Microsoft Word Antol-18-Seki


L  Lələ 24  adamın bir dərdi, öyladı olanın min dərdi olur.    M



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə24/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   20   21   22   23   24   25   26   27   ...   147

 

75

Lələ

24

 adamın bir dərdi, öyladı olanın min dərdi olur. 



 

Malı gedənin imanı da gedər.  

Meçitin (məscidin) qapısı açıxdı, itin mərfətinə nə gəlitdi. 

Mərd Allahdan, namərd yoldaşdan görər. 

Mən belə qarğa görməmişəm, qarğada yorğa görməmişəm.  

Məni nə qızğın şişinən dağlama, nə də yağ gətirib yağlama.  

Meyvə kimi insanın da kalı olur. 

Meymunu yadaa salma! 

 

Miyanaçının



25

 kisəsi gen olar.  

Minarəyə xərci çıxmiyən elə bilər yer göbələyidir.  

Min bil bir bilmiyənnən də soruş.  

 

     



Namərdə arxa çevirməzlər.  

Namərd – namərddən kəsər, Allah da hər ikisinnən.  

Naxış, gə mənnən yapış. 

Nə çarxda ipək var, nə tiyanda barama.  

Nə tiyanda barama var, nə də çarxda ipək. 

 

     



Oğul  var  ki,  atasına  ev  tikər,  oğul  da  var,  sözün  ağzında 

kəsər.  


Oğul var ki, ata sözün dərs eylər, oğul da var düz danışığı tərs 

eylər.  


Oğul var özü görünər, oğul var özünü göstərər.  

O, div qurbağaya aşıx olan kimi aşıx olub. 

Onnan yumurta alsan içində sarı tapmazsan.  

Onun tamahı Həzrət Əlinin qılıncınnan itidir. 

Otdiyən mal arıx olmaz.  

 

 




 

76

Ö 

Özo yorulmuş biləndə, yoldaşo ölmüş bil.  

 



 

Pəpə yiyənnən məmə yiyənə kimi hamı orada idi. 

Pəpə yiyənnən nə görmüşəm ki, məmə yiyənnən nə görəm. 

Pir mənimdir, kəramətini mən bilirəm.  

Pulun var: yerə ver, yesə ver.  

Pulu pul qazanar, şahını tümən. 

 

Salyanda it az iydi, biri də gəmiylə gəldi. 

Saa bir toy tutaram, dədaa toyu yadaa düşər. 

Səhər tezdən kasıbın qarnı açılır, dövlətlinin gözü.  

Sənəyə

26

 verə-verə güyümün bahası çıxdı.  



Səni aparan su – saa görə seldir.  

Səni itirən axtarmaz, tapan söyünməz.  

Söz yerinə düşməsə qiyməti olmaz.  

Sünbüləm, suyam, durmuşam buyam.  

Südlü aş dəmdə, gah səndə, gah məndə.  

Südlü aş dəmdə gərəyh, həm səndə, həm məndə gərəyh. 

Söykə yol nərdiyanını.  

  

Ş 

Şakirə baxmış Şükürə min şükür.  

Şələsi olmayan dəyirmana girməz.   

 

Təzə bardaq suyu sərin olar.  

Tox öyün ac pişiyi.  

Toyuq da su içəndə Allaha baxır. 

Toyuq anasınnan süd görmiyitdi. 

Tumanın darlığı bezin qıtlığındandır.  



 


 

77

Utanmasan anqırmağa nə var ki. 

Utanmasan oynamağa nə var ki. 

 

Ü 

Ürəyimə çıxıb yara – bilmirəm gedim hara.  

Ürək diyəni dil disə, baş-göz yarılar.  

 

Var öyü kərəm öyü, yox öyü vərəm öyü.  

 

Yağış yağır bizlərə, 

Dəxli nədir sizlərə. 

 

Yaxşı at qamçı, yaxşı adam söz götürməz.  



Yaşından yekə danışma, başın ağrıyar.  

Yavaya dözmiyən xırmana girməz. 

Yetim handa, yarımax handa.  

Yimiyənin payını yiyəllər. 

Yığlamiyən (ağlamiyən) uşağa süt verməzdər.  

Yaz əkinçidi, qış dilənçi.  

Yetim cücəsən, büzül yat.  

Yer yiyəsiz olsa, donuz təpəyə çıxar. 

Yiyən darıxar, yimiyən koruxar

27

.  


Yekə baş yiyəsinə donuz güddürər.  

Yimağınan doymiyən yalamağınan heş doymaz. 

Yumurtlamadı-yumurtlamadı, falını niyə içdi?  

Yüz gün hajət, bin gün gərək. 

Yuxa qırağı sulama. 

Yük əyiləndə daş qərifliyə düşər. 

Yaxşı atın üstü qışda arandı, yayda yaylax.  

Yaxşı yarağım vardı, Ənzəlidə qaldı.  

Yiyəni üzünnən, giyəni dizinnən tanımaq olar.   



 

78

V



V

I

I

I

I

I

I

.

.

 

 

Ə

Ə

F

F

S

S

A

A

N

N

Ə

Ə

L

L

Ə

Ə

R

R

,

,

 

 

R

R

Ə

Ə

V

V

A

A

Y

Y

Ə

Ə

T

T

L

L

Ə

Ə

R

R

 

 

 

Peşə 

 

Süleyman  peyğəmbər  taxıl  anbarındakı  kəhrəbaya  bənzər 

buğdanı eşən toyux və xoruzlara yaxınlaşaraq soruşur ki, siz bura-

da  nə  axtarırsınız,  nə  əcəb  buğdadan  doyunca  yeyib  getmirsiniz. 

Toyux  və  xoruzlar  qaqqıldaşaraq  bir  xeyli  gülüşdükdən  sonra 

dedilər:  bizim  eşələnməyimiz  aclığa  görə  deyil,  bu  bizim  pe-

şəmizdir. 

 

Qisas 

 

Rəvayətə görə qədim zamannarda ana yeganə oğliynən yaşa-



yırdı. Günlərin bir günü uşaq qonşunun toyuğunun yumurtladığını 

görür,  yumurtanı  oğurlayıb  anasına  verir  və  deyir  ki,  tapmışam. 

Bu yolla o, hər gün bir yumurta gətirərək anasına verir. Anası hər 

dəfə onu tərifləyir, yumurtaları necə, hardan tapmasıynan qətiyyən 

maraqlanmır.  Uşaq  yavaş-yavaş  oğurruğa  öyrəşir,  daha  böyük 

oğurluqlara əl atır, anasının tərifi  isə hər dəfə onu şirniyhləndirir. 

O,  böyüyür,  oğurrux  vərdişi  də  böyüyür,  peşəkar  oğru  olur.  Bir 

dəfə  onu  oğurrux  üstündə  tuturlar.  Məhkəmədə  o,  anasiynən  gö-

rüşmax  istədiyini söyləyir.  Anasını  gətirillər. Oğlan  anasına diyir 

ki,  səən  dilinnən  opmax  istiyirəm.  O,  qəzəblə  anasının  üstünə 

atılaraq onun dilini dişləyib qoparır və deyir ki, məni bu günə sa-

lan səən dilin olutdu. Mən hər dəfə oğurrux yumurta gətirəndə sən 

məni təriflədin, mənim də həvəsim artdı. Amma birinci yumurtanı 

gətirəndə onu hardan oğurradığımı soruşub, cəzamı versəydin, bu 

günə düşməzdim.  

 

Üzlü qonaq 



 

Rəvayətə görə kasıbkarlıqla ağır külfətini bir təhər dolandıran 

kəndli  variymiş.  Novruz  bayramı  axşamı  qazan  qaynatmax  üçün 

olan-qalanını  verib  ət  alır  və  arvadına  deyir  ki,  dur  əti  as  (bişir). 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə