Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə141/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   137   138   139   140   141   142   143   144   ...   147

 

504 


32 

...Çoxlu  sayda  güllə  yarası  almasına  baxmayaraq  uzun 

müddət müqavimət göstərməsi məni çox təccübləndirmişdi. Lakin 

onun  əynindəki  geyimini  soyundurarkən  bəzi  şeylər  aydın  oldu; 

onun bədənindəki yaraların hamısı beşmetlə tutulmuş və bu, görü-

nür qan itgisini ləngidirdi. 

- Xüsusi materialdan tikilmiş qoruyucu jilet. 



33 

Bir dəfə Şamil Dağıstanın nüfuzlu adamlarını yığaraq oğlu 

Qazı Maqomanı özünə varis seçməyə təklif etdi. 

- Qazı Maqoma adı müridlərə çağırışla bütün Dağıstanı ayağa 

qaldırmış  və  nəticədə  Hirpi  yaxınlığında  (1832-ci  il)  öldürülmüş 

İmam Qazı-Məhəmmədin şərəfinə qoyulmuşdur. 



34 

Onlar Nuxadan xeyli məsafə uzaqlaşdıqda (10 verst), Hacı 

Murad  birdən  atını  çevirib  keşikçilərə  atəş  açaraq  birini  öldürdü, 

digərləri isə atlarını çaparaq aradan çıxa bildilər. 

- 1 verst1 km 67 m. 

35 

Misal üçün, Şəki xanlarından İsmayıl xanın dövrünü götü-

rəlim.  

- İsmayıl  xan  Cəfərqulu  xan oğlunun ölüm tarixi: 

1

32-15 şə-



ban 1234      (7 iyun 1819), 

2

99, 



3

26-1234 (1819), 

5

36-13 şəvval 



günorta vaxtı 1234 (5 avqust 1819) 1, 2, 3, 5 rəqəmləri qaynağın 

nömrəsini,  onların  ətəyindəki  (indeksdəki)  rəqəmlərsə  maddeyi-

tarixin  göstərilən  qaynaqda  neçənci  olduğunu  bildirir.  Məs.  1

32

 



göstərir ki, bu maddeyi tarix 1-ci qaynaqda 32-ci yerdədir*. 

Bax: Maddeyi-Tarixlər. 

*  Maddeyi-tarixlər  -  Tarixdəki  bir  çox  adamlar,  hadisələr 

haqqında  dolğun  bilgi  verir,  Şəkinin  o  dövürkü  tarixi  haqqında 

geniş təsəvvür almağa kömək edir. M.Füzuli adına Respublika Əl-

yazmalar İnstitutunda saxlanılan beş farsca qaynaqdan götürülmüş 

bu maddeyi-tarixlərin heç birinin müəllifi, yazılma tarixi göstəril-

məyib. 


**  Nuxunu  alan  yaranal  Səlim  xan  Nuxuda  xan  tikibdir.  O 

əsnada İran şahından Xoylu Cəfərqulu xan Rugərdan olub, Rusiy-

yə dövlətinə pənah gətiribdir. Rusiyyə padşahı Nuxunun  xanlığın 

Cəfərqulu  xana  veribdir.  Cəfərqulu  xan  neçə  il  Nuxuda  xanlıq 




 

505 


edib, vəfat edibdir. Cəfərqulu xan oğlu İsmayıl xan Rusiyyə pad-

şahının  hökmüylə  xan  olub,  bir  neçə  vaxt  xanlıq  edib.  Oğlu  qal-

mayıb,  bir  nəfər  qızı  qalıbdır.  İsmayıl  xandan  sonra  Nuxuda  xan 

olmayıb, qəməndallar olubdur.  

Qeyd: Şərh Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqların-

da” kitabından götürülmüşdür. bax: həmin kitabda səh. 84 Ədalət 

Şərif  oğlu  Tahirzadə  Qəbələ  rayonunun  Xırxatala  kəndində  ana-

dan olmuşdur. 55 yaşı var. Respublikanın tanınmış ziyalılarından-

dır. Filologiya elmləri namizədi, dosentdir. 16 kitabın, 300-dən ar-

tıq elmi və elmi-publisistik əsərin müəllifidir. 



36 

Nəhayət, Şəmsəddin bəy adlı birisinin övrətini zor ilə əlin-

dən alıb özünü də boğazından asdırdı. Günülük hissiylə xana qarşı 

nifrət bəsləyən  xanın övrəti-sabiqi Şəmsəddin  bəyin qardaşı Səd-

rəddin  bəyə qasid  vasitəsiylə  işbu əhvalatı bildirdiyi üçün  xan öz 

övrəti-sabiqini  hal-hazırda  mövcud  sarayın  “Cəza  eyvanı”ndan 

həyətə atdırır.   

-  Qanuni  (nigahla)  alınmış  arvaddan  sonra  (üstünə)  alınan 

arvada (arvadlara) günü deyirlər.  

Onlar  bir-birini  də  günü  adlandırırlar.  Şəkidə  xalq  arasında 

belə deyim də gəzir: 

Günümə bax, günümə,  

Haqdan gələn zülümə bax, zülümə də.  

37

 Şura 20-ci  ildə gəlif. Müharibə oluf, Qax rayonu keşmağa 

qoymadı qırmızı qoşunu  

(1920-ci  il  sovet  hakimiyyətinin  gəlişi  nəzərdə  tutulur  - 

H.Ə.). 

38,  39 

Rəvayətə  görə  Oryat  kəndinin  sakinləri  Oryat  Əmir 

Teymurun  ordusunda  Şəkiyə  gəlib  bu  yerlərdə  qalmış  moğol 

tayfasının  qalıqlarıdır.  Tayfanın  bina  etdiyi  kəndə  sərkərdə  Əmir 

Teymurun şərəfinə Oryat adının verilməsi də təbii görünür.   

- 1399-cu miladi yılında Teymur ikinci dəfə olaraq Zaqafqa-

siyaya  gəlib  Gürcüstanı  cəzalandırır.  Teymur  bu  dəfə  Zaqafqa-

siyaya gəldikdə Seyidəli xan adında birisi Şəkidə hökmranlıq edir-

di. Seyidəli xan Əmir Teymura tabe olmaq istəmədi və məmləkəti 



 

506 


taleyə  buraxaraq  öz  ətrafıyla  çəkilib  dağlara  getdi:  Əmir  Teymur 

gəlib Şəki ölkəsini özünə tabe elədi və qış vaxtını Kür çayının iki 

qolu  arasında  vaqe  olub,  Mahmud  Qazan  xan  (Qazan  Mahmud 

Elxan (1295-1304) tərəfindən bina edilmiş Mahmudabad şəhərin-

də  keçirdi.)  (A.A.Bakıxanov)  Ədalət  Tahirzadə  “Şəkinin  tarixi 

qaynaqlarda” Bakı-2005. “Master” nəşriyyatı s. 141.  

Vaxtilə  Şəki  qəzasında  mövcud  olmuş  inzibati  bölgüyə 

əsasən  Oryat  kəndi  2-ci  dairəyə  daxil  idi.  Ə.Tahirzadə  “Şəkinin 

tarixi qaynaqlarda” kitabında çox düzgün olaraq Şəki zonasındakı 

ləzgilərin yerli türkləri çox vaxt “muğal” (“moğol” sözünün təhrif 

olunmuş variantıdır - H.Ə.) adlandırdıqlarını qeyd edir. 

Moğol  hökmdarı  Cahan  şah  (1628-1658)  çox  sevdiyi,  lakin 

vaxtsız  itirdiyi  zövcəsi  Mümtaz  Mahal  Banu  Bəyimin  qəbri 

üstündə  Tac  Mahal  türbəsini  tikdirdi.  1630-cu  ildə  məqbərənin 

tikinti işlərinə başlanmış və 25 il müddətinə başa gəlmişdir. Tikin-

tidə 20 min fəhlənin çalışdığı Camna çayının sahilində yerləşən bu 

türbəni  türk  memarı  Ustad  Məhəmməd  İsa  Əfəndi,  səmərqəndli 

Məhəmməd  Şərif  və  istanbullu  Xan  Rumu  ilə  birgə  tikmişlər. 

Kitabə və bəzək işlərini Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və 

Buxara ustaları görmüşlər. Məqbərə beşkümbəzli möhtəşəm bina-

dan  (hündürlüyü  74  m)  və  künclərdəki  4  minarədən  (hündürlüyü 

45 m) ibarətdir. Cahan şahın özü də sonralar bu türbədə dəfn olun-

muşdur. 

40

  Şirəligil  Göybulaq  kəndinin  qabağında  dincəlməyi  qərara 

aldılar.  

Şəki şəhərindən təxminən 20 km məsafədə, Cəfərabad kəndi-

nin  yaxınlığındadır.  Cəfərqulu  xan  tərəfindən  bina  edilmişdir  ki 

“...Xoy  vilayətinin  hakimi  Cəfərqulu  xan  dövləti-mətbuəsindən 

çönüb, on mindən artıq türk və ermənidən ibarət olan məiyyətilə... 

Şəki  vilayətinə  köçmüşdür.  ...  gələn  ermənilər  Şəkidə  bu 

kəndləri bina etmişlər: Cəfərabadxoy, Aydınbulaq, Göybəyli, Ağ-

pilləkənd”  (Rəşid  bəy  İsmayılov.  Azərbaycan  tarixi.  Bakı,  Azər-

nəşr, 1993, s. 31).                                                        



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə