Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə38/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   34   35   36   37   38   39   40   41   ...   147

 

118 


I

I

X

X

.

.

 

 

N

N

A

A

Ğ

Ğ

I

I

L

L

L

L

A

A

R

R

 

 

 

Xeyirxahlıq 

 

Biri  var  imiş,  biri  yox  imiş,  Dəpyanus  adında  zalım,  qəddar 



bir  padşah  variymiş.  O  diyirmiş  ki,  dünyada  bi  dənə  padşah  mə-

nəm, mənnən savayı padşah yoxdu. Camaat bu padşahdan qorxur, 

ona qorxudan sitayiş eliyirdilər. Üş nəfər, diyər ədə, habını da Al-

lah-taala  yaradıtdı,  bizi də,  nətəri  habına tabı olax, gəlin olmiyax 

habına  tabı.  Xəvərçilər  bu  üş  nəfərin  fikrini  padşaha  çatdırallar. 

Padşah  qoşun-leşkər  göndərif  bu  üç  nəfərin  dalınca  onları  tut-

mağa.  Bu  üş  nəfər  də  qaça-qaça  gidif  bir  böyük  dağa  rast  gə-

litdilər. Dağı görüf diyitdilər: 

–  Ya  Rəbbim,  İlahi,  kafirlər  bizi  qırcaxdılar,  sana  pənah 

gətirmişox  -  diyəndə  dağ  açıldı,  bu  üç  nəfər  ora  girdilər.  Girən 

kimi  dağ  bağlandı,  əvvəlki  vəziyyətinə  düşdü.  Qıraxlara  baxdılar 

ki,  hər  yan  dağdı,  meşəliyhdi.  Gecə  düşdü,  yatdılar.  Bi  vaxtı  biri 

yuxudan  ayılar, görər qarandıxdı də, çıxmağa  yer  yoxdu,  bu  yol-

daşdarını yuxudan durğuzar, diyər ə, yaramadı bu, diyəsən bunun 

axırı  ölümdü.  Heç  olmasa  dünyada  nə  eləmişox  bir-birimizə  da-

nışax,  heylə  ölax,  dərdimizi  bir-birimizə  diyax.  Nəysə,  sifdə  biri 

başdıyır  danışmağa.  Dirir,  Vallax,  mən  varlı    adamiydim,  varım-

ixtiyarım çoxiydi. Bi günü bi nəfər gəldi yanıma, didim xeyir ola, 

didi  iş  yeri axtarıram,  vəziyyətim  canadı

41

, didim,  iş  yeri  məndə. 

Bizə bunu apardım, didi işin nədi, didim qandax

42

 qazmax, beyağı 

qandax  olutdu.  Kürəyh  də  verdim,  bel  də  verdim,  yer  görsətdim 

ki, habırdan qaz. Bu işdəmaxda olsun,  günorta üstü biri də gəldi, 

bunu  da  apardım  diyi,  gənə  yer  görsətdim,  axşam  bunnarın  işdə-

rini  təhvil  götürəndə  gidif  gördüm  səhərdən  dələnnən  dünorta 

gələn  (ikinci)  çox  qazıtdı.  Götürüf  bi  onnux  qızıl  birinci  gələnə 

verdim,  bi onnux qızıl da gönorta gələnə.  İşi  belə görəndə səhər-

dən gələn acıx eliyif pulu götürmədi, didi bes, sən günorta gələnə 

də  məəmki  qədər  pul  verirsən?  Nəsə,  bu  pulu  üstümə  atdı,  didi 

istəmirəm.  Mən  peşiman  oldum,  didim,  axı  bu  işdiyitdi,  nətəri 



 

119 


oldu almadı. Mən onun pulunun dəyəri qədər mal-qara alıb tapşır-

dım ki, ayrıca saxlasınlar, nə vaxt gələr, mal-qara onundur. Altı il 

keçdi, altı ilin başında bu mal-qara artdı, sürü oldu. Altı ilin başın-

da bu adam gəldi, didi qardaş, mən saa acıx elədim pulumu alma-

dım, mümkünsə məəm pulumu ver, gedim, yetim-yesirimi dolan-

dırım.  Diyəndə,  diyir  bunu  mən  apardım  mal-qara  sürüsünə,  di-

dim, bala, bu mallar sənədi, götür apar. Didi, axı çoxdu bu qədər 

mal-qara,  məəm  puluma  bu  boyda  sürü  düşməz.  Didim,    vaxtilə 

səən pula alınmış mal-qaradır, götür apar. Nəsə, diyir bu söyünə-

söyünə apardı, didim, Ya Rəbbim, İlahi, mənim bu kişinin puluna 

xəyənət elamadığıma görə qayanı qaldır mən çıxıf gedim – diyən-

də,  diyir,  qayanın  ucu  qalxdı,  uzaqdan  bir  səs:  -  çıx  gəl  –  didi. 

Dimax, Allah-taala bunun çağırışını, xeyirxah işini qəbul elədi.            

O  birisinə  didilər  ki,  ə,  sən  danış  görax,  sən  nağarmısan. 

Hindi bu danışmağa başladı. Didi, vallah, mən də səən kimi varrı-

ixtiyarrı  adamiydim.  Amma  gözü  şor,  arvadbaz  iydim.  Nəysə, 

Əyyub peyğəmbər olutdu da o vaxt, bu da bunu diyir şeytan düşüf 

dalınca hərriyə-hərriyə, hərriyə-həyriyyə nə qədər, diyir ki, bunun 

umurunu  maa  ver,  Əyyub  peyğəmbərin,  bunu  bi  təhər  eliyim  də. 

Nəysə,  Allah-taala  bi  gün  diyir  ki,  Əyyub  peyğəmbərin  umur-

ixtiyarını  verdim  saa,  nə  istiyirsən  elə.  Əyyub  peyğəmbər  namaz 

qılan yerdə yerin altıynən gidif bunun burnuna zəhər tökür. Əyyub 

peyğəmbərin  bədəninə  yara  düşdü.  Əyyub  peyğəmbərin  gözəl 

xanımı  varmış,  qonşuları  buna  diyəllər  ki,  səən  ərin  sağalmaz 

xəstədir, əti tökülür, iylənir, bunu öydən çıxart, apar səhraya qoy. 

Bu  da  qonşuların  sözünə  qulaq  asıf  ərini  ağlaya-ağlaya  səhraya 

qoydu,  qoyanda  diyir,  həmişə  bunun  hörüyünnən  tutub  su 

verirlərmiş.  Bi  günü  toy  olarmış,  qonşular  da  gəlinin  cehizini, 

qızılını-mızılını  axtarallar,  tapmazdar.  Diyəllər,  ha,  Əyyub 

peyğəmbərin  arvadı  dilənirdi,  bu  yəqin  qəlif  aparıtdı.  Bunu 

qazının  yanına aparıllar, diyir  bunun hörüyhlərini divinnən kəsin. 

Nəysə,  bu  gidər  görər  Əyyub  peyğəmbərin  vəziyyəti  canadı, 

ağlıyər,  diyər  maa  şərvət  verin,  su  verin.  Peyğəmbər  ağlıyır  də, 

vəziyyəti canadı. Xanım diyir ki, məəm hər yerdən əlim üzülütdü, 




 

120 


mən  hardan  tapım  saa  şərvəti,  suyu,  yoxdu  heç  bir  şey.  Diyir 

bilmirəm,  nağarırsan-qayır,  maa  axirət  süyü  tap.  Bu  qadın  diyir 

gəldi məəm yanıma, didi ki, bes peyğəmbər şərvət, su istiyir, mən 

də  tapa  bilmirəm.  Mən  də  gözü  şor,  arvadbaz  kişiyəm.  Bu  qadın 

diyir,  gəldi  məəm  yanıma,  didi  bes  peyğəmbər  həblə  diyir,  maa 

Allah yoluna şirin şey verin. Məndə, diyir buna natərəs söz didim, 

didi  diyir  gedim  peyğəmbərdən  soruşum,  icazə  versə  mən  nə 

diyirəm ki, gidif soruşuf gəlif didi ki, peyğəmbər diyir ki, daa mən 

ölürəm, get o kişi  nə diyirsə elə,  maa  bi axirət süyü gətir.  Allah-

taala  diyir,  bərkə  düşən  vaxt  nə  eləsən  onnan  keçir.  Nəsə,  arvad 

gəldi  diyir,  girdi  otağa,  biz  ikimiz  tək  qaldıx.  Bi  vaxt  bu  arvad 

ağladı.  Didim,  ya  Rəbbim,  İlahi,  məəm  unu  bacı  gözüynən 

görduğuma, una  əl  vurmadığıma görə rəhmin gəlsin,  habı qayanı 

qaldır,  çıxıf  gedim.  Diyəndə,  qaya  qalxdı,  amma  mən  çıxam-

mədim.  Hindi  bu  peyğəmbərin  bədəni  yaradı,  peyğəmbər  didi, 

şükür ya Rəbbim, nə eləyirsən elə, ölürəm. Allah-taala didi ki, sağ 

əyağo  da  yerə  vur,  sol  əyago  da.  Hərəsinnən  bi  zəm-zəm  süyü 

çıxır.  Allah-taala  buyurdu  ki,  süyün  birini  için,  birində  də  çimin. 

Oldular, diyir, hərəsi 15 yaşında oğlannan qız.  

Üçüncü  adamdan  soruşdular  ki,  söylə  görək  sən  nağarmısan. 

Didi  vallah  məəm  60  yaşım  var,  çoban  olmuşam,  qoyun  dalınca 

getmişəm, mən nə danışım. Didilər, ə, nə bilirsən danış da.... Diyir 

məəm  bi  işim  var, yəni  Allah-taala qavul eliyitdisə eliyitdi, eləmi-

yitdisə,  daa  nə  diyim.  Məəm  nəslim  qırılıf,  qoca  anamnan  atam 

qalmışdı.  Mən  də  bi  dənə  öyladam.  Yaman  ajdıx  idi,  bulara  mən 

qoyun sütüynən baxırdım. Bi gün də diyir bu sütü sağıb qayıdanda 

bərk yağış  yağdı, yağış  yağanda diyir qoymadım süd qabına  yağış 

düşmağa.  Gedif  öyə  gördüm  ki,  atam-anam  məni  gözdiyif  yatıt-

dılar.  Süt  işmax  vaxtından  keçitdi  da.  Olar  özdəri  oyanacən  baş-

darının  üstündə  əlimdə  çanax  dəyanmışam.  Bi  vaxt  atam  oyandı, 

didi, oğul gəlifsanmı, didim bəli, ata, gəlmişəm. Götürün sütü için. 

Nəsə, diyir, sütü verdim, işdilər, atam didi, yə Rəbbim, ay oğul, sən 

bizə  çeyhdığın  zəhməti  Allah-Taala  qəvul  eləsin,  səni  Allah  heş 

yerdə dara salmasın. Ya Rəbbim, İlahi, məəm atamnan anama çəh-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə