Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə39/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   35   36   37   38   39   40   41   42   ...   147

 

121 


diyim əziyyəti qəvul eliyifsansa, habı qaya qalxsın, habırdan çıxım 

gedim.  Didəndə,  diyir  qaya  beyax  qalxdı.  Bular  üçü  də  diyir 

çıxdılar  çölə,  hindi  bular  acdılar.  Sözləşdilər  ki,  kimdə  pul  varsa 

qidax çörəyh alax, Dəpyanus bilsə bizi qırcaxdı. Birisi didi məndə 

var. Getdi tükançıya verdi pulu, bu tükançı diyir, bir pula baxdı, bir 

maa baxdı. Didi, a kişi, habı Dəpyanusun puludu, sən nə axtarırsan, 

Dəpyanus dünyadan köçən 309 ildi. Bu pul işdəmir, dünya təzələ-

nitdi. Gül-gülünən oyniyir, bülbül-bülbülnən, insanlar gözəlləşitdi.  

Dimax, bular 309 il qayanın altında qalıtdılar.                        

 

Haqq var, divan yoxdu 

 

Şah oğlu Şah  Abbasının ölkəsinnən adamnar  itir.  İtənnəri  nə 



qədər  axtarıllarsa  da  tapa  bilmirlər.  İtən  adamnarı  öldürən  də  bi 

dənə  adamdı.  O,  pullu  adamnarı  öldürüf  pulunu  alır.  Bi  günü  bu 

qonşudan bi axmağı da götürür, bu da diyirmiş ki, gedim mən də 

pul qazanaram. İtən adamnarın öldürüldüyü yerə çatanda diyir ha-

bırda  düşax,  dincalax.  Bi  vaxtı  bular  orda  düşüllər,  orda  su-zad 

içillər,  bu  görür  ki,  yoldaşının  qılığı  düz  döyül,  bu  nəsə  ayrı 

fikirdədir. Diyir, a kişi, habı pulunu verim, səən adam öldürmağo 

heş  kimə  dimiycəm.  Diyir,  yox.  Diyir,  unda  saa  bi  xahiş  eliyim, 

bunu yerinə yetir, daa öldürürsən öldür də. Dimax, bunun yoldaşı 

hamilə  iymiş,  diyir  öyrən  gör,  oğlum  olutdusa  adını  qoy  “Haqq 

var, divan yoxdu”, qızım olsa daa heş nə. 

Qatil  də  başa  düşmür  bu  nə  diyən  sösdü.  Nəysə,  bi  vaxtı  bu 

gəlir arvadın yanına, arvad qayıdır ki, ay qardaş, mənim yoldaşım 

sənnən getmişdi, bəs o niyə qayıtmadı. Qatil qayıdır ki, bala, səən 

yoldaşın  hələ  gəlmiycaxdı,  cec  gəlcaxdı.  Diyir  bə  saa  o  heş  şey 

dimədi.  Diyifdi  ki,  oğlum  olsa  adını  “haqq  var,  divan  yoxdur” 

qoysunlar, qızım olsa da heş nə. Sən dimə bunun da oğlu olutdu-

muş,  uşax  da  qəzirmiş,  bular  öydən  gedənnən  xeyli  vaxt  keçitdi. 

Uşağın adını anası qoyur “Haqq var, divan yoxdu”. 

Şah oğlu Şah Abbas da atını minib şəhərdə gəzirmiş, bu vaxt 

uşax  şahın  atına  tərəf  qaçır.  Uşağın  atın  əyaxları  altına  düşmə-



 

122 


sinnən qorxan anası onun dalınca qışqırır: ay haqq var, divan yox-

du, dəyan, at səən basar. Şah, diyir, atın başını çeyhdi  ki, ay bacı, 

ay qızım, habıra gəl görüm. 

Şah  soruşdu  ki,  habı  uşağın  adı  nədi?  Ana  didi:  uşağın  adı 

“Haqq  var,  divan  yoxdu”.  Şah  qayıtdı  ki,  axı  haqq  da  var,  divan 

da.  Nətəri  yanı,  divan  mənəm,  haqq  o  kişi.  Soruşdu  ki,  habı  adı 

kim qoyutdu bu uşağa. Sən özünnən qoyufsan, yoxsa saa diyiflər. 

Arvad əhvalatı olduğu kimi danışır. Şah diyir ha...a, dimax itən və 

öldürülən  adamnarı  qıran  kim  imiş.  Arvaddan  soruşur  ki,  sən  o 

kişini tanıyırsan. Arvad qayıdır ki, o məəm qonşumdu. Şah Abbas 

kişini  yanına  çağırtdıraraq  soruşur  ki,  di  görax  bu  uşağa  adı  kim 

qoyutdu, özü də hindi hardadı. Bu dimax istəmir, şah əmr eliyir ki, 

bunun dırnaxlarını şıxardın. Dırnaxlarının ikisini çəkillər, üçüncü-

sündə davam eləmir, diyir, vallah öldürmüşəm. O, maa həbilə xa-

hiş elədi, mən də yoldaşına çatdırdım. 

Şah diyir, hindi camaatı öldürəni tapmışam. Qatili dar ağacın-

dan asıllar. 

 

Göz görmiyən, qulaq eşitmiyən söz 



 

Biri  var  idi,  biri  yox  idi.  Keçmiş  zamanlarda  bir  kişinin  üç 

oğlu,  bi  arvadı  var  idi.  Bi  günü  kişi  bərk  azarlanır.  Kişi  arvad- 

uşaqlarını yanına çağırıb diyir ki, böyük qardaş və ortancıl qardaş, 

bu öy-eşik, bu mal-qara sizə, bu bağ ananıza və kiçik qardaşınıza 

qalsın. Kişi ölüb həyatdan yox olur. Ailə bir yerdə yaşayır. Bi gün 

böyük və ortancıl qardaşlar ananı və kiçik qardaşı zorla öydən qo-

vurlar. Ana kiçik oğlu ilə gəlir kişinin bağışladığı bağa. Gəlib ba-

ğa  çatıb  bağı  gəzmağa  başliyirlər.  Bir  az  gəzənnən  sora  ana  və 

oğul yorulub bağın ortasında otururlar. Bir qədər oturduqdan son-

ra  oğlan  görür  ki,  yanlarında  bir  papaq  var.  Oğlan  papağı  başına 

qoyur. Sora papağı çıxardıb anasına diyir ki, bu papaqda sirr var. 

Ana papağı başına qoyub diyir: oğul, atan bizi istiyib bu bağı bizə 

verib,  oğlan  papağı  anasınnan  alıb  tullamaq  istiyir.  Amma  ana 

papağı  tullamağa  qoymadı  ki,  bu,  atanın  yediyarıdı,  qoy  qalsın. 



 

123 


Oğlan papağı başına qoyur. Dünyada nə ki, cin, şeytan var, yığılır 

onun  başına  və  diyirlər:  ağa,  qulluğun  nədi?  Oğlan  qayıdır  ki, 

anamla mən ac olmuşuq, bir samovar çay, iki boşqabda yimək ol-

saydi,  yiyib-içərdox. Oğlan sözünü qurtarmamış  hər şey  hazır ol-

du. Onlar yiyif-işdilər, bir az dincaldılar. Yuxudan durannan sora 

durub  yol  getmağa  başladılar.  Az  getdilər,  çox  getdilər,  bir  vaxt-

dan sora gəlib bir bağ qırağına çatdılar. Oğlan öy yiyəsini çağırdı. 

Onların qavağına bi qoca kişi çıxdı. Oğlan qayıdır ki, əmican, biz 

yad adamlarox, bizi bir günnüyə qonax elə. Qoca razılaşır. Ana və 

oğlanı öyə gətirir, onlara çay, yimağ-işmax verir. Sora onlar söh-

bətə başladılar.  Az danışdılar, çox danışdılar, sora oğlan diyir ki, 

əmican, gəl mənim anamı özaa arvad elə, məni də oğullağa götür. 

Qoca kişi razılıq verdi. Onlar bir neçə gün yaşadıqdan sonra oğla-

nın  padşahın  qızına  gözü  düşdü.  Oğlan  bu  fikrini  axşam  atasına 

söylədi. Atası söylədi ki, oğul, biz hara, padşahın qızı hara? Oğlan 

sözünnən dala durmadı, atasınnan xahiş elədi ki, padşahın yanına 

elçiliyə getsin. Qoca kişi padşahın hüzuruna gedib elçi daşının üs-

tündə oturub gözdəmağa başladı. Padşah onu yanına çağırıb nə is-

tədiyini soruşdu. Kişi məqsədini bildirdi. Padşah gülərək dilləndi: 

Sənin oğlun hara, mənim qızım hara? Sənə üç sual verərəm, cavab 

versən  qızımı  sənin  oğluna  verrəm.  Padşah  qızını  yanına  çağırıb 

barmağındakı  üzüyü  çıxartdırdı.  Padşah  söylədi:  bu  üzükdən  bir 

üzük, mənim öy-eşiyim kimi öy-eşik, bir də qulaq eşitməyən, göz 

görməyən bir söz mənə gətirin. 

Qoca  kişi  durub  kor-peşman  yavaş-yavaş  öylərinə  yollandı. 

Padşahın  dediklərini  oğlana  çatdırdı.  Oğlan  gözdədi  ki,  axşam 

düşsün. Axşam düşdü, oğlan papağı başına qoydu. Dünyanın cin, 

şeytanı  yığıldı  onun  başına.  Didilər:  ağa,  qulluğun  nədir?  oğlan 

padşahın qızının üzüyünü göstərib didi: 

– bu üzükdən 40 üzük! 

O,  sözünü  qurtarmamış  40  üzük  hazır  oldu.  Oğlan  üzükləri 

bir  torbaya  yığıb  atası  ilə    göndərdi  padşaha  və  didi  ki,  padşah 

bunların içindən öz üzüyünü seçib götürsün, seçə bilməsə torbanı 

mənə  qaytararsan.  Padşah  üzüklərin  içərisində  öz  üzüyünü  seçə 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə