Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə4/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   2   3   4   5   6   7   8   9   ...   147

 

10

doqqaza çıxana qədər artıq acmısan. İndiki nəşr də daxil olmaqla 



Şəki Folkloru Antologiyalarında verilmiş 900-dən artıq atalar sözü 

və məsəllər gələcək elmi təhlilini və qiymətini gözləyir. 

İndiyədək  70  yanıltmac  Şəki  folkloru  antologiya  və  toplula-

rında işıq üzü görmüşdür. Bu nəşrdə daha 19 yanıltmacı oxuculara 

təqdim etmişik.  

Folklorumuzun epik  janrlarından olan  əfsanə və rəvayətlərin 

Şəki folklorunda da öz yeri, çəkisi vardır. Hazırki nəşr də daxil ol-

maqla Şəki folkloru bu janrla hələlik 144 əfsanə və rəvayətlə (bura-

ya əfsanələrlə yanaşı tarixi, dini, toponim rəvayətlər, aşıq rəvayətlə-

ri,  pəhləvan  rəvayətləri,  təbabətlə  bağlı  rəvayətlər  daxildir.) təmsil 

olunur. Bu fani, “gəlimli gedimli dünya, son ucu ölümlü dünya”nı 

(Dədə-Qorqud  kəlamı)  zərgər  dəqiqliyi  ilə  müşahidə,  götür-qoy 

edən müdrik şəkili öz ənənəsinə burada da sadiq qalır, əlahəzrət sa-

tira və yumorun bütün imkanlarından  məharətlə  istifadə edərək öz 

“ağır çəkili” sözünü deyir. Oğurluğa alışan oğlunu bu çirkin yoldan 

vaxtında çəkindirməyən anasının dilini  məhkəmədə dişləyib qopa-

ran oğul (“Qisas”), Allahın dəvələri iynənin gözündən keçirməsinə 

qadir olduğuna inanan əhli kefin cənnətə, buna şübhə və istehza ilə 

yanaşan 40 il namaz qılan mollanın isə cəhənnəmə göndərilməsinə 

dair əfsanələr (“Allah dəvələri iynənin gözündən keçirir”) nə qədər 

ibrətamizdir.  Hikmətli  kəlamlarda  deyilir  ki,  düşməndən  qorxma, 

çünki,  onun  düşmən  olduğunu  bilirsən,  dostdan  da  qorxma,  bəd 

ayaqda  o  dönük  çıxacaq,  sənə  xəyanət  edəcəkdir.  Qanmaz  və  na-

dandan qorx. O, düşməndən də, satqın dostdan da qorxuludur. “Eş-

şək yük daşımaqdan bezib Allaha şikayət edir: 

–  Ya  Rəbbim,  məni  niyə  eşşək  yaratmısan?  Yazığam,  məni 

eşşəklikdən çıxart. Allah deyir: 

–  Get,  eşşəkliya  şükür  elə,  yoxsa  səni  eşşəklikdən  çıxardıf, 

qanmaz eliyərəm. (“Eşşəkliya şükür elə!”) 

Bu,  qanmaz  və  nadana  atılan  və  hədəfə  sərrast  dəyən  zər-

bənin  klassik  nümunəsi,  əfsanə  və  rəvayətdə  yaşayan  yumor  və 

satiranın bənzəri olmayan gücüdür. 




 

11

İndiyədək M.Cuma ilə bağlı 13 aşıq rəvayəti nəşr edilmişdir. 



Böyük  aşığın  adı  ilə  bağlı  topladığımız  “Molla  Cumanın  Aşıq 

Ələsgərlə deyişməsi”, “Molla Cumanın Aşıq Donu ilə deyişməsi”, 

“Haram  ət”,  “Molla  Cumanın  Molla  Surxaydan  gileyi”,  “Molla 

Cumanın Qıpçaq səfəri”, “Molla Cumanın qərib aşıqla görüşü”nə 

dair rəvayətləri və Aşıq Siracla bağlı “Ustad və şəyird” rəvayətini 

də kitaba daxil etmişik.    

Böyük Şeyx Şamilin naibi Hacı Muradın qəhrəmanlıqla dolu 

qeyri-adi  həyatı  L.N.Tolstoyun  “Hacı  Murad”  adlı  əsərində  öz 

bədii təsvirini tapmışdır. Hacı Muradın müasirləri olmuş və onun 

Nuxadakı  son  günləri  ilə  bağlı  xatirələrini  danışmış,  o  vaxtlar 

(1852-ci il) Nuxa milisinin rəisi vəzifəsində işləmiş İlisu bəyi Ha-

cıağanın  xatirələri  birinci  rəvayət,  həmin  illərdə  Nuxa  qəzasının 

rəisinin arvadının xatirələrini isə ikinci rəvayət kimi təqdim edirik.  

Tarixi  sənədlər  üzərində  araşdırmalar  apararaq  XVIII-XIX 

əsrlərin böyük şəxsiyyətləri olan Şəki xanı Hacı Çələbi xanla Şeyx 

Şamilin və onun naibi İlisu sultanı Daniyal bəylə qohumluq əlaqə-

lərini müəyyənləşdirib, bu tarixi rəvayəti də kitaba daxil etdik.  

Şəki  xanı  İsmayıl  xanın  (İsmayıl  xan  Xoyski)  öz  arvadını 

qətlə yetirməsi və Molla Cumanın ölümü ilə bağlı bir tarixi rəva-

yəti də kitaba daxil etdik. Aşığın ölümü  ilə bağlı  tarixi rəvayətdə 

onun  arvadı  Reyhan  xanımın  XI  Qızıl  ordunun  əsgərləri  tərəfin-

dən qətlə yetirildiyinə Şəki rayonunun Aşağı Göynük kənd sakini 

Şərif Umarov şahidlik edir (87 yaşlı, 1987-ci il). “Qan yerdə qal-

mır”  atalar  sözü  -  inancın  nə  qədər  dərin  həyati  kökləri  varmış. 

Əlləri minlərlə insanın qanına bulaşmış XI Qızıl ordunun zabit və 

əsgərləri  Rusiyaya  qayıdarkən  Dağıstanın  müftisi  Nəcməddin 

bəyin silahlı dəstələri tərəfindən son nəfərədək qüllələndilər.  

“Şəki  xanlarının  ixtisar  üzrə  tarixi”nə  dair  əldə  etdiyimiz 

tarixi  rəvayəti  və  vaxtilə  Əmir  Teymurun  (Oryat  Teymurun)  qo-

şunları ilə Şəkiyə gələrək burada qalıb bir kəndi binə edərək Oryat 

adı verib məskunlaşmış moğollar (muğallar) haqqında tarixi rəva-

yəti də oxuculara təqdim edirik.       




 

12

Nağıllar Şəki folklorunda özünə möhkəm yer tutan epik janr-

dır.  Xeyli  hissəsi  təmiz  yerli  şivədə  qələmə  alınmış  nağıllarda 

yerli  özünəməxsusluq  aydın  görünür.  “İki  qardaş”,  “Molla  və 

Dovşan”,  “Üç sual”,  “Xan  ilə oğlu”,  “Haqqı-say”, “Halal ömür”, 

“Qonşu”,  “Əsli  ho,  nəsli  ho”,  “Bəla”,  “Haqq  var, divan  yoxdur”, 

“Xeyirxahlıq” və b. nağıllar dediklərimizə misal ola bilər. İndiyə-

dək  Şəki  folkloru  antologiyalarında  42  nağıl  verilmişdir.  Hazırki 

antologiyada 11 nağıl oxuculara çatdırılır. Klassik nağılların yerli 

variantları  da  Şəki  folklorunda  özünə  “daimi  qeydiyyat”  alıb. 

Şəkidə  böyük potensialı olan  folklorumuzun digər  janr  və  nümu-

nələri  kimi  nağıl  janrının  da  toplanması,  tədqiqi  və  nəşri  isti-

qamətində işimiz ardıcıl davam etdirilməlidir.  

Məzəli  ixtilətlər  və  əhvalatlar  demək  olar  ki,  bütün  Şəki 

folkloru kitablarında artıq özünə yer tutub. Süjet xətti satira və yu-

mora  söykənən  ağız  ədəbiyyatının  bu  nümunələri  oxucuların 

böyük marağına səbəb oldu və bunu nəzərə alaraq bu istiqamətdə 

toplama  işini  davam  etdirərək  indiki  antologiyaya  da  xeyli  yeni 

nümunələr  daxil  etdik.  Qeyd  edək  ki,  məzəli  ixtilətlər  və  əhva-

latlar  Şəki  şəhərinin  ayrı-ayrı  hissələrinin  (Qışlaq,  Dodu,  Kiş)  və 

kəndlərinin (Qaraqoyunlu kəndləri, Göynük, İnçə, Biləcik, Dəhnə, 

Layisqi  və  b.  kəndlər)  əhalisinin  mənəvi-əxlaqi  durumunu,  adət-

ənənələrini,  dialekt  və  şivə  xüsusiyyətlərini,  folklor  potensialını, 

satira  və  yumordan  istifadə  bacarığını  çox  aydın  göstərir.  Məzəli 

ixtilətlərin  və  əhvalatların  da  öz  qəhrəmanları  var,  onları  xalq 

yaxşı tanıyır, xatırlayır, yaddaşda yaşadır. Lətifə qəhrəmanları ki-

mi onların da adı çəkiləndə üzlərdə təbəssüm yaranır, xoş xatirələr 

danışılır. Boyu 1,5 m olan inçəli Abdulcəlil, Şafralı, şəkili Mürid, 

Məmə, Seydimalı, Qırdı Hacı, İlyas, Sitarə, Süddülərin Rəcəb da-

yı, Ceyran oğlu, Abdulla kişi, Əsəd, Danqı Bəkir, Qışlaqlı Fərrux, 

Biləcikli  Mustafa,  Dodulu  Uçu-buçu  İspəndiyar,  Qacaybala 

Məmmədəli,  Məzhəkəçi  Nuru,  Yetim  oğlu  Nurəddin  və  b.  belə 

tiplərdir.  Qaraqoyunlu  ixtilətləri  və  əhvalatlarını  burada  ayrıca 

qeyd etməyə ehtiyac  vardır. Şəki rayonunun 9 kəndində  məskun-

laşmış  qaraqoyunlular  (Ətraflı  bax:  AFA.VI.  Şəki  Folkloru  II, 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə