Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə15/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   11   12   13   14   15   16   17   18   ...   147

 

44

Xəstənin də nəfsi iti imiş. Tez dikəlib soruşur: 



– Hanı şaftalı, hanı şaftalı? 

Molla deyir: 

–  Əşi,  sakit  ol!  Şaftalı-zad  yoxdur.  Yəni  elə-belə  soruşuram 

ki, şaftalı olsa yeyərsən? 

Göründüyü  kimi,  Nurunun  ağır  xəstə  yatan  dostu  ilə  zarafa-

tında mollanəsrəddinlik var, zarafat varisliyi var. Həm də şəkilinin 

zarafatı Mollanınkından tünddür. 

Burdan  o  yana  artıq  şəkililərin  qara  yumoru  başlanır.  Onlar 

bu  sahədə  də  böyük  ustalıq  göstərirlər.  Eyni  zamanda  həm  gülüş 

doğuran,  həm  də  tük  ürpədən  əhvalatları  Şəkidə  xüsusi  bir  məzə 

ilə söyləyirlər. Dünyadan vaxtsız köçmüş Söhrab Fərrux oğlu Hü-

seynov çöhrəsindən gülüş əskik olmayan,  son tikəsini də tanıdığı 

və tanımadığı adamlarla bölən xeyirxah bir insan idi. Amma “qor-

xunc”  lətifələri  söyləməkdə  də  onun  tayı-bərabəri  az  tapılardı. 

Söhrabın danışdığı lətifələrdən ikisini misal gətirirəm. 

İki  yoxsul  qardaş  ac-acına  dinməz-söyləməz  oturublar.  Evdə 

yeməyə heç nə yoxdur. Birdən kiçik qardaş xəyaldan ayrılıb vəchlə 

deyir: 


– Ay can, ay can! Dədə öləndə nə qədər aş yidoğ ə!.. Qaqaş, 

yadındadı?! 

Digər lətifə. 

Bir kişi rəhmətə gedir. Onu dəfn etməyə aparırlar. Yolda kiçik 

qardaş mafəni çiynində aparan böyük qardaşa yaxınlaşıb deyir: 

– Aqqaş (a qaqaş), sən yoruldun, ver bir əz də mən aparım. 

Böyük qardaş vermir. Deyir: 

– Ə yox! Habırda nə … var ki! 

Söhrab həmin lətifələri olmuş əhvalat kimi danışırdı. İştirak-

çıların  adlarını  da  deyirdi.  Hətta  şəkililərə  məxsus  olan  bir  “ta-

mam-kamallıqla” onların hansı məhlədə, hansı döngədə, hansı bu-

lağın başında yaşadığını da nişan verirdi. 

Atasının  ehsanını  sevinclə  xatırlayan  xəyalpərvər  kasıba  nə 

deyəsən? Yaxud atasının cənazəsi çiynində olanda belə özünü sın-

dırmağa  qorxan,  mənliyini  adəti  “növbətçi  ifadə”  ilə  qoruyan  sa-



 

45

dəlövh insana nə ad qoyasan? Əlbəttə, belə şəxslər və belə hadisə-



lər  hətta  yas  mərasimində  də  zarafatdan  çəkinməyən  şəkililərin 

gözündən yayınmır və həmin adamlar az zamanda lətifə personajı-

na çevrilərək “məşhuri-cahan” olurlar. 

Qışlaqlı  Salatın  xala  axşamdan  rəhmətə  gedir.  Səhər  eşidib 

gələnlərdən  Nəsib  çouş  (çovuş)  rəhmətliyin  oğlu  Məhəmməddən 

soruşur: 

– Ə, ciyin öləndə yanında kim olub? Axşam səhərəcən yanında 

kim qalıb? 

Məhəmməd deyir ki, mən qalmışam. 

– Ə, heç olmasa bir meşox qoz sındıraydın. 

Məhəmməd deyir: 

– Qorxdum taqqıltı olub oyanar. 



(AFA VI, səh. 213). 

Əslində  bu  ağıla  sığmayan,  ölçü-biçi  bilməyən  bir  zarafatdır. 

Ancaq o, insanın içindən gəlirsə hər iki tərəfi “razı salırsa” və sonra 

lətifə kimi dillərə düşürsə, deməli yaşamaq haqqını qazanmış olur. 

“Yas  zarafatları”  və  “qəbristanlıq  əhvalatları”  ilə  bağlı  çox 

ciddi psixoloji bir məqam var. Həssas adam qara yumorun bu nö-

vünə  alışa  bilmir.  Çünki  burada  gülüş  ardında  şüuraltı  bir  qorxu, 

nigarançılıq gizlənib. Nə qədər ki, valideynlərim sağ idi, mən belə 

lətifələri qələmə almaqdan,  hətta onlara qulaq asmaqdan çəkinər-

dim.  Hərçənd  ki,  bu  qorxunun  arxasından  peşəkar  bir  folklorçu 

marağı da boylanırdı. 

Hələ “Şəki folkloru”nun ikinci cildinin (AFA VI, 2002) “Lətifə-

lər”  bölməsində  qışlaqlı  qəbirqazan  Gülünün  və  digər  zarafatcıl  qış-

laqlıların  (Qışlaq  Şəki  şəhərinin  aşağı  hissəsinə  deyilir  -  F.Ç.)  ləti-

fələrini  verməklə  folklorşünas  Hikmət  Əbdülhəlimov  bir  sıra  qara 

yumor nümunələrini ilk dəfə olaraq elmi dövriyyəyə daxil etmiş oldu. 

Xalqın  gündəlik  həyatından  irəli  gələn  və  məhz  xalq  zehniyyətinin 

məhsulu olan bu nümunələr şübhəsiz ki, nə vaxtsa tədqiqatçı (bəlkə də 

filoloqdan daha çox psixoloq) qələminə düçar olacaqlar. 

Bir qədər də Hacı dayı ilə Molla Nəsrəddinin qarşılıqlı müna-

sibətləri barədə. 



 

46

İstər  “bir  şəkili”  ilə  Hacı  dayının,  istərsə  də  Hacı  dayı  ilə 



Molla Nəsrəddinin eyni lətifədə bir-birini əvəz etməsi folklor pro-

sesi  üçün  təbii  bir  haldır.  Hazırki  antologiyada  Molla  Nəsrəddin 

hekayələrinin  Hacı  dayının  adına  bağlanması  ilə  yanaşı  onların 

maraqlı variantlaşması da müşahidə olunur. 

Məşhur Molla Nəsrəddin lətifəsini xatırlayaq. 

Molla Nəsrəddin küləkli bir gündə eşşəyin üstündə qovut ye-

yə-yeyə gedir. Ona rast gələn bir tanışı soruşur:  

– Molla, nə yeyirsən? 

Molla cavab verir ki: 

– Külək belə əssə heç nə. 

İndi də antologiyaya daxil olan Hacı dayı lətifəsinə baxaq. 

Hacı dayı əlindəki qorğanı  bir-bir ağzına atır.  Bərk əsən kü-

lək qorğaları aparır. Bu mənzərəni seyr edən bir şəkili Hacı dayını 

cırnatmaq üçün deyir: 

– Hacı dayı, nə yeyirsən?  

Hacı dayı yerlisinin sarı simə vurduğunu başa düşür. Deyir: 

– Külək yeyirəm. 

Göründüyü kimi  variantlar  arasında  fərq  böyük deyil,  amma 

“külək yeyirəm” daha mənalıdır. 

İki lətifəni də müqayisə edək.  

Molla Nəsrəddindən soruşurlar: 

–  Molla,  niyə  bu  camaat  səhər  evdən  çıxıb  hərəsi  bir  tərəfə 

gedir? 

Molla deyir: 



– Əgər hamı bir tərəfə getsə dünya çevrilər. 

Hacı dayıdan soruşurlar: 

– Görəsən bu dünyanın axırı necə olacaq? 

Hacı dayı deyir: 

– Onu axıra qalan bilər. 

Bunlar eyni qəlib əsasında  yaradılmış tamamilə müxtəlif  nü-

munələrdir.  Molla  Nəsrəddinin  cavabı  əvvəlcə  mənasız  görünsə 

də,  diqqət  edildikdə  dərin  fəlsəfi  tutuma  malik  olduğu  üzə  çıxır. 

Hacı dayının cavabı isə ilk andan düşünməyə sövq edir. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə