Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə40/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   36   37   38   39   40   41   42   43   ...   147

 

124 


bilmədi.  Kişi  üzük  torbasını  oğlana  qaytardı,  oğlan  padşahın 

üzüyünü seçib verdi ki, apar padşaha ver. 

Axşam  oldu.  Padşah  baxdı  ki,  kişinin  öyü  yanır.  Qoşun 

göndərdi ki, gedin onun öyünü qaraldın. Qoşun gedib görür ki, nə 

öy  yanmaq,  sən  dimə  bunlar  işıq  imiş.  Padşah  səhər  öyün 

yanınnan keçəndə gördü ki, doğrudan da kişi  yaxşı  bir  öy tikitdi. 

Padşah buyurdu ki, üçüncü sualıma da cavab versən qızı verərəm. 

Oğlan  axşam  papağı  başına  qoydu.  Dünyanın  cin-şeytanı  yığıldı 

onun  başına. Oğlan onlardan  soruşdu ki, dünyada göz görməyən, 

qulaq  eşitməyən  bir  söz  varmı?  Cin-şeytanlar  bir  ağızdan:  var 

dünyada elə bir şey-didilər. Onlar qayıtdılar ki, bi dəniz qırağında 

qarış baba var. Boyu bi qarış, saqqalı iki qarış. Sən get onun yanı-

na. O “alıf” disə, sən “əlif” di, o “əlif” disə, sən “alıf” di. Sən o di-

yən sözü disən sənin başını kəsif öyünün tikintisini tamamlayacaq. 

Onun öyünün tikilif qurtatmasına bir baş və bir bədən lazımdır. 

Oğlan  cin-şeytannarın  bu  sözlərinə  qulaq  asdıqdan  sonra  qarış 

babanın  yanına  yollandı.  Qarış  babanın  bi  qızı  variydi.Qız  oğlanı 

görən kimi onunla dost olmaq  istədi. Qız oğlanı yanına çağırıf didi: 

Dədəm “alıf” disə sən “əlif” dinə, dədəm “əlif” disə sən “alıf” dinə. 

Qarış baba oğlanı yanına çağırıb ona dərs keçmağa başladı. O 

“alıf” didi, oğlan “əlif”, o “əlif” didi, oğlan “alıf”. Bu dərs üç gün 

keçdi. Vaxt vədə yetdi. Oğlanı atası gəlib apardı. Bir neçə günnən 

sora oğlan didi ki, ata, mən ərkək dəvəyə dönicəm. Sən məni apar 

bazarda sat, amma zingiri vermə. Oğlanın atası dəvənin zingirindən 

tutub  bazara  apardı.  Bunu  görən  Qarış  baba  kişinin  yanına  gəlib 

didi  ki,  bu  dəvəni  mənə  sat.  Kişi  dəvənin  qiymətini  söylədi.  Ra-

zılaşdılar.  Qarış  baba  dəvənin  pulunu  verdi.  Kişi  zingiri  açmaq 

istədi,  amma  Qarış  baba  buna  razılaşmadı.  Qarış  baba  üç  dəvənin 

pulunu verib zingiri də aldı. O, dəvəni eşiklərinə gətirdi. Qız dəvəni 

görən kimi tanıdı. Atası qızına tapşırdı ki, gedib piçağı gətirsin, də-

vəni  kəsək.  Qız  piçağı  yeşirdi,  öydən  çölə  çıxıf  didi  ki,  piçağı 

tapmıram.  Qarış  baba  didi  ki,  gəl  dəvənin  boğazınnan  tut,  qaçma-

sın. Qarış baba öyə girən kimi qız dəvəni buraxdı. Dəvə quşa dönüb 

uçub  getdi.  Qarış  baba  çölə  çıxanda  gördü  ki,  dəvə  yoxdur.  Qarış 




 

125 


baba  qartala  dönərək  sərçəyə  dönmüş  oğlanın  dalınca  uçdu.  Sərçə 

dala dönüb gördü ki, böyük bir qartal onun dalınca uçur. O, dərhal 

qarğaya dönərək sürətini bir az da artırdı  və gəlib  özünü padşahın 

eşiyinə  salaraq  toox-cüyə  oldu.  Qartal  isə  bir  çaqqal  olub  başladı 

cüyələri  yimağa,  axırda  bir  cüyə  qaldı,  o  da  itə  döndü  və  it  ilə 

çaqqal  başladılar  bir-birilə  boğuşmağa.  Oğlan  bir  iynə  oldu,  Qarış 

baba  isə sap.  İynə  xeyli  fırlandı, sonra gəlib ocağın  içinnən keçdi. 

Onun  dalınca  gələn  sap  ocaxda  yandı,  sora  iynə  oğlana  dönüb 

padşahın yanına getdi. Söylədi ki, bu da sənə göz görməyən, qulaq 

eşitməyən bir söz.-Padşah oğlanın onun bütün şərtlərini  yerinə ye-

tirdiyini görüb qızını ona verdi. Yeddi gün yeddi gecə toy çaldırdı. 

 

Mürdəşir və meyitə su tökən 

 

Biri var imiş, biri yox imiş. Mürdəşir (meyityuyan) və meyit 



yuyulanda ona su tökən var imiş. İş elə gətirir ki, əyalətdə ölənlə-

rin sayı azalır və sonra tamam kəsilir. Yuyucu və su tökənin baza-

rı  bağlanır. Onlar  vəziyyəti  belə gördükdə  başqa  əyalətlərə gedib 

çimdirmək  üçün  meyit  axtarırlar.  Əyalətlərin  birində  camaatın 

meydana yığıldığını görürlər. Maraqlandıqda bildirirlər ki, əyalətə 

şah axtarırlar, baxt quşunu meydana buraxacaqlar, o kimin başına 

qonsa, həmin adam şah olacaq. 

Düddəyh  çalınır,  baxt  quşunu  buraxırlar.  Baxt  quşu  gəlib 

meyityuyanın  başına  qonur.  Camaat  narazı  qalır,  səs-küy  salırlar 

ki,  niyə  şah  yerli  camaatdan  olmasın.  Baxt  quşunu  üç  dəfə  bura-

xırlar və  hər dəfə  yuyucunun  başına qonur.  Əlacsız qalan camaat 

yuyucunu  şah  seçir.  İşi  belə  görən  su  tökən  də  özünə  bir  vəzifə 

istəyir və şah onu özünə vəzir təyin edir. 

Bir  gün  şah  və  vəzir  şəhərin  küçələrini  gəzərkən  bir  cənazə 

aparıldığını görürlər. Şah əmr edir ki, meyiti ona göstərsinlər, qu-

lağına söz diyicəm. O, cənazəyə əyilərək meyitə deyir: 

–  O  dünyada  ölülər  sənnən  soruşsalar  ki,  bu  dünyada  dirilər 

nətəri  yaşayırlar,  diyərsən  ki,  meyit  yuyan  şahlıq  eliyir,  su  tökən 

vəzirlik. Fikirləşin görün camaat nə çəkir. 



 

126 


Kimin yaşı çoxdur 

 

 

Ot bitməyən bir səhrada dəvə, eşşək və qoyun bir bafa



43

 ot ta-


pır. Görürlər ki, bu otu hər üçü yesə, yenə ac qalacaqlar.  

Belə  razılaşırlar  ki,  hər  üçü  yaşını  söyləsin,  kimin  yaşı  daha 

çox olsa, otu o yesin.  

Qoyun deyir:  

– Mən İsmayıl qurbanına gələn qoyunun anasıyam.  

Eşşək qoyundan yaşlı olduğunu bildirir.  

Dəvə əvvəl dillənmir, otu götürüb ağacın hündür haçasına qo-

yur, yeyə-yeyə onlara cavab verir:  

– Sizin sözünüzdən belə çıxır ki, dəvə uşaqmış?!  

 

Canavarın üç öküzlə dostluğu 



 

 

Ala öküz, qara öküz, qırmızı öküz canavarla dostlaşırlar. Ca-

navarın məqsədi varmış, bu öküzləri bir-bir yemək istəyirdi. Onlar 

iri, canlı, itibuynuzlu öküzlər idi. Həmişə birlikdə gəzib-dolaşdıq-

larından canavar onlara heç nə edə bilmir, yanlarına gələndə qor-

xudan tir-tir əsirdi.  

Canavar  hiylə  işlədir.  Böyük  ala  öküz  aralanan  kimi  o  biri 

öküzlərə yaxınlaşır, ala öküzün əleyhinə danışır. Guya ala öküz o 

biri öküzlərin bir-bir aradan çıxmasını istəyir. Canavar beləcə ala 

öküzlə o biri öküzlər arasında narazılıq salır. Bir müddət keçəndən 

sonra o yola gətirdiyi öküzlərə deyir: 

– Nə fikirləşirsiniz? Istiyirsiniz köməkləşib ala öküzün özünü 

aradan çıxardaq.  

Öküzlər  razılaşır.  Canavar  xəlvətə  salıb  təklənən  ala  öküzü 

parçalayıb  yeyir. Sonra bu şəkildə sağ qalan iki öküz arasında da 

narazılıq yaradır. O, qırmızı öküzə deyir:  

–  Qara  öküzün  saa  paxıllığı  tutur.  Nə  diyirsən,  qara  öküzü 

aradan çıxarımmı?  

Qırmızı öküz hiylə toruna düşüb razılaşır. Canavar qara ökü-

zü də xəlvətə salıb yeyir.  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə