Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə37/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   33   34   35   36   37   38   39   40   ...   147

 

116 


Ərəb  sözünə  xilaf  çıxmır.  Yoldaşlarıyla  birlikdə  dəvəni  yük-

ləyir.  İsə  kişini  oturdurlar  həmin  dəvənin  üstünə,  Şirəlini  başqa 

dəvənin belinə mindirirlər. Yellənə-yellənə gedirlər. Camaat qoyun-

ları  qabağına  qatıb  onların  ardınca  aparır.  Şəhərin  kənarına  çatanda 

ərəblər dayanırlar. Şəhərə səhər tezdən girəcəklərini bildirirlər. 

İsə kişi yıxılan ərəbə deyir: 

– Sən qoyunnarı bizim evə aparmağa kömək elə.  

Mənzil  başına  axşam  üstü  çatırlar.  İsə  kişi  həmin  gecə  ərəbi 

qonaq  saxlayır.  Səhəri  gün  tezdən  durub  dəvəni  yüklədir.  Ərəbə 

qoşulub  onun  yoldaşlarının  yanına  gəlirlər.  İsə  kişi  dəvənin  ipini 

yıxılan ərəbə verib deyir:  

– Al, bu yükü. Bura Şəkidi, bala. Siz də Şəkiyə gələn qonaq-

sınız.  Şəkililər  gələn  qonaqların  malına  göz  dikməzlər.  Amma 

gələn  qonaq  da  abırsızlıq  etməməlidi,  danışığına  fikir  verməlidi. 

Bir daha Şəki, şəkililər haqda bilmədiyin sözləri danışmiyəsən.  

Ərəb durub  İsə kişinin  əlindən, üzündən öpür. Hamı sevinir. 

İsə  kişi  beləcə  dəvəni  yüküynən  birlikdə  öz  sahibinə  qaytarıb 

salamatlaşır, öz işinə gedir.  

 

 

Q



Q

ı

ı

r

r

d

d

a

a

n

n

e

e

l

l

l

l

ə

ə

 

 

Ə

Ə

l

l

i

i

q

q

ı

ı

l

l

ı

ı

n

n

c

c

ı

ı

n

n

 

 

g

g

ü

ü

l

l

ə

ə

ş

ş

i

i

 

 

 

 

 

 

Şəkiyə  bir-birindən  xəbərsiz  iki  pəhlivan  gəlir.  Onlar  şəhər 

əhlindən güləşmək üçün pəhlivan istəyirlər. Adət beləydi ki, əyər 

şəkililər  meydana  güləş  üçün  adam  çıxarmasaydılar,  gəlmə 

pəhlivanların tələbiylə hamı xərac ödəməliydi.  

Şəhərin başçısı bunların hər ikisinə ayrılıqda bildirir ki, bura 

güləşməyə  başqa pəhlivan da gəlib.  İstəyirsinizsə, təşkil  edək, öz 

arazda  güləşin.  Qalib  gələnlə  haq-hesablaşaq.  Pəhlivanlar  razıla-

şırlar. Güləşdən qabaq münsiflər heyəti belə bir şərt də kəsir: gü-

ləş  heç-heçə  qurtarsa,  pul  veriləsi  döylü.  Bu  səbəbdən  də  pəhli-

vanlar  bir-birilərini  yıxıb  arxasını  yerə  qoyanadək  meydandan 

çıxmamalıdırlar. 

Pəhlivanlar  güləş  meydanına  girirlər.  Hələ  qarşı-qarşıya  gəl-

məmiş Qırdanel Əliqılıncın arxadan qollarının altından tutur, onu 




 

117 


qaldırıb  yıxmaq  istəyir.  Bu  üsul  bəyənilmədiyindən  münsiflər 

heyətinin işarəsiylə Qırdanel Əliqılıncdan ayrılır. 

Qırdanel  güləş  qaydalarını  pozduğuna  görə  məzəmmət  edilir. 

Pəhlivanlar pəhlivanı Əliqılınc heç əhəmiyyət vermir, yenidən güləş 

başlanır. Bu dəfə qabaq-qabağa tutaşırlar. Necə olursa, qəflətən yenə 

Qırdanel  Əliqılıncı  arxadan  tuta  bilir.  Camaat  səs-küy  salmağa,  fit 

çalmağa  başlayır.  Axı  niyə  belə  fəndlər  etməyə  ona  imkan  verilir? 

Şəkililər pərt olurlar. Pəhlivanlar  isə öz  işlərində  idilər. Qırdanel  ha 

gücənib  Əliqılıncı  qaldırmaq  istəyir,  bacarmır.  Əliqılınc  gözünə 

döndüyüm  iki  əliylə  arxasında  olan  Qırdanelin  başından  tutmuşdu. 

Qırdanel  təkrar-təkrar  cəhd  eləyir  ki,  Əliqılıncı  qaldırsın,  amma 

orasını  Əliqılınc  yaxşı  bilir  ki,  niyə  Qırdanel  onu  qaldırammır.

 

 

Əliqılınc  öz  işindəydi.  Bir  vaxt  görürlər  ki,  Qırdanelin  ayaxları 



yerdən dörd barmax aralanıb. Qırdanelin ayaxları get-gedə daha çox 

aralanır. Bir də baxırlar ki, Qırdanelin sinəsi Əliqılıncın başına qədər 

qalxıb.  Nəhayət,  Qırdanelin  ayaxları  Əliqılıncın  belinə  qədər 

qaldırılır. Əliqılınc nərə çəkib bir göz qırpımında Qırdaneli özündən 

iki-üç metr uzağa atır. Qırdanel yerə mıxlanıb qalır.

 

 



 

 

Bu güləşin nəticəsi Şəki camaatına iki bayram gətirdi. Camaatın 



əvvəlki  pərtliyi  aradan  qaldırılır,  məyusluq  gözlənilməz  qələbəylə, 

ikiqat sevinclə əvəz olunur. Əliqılıncın eşqinə havaya yüzlərlə patron 

atılır. Şəhər əhli Əliqılıncın eşqinə böyük ziyafət düzəldir. 

 

 

 

T

T

O

O

P

P

O

O

N

N

İ

İ

M

M

 

 

R

R

Ə

Ə

V

V

A

A

Y

Y

Ə

Ə

T

T

 

 

 

Oraban kəndi 

 

Rəvayətə görə Oraban sözünün etimologiyası “ora” və “ban” 

sözlərinin  birləşməsindən  ibarətdir.  Köçəri  tayfa,  indiki  oraban-

lıların  əcdadları  Oraban  kəndinin  yerləşdiyi  əraziyə  sübh  tezdən, 

“ora” “xoruz banı”  vaxtı çatıb  məskən salmışlar  və  binə etdikləri 

kəndin adını da Oraban qoymuşdur. 

   

 

 



 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə