Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə22/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   18   19   20   21   22   23   24   25   ...   147

 

66

V



V

.

.

 

 

Y

Y

A

A

N

N

I

I

L

L

T

T

M

M

A

A

C

C

L

L

A

A

R

R

 

 

 

1.  Bir it bir itin belini bitdiyirdi. İt itin belini  bitdiyəndə itin 

belinnən bir bit yerə düşdü. 

 

2.  Dərmana  (dəyirmana)  dən  aparmışdım.  Sərçələr  dərman-



da dənimi dənə-dənə dənlədilər. 

 

3.  Çoban çöldə çörəyh çeynəməyhdən çənəsinin çüyü çıxdı. 



 

4.  Aşbaz Abbas bozbaş asmış, 

      İlyas aşbaz səhv salmış, 

      Bozbaşı yerə aşırmış. 

5.  Aşbaz Abbas aş bişirmişdi, bişirmişdisə də az bişirmişdi. 

 

6.  Xanış dayı  xış  xışlayıb  xam torpağı  xırdalayanda, Xanım 

xala Xalça xalayla xaşıl bişirib, xaşılı xırda-xırda xışmalayırdılar. 

 

7.  Geyim  görüm  ciyim  (anam)  gəlin  görməsinnən  gəətdi? 



Gəlmiyitdisə  geyim  gətirim  gəlim.  Getdim  gördüm  ciyim  gəlin 

görməsinnən gəətdi. 

 

Digər variant: 



8.  Gedim  görüm  ciyim  gəlin  görməsinnən  gəətdi?  Getdim 

gördüm ciyim gəlin görməsinə geyitdi də, gəətdi də.  

 

9.  Başımda qaş, 



Qaşımda saş (saç) 

Saşım da yaş 

Qaş hara 

Yaş hara? 

Bu tər imiş, a!.. 

 



 

67

10.  Göynən  gedən  göy  güdül  (kiçik)  öküz,  tüş!...  Tərəkələ-



lələnmə (yırğalanma)!  

 

11.  Çörəyi loxmalama,  

       loxmaladıqca loxmalanacaq 

 

12.  Ay qız, qızı ver qıza, 



  Bu qızı tut, qızı bəliyim. 

 

13.  Aşbaz Abbas aş bişirir, 



  Yoxsa ki, bozbaş bişirir. 

 

14.  Bu mis nə pis mis imiş, 



  Bu mis kaşan mis imiş.  

  Bu mis nə pis mis imiş, 

  Bu mis çoxdan pis imiş. 

 

15.  Bu yer toxmaxlanmaq gərək,  



  Toxmaxlanıbdısa da, toxmaxlanmaq gərək, 

  Toxmaxlanmayıbsa da toxmaxlanmaq gərək.  

 

16.  Qax atdadım, qax yidim, 



  Çox atdadım, çox yidim. 

 

17.  Axşam yatır, səhər durur, 



  Səhər durur, axşam yatır. 

 

18.  İp şalvar, 



  Sap şalvar. 

 

19.  Səhər saat səkkizdə, 



  Selsovetin sədiri, 

  Səmədova Səkinə, 

  Su sənəyin sol sapını sındırdı, 

  Sınıxçıya saldırdı.  




 

68

V



V

I

I

.

.

 

 TAPMACALAR 

 

1. – Get, gör! Görməsən de gəlsin! 

– Getdim, gördüm. Görmədim. 

Dedim. Gələcək. Gəldi ki, gəlmədi. Gəlməsəydi gələrdi. 

Açması: Get, qızı gör! Anasını görməsən de gəlsin. 

–  Getdim  qızı  gördüm,  anasını  görmədim.  Dedim.  Dedi  ki, 

gələcəyəm. Anası gəldi ki, gəlmədi. Gəlməsəydi gələrdi.       

 

2. Zülfün ucu gümüşdür, 



Sal boynuma ilişdir 

Yemişlərdə yarpaqsız, 

Tap gör hansı yemişdir. 

(Dombalan) 

 

3. Mən düşdüm, papağım ağacda qaldı. 



(Qoz) 

 

4. Birdə beş, beşdə bir. 



(Əl və barmaqlar) 

 

5. Bir çörəyim var, nə təzədi, nə boyatdı. Babam yedi qurtar-



madı,  dədəm  yedi  qurtarmadı,  mən  yedim  qurtarmır,  nəvə-nəti-

cələrimə də bəsdi. 



(Bayatı) 

 

6. Əllə yazılar, gözlə oxunar. 



(Yazı) 

 

7. Bir yemişəm, var idi yemişdim. 



Yeməsəydim ölmüşdüm. 

İndi də var, yemərəm, 

Adını da demərəm. 

(Ana südü)

 

 

8. Azan oxuyar, namaz qılmaz, 



Arvad alar, nikah qurmaz. 

(Xoruz) 


 

69

V



V

I

I

I

I

.

.

 

 

A

A

T

T

A

A

L

L

A

A

R

R

 

 

S

S

Ö

Ö

Z

Z

Ü

Ü

 

 

V

V

Ə

Ə

 

 

M

M

Ə

Ə

S

S

Ə

Ə

L

L

L

L

Ə

Ə

R

R

 

 

 

Acıdır-ucudur, ağrısın aldığım bacıdır.  

Acı dindirmə, toxu tərpətmə. 

Ağac başında mum var, səni tanımiyən kim var?  

Ağac divinnən su içər.  

Ağa durur – ağacan durur. 

Ağlı giyiminnən bəllidi.  

Ağac əkəllər barını görməyə.  

Ağzı əyrini təndirə saldılar, didi: - odun höyüşdü

15

Ayağını yer yandırır, başını gün.  



Ay doğar, aləm görər.  

Ayağı sürüşən yıxılsa özü dura bilər, dili sürüşən yıxılsa onu 

durğuzmax olmaz.  

Al kafirdən, ver kafirə.  

Allah saa baxıf, maa rəhm eləsin. 

Allah bilir kənddə günahkar kimdir. 

Allah dağına baxıf qar verər.  

Alma kürən, satma kürən

16

, illah da ki, qaşqa



17

 kürən.  

Alçaxda oturuf hündür danışma, ağzın ovular.  

Arabanı  sür  oduna,  odun  olar  odundu,  olmaz  –  araba  özü 

odundu. 

Araz aşığınnandı, Kür topuğunnan. 

Arı vuran ilan görsə ölər, ilan vuran arı görsə ölməz. 

Arını yiyib namusunu belinə bağliyitdi.  

Asılan hər qazannan aş umma, umusax olarsan.  

Atannan – atamnan danışma, özünnən, özümnən danış.  

Atın əbləhi yorğa, itin əbləhi tula olar. 

Atın kəhəri – bas belinə yəhəri.  

Atın bozu – elə bil quzu. 

At nədi, mat nədi.  

Atmaraldır, oğlanlardan seçilmir.  

At murdardan yiyər, təmizdən içər – mal əksinə.  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə