Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə13/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   9   10   11   12   13   14   15   16   ...   147

 

38

Göründüyü kimi iki sözün başqa cür növbələşməsi (yerdəyiş-



məsi) adi cümləni dəqiq ritmik əsasa malik olan şeir misrasına çe-

virir və əksinə. 

Belə misallardan çox göstərmək və ətraflı mülahizə yürütmək 

olar.  Ancaq  hazırki  məqamda  əsas  məsələ  budur  ki,  “Meymunu 

yadına salma” məsəlinin və onunla bağlı rəvayətin (yaxud əhvala-

tın, real hadisənin)  M.F.Axundova qədər Azərbaycan folklorunda 

yaşayıb-yaşamamasından  asılı  olmayaraq  L.V.Solovyov  Mirzə 

Fətəlinin  komediyasındakı  gözəgəlimli  bir  parçanı  öz  romanına 

gətirmişdir  (yazıçının  istedadına  olan  böyük  hörmətim  “köçür-

müşdür” deməyə imkan vermədi). 

Yuxarıda qeyd etdiyimiz kimi bəzən ilk baxışdan çox adi görü-

nən bir paremioloji vahid diqqət edildikdə geniş, həm də vacib söh-

bətlər üçün açar ola bilər. Dünyada məşhur olan bir romanın müəl-

lifinin - L.V.Solovyovun öz əsərini yazarkən M.F.Axundovun təsi-

rindən çıxa bilmədəyini göstərən Azərbaycan məsəli də həmin fikri 

təsdiq etməkdədir. 

Antologiyanın  lətifələrə  həsr olunmuş səhifələri  bu  janrın  ən 

müxtəlif cəhətlərini nümayiş etdirən zəngin materialı özündə cəm-

ləşdirməkdədir. 

Lətifənin meydana gəlməsinin iki yolu var. Birincisi: lətifə bə-

dii təxəyyülün məhsulu kimi meydana çıxır. İkincisi: gülüş doğura 

biləcək  həyat  hadisələri,  ümumiyyətlə  məzəli  əhvalat  bədii  söz 

bükümündə, yəni lətifə şəklində dildən dilə düşür, şifahi ötürmələr-

də  hər  dəfə  söyləyicinin  söyləmə  istedadından  və  öz  dinləyicisinə 

qarşı  tutduğu  mövqedən  asılı  olaraq  müxtəlif  səviyyəli  dəyişil-

mələrə məruz qalır və nəticədə çoxvariantlı xalq əsərinə çevrilir.  

Gülüş  doğuran  hadisələr,  başqa  sözlə  desək  məzəli  əhvalat 

əsasən insanların qarşılıqlı ünsiyyəti zamanı meydana gəlir ki,  bu 

da ilk növbədə hazırcavablıqla, sözlə vurmaq qabiliyyəti ilə bağlı-

dır. Həmin mənada təbiətən çox zarafatcıl olan şəkililərin hər biri-

nin  lətifə  qəhrəmanına  çevrilmək  şansı  vardır.  Folklorşünas  Hik-

mət Əbdülhəlimovun istər bu, istərsə də bundan əvvəlki kitabları-

nı oxusaq şəkili lətifə qəhrəmanlarının - real şəxsiyyətlərin böyük 



 

39

bir  siyahısını  tərtib  edə  bilərik.  Ancaq  lətifənin  dinləyicisini  və 



oxucusunu  onun  personajlarının  real  şəxsiyyət  olub-olmaması 

yox, ümumiyyətlə mövzu, süjet və konkret olaraq hansı personajın 

qalib çıxması və hansının gülünc vəziyyətdə qalması maraqlandı-

rır.  Müəyyən zaman ərzində  bu  şəxsiyyətlərin adları  başqaları  ilə 

əvəz  edilə  bilər,  ancaq  lətifənin  süjeti  müxtəlif  dəyişikliklərlə  də 

olsa yaşamaqda davam edir. 

Bütün yuxarıda deyilənlər taleyin hökmü ilə hansısa bir gülü-

şəgəlimli  hadisənin  iştirakçısı olub  lətifə qəhrəmanına çevrilənlər 

barədədir. Bir də var lətifə silsilələrinin qəhrəmanları. Belələri öz 

zarafatcıllığı,  hazırcavablığı  ilə  xalq  arasında  xüsusilə  seçilirlər. 

Onların adı ilə bağlı çoxlu məzəli əhvalat meydana çıxır və lətifə-

yə çevrilərək dillərdə dolaşır. Şübhəsiz ki,  bu lətifələr də variant-

laşır, bunlarda da bir qəhrəman başqası ilə əvəz olunur. Ancaq hər 

bir lətifə silsiləsi yalnız süjet vergisi vermir,  həm də süjet vergisi 

yığır. Ona görə də həmin silsilələr böyüməkdə və öz qəhrəmanla-

rının adını yaşatmaqda davam edirlər. 

Dünya folklorunda mövcud olan ən böyük lətifə silsiləsi şüb-

həsiz ki,  Nəsrəddinin adı  ilə  bağlıdır.  Azərbaycan  folklorunda da 

baş lətifə qəhrəmanı Molla Nəsrəddindir. İkinci yerdə Bəhlul Da-

nəndə  durur.  Dünya  şöhrətli  Nəsrəddindən  və  Şərq  şöhrətli  Bəh-

luldan  başqa  Azərbaycan  folklorunda  bir  sıra  lokal  lətifə  qəhrə-

manları da vardır. Şəki, Şamaxı, Qarabağ, Naxçıvan və s. Yerlər-

də onlar çox məşhurdurlar. Bunlardan biri - şəkili Hacı dayı artıq 

lokal lətifə qəhrəmanı sırasından çıxaraq milli gülüş mədəniyyəti-

nin məşhur personajına çevrilmişdir. O, öz şöhrəti ilə Azərbaycan-

da artıq minyaşlı Bəhlul Danəndəni üstələməkdədir. 

Şəkidə,  daha  dəqiqi,  Şəki  şəhərində  Hacı  dayıdan  başqa  Ab-

dulcabbar,  Maşağ  İsfəndiyar,  Lütfəli  Abdullayev,  Şapqaçı  Valeh, 

Qabardin oğlu Mənsur, Qışlaqlı Gülü, Tüfü Tahir, Kor Fərrux kimi 

adları  ilə  lətifə  silsilələri  bağlı  olan  şəxslər  -  folklor  personajları 

vardır və onların  lətifələri dəfələrlə çap olunmuşdur (məsələn,  son 

vaxtlar  yalnız  bir  kitabda  müasirimiz  Tüfü  Tahirin  adı  ilə  əlaqəli 

40-a  yaxın  lətifə  nəşr  edilmişdir;  bax:  Yeni  Şəki  lətifələri.  Gözoo 



 

40

yiyərəm  mən.  Toplayanı  və  tərtib  edəni  Ağəli  Şəkili.  Şəki-2008. 



135 s.). 

Hazırki  antologiyada  H.Əbdülhəlimov  oxucunu  yeni  lətifə 

silsilələrinin  qəhrəmanları  ilə  tanış  edir:  Yetim  oğlu  Nurəddin, 

Hacıhəbillahların  Nuru,  Tapdıq.  Ancaq  şübhəsiz  ki,  burada  əsas 

məsələ silsilə qəhrəmanlarının adlarında  yox,  həmin adlarla  bağlı 

olan lətifələrin bədii və elmi dəyərindədir. 

Əvvəlcə “Yetim oğlu Nurəddinin zarafatları” bölməsində ve-

rilmiş “Tapmaca”ya nəzər salaq. 

Nurəddinin  yoldaşları  hər  bazar  dəstə  qurub  nərd  oynayırdı-

lar.  Bir  dəfə  oynayıb  yorulanda  Qara  Niyazi  təklif  edir  ki,  gəlin 

tapmaca deyək. Yetim oğlu tez irəli düşür: 

- O hansı idarədir ki, müdiri qurd oğlu, baş mühəndisi cuhud 

oğlu, iqtisadçısı yetim oğludur? 

Hamı bu tapmacanın cavabını bildiyi üçün gülüşür. 

(Həmin dövrdə əhaliyə xidmət kombinatının müdiri Qurd oğ-

lu Ələfsər, baş  mühəndisi  Cuhud oğlu Maqsud,  iqtisadçısı  Yetim 

oğlu Nurəddin idi). 

Hazırki  nümunəni  göz  önünə  çəkməkdə  məqsədim  diqqəti 

folklorşünaslıq üçün çox vacib olan bir məsələyə yönəltməkdir. 

“Yenidənqurma  və aşkarlıq” adlanan dövrdən  bəri çap olun-

muş  minlərlə  rus  lətifələri  arasında  “lətifədə  tapmaca”  üsulu  ilə 

yaranmış xeyli nümunə vardır və bunlarda lətifə ilə tapmacanın ən 

müxtəlif şəkillərdə çulğalaşmasının şahidi oluruq. Bu cür lətifələr 

hələlik tədqiqata cəlb olunmamışlar. 

“Lətifə-tapmaca”lar Azərbaycan folklorunda da özünəməxsus 

yer tutur və bunları müşahidə edərkən tapmacanın lətifəyə hopma-

sının müxtəlif vasitələri ilə üzləşirik.  

Yuxarıdakı  lətifədə  Yetim  oğlu  Nurəddin  Şəkidə  iş  başında 

olan adamların ləqəbləri əsasında bədahətən maraqlı bir tapmaca-

zarafat düzəldir. 

Başqa bir lətifə. 

Tüfü Tahirlə eyni kupedə Moskvaya gedən bir alim onu söh-

bətə tutmaq üçün deyir: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə