Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə145/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   139   140   141   142   143   144   145   146   147

 

516 


- Qulluğunda duraram. 

98

 Aşıq Sirac (Sirac Abuzər oğlu Həbibullayev) 1930-cu ildə 

Şəkinin Baş Layisqi kəndində dünyaya göz açıb. Atası Abuzər Şə-

kidə ən savadlı pedoqoqlardan biri olub, anası isə Molla Cumanın 

öz şeirlərində dəfələrlə  alqışladığı Hatəm  səxavətli,  ziyalıların  və 

sənətkarların arxası-hamisi Hacı Surxay yüzbaşının qızı idi. 

Bibisinin uşağı olmadığından 4 yaşında onu atasından alıb öz 

həyat  yoldaşı  ilə  Qaxın  Qovağan  kəndində  boya-başa  çatdırır. 

Yeri gəlmişkən, deməliyəm ki, Abuzər kişi sonralar kommunistlər 

tərəfindən (“NKBD”) vəhşicəsinə öldürülüb (qulağına civə töküb-

lər). 

1948-ci ildə sovxoz texnikumunda sənət öyrənən Sirac siyasi 



rejimi  tənqid  edən  şeir  yazır  və  üstü  açıldığından  qaçıb  gizlənir. 

Həmin ildə o, çox tanınmış Göycə ustadları, Şişqayalı aşıq Rəhim 

(1873-1979) və onun qardaşı aşıq Əliyə rast gəlir. Onun fitri iste-

dadını görən ustadlar 5 ildən sonra aşıq Siraca yekə bir “sillə çək-

dilər”. Aşıq Sirac qısa zamanda həm ifaçı, həm şair, həm sazbənd, 

həm  dindarlara  dərs  deyəcək  səviyyəli  bir  şəxs  kimi  tanınır,  onu 

bütün  bölgələrdə  olduqca  yüksək  dəyərləndirirlər.  Həmin  səbəb-

dən o, 1960-cı ildə Gəncəyə köçəsi olur.  

Aşıq Sirac 1973-cü ildə, qızı yanğında həlak olduqdan sonra 

geniş aşıqlıq fəaliyyətini dayandırır. Lakin bir şair kimi o indi də 

əsil  sənət  möcüzələri  yaradır, həm aşıq  şeirinin  ən çətin  formala-

rında, həm sazın  hazırlanması  və sədəflənməsində demək olar ki, 

misilsizdir.  

Aşıq Sirac saz havalarını da gözəl bilir, “Şəki dübeyti”, “Şəki 

bayramısı”, “Hirək gözəlləməsi”, “Hirək gəraylısı”, “Molla Cuma 

gəraylısı”,  “Molla  Cuma  gözəlləməsi”  yalnız  onun  yaddaşında 

qorunub saxlanıb. Molla Cuma yaradıcılığını onun kimi bilən yox-

dur, ümumiyyətlə, istənilən dastandan tutmuş şəriət və Quranadək 

onun cavablandırmadığı sual olmayıb.   

Aşıq Sirac həm də bir neçə şagird yetişdirib. 



99

 Molla Cuma ilə Aşıq Ələsgərin deyişməsi. 




 

517 


- Qismən fərqli variantdır (bax: Molla Cuma. Əsərləri, “Maa-

rif”,  Bakı-1995,  Toplayıb  yazıya  alanı  və  tərtib  edəni  prof.  Paşa 

Əfəndiyev, s. 179) “Gəlirəm” rədifli  bu təcnis qıfılbənddir.  Qeyd 

olunan  variantda  onun  açması  verilməmişdir.  İndiki  variantda 

qıfılbəndin  açmasını  Şərif  Umarovun  dilindən  M.Cumanın  nəti-

cəsi  Elman  Mövlud  oğlu  Əzizov  lentə  alaraq  bizə  təqdim  etdi. 

Deyişmənin  K.Vəliyevin  “Elin  yaddaşı,  dilin  yaddaşı”  kitabında 

verilmiş  bir  neçə  beytlik  nümunədə  də  açması  verilməsə  də  bu 

rəvayətdən bəhs olunur.  

100 

Ağalar xəbər alsanız, 

Bilin mən hardan gəlirəm. 

Cəsədim od tutub yanır, 

Çıxıban nardan gəlirəm. 

-  Cəhənnəmdən,  od-alovun  içindən  azad  olmaq,  qurtarmaq 

mənasında verilir.   

101 

Mənsur təki müsəxxərdim,     

Qurtarıb dardan gəlirəm.    

-  Zəbt  olunmuş,  silah  gücünə  ələ  keçirilmiş,  alınmış,  dara 

düşmüş mənasında.   

102 

Bir şəhərə yolum düşdü,  

Sultanı çıxmış başa da.    

- Qurani-Kərim nəzərdə tutulur.     



103 

Qabağında əl bağlayıb,    

Qalmış yüz on dörd paşa da.   

- Quranın 114 surəsi. 

   

104 

Altı min ики yцz отуз доггуз,    

Bayraг var yanaşada.   

- Quranda ayələr.   



105 

Йетмиш йедди min доггуз йцз отуз дюрд qoşun   

Nizam oynar tamaşada.   

- Quranda kəlmələrin sayı.  



106

 Otuz qapıdan keçibən,     

Mən o şəhərdən gəlirəm.     

- Quranda 30 güz (hissə).    




 

518 


107 

Bir qarıynən bir qoca,  

Əyləşmişlər xanasında.   

- Gecə-gündüz. 



108 

İyirmi dörd gəlin vardır, 

Həm onların binasında.     

- Sutkanın 24 saatı.     



109 

Hər gəlinin altmış uşaq   

Düzülübdür sinəsinə.  

- Saatın 60 dəqiqəsi.    



110 

On beş, on beş süd əmərlər. 

- 1 saatın 60 dəqiqəsinin 4 on beş dəqiqələri. 

111 

Dörd məmə var arasında. 

 

 

 



- Ayın 4 həftəsi.     

112 

Bir əjdaha kəsdi yolum,



  

Gördüm on iki başı var. 

- İlin 12 ayı.     

113 

Hər başında birdir ağzı               

Ağzında otuz dişi var.     

- Ayın 30 günü.    



114

 Hər kəllədə dörddür gözü.    

- İlin 4 fəsli.    

115

 Tamam yüz əlli qaşı var.    

- Açması mümkün olmadı. 

116 

Qabağında yazılıbdır, 

Üç yüz altmış yaşı var. 

Qorxma deyib mərd yerişli, 

Cəlil Cabbardan gəlirəm. 

 

- İlin 360 günü.    



117

 Bir bəzircan seyrə çıxmış. 

Doxsan doqquz qul dalınca 

- Doxsan doqquz dənəli təsbeh. 



118

 Gündə beş vaxt iş işlərlər. 

- Gündə beş vaxt namaz.    

119

 Ta İsrafil sur çalınca.    




 

519 


- Qiyamət günü İsrafil mələyin sur çalması nəzərdə tutulur.   

120 

Bir şah qırar öz qoşunun,



  

Təki özü tək qalınca  

Arif olan bu suala,     

Cavab verər kamalınca     

Mən Cümədə xəvər çoxdur,  

Gəzib diyardan gəlirəm.  

 

- Əzrayıl Mələk nəzərdə tutulur.  



121

 Şəkidə bəzi məhəllə, nəsil, tayfa və soy adları. “Ağvanlar” 

sözünün etimologiyası Alban və sözün təhrif şəkli “ağvan”dır.   

-  Alban  və  ağvanlar.  Əjdər  Fərzəli  “Qorqud-Dədə  Qorqud 

yurdu.”  Mingəçevir  yazısının  sirri  “Yeni  Azərbaycan”  qəzeti, 

19.04.2003, № 87 (1567).   



122 

Sarı  torpaq  xüsusi  torpaq  təbəqəsi  kimi  nadir  hallarda 

müəyyən  yerlərdə,  həm  də  torpağın  orta  və  aşağı  suxurlarında 

olur.  Sarı  torpaqdan  yerli  tikinti  materialı  kimi,  həm  də  çiy  kər-

piclə tikilmiş evlərin daxili və çöl divarlarını şirələmək üçün isti-

fadə edilir. Xüsusi keyfiyyəti  ilə  seçilən Sarı torpağı  su  ilə qarış-

dıraraq  qoyun  dərisi  parçası  vasitəsilə  divarlara  çəkir-şirələyirlər. 

Şirələmək  Şəki  dialektində  Sarı  torpaqla  ağartmaq  mənasında 

işlənir.  Sarı  torpaqla  şirələnən  otaqlar  ekoloji  cəhətdən  faydalı 

sayılırdı. Vaxtilə “Sarıtorpaq”da kəlağayı sexi fəaliyyət göstərirdi. 

Şair  Nakamın  evi,  Zorbalar,  Dartqopsunlar,  Dəmirqayalar  nəsli, 

Daşqaçı  Məhərrəmin  və  onun  oğlu  Əhmədin,  Dəmirçi  İslamın, 

milisioner Mabudun (xallı Mabudun) evləri də bu məhəllədədir. 

123

  Sarı  torpağın  daha  qiymətli  və  az  tapılan  təbəqəsindən 

evlərin divarlarına (əsasən daxili divarlara və eyvana çıxan divar-

lara) xüsusi üsulla hazırlanmış suvaq-sincir vurulur.   

- Sarı torpağın xüsusi və qiymətli növüdür. Bu torpağı xəlbir-

dən keçirərək üyüdülmüş saman cəpəyi ilə qarışdırıb bir neçə gün 

saxlayır  (yetişdirir,  acıdır)  sonra  xırda  hissələrlə  divara  vurur 

(yaxır),  çəmçə  və  malaçeşlə  onu  hamarlayaraq  parıldayanadək 

sığal  çəkirlər.  Sincir  otaqlar  ekoloji  cəhətdən  olduqca  təmiz  və 

ziyansız,  ilin  isti  vaxtlarında  sərin,  soyuq  aylarda  isə  isti  olur. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə