Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə27/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   23   24   25   26   27   28   29   30   ...   147

 

85

Gəlin ondan soruşur:  



– Gün ərzində nə qədər hazırladın? 

Kişinin ağzından “Allaha təvəkkül”dən başqa söz çıxmır. 

Vədə  tamamlanan  gün  səhər  tezdən  qapı  döyülür.  Dəmirçi 

arvadla  salamatlaşıb  başına  gələsi  hadisələr  barədə  xəbərdarlıq 

edir. Sonra gedib qapını açır. 

Sarayın nökərlərindən biri ilə üzbəüz durur. O deyir: 

–  Xan  ölüb,  tabutu  mıxlamaq  üçün  dörd  dənə  mismar 

çatışmır. Gedək dəmirçixanadan bizə dörd dənə mismar ver. 

Dəmirçi  bunları  yola  salıb  namazını  qılır.  Allaha  dua  etdik-

dən sonra deyir: 

– Ey dörd min  midbarı dörd mismar edən  Allah!  Sənin  sözo 

üstünə söz yoxdur.  

Yenə “Allaha təvəkkül” deyib yas yerinə gedir. 

 

 



 

 

Şah səni üstümə göndərdi ki, 



 mən də tutub didim 

 

 

 

 

 

 

Padşah  gəzinti  vaxtı  suda  gön  yuyan  kişi  ilə  rastlaşır,  ondan 

soruşur: 

– İkidəsən, üçdə? 

– Üçdə. 

– Bəs niyə altını on ikiyə vura bilmirsən? 

– Otuz iki qoymur. 

– Bir qaz göndərsəm didə bilərsənmi? 

– Əcəb didərəm… 

Saraya qayıdan kimi padşah baş vəziri çağırıb soruşur:  

– Açıqla görək, mən o kişiyə nə dedim; o nə cavab verdi? 

Vəzir ha fikirləşir cavab tapmır. Padşah deyir: 

– Üç günə kimi cavab tapmasan vəzirlikdən qovulacaqsan. 

Vəzir gedib gönyuyanı tapır, ona bir kisə qızıl verib danışığın 

mənasını xəbər alır.  

Kişi  ondan  bütün  var-dövlətini  istəyir,  yoxsa  sirri  açmaya-

cağını bildirir. Vəzir razılaşır. Kişi belə bir izahat verir:  



 

86

–  Padşahin  “İkidəsən,  yoxsa  üçdə?”  sorğusunun  açıqlanması 



belədir ki, “iki ayağınla gəzirsən, yoxsa hasa ilə”? Mən ona dedim ki, 

“üçlə”, yəni “hasa ilə”. Hökmdar sonrakı sorğusuyla maa qandırmaq 

istəyirdi ki, “Altı ay işləyib on iki ay dolana bilirsənmi?” Dedim: “32 

qoymur”,  yəni  “yeməkdən  artmır”.  “Bir  qaz  göndərsəm  didə 

bilərsənmi?” sorğusuna  cavab  verdim ki,  “Əcəb didərəm”. Vəzir, o 

qaz sənsən, şah səni üstümə göndərdi ki, mən də tutub didim. 

 

 

Dərdsiz adamın alt köynəyi 



 

 

Bir  şahın  yeganə  bir  qızı  varmış.  Qız  xəstələnir.  Şah  ölkədə 

olan yaxşı həkimləri gətirir, nə qədər dava-dərman edirlərsə, xəstə 

qız sağalmır ki, sağalmır. 

Şah, falçılar, münəcimlər arasında da qızın xəstəliyindən baş 

tapan, onu sagalda bilən adam tapmır. O, əlacsız qalıb bütün ölkə-

sinə  elan  edir  ki,  mənim  qızımı  kim  sağaltsa,  ona  bir  dəvə  yükü 

qızıl verəcəm. 

Günlərin bir günü səhər tezdən görürlər ki, elçi daşının üstün-

də bir qarı oturub. Adət üzrə şahla görüşmək istəyən adamlar elçi 

daşının üstündə oturarlarmış. 

Qarı saray sakinlərinə deyir:  

– Şahin qızına əlac etməyə gəlmişəm.  

Şah buyurur ki, qarını hüzuruna aparsınlar. 

Qarı  qızın  otağına  daxil  olur.  Kitab  açır,  tas  qurur,  nəhayət, 

onu sağaldacaq dərmanı tapdığını bildirir: 

– Şahım, qız dərdsiz adamın  alt köynəyini geyən kimi  yaxşı 

olacaq. 


Şah  tədbir  libas  olub  öz  diyarını  şəhərbəşəhər,  kəndbəkənd 

gəzir.  Bir  çox  adamla  söhbət  edir.  Kimə  üz  tutursa,  o  adam  öz 

dərdindən danışır. Dərdsiz bir adama rast gəlmir. 

Bir  gün  axşam  hava  təzə  qaralanda  şahın  yolu  bir  kənddən 

düşür.  Bir  evin  qabağından  keçərkən  pəncərədən  içərini  görür. 

Orada ailə üzvləri  şənlik edirdilər, ər, arvad  və  bir neçə uşaq de-

yib-gülürdülər. Kişi əlilə sinini dınqıldadır, uşaqlar əl çalır, arvad 



 

87

da ortaya düşüb oynayır. Sonra arvad çalır, kişi oynayır. Axırda da 



uşaqlar oynayırlar. 

Şah  öz-özünə  fikirləşir  ki,  “Diyəsən  axtardığımı  tapmışam. 

Bu adamların heç bir başqa dərdi yoxdu”. 

Şah qapını döyür. Kişi qabağa gəlir. Şah deyir: 

– Allah qonağıyam. Məni bu gecə qonax saxlıyarsınız?  

Ev sahibi deyir: 

– Allaha da qurban olum, onun qonağına da, buyur gəl içəri. 

Ev sahibi  şahı  içəri dəvət edir, başda əyləşdirir, amma qaba-

ğına  yemək-içmək  qoymağa  imkanı  olmur.  Demə,  bunnarın  ax-

şam yeməyə heç quru çörəkləri də yox imiş. Ər-arvad çalıb-oyna-

maqla uşaqların başını qarışdırıb yuxuya vermək istəyirlərmiş. 

Şah öz-özünə fikirləşir ki, “Bunlar yoxsul, ac olmalarını belə 

özlərinə  dərd  eləmirlər.  Bu  kişinin  köynəyini  alıb  qızıma  geyin-

dirsəm, görən sağalarmı?”  

Şah dərdini söyləyib kişidən alt köynəyini istəyir. 

Kişi üst paltarını qaldırıb çılpaq bədənini şaha göstərir və deyir: 

–  Kasıb  adamam,  balalarıma  bir  qarın  çörək  tapmıram, 

bədənim heç alt köynəyi görmiyitdi. 

Səhəri  şah  saraya  qayıdır,  taxta  əyləşərkən  öz-özünə  soruşur 

ki,  görəsən  mənim  ölkəmdə  niyə  dərdsiz  adam  yoxdu?  Bəlkə 

hamının bədbəxtliyinə səbəb elə mənim işlərimdir?  

Şah xalqın xeyrinə qanunlar verir. Yetimlərə əl tutur. Acların 

qarnını  doydurur.  Camaat  ona  xeyir-dua  edir.  Xəstə  qız  yavaş-

yavaş yaxşılaşır.  

Demə, qızı rəiyyyətin ah-naləsi, qarğışı tutubmuş. Deyirlər: 

Gej kəsər, kazlı kəsər,  

Bir məzlumun ahı kəsər. 

 

Beyində gənə 

 

 

Bir nəfər Loğmanın yanına gedib baş ağrısından şikayətlənir. 

Loğman  onun  beynində  gənə  olduğunu  söyləyir.  Sonra  xəstənin 

beynini  açıb  gənəni  tapır.  Öz-özünə  fikirləşir:  əyər  gənəni  dartıf 

qoparsa, beyin zədələnər. Şəyirdinə deyir: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə