Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə26/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   22   23   24   25   26   27   28   29   ...   147

 

82

Pəhləvan  ovçu  açarı  əlinə  alan  kimi  qadın  cingiltili  səslə 



sevinərək: 

–  Mərci  apardım,  “yadımda”  sözünü  demədin.  Bu  səhnəni 

özüm quraşdırmışdım. Qızıl boyunbağımı sabah alacaqsan. 

Kişi açarı yerə ataraq: 

– Köpək qızı, belə də  mərc apararlar, hirsimdən az qala ürə-

yim yerindən çıxmışdı - deyir və qadının alnından öpür. Təzədən 

süfrə  açılır.  Səhər  tezdən  ərini  yola  salandan  sonra  qadın  sandığı 

açır, görür alim qorxusundan altını batırıb. Rişxəndlə deyir: 

– Qardaş, dur  sandığı təmizlə,  bu  hekayəti də kitabına əlavə 

et  və  başa  düş  ki,  hələ  işini  tamamlamamısan.  Arvad  əməli  qur-

taran deyil.  

 

Süleyman peyğəmbərin təəssüfü 

 

Belə rəvayət edirlər ki, Süleyman peyğəmbər doqquz yüz əlli il 



bu dünyada ömür sürüb. Yeddi yüz yaşı olanda bir alaçıq qurur, başı-

nı ora soxur, ayaqları qalır bayırda. Yoldan ötən birisi ona irad tutur: 

– Ya peyğəmbər, bunu elə tik ki, özün içinə tam yerləşəsən. 

Süleyman peyğəmbər gileyli cavab verir: 

– Bilsəydim ki, bu dünyada belə az yaşayacağam heç bunu da 

tikməzdim. 

 

Etiraf 

 

Süleyman  peyğəmbərin  oğlunun  əl-ayağı  iflic  olur,  arvadı  Bil-



qeyis narazı qalır ki, həm peyğəmbər, həm də hökmdarsan, bir dəfə 

Həzrəti Cəbrayıldan xahiş elə söhbət düşəndə Allahdan rica etsin ki, 

oğluna bir əlac qılsın. Allahdan xəbər gəlir ki, ər-arvad ürəklərindəki 

gizli sirləri bir-birinə düzgün etiraf etsələr övladları sağalacaq. 

Süleyman  peyğəmbər  deyir  ki,  əlimdə  bu  boyda  səltənət, 

umur, var dövlət var, amma yenə yanıma bir adam gələndə ondan 

nəsə umuram, əlinə baxıram. Elə o dəqiqə oğlu sevincək deyir ki, 

ata,  əllərim  açıldı.  Sonra  Bilqeyis  etiraf  edir  ki,  bu  məmləkətdə 




 

83

səndən  ixtiyarlı,  gözəl  kişi  yoxdur,  amma  yenə  yad  kişi  görəndə 



ürəyim uçunur, özümlə bacara bilmirəm. Bu dəm oğlu qışqırır ki, 

ana, ayaqlarım da işləyir. 

 

Yerdəyişmə 

 

Deyirlər qədimdə çaqqallar insanlar arasında, itlər isə meşədə 



yaşayırmış. Aclıqdan və soyuqdan bezikmiş itlər çaqqalları aldat-

maq qərarına gəlirlər. Onlardan təvəqqe edirlər ki, gəlin bir müd-

dətə  yerimizi  dəyişək,  hamımız  soyuqdan  xəstələnmişik,  axı  biz 

bir  nəsildənik,  gərək  bir-birimizə  kömək  edək.  Çaqqallar  itlərin 

gününü görüb razılaşdılar. Həyət-bacada, tövlədə yaşayan itlər az 

müddətdən sonra sağaldılar və öz mövqelərini saxlamağın əlveriş-

li olduğunu anladılar. İsti yuva, insanların verdiyi yem onları  ətə-

qana gətirmişdi. Çaqqallarsa ac-yalavac halda  meşədə dolanır, öz 

yerlərinə qayıtmaq üçün hər gün meşədən ulayaraq: 

– Sağalduuz? - deyə soruşurdular. 

İtlər o saat qəti və sərt səslə: 

– Yox, yox! - deyə onlara hürürdülər. 

Elə o zamandan öz  mövqelərini  itirmiş çaqqallar  meşədə ac, 

itlər isə insanlar arasında tox yaşayırlar. 



 

Elm və helm 

 

Allah təkəbbürlü insanları sevməz, bu xislət şeytana məxsus-



dur.  Adam  nə  qədər  çox  pul  qazansa,  çox  bilsə  təvazökarlığını  o 

qədər artırmalıdır. İnsanın elmi ilə bərabər helmi də olmalıdır, yə-

ni tədbiri və bicliyi. Bir gün bir cavan Bağdada elm almağa gedir, 

on il təhsil alandan sonra doğma el-obasına tələsir. Ustadı ona de-

yir ki, elm almısan, iki il də qal sənə helm öyrədim. Səbrsizlik edir 

ki,  bəsdir,  mən  elm  almağa  gəlmişdim.  Ustadı  gülərək  onu  meh-

ribancasına  yola salır, cavan el-obasına  yaxın  bir  şəhərə çatdıqda 

görür ki, müəzzim azan verir, tez məscidə girir, bardaş qurub out-

rur. Gözlərindən cin yağan bir axund vəz edirmiş, elmli cavan gö-



 

84

rür ki, bu adam ağzına gələni danışır, elədiyi vəz Quran və şəriətlə 



uyğun gəlmir. Səbrsizlik edib yerindən qalxır və axunda irad tutur. 

Axund  nüfuzundan  istifadə  edərək  avam  kütləni  cavanın  üstünə 

qaldırır,  onu  döyüb  xurd-xəşil  edirlər.  Üz-gözü  qan  içində  olan 

cavan geri, ustadının yanına qayıtmağı vacib bilir. Ustad onu gülər 

üzlə qarşılayıb iki il helm öyrədir. Yenidən bu yolla evlərinə qayı-

dan cavan həmin vaxtı məscidə varid olur və görür ki, həmin əb-

ləh yenə lovğa-lovğa çərənləyir. Cavan yanında olanlara pıçıltı ilə 

deyir ki, mən Bağadda on iki il elm almışam, dünya şöhrətli usta-

dım  mənə  demişdi  ki,  sizin  əyalətdə  bir  mömin  yaşayır,  hər  kim 

onun saqqalından bir tük çəkib cibində saxlasa cənnətə gedər, bax, 

əlamətlərindən  həmin  adam  sizin  bu axunddur. Az sonra  məscid-

dəkilər  ayağa  qalxıb  axundun  üstünə  cumurlar,  saç-saqqalını  yo-

lub pis günə qoyurlar, axund aylarla dişarı çıxmır, güşənişin ola-

raq evdə oturur. Cavan isə qəlbində ustadına “afərin” deyir. 



 

Eşşəkliya şükür elə! 

 

Eşşək yük daşımaqdan bezib Allaha şikayət edir:  



–  Ya  rəbbim,  məni  niyə  eşşək  yaratmısan?  Yazığam,  məni 

eşşəklikdən çıxart. 

Allah deyir: 

–  Get,  eşşəkliya  şükür  elə,  yoxsa  səni  eşşəklikdən  çıxardıf 

qanmaz eliyərəm. 

 

Allaha təvəkkül 

 

Xanın  qonşuluğunda  yaşayan  dəmirçi  oğlan  gözəl  bir  qızla 



evlənir. 

Xan sarayın ikinci mərtəbəsindən ətrafa baxanda gəlini görür 

və ona gözü düşür. Xan dəmirçini  yanına çağırır, ona atları üçün 

dörd  min  midbar



28

  hazırlamağı  tapşırır.  Bu  işin  yerinə  yetirilmə-

sinə görə həddindən artıq az vaxt verir. 

Dəmirçi midbar qayırmaqla məşgul olmur. O beş vaxt namazını 

qılır. Allaha xeyir-duasını edir, axırda da “Allaha təvəkkül” deyir. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə