Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə16/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   12   13   14   15   16   17   18   19   ...   147

 

47

Molla Nəsrəddinin misal gətirdiyimiz lətifəsindəki fikri onun 



eyni şəkildə yaranmış digər bir lətifəsi daha açıq ifadə edir. 

Molla Nəsrəddindən soruşdular: 

– Ay Molla, görəsən niyə bu quşlar hərəsi bir cür oxuyur? 

Molla dedi: 

– Hər quş öz nəğməsini oxusa yaxşıdır,  yoxsa cığ-bığdan qu-

laq tutular. 

(1960-cı illərin əvvəllərində babam Məşədi Yusif Əfəndiyev-

dən eşitmişəm).      

Bu  miniatürlər  xalq  fəlsəfəsinin  qiymətli  örnəkləridir.  Eyni 

zamanda onlar Hacı dayı lətifələrinin həm ənənəvi poetik şəkillər, 

həm də mövzu cəhətdən Molla Nəsrəddin lətifələri ilə üzvi bağlılı-

ğını göstərməkdədirlər. 

Antologiyadakı “Hacı dayının şillə döyüşü” bəzi vacib məsə-

lələri yada salır. 

Minlərlə  Nəsrəddin  hekayələri-söyləmələri  arasında  qəhrə-

manın ömrünün müəyyən vacib dönümləri ilə bağlı azsaylı nümu-

nələr vardır ki, bunlar da xüsusi qiymətə malikdir. 

Nəsrəddinin  niyə  gülüş  hədəfi,  “ellər  gülüncü” olması  barədə 

tərkibində mifoloji element olan qədim bir söyləmə vardır. O, ayrı-

ca və geniş söhbətin mövzusu olduğu üçün burada ona toxunmuruq. 

Şəki  folklorunda  mövcud olan digər  bir söyləmə  Molla Nəs-

rəddinin  neyçün ağıllı olması barədədir və o, janr xususiyyətləri-

nə görə lətifədən daha çox didaktik rəvayətə yaxındır. 

Molla  Nəsrəddinin  ölümsüzlüyü  haqqında  isə  bir  neçə  lətifə 

məlumdur və hazırda bizi maraqlandıran da həmin məsələdir. Şə-

kidə toplanmış nümunələrdən birini göstərək. 

Molla Nəsrəddin ölür. Aparıb dəfn edirlər. O dünyada bunun 

xeyir-şər işlərini tərəziyə qoyanda xeyir tərəfi ağır gəlir. Göndərir-

lər cənnətə. Molla burda da dilini dinc qoymur, başlayır bala-bala 

cənnət  əhlinə  ilişmağa.  Bunun  əlindən  bezib  cənnətdən  qovurlar. 

Deyirlər: - Get cəhənnəmə! 

Molla gəlir cəhənnəmin qapısına. Elə qapını açıb içəri girmək 

istəyəndə  alnına  möhkəm  bir  təpik  dəyir,  yıxılır  yerə.  Sən  demə, 



 

48

cəhənnəmin qapısının dalında dava imiş. Molla özünə gəlib bir tə-



hər ayağa durur. Bunları söyür. Deyir: 

– Elə belə eləyirsiniz ki,  bir köpək oğlu bura gəlmək istəmir 

da!.. 

Ordan qayıdıb gəlir evə. 



Təbrizdə yayılmış digər bir lətifədə o dünyada Molla Nəsrəd-

dinin əməllərini ölçüb biçəndən sonra onu cənnətə buraxırlar. La-

kin  o,  cənnətdə  öz  “qanuni”  tələbləri  ilə  (zəmzəm  bulaqları,  sol-

maz güllər,  cəh-cəh  vuran  bülbüllər  və  ən  nəhayət eyş-işrət üçün 

hurilər tələb etməsi ilə) cənnət xadimlərini təngə gətirir və onların 

xahişi ilə Allah Mollanı qaytarır yer üzünə. O vaxtdan Molla Nəs-

rəddinə ölüm yoxdur. 

Bu mövzuda digər lətifələr də vardır. Ancaq mən burada diq-

qəti  Azərbaycanda  və  bir  sıra  başqa  xalqların  folklorunda  müəy-

yən fərqlərlə məlum olan, lakin bizim “Molla Nəsrəddin” kitabla-

rımıza daxil edilməmiş bir süjetə cəlb etmək istəyirəm. 

Vaxt çatanda Əzrayıl gəlir Molla Nəsrəddinin canını almağa. 

Molla görür işlər xarabdır. Əzrayıla deyir: 

–  Axı  mən  müsəlman  adamam.  Möhlət  ver  beş  dəfə 

namazımı qılım, sonra nə istəsən elə. 

Əzrayıl bu xəbəri Allaha çatdırır. Allah deyir: 

–  Belə  arzunu  rədd  eləmək  olmaz.  Beş  dəfə  namaz 

qılmayınca ona toxunma.  

Əzrayıl mollaya deyir: 

– Beş namaz qılana kimi sənə ölüm yoxdur. Bu Allahın əmridir. 

Molla dörd dəfə  namaz qılır.  Gün axşam olur,  amma  bu  be-

şinci namazı qılmır. Əzrayıl deyir: 

– Namazını qıl! 

Molla deyir: 

– Mənim  beş  namaza  icazəm  var.  Dördünü qılmışam,  beşin-

cisini  də  nə  vaxt  istəsəm  onda  qılacağam.  Əzrayıl  əlacsız  qalıb 

Allaha  müraciət  edir.  Allah  deyir  ki,  icazəni  mən  vermişəm,  sö-

zümü dana bilmərəm. 




 

49

Əzrayıl  çıxıb  gedir.  Molla  Nəsrəddin  hələ  də  beşinci  nama-



zını qılasıdır*. 

Antologiyadakı  bir  Hacı  dayı  lətifəsi  öz  qəlibini  məhz  bu 

Molla Nəsrəddin lətifəsindən götürmüşdür. 

Hacı dayının pəzəvəng bir qonşusu olur. Bir dəfə mübahisə za-

manı bu qonşu Hacı dayını camaat içində pərt etmək üçün deyir: 

–  Bir  can-cüssənə  bax!  Mərc  gələk,  əvvəl  üç  şillə  sən  mənə 

vur, sonra da bir şillə mən sənə vurum. Görək kim nə hala düşür. 

Hacı dayı deyir: 

– Mən razı. Ancaq bu camaatın içində Qurana and iç ki, mən 

üç şilləni vurub qurtarmayınca sən mənə əl qaldırmayacaqsan. 

Pəzəvən  and  içir.  Bundan  sonra  Hacı  dayı  ona  ürəkdən  iki 

şillə vurub qırağa çəkilir. 

Soruşurlar: 

– Bəs üçüncüsü? 

Deyir: 

– Onu da kefim nə vaxt istəsə onda vuracağam.  



Göründüyü kimi ümumi qəlib əsasında yaranmış bu lətifələr-

dən birində Molla Nəsrəddinin ölümsüzlüyü əsaslandırılır, ikincisi 

isə  tamam  başqa  mövzudadır.  O,  Nəsrəddin  süjetinin  (ümumiy-

yətlə desək daha köhnə  bir  süjetin)  yaradıcı şəkildə  mənimsənil-

məsi  nəticəsində  meydana  gəldiyinə  görə  lətifə  janrının  təbiətini 

müəyyən  cəhətdən  işıqlandırır  və  sözsüz  ki,  tədqiqi  əhəmiyyət 

kəsb  edir.  Amma  burada  əvvəlki  lətifədə  olduğu  kimi  baş  qəhrə-

manın  ölümsüzlüyündən  söhbət  getmir,  sadəcə  olaraq  onun  gün-

dəlik sərgüzəştlərindən biri təsvir olunur. Son illərin toplama  işlə- 

______________ 

*  Həmin  süjetin  Nəsrəddinlə  bağlanmayan  variantları  Azərbaycanda  çap 

olunmuşdur.  Bax:  Əzrailin  kirvəliyi  //  Qaravəllilər,  nağıllar.  Toplayanı  və  tərtib 

edənləri:  Hatəmi  Məhəmməd  Tantəkin,  Salman  Əliyev.  Bakı-1988.  səh.  28-30; 

Azərbaycan mifoloji mətnləri. Tərtib edən, ön sözün və şərhlərin müəllifi Arif Aca-

lov. Bakı-1988. səh. 112, № 206; təkrar nəşr: Əsatirlər, əfsanə və rəvayətlər. Tərtib 

edənlər: Arif Acaloğlu, Cəlal Bəydili. Bakı-2005, səh. 148; süjetin dargin və özbək 

variantları  da  nəşr  edilmişdir.  Bax:  Двадцать  четыре  Насреддина.  2-е  пере-

работанное  и  дополненное  издание.  Составление,  вступительная  статья, 

примечания и указатели М.С.Харитонова. М., 1986. səh. 530-531; 578.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə