Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə131/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   127   128   129   130   131   132   133   134   ...   147

 

460 


Pampax - yazıq, qorxaq  

Papışdan çıxmaq - qaynar sudan dərinin qabarıb soyulması 

Pəyə - mal damı  

Pota - kök  

Pırın-pırın düşmax - kusmax 

Pisikdirmək - əsəbiləşdirmək, hirsləndirmək (“Psix” sözünün 

dilimizə uyğunlaşdırılmış forması fərz etmək olar). 

Pişqi  (bıçqı)  -  kiçik  mişar,  əksər  hallarda  pişqi  -  iki  nəfərlə 

istifadə olunur  



 

Saqqa (sakka) bütöv, möhkəm (qoz kimi), dağılmayan və s. - 

qalaqurma oyununda  yalağa  atmaq (salmaq) üçün  istifadə olunan 

müəyyən sayda qoz (2, 3, 4 və s. sayda);      

- Bizinən oxiyən uşaxların hamısı saqqa qoz kimi qalıtdılar 

Salvı  (salvey)  qərb  bölgəsində  selbə  -  əlçatmaz  meyvə 

ağaclarının  meyvələrini  salmaq  üçün  atılan  təxminən  60-80  sm 

uzunluğunda ağac; 

- “Qız ağacı, qoz ağacı, hər yetən bir salvı atar”. Fərsiz ada-

ma kinayə ilə “salvı” da deyilir. Bic, çoxbilmiş uşaqlara “çiyələyə 

salvey atan” deyirlər     

Samı  -  öküz  və  kəlin  boynuna  qoyulan  (taxılan)  ağacdan 

hazırlanmış alət  

Sarma - dağ zirvəsinə aparan dolanbac 

Sarağan  –  Çox  da  iri  olmayan  ağac  növüdür.  Bu  ağacın 

yarpaqlarından  gön  və  dərinin  aşılanmasında,  ağacını  isə  mişarla 

xırda doğrayaraq və ya ağır çəkiclə xırda tellərə arılanadək əzərək 

kəlağayının  hazırlanması  prosesində  ipəyin  (kəlağayı  üçün) 

bişirilməsində istifadə olunur 

Saz (Qşl., B.G.) - 1. qamışlıq; 

 - Donuzun koonu sazeydi, it də qooqu saldı saza  

                           - 2. yüksək əhval-ruhiyyə; - kefi yaman  

   

 

sazdı; 




 

461 


 - Büyünnərim kefin sazdı  

Selinti - çay selinin (suyunun) gətirdiyi çır-çırpı, ağac kötüyü 

tullantıları 

Sır-sır - çiskin; 

- Gecə yaman sır-sırdı, hava açılmax istəmir  

Silisçi - müstəntiq  

Silosun - qırsaqqız, sırtıq 

Sirt - evin damında iki tirin ucunun birləşdiyi sərt maili yer  

Süyux - sıyıq  

Surfa - süfrə 

Səllim - boş, işsiz, avara, yiyəsiz 

Siyatay (səyato) - bəzəksiz, bir rəngli parça 

Sünəh - acgöz 

Sinc - sifət, görünüş; 

- Habı sinçinən hara geersən?  

Son - övlad, nəsil; 

 - Bayrəm qadam da sonsuzdu, gör neçə  ildi öylənitdi, uşağı 

olmur.    

Son beşik - ailənin sonuncu (axırıncı) uşağı; 

 - Habı Usuf məəm son beşiyimdi 

Sərto  -  baramanın  keyfiyyətli  ipəyi  alınandan  sonra  qalan 

hissəsi 


 

Ş 

Şahad  -  dəyirmançının  dən  üyüdəndən  sonra  aldığı  natural 

əmək haqqı (un) 

Şarrama (yağış) - şıdırığı (yağış)  

Şorava - tər, şoravam axır 

Şeqal - topuq (malda) 

Şirni quşu - qənnadı məmulatı növü     

Şitənmək, şitəndirmək - dadanmaq, dadandırmaq; 

- Yaman şitənitdi, diyəsən ağzı dad görütdü   

Şərəməz, şürəməz - yerli, yersiz 

Şuluqçu - adama söz qoşan, bəzəkçi 



 

462 


Şundul - bambılı, yüngülxasiyyət insan  

Şüvər, şüddəh - nazik çubuq 

Şırfıl - lobya sıyığından hazırlanmış xörək 

Şir - rəngli boya 

Şirçi - rəngsaz  

Şöftə - cəftə 

 

Şirval – çardaqda, damda yağış suyu tökülən yer 



Şirvalan (maq) - yaltaqlan, quyruq bula və s.;   

- Dalına al palanı, 

  Belin öyrətmə yəhərə. 

  Hər səhər duruban, 

  Vur özünü bir şəhərə 

  Şirvalan qəssablara, 

  Tullasınlar bağırsaq, Laçın (Molla Cuma, “Axsaq Laçın”)       

Şəltə  (B.G.,  A.G.,  Baq.)  -  evlənən  oğlan  evi  tərəfindən  qız 

evinə göndərilən nişan    

 

Tağar  -  taxıl  məhsullarının  ölçü  vahidi  -  1  buğda  tağarı  1/3 

pud (= 5,4 kq), 1 düyü tağarı 10 pud (= 164 kq), 1 arpa tağarı 15 

pud (= 246 kq) idi 

Tartafıla düşmax - tələsmək 

Tatar  –  1.  Qamçı;  2.  Tam  bişməmiş  dolma:  -  Dolma  tatar 

yaxşıdı. 

Taytax - hər iki tərəfə axsayan adam  

Taybəstə - səliqə, səhman; 

- Gəlin paltarları taybəstə yığıtdı 

Tompal  -  müəyyən olunmuş  formaya uyğun gəlməyən,  məs. 

tompal  barama.  Normal  standartlara  cavab  verən  barama  səkkiz 

rəqəminə oxşayır. Tompal baramalar isə bu standarta uyğun olmur 

və onlara növ (sort) verilmir.   

Tömpəl - əyri uc  

Təkavur (lu) - təkəbbür (lü) - ərəb mənşəli sözdür 



 

463 


Təkavur  loxması  -  xörəyi  (çörəyi)  axıradək  yeməyib  bir  az 

saxlayanda  buna  təkavur  loxması  (təkəbbürə  görə  axıradək 

yeyilməyən tikə, xörək və s.) deyilir; 

- Ə, təkavur olma, xörəyi (çörəyi) axıradək yi 

Təntimax (təntitmax) - çaşmaq, özünü itirmək; 

- Uşağı təntitmiyin, əppək boğazında qalar  

Tərkisalat - qarınqulu  

Təpələmə  -  ağzınacən,  ağzınaqədər  dolu  (bu  söz  Dərbənd 

dialektində də vardır).  

Tiraltı (lar) - bir mülkdə (bir tirin altında evin baş tiri nəzərdə 

tutulur) yaşayan müxtəlif ailələr (qohum və ya özgələr)  

Tovlu - kəsərli (iti); 

- O, tovlu adamdı, sözü daşdan keçir 

- Bu piçax tovludu, yaxşı kəsir  

Tufaq - 1. ittifaq; 

        - 2. birlik; 

        - 3. ev, yurd-yuva; 

- Tufağın dağılsın, bu nə işiydi başıma gətirdin   

Türəyiş, törəyiş - davranış  

Tütdəyh - tütək  

Tütüyə  -  müqəddəs  sayılan  yerlərdə  zəvvarlara  verilən  cüzi 

ərzaq.  Zəvvarlar  müqəddəs  sayılan  yerlərdən  gətirdikləri  tütiyəni 

paylayırlar və bu, savab sayılır  

Toxum - nəsil (O.)  

Tirə - 1. nəsil, tayfa (B.G.)  

          - 2. ayrı-seçkilik;     

- Ə, uşaxları seçmə, ikitirəlıx salma 

Toxmaçar  -  barama  qurdunu  yemləmək  üçün  yetişdirilən 

cavan tut ağacı 

Tərəkələlənmə - yırğalanma (Oraban k.) 

Töycü - vergi  

      


Uslub-uslub - ehmallı  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə