyyəti pis, bəd adam  

Xırd saxlamaq - küsülü qalmaq, umu-küsü saxlamaq   

  

İ 

İdmax (Qşl.) - itələmək, toxunmaq   




 

455 


İlkindi - axşama yaxın, ilkindi namazı  

İkəər qoymaq - təqsirkar bilmək  

 

Kas olmaq - dəngəsər olmaq 

Kövər - meydan  

Koppuş, kuppuş - yumrusifət, kök  

Köykür - kavaf olmaq - bərk qəribsəmək  

Kekil  -  saç  forması,  kekilli  (popurlu)  fərə  -  başında  yumru 

saçlı fərə       

Külçə - xüsusi qaydada hazırlanan yağlı çörək  

Külxan  -  odunla  qızdırılan  hamamların  kül  tökülən  xüsusi 

yeri; 


- Mahir qumarbaz hamamın külxanında yatırdı (nağıllardan)  

Kopolu - köpək oğlu 

Kəb - evin bünövrəsi (Bil.) 

Kənto (köntoy) - kobud;  

- Vahid qada kənto adamdı 

Kəmtər - lap az, azacıq 

Kəs - tərs, səhv, əyri; 

- Gənə sözləri kəs düşdü  

Kiriş  -  ayaqqabı  tikənlər,  çəkməçilər  və  b.  yapışqan 

(yapışdırıcı) kimi istifadə edirlər.  

Kolpumax,  kolputmax  –  1.  Çaşmaq,  özünü  itirmək;  2. 

Çaşmağa təhrik; 

- Yaman kolpumuşam, ipin ucunu itirmişəm 

-  A  ciyi,  dədəni  çox  da  kolputma,  onsuz  da  yazıx  dumana 

düşən qaza dönütdü.    

 

Qadax (Yamaq) - ağacdan hazırlanmış təhnə-tavağın aralanmış, 

çat  vermiş  yerlərini  nazik  ağ  dəmir  təbəqəsilə  mıxlamaq  (buna 

“qadaxlamaq”  deyilir).  Bu  sənəti  işlədənlərə  isə  “qadaxçı”  deyirlər. 

(Yersiz danışanlara-dilaa qadax düşsün, qarğış ifadəsi işlənir). 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə