Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə17/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   13   14   15   16   17   18   19   20   ...   147

 

50

 



ri  göstərir  ki, Hacı dayının da ölümsüz olduğunu göstərən lətifə-

lər vardır və onlardan biri antologiyaya daxil edilmişdir. 

Hacı  dayı  ölür.  Bunu  hörmətlə  dəfn  edirlər.  O  biri  dünyada 

baxıb görür ki, bir tərəfdə cənnət var, bir tərəfdə cəhənnəm. Fikir-

ləşir ki, cənnətə getsin. Onu cənnətin qapısından içəri buraxmırlar.  

Deyirlər  ki,  günahın  çoxdur,  hamıya  sataşmısan.  Əlacsız 

qalıb gedir cəhənnəmə. Ancaq ora da buraxmırlar. Deyirlər: 

– Sən heç kəsə pislik eləməmisən, sənin yerin bura deyil. 

Hacı dayı işi belə görəndə üzünü göyə tutub deyir: 

– Ya Allah, özün görürsən ki, mənə nə cəhənnəmdə yer ver-

dilər,  nə  də  cənnətdə.  Odur  ki,  indi  mən  Şəkiyə  qayıtmalı  olaca-

ğam. 


Deyirlər ki, Hacı dayı o qayıdandır, daha ona ölüm yoxdur.   

Hacı dayının ölümsüzlüyünü əsaslandıran lətifə ona görə əla-

mətdardır  ki,  Azərbaycan  folklorunda  Molla  Nəsrəddindən  sonra 

heç  bir  lətifə  personajı  bu  səviyyəyə  qaldırılmamış  və  onlardan 

heç birinə xalq ölümsüzlük bəxş etməmişdir. 

Dünya xalqları öz ideallarına, öz mənəvi ehtiyaclarına uyğun 

olaraq ölümsüzlüyü adətən qəhrəmanlıq eposunun baş qəhrəman-

larına bəxş edirlər, o da həmişə yox. Komik eposun qəhrəmanları 

içərisində isə ölməzlik qazanan Nəsrəddindir. Hacı dayının ölüm-

dən  qaçması  (həmin  mövzuda  “Şəki  folkloru”nun  əvvəlki  cild-

lərində  ustad  Yaşar  Qarayev  söhbət  açmışdır  və  mənim  də  kiçik 

qeydlərim  vardır) barədə  lətifələr  bir silsilə qəhrəmanı kimi onun 

yüksək avtoritetinə işarədirsə, ölməzliyi barədəki lətifələr bu avto-

ritetin  təsdiqidir.  Xalq  Molla  Nəsrəddin  kimi  Hacı  dayını  da  öl-

dürmür, çünki onun varlığına mənəvi ehtiyac duyur. 

Ümumiyyətlə Molla Nəsrəddin və Hacı dayı lətifələri arasın-

dakı çoxcəhətli münasibətlər daha ətraflı söhbətin mövzusu olma-

ğa layiqdir. Biz burada yalnız bəzi məqamları göz önünə çəkdik. 

Hazırki  antologiyada  verilmiş  “Həsən  əminin  öküzü”  adlı 

kiçik dastan folklorşünaslıq baxımından diqqətəlayiq və haqqında 

söhbət açılması lazım olan bir nümunədir. Ancaq məhz bu dastan 



 

51

məni geri baxmağa, “Azərbaycan folkloru antologiyası”nın 2000-



ci  ildə  buraxılmış  IV  cildinə,  yəni  “Şəki  folkloru”nun  birinci 

cildinə nəzər salmağa məcbur etdi. 

Məlumdur  ki,  mən  həmin  cildin  rəyçilərindən  biri  olmuşam. 

O vaxt “Dastanlar” bölməsi ilə bağlı vacib bir məsələnin üstündən 

keçməklə,  yumşaqlıq  göstərməklə  səhv  etdiyimi,  öz  saxtakarlı-

ğımla  başqalarının  saxtakarlığına  dəstək  verdiyimi  bu  yeni  cildlə 

tanış olarkən başa düşdüm. 

IV  cilddə  müəllifinin  Molla  Cümə  olduğu  göstərilməklə  iki 

dastan  çap  olunmuşdur.  Onlardan  biri  -  “Sayatbəy  və  Sayalı  xa-

nım” dastanı (s. 353-382) haqqında aşağıdakı qeydlər verilmişdir: 

“Azərbaycan  EA  Arxitektura  və  İncəsənət  İnstitutunun  arxivi.  İş 

77. 1938. Əlyazmanın üstündə belə bir qeydlə rastlaşırıq: “Sayat-

bəy  və  Sayalı  xanım”.  Nağıl.  Söyləyəni  Aşıq  Əhməd  Qafarov. 

Nuxa rayonu. Layısqı kəndi. 21 mart, 1938-ci il” (s. 489). 

Oradakı digər dastan isə  yenə də Azərbaycan EA  Arxitektura 

və  İncəsənət  İnstitutunun  arxivindən  götürülmüş  (iş  №  63.  1938) 

“Cəlalı  Məhəmməd  və  Tavat  xanım”dır  (s.  341-352)  və  onun  da 

Molla  Cümənin  şagirdi  aşıq  Əhməd  Qafarovun  dilindən  yazıya 

alındığı  qeyd  olunur  (s.  488).  Ancaq  antologiyada  adı  çəkilən  bu 

dastanların  kim  tərəfindən  yazıya  alındığı  göstərilməmişdir.  Prof. 

Rafael  Hüseynovun  tədqiqatından  aydın  olur  ki,  “Cəlalı  Məhəm-

məd və Tavat xanım” dastanının yaradıcısı Molla Cümədir və onu 

aşıq  Əhmədin  söyləməsindən  yazıya  alan  Cahanbaxşdır  (bax: 

R.Hüseynov, “Vaxtdan uca”, Bakı-1988, s. 244). Burada “Sayad və 

Sayalı” dastanının da  müəllifinin Molla Cümə olduğu göstərilmiş-

dir (s. 244), ancaq onun toplayıcısı barədə məlumat verilməmişdir. 

R.Hüseynovun kitabından aydın olur ki, hər iki dastan o vaxt 

Bülbülün  rəhbərlik  etdiyi  və  Ərtoğrol  Cavidin  əməkdaşı  olduğu 

Elmi-tədqiqat  musiqi  kabinəsinin  materiallarındandır.  Ərtoğrolun 

onlara rəy yazdığı da məlumdur. 

Məsələ burasındadır ki, R.Hüseynovun “Vaxtdan uca” kitabı 

(1988)  və  “Azərbaycan  folkloru  antologiyası”nın  IV  cildi  (2000) 

işıq üzü görməmişdən xeyli əvvəl - 1982-ci ildə Bakıda “Gənclik” 



 

52

nəşriyyatında  “Məhəbbət  dastanları”  çap  olunmuş  (toplayanı  və 



tərtib  edəni  Rüstəm  Rüstəmzadə)  və  buraya  “Sayat  bəy  -  Səyalı 

xanım”  dastanı  daxil  edilmişdir.  Bu  dastan  haqqında  kitabın  so-

nunda  aşağıdakı  qeydlər  verilmişdir:  “Sayat  bəy  -  Səyalı  xanım” 

dastanı  Qazax  rayonunun  Poylu  kəndində  yaşayan  Dursun  Qara-

oğlundan  toplanmışdır.  Onun  dediyinə  görə  dastanı  1937-ci  ildə 

onlarda qonaq olmuş Aşıq Abbas söyləmişdir. Aşıq Abbasın Dur-

sun Qaraoğluna dediyinə görə həmin dastanı  Layiskili Molla Cü-

mədən öyrənmişdir” (s. 161). 

Həmin  dastan  (s.  111-144)  və  həmin  qeydlər  (s.  498)  “Mə-

həbbət  dastanları”nın  genişləndirilmiş  çapında  (Gəncə-2007;  top-

layıb tərtib edəni Rüstəm Rüstəmzadə) da təkrarən verilmişdir.  

“Sayat bəy və Sayalı xanım” dastanının “Məhəbbət dastanla-

rı”nda  (1982)  və  “Antologiya”da  (2000)  nəşr  edilmiş  mətnlərini 

müqayisə etdikdə  birinci  nəşrdəki pasport qeydlərinin  həqiqət ol-

madığı  aşkara  çıxır.  Məlum  olur  ki,  R.Rüstəmzadə  də  bu  dastanı 

“Antologiya”nın  tərtibçilərindən  biri  olan  Ramazan  Qafarlı  kimi 

Azərbaycan  EA  Arxitektura  və  İncəsənət  İnstitutunun  arxivindən 

götürmüş, ancaq bunu gizlətmişdir. 

R.Rüstəmzadə  dastana  tez-tez  xırda  “düzəlişlər”  etsə  də  bü-

tövlükdə onun mətninə əl qatmamışdır. Burada Rüstəmzadənin ən 

böyük müdaxiləsi dastanın əvvəlində Molla Cümənin adından ve-

rilmiş ustadnaməni və sonundakı deyişməni ixtisar etməsidir. 

Ənənəyə görə aşıq söylədiyi dastanı yekunlaşdırarkən müxəm-

məs  ifa edir. Bu müxəmməs  məhəbbət dastanlarında duvaqqapma, 

qəhrəmanlıq  dastanlarında  isə  dastan,  yaxud  qəhrəmannamədir. 

“Antologiya”ya daxil edilmiş “Sayat bəy və Sayalı xanım” dastanı-

nın axırında Molla Cümənin duvaqqapma məqamında verilmiş mü-

xəmməsilə (s. 380-381) ifa qurtarmır və kiçik təhkiyədən sonra Xo-

ca Müslümlə Sayat bəyin deyişməsi (s. 381-382) meydana çıxır və 

dastan  bununla  da  sona  yetir.  Söyləyicilik  ənənəsinin  bu  cür  “po-

zulması”  dastan  morfologiyasının  öyrənilməsi  üçün  maraqlı  bir 

faktdır.  Ancaq  təəssüf  ki,  “Məhəbbət  dastanları”nı  tərtib  edərkən 

R.Rüstəmzadə həmin deyişməni çıxarıb atmışdır. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə