Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə28/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   24   25   26   27   28   29   30   31   ...   147

 

88

– Yox, gənəni dartıf qoparmaq olmaz. 



Şəyird deyir:  

–  Ustad  sağ  olsun,  maşanı  qızdırıb  gənəni  tutan  kimi  özü 

beyindən ayrılmazmı? 

Loğman deyir:  

–  Sən  bu  işin  əlacını  məndən  tez  tapdın.  Loğman  şəyirdi 

olmağını sübut etdin. Üstəlik loğmanlıq imtahanını da verdin.  

 

 

Birin də… birin də… 



 

 

 

 

Loğman ölənə yaxın iki kasa dərman hazırlayıb şagirdinə ve-

rir, ona tapşirir ki,  “Mən öləndə sənə deyəcəm, onda  bu dərman-

ları ara vermədən mənə çatdırarsan”.  

Loğman  tələb  edəndə  şəyird  birinci  kasanı  verir,  ikincisini 

əlinə  alıb  ustadına  yanaşmaq  istəyəndə  tələsdiyindən  yıxılır,  dər-

man dağılır. Dərman Loğmana çatmır. 

Kişi: “Birin də… Birin də…” - deyə-deyə ölür. 

Belə rəvayət eləyirlər ki, Loğmanın qəbrinin yanından keçən-

də hələ də  adamlar “birin də… birin də …” kəlmələrini eşidirlər. 

 

Halal qardaşlar 

 

 



İki  qardaş  ortaqlı  taxıl  əkib  yetişdirir.  Onlar  payızda  taxılı 

biçir, döyür və xərəyə yığırlar.  

Qardaşlar xərəyi tam ortasından iki yerə bölürlər. Böyük qar-

daş  evə  nahara  gedir.  Kiçik  qardaş  taxılın  yanında  qalır.  O,  öz-

özünə düşünür: “Qardaşımın ailəsi, uşaqları var. Mənim bir başım, 

bir canım var, xərcim azdı”. Beləcə, kiçik qardaş öz payına düşən 

taxılın dörddə birini böyük qardaşının taxılına qatır. 

Böyük  qardaş  gələndən  sonra  kiçik  qardaş  evə  getməli  olur. 

Bu dəfə böyük qardaş belə düşünür ki, “Mən ev tikmişəm, toy elə-

mişəm, ailəm-ocağım  var. Qardaşım öylənməlidi,  yurd-yuva qur-

malıdı, ona pul daha çox lazımdı”.  

Böyük  qardaş  özünə  düşən  taxılın  dörddə  birini  halallıqla 

kiçik qardaşın taxılına qatır.  



 

89

Allah  bunların taxılına o qədər bərəkət qoyur ki,  satıb  bütün 



kəm-kəsirlərini  düzəldirlər.  Atalar  deyib  ki,  halalın  azı  haramın 

çoxundan dözümlü olur.  



 

Qəza toru 

 

 



Uşaqlar  tutu  quşunu  tutmaq  üçün  tələ  qururlar.  Tutuquşu  da 

ağacdan uşaqların bu oyununa tamaşa edirmiş. Deyilənə görə, tutu 

quşu  belə  şeyləri  bildiyindən  heç  vaxt  tələyə  yaxın  gəlməzmiş. 

Yoldan  keçən  Musa  peyğəmbər  uşaqların  bu  hərəkətini  görüb 

tutuquşuya xəbərdarlıq etmək istəyir:  

– Ya Tutu, uşaqların nə iş gördüklərini bilirsənmi?  

Tutu quşu istehzayla deyir: 

– Bilirəm… 

Musa  peyğəmbər  işlərini  sahmanlayıb  geri  qayıdanda  görür 

ki, tutu quşu tələyə düşüb partlayır. Ondan soruşur: 

– Ya Tutu, bu nə işdi? Sən ki, bilirdin?.. 

Tutu quşu deyir: 

– Baxdım ki, dünya od tutub yanır. Hamı tək mən də yanmaq 

üzrəyəm. Bəladan xilas yolunu o tələdə gördüm.  

El arasında buna qəza toru deyərlər. Qədərdən qaçmaq olmaz. 

 

 



Xan qızını kimə verər 

 

 



Xanın çox gözəl bir qızı vardı. Xan qızını zəhmətkeş, sağlam və 

qızının  bəyəndiyi  adama  vermək  istəyir.  Çox  yerdən  elçilər  gəlir. 

Xan qızını istəyən oğlanların qabağına bir kötük qoyur və deyir:  

– Bu kötüyü yara bilsən, ailənin üstünə oğlan gedərsən. 

Neçə-neçə  oğlanlar  gəlir.  Bir  gün,  iki  gün,  kötüyün  böyür-

başını  baltalayır,  əlləri  qabarsa  da,  yara  bilmir.  Yorulub  gücdən 

düşür, əliboş öz ölkələrinə qayıdırlar. 

Axırda  sifətcə  gözəl,  işgüzar  bir  oğlan  gəlir.  İyid  qızın  çox 

xoşuna gəlir, əldən buraxmaq istəməyib xəlvətcə ona deyir: 

–  Oğlan,  kötüyü  parçalamağa  tələsmə,  qıxmıx-qıxmıx,  talaşa-

talaşa

29

, xırda-xırda əritməyə çalış. Onda yorulub əldən düşməzsən. 




 

90

Oğlan  qızın  dediyi  kimi  edir,  tələsib-eləmir,  kötüyü  qıxmıx-



qıxmıx, talaşa-talaşa, xırda-xırda əridir.  

Xan qızını ona ərə verir.  

 

 

Bacılar 



 

 

İki  bacı  vardı,  böyüyünün  əri  rəncbər  (əkinçi),  kiçiyinin  əri 

isə kümdar

30

 idi.  


İki-üç  il  dalbadal  yaxşı  yaz  yağışları  yağır.  Əkinçinin  bol 

məhsulu olur. Böyük bacının ailəsi varlanır.  

Havaların  yağıntılı  olması  kümdarın  işlərinə  ziyan  vurur. 

Kiçik  bacı  vardan-yoxdan  çıxır.  Nəhayət,  kümdar  fəhlə  kimi 

onun-bunun yanında işləmək məcburiyyətində qalır.  

Kasıb bacı tez-tez varlı bacıgilə gedir, dərdini söyləyir. Varlı 

bacı  da onu  əliboş  yola  salmır. Bayrama  bir-iki gün qalmiş kiçik 

bacının  əri  özünə  iş  tapmır,  evə  əliboş  qayıdır,  rüzuları  tamam 

kəsilir. Başqa evlərdə bayram çörəyi, cürbəcür şirin çörəklər bişi-

riləndə bunlarda heç adi çörək də tapılmır.  

Kiçik bacı uşaqlar üçün nəsə bir yemək əldə etmək məqsədilə 

bacısıgilə  yollanır.  Varlı  bacı  bişirdiyi  bayram  çörəyinin  üstündə 

oturur. Bu hərəkəti görən fağır bacı deyir: 

Bacı, bacı, can bacı… 

Bağçada güllər bacı. 

Güllər, bülbüllər bacı. 

Alto külkə yandırır, 

Keçər bu günlər bacı. 

Kasıb bacı minnət-xahiş etməyib kor-peşiman öz öyünə dönür. 

Vaxt  keçir,  bir  neçə  il  dalbadal  yazda  yağıntı  az  düşür.  Bu 

dəfə kümdarın baraması artıb çoxalır, rəncbərin isə taxılı yetişmir. 

Böyük bacı yoxsullaşır. Kiçik bacı varlanır. İş dəyişir, böyük bacı 

kiçik bacıdan asılı hala düşür.  

Böyük  bacı  dolanacaxlarından  gileylənir,  kiçik  bacı  köhnə 

vaxtları yada salıb ona təskinlik verir: 

– Bir vaxt biz də çətin dolanırdox. Allah düzəltdi. Səbirli ol bacı. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə