Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə42/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   38   39   40   41   42   43   44   45   ...   147

 

130 


təklif eləmirlər. Biri nökərləri haylayıb istehzayla deyir: 

– Bu adamı hasardan o yana ötürün, yoxsa onun özünü də də 

it aparar… 

Oğlan kor-peşman evə qayıdır. Quru döşəmənin üstündə üzü 

aşagı yatır, çox fikirləşir, çox götür-qoy eləyir. Keçmişləri yadına 

salanda hirs onu boğur. “Belə yaşamaqdansa ölmək yaxşıdı” – de-

yir. Oglan özünü asmaq qərarına gəlir. Durub kəndiri qəndil asqı-

sına keçirir, boğazını hilməyə salıb bədənini aşagı sallayanda qən-

dil qırılır. Yerə xeyli qızıl tökülür. 

Oğlan səhər tezdən bazara çıxır, paltarlarını təzələyir, dəlləyə 

gedib  üzünü  taraşlayır,  saçlarını  qıxdırır.  Sonra  geyimli-keçimli 

halda  çayçıya  gəlir.  Yenə  onun  çöhrəsi  açılır,  əvvəllərdə  olduğu 

kimi tanış-bilişə yemək-içmək təklif edir. 

Curları təzədən  bir-bir  yığışır, Soyuqbulaqda elədiklərini  za-

rafata  yozurlar.  Guya  çıxıb  gedəndən  az  sonra  qaytarmaq  üçün 

onun dalınca çıxıblar, amma heç yerdən tapmayıblar.



 

Beləcə, oğ-

lanın  saqqızını  oğurlayırlar

48

.  Əvvəlki  dostluqları  bərpa  olunur. 

Toy  edən  gəlib  ondan  borc  pul  alır,  ölüsü  olan  yas  mərasimini 

yola  salmaqda  çətinlik  çəkmir,  oğlanın  əli  açıqlığı  hamının  işini 

düzəldir.  Amma  borc  alanlar  pulları  qaytarmağı=yaddan  çıxarır-

lar=.  Bir  neçə  vaxtdan  sonra  oğlan  yenə  müflisləşir,  əvvəlkindən 

də pis vəziyyətə düşür.  

Bu bədbəxt başına nə kül töksün, hansı yolu seçsin? Yaşadığı 

şəhərdə  tanış-bilişinin  qabağında  əl  açıb  dilənməyi  özünə  sığış-

dırmır Əlacı üzülür, xeyli vaxt kəndlərdə dilənçilik edir. Bu halın-

da həmcurlarına rast gəlməyi ölümə bərabər sayır. Ona görə də di-

lənmək üçün başqa yerlərə getməyi qərara alır. 

Oğlan  yollarda  dilənə-dilənə  gedib  Tiflis  şəhərinə  çatır. 

Gündüzlər dilənir, axşamsa bir körpünün altında daldalanıb yatır.  



Günlərin  bir  günü  oğlan  meydanda  dilənirmiş.  Bir  zərgər 

tükənin  qabağından  keçəndə  içəridəki  zərgər  ona  tanış  gəlir. 

Onun kimliyini xatırlaya bilmir. Zərgər də oğlanı tanıdığını danır. 

Üstəlik üstünə acıqlanıb dükandan qovur, ona dilənçi payı da olsa 

vermir.  


 

131 


Əslində zərgər oğlanı yaxşı tanıyırmış. Atasıyla neçə illər çö-

rək kəsmişdi. Kişi oglanın bu halına sarsılır. Yaxınlıq verməsə də, 

gözündən  uzaq  qoymur.  İstəyir  ki,  xəbəri  olmadan  ona  yaxşılıq 

etsin, dostunun oglunu dilənçilikdən qurtarsın.  

Zərgər şəyirdlərindən birinə tapşirir ki, aparib ona dilənçi pa-

yı  versin,  özü  də  gizlincə  arxasına  düşüb  izləsin.  Şəyird  oğlanın 

daldalandığı körpünü zərgərə nişan verir.  

Bir  axşam  körpünün  altina  bir  dilənçi  də  gəlir.  O,  əvvəl  bir 

qədər aralıda ondan xəbəri yoxmuş kimi oturur. Guya qəflətən oğ-

lanı görür. Yaxınlaşıb salamlaşır. Sonra hər ikisi gecədən xeyli ke-

çənədək  keçmişdə başlarına gələn əhvalatlardan danışırlar. İkinci 

dilənçi Allahdan arzu edir ki, yaşayışları yenə də yaxşılaşsın.  

Onlar gündüzlər ayrılıb hərəsi  şəhərin bir səmtinə dilənməyə 

yollansa da, axşamlar körpünün altında yenə görüşüb dərdləşirlər. 

Bir həftə birlikdə gecələyirlər. Bir-birinə isnişirlər.  

Bir  gecə  hər  ikisi  soyunub  ayaxlarını  çayda  yuyurlar.  İkinci 

dilənçi gələndə əlində bir yekə qarpız gətirmişdi. O həmkarına deyir: 

– Oğul, sən cavansan, dur o qarpızı kəs, yeyək. 

Oğlan  cibindən  sapsız  paslı  bısax  çıxarıb  qarpızı  dilimləyir. 

Hər ikisi iştahla yeyir. Yerə tökülən tumları qaranlıqda təmizləmə-

yə başlayırlar. Oglan əllərini torpağa sürtəndə nəsə səs eşidir, əyi-

lib  baxır ki,  bir torba qızıldı. Sevindiklərindən  bilmirlər  nə etsin-

lər. Sonra qızılı dədə malı kimi aralarında bölüşdürürlər. Sonradan 

gələn dilənçi deyir:  

– Biz  bu qızılla tükənlər aça  bilərox, çoxlu qazancımız olar. 

Şəhərdə tanınan, hörmətli adamlarından olarox.  

Oğlan bu məsləhətlə razılaşır.  

Səhəri hərəsi bazara gedib bir dəst qiymətli paltar alır, dəllə-

yə də baş çəkirlər, hamamlanırlar. Axşam qonaq evində otaq kira-

yələyirlər.  Bir  neçə  gündən  sonra  alqı-satqı  bazarında  soraqlaşıb 

bir zərgər dükanına gəlirlər. Sahibini razı salıb  dükanı alırlar. 

Birlikdə  işə  başlayırlar.  Qoca  dilənçinin  yaxşı  əl  qabiliyyəti 

vardı. Oğlana zərgərlik sənətinin sirlərini öyrətməyə başlayır. Dü-

kanin gəliri gündən-günə artır. Vətənindən dilənçi sifətində gələn 




 

132 


oğlan artıq özü zəhmətiylə pul qazanır.  Alıb satmağı  bacarır. Pul 

xərcləməyi öyrənir. Özü qazandığından gəlirinin qədrini bilir.  

Zərgər tükəninə tez-tez bir qız gəlir. Özündəki qızıl əşyalarını 

başqasıyla dəyişir. Oglanın mallarını baha qiymətə alır, özününkü-

ləri isə ona ucuz qiymətə satır.  

Oğlan şəhərdə varlı-karlı adama çevriləndən sonra başqa bir 

zərgər dükanının sahibi onu evinə qonaq çağırır. Oğlan görür ki, 

bu  kişi  şəhərə  gələndə  onu  dükanından  qovan  kişidi.  Salamlaşır-

lar. Ev sahibi deyir: 

– Büyün sənə bir sirr açacağam. 

Yeyib-içəndən  sonra  ev  sahibi  ayağa  durub  otağı  tərk  edir. 

Bir müddətdən sonra dilənçi libasında geri qayıdıb deyir: 

– Oğul, körpünün altında səninlə gecələyən dilənçi yoldaşini 

tanımadınmı?  

Oglan məsələnin nə yerdə olduğunu anlayır. 

- Tanıdım, - deyir, - özü də atamın yaxın dostu olduğunuz da 

yadıma düşdü. 

Zərgər ona anladır ki, hər şeyi dostu ona danışmışdı. Kişi deyir: 

– Atan narahatlıq keçirirdi. Sənin ərköyünlüyün, malın, pulun 

qədrini  bilməməyin  başına  bəlalar  açacaqdı.  Son  ümidi  qəndil 

asqısında gizlətdiyi qızıllar  idi. Elə zənn edirdi ki, onları tapanda 

ağıllanacaqsan. Curlarının hiyləsinə uymayacaqsan. Mənim düka-

nıma  o  kökdə  gələndə  ürəyimə  dağ  qoydun.  Amma  boynuna 

sarılmağım,  açıq-aşkar  sənə  əl  tumağım  heç  nəyi  dəyişdirmirdi. 

Ona  görə  də  qiyafəmi  dəyişib  dilənçi  yoldaşın  oldum.  Qarpız 

çərdəklərini  yataq  yerinə  tökmək  bəhanə  idi.  İstəyirdim  yerə 

atdığım qızıl kisəsini tapasan. Yaxşı ki, dükan açmaga razılıq ver-

din. Ancaq alveri dirçəltmək üçün sənin özünün pulun olmalıydı. 

Bu səbəbdən də atanla mənim rəhmətə getmiş bir dostumuzun qızı 

yardımına  gəldi.  Bahalı  bəzək  şeylərini  sənə  ucuz  qiymətə  satdı. 

Səndəki  malları  ikiqaq baha qiymətə aldı. Oğul,  mən səni dilənçi 

kökündə  evimdə  qəbul  etmək  istəmədim.  İstədim  ki,  dilənçiliyin 

daşını atıb özün pul qazanasan və var-döylətin qədrini biləsən. Bir 

döylət  də  halal  süd  əmmiş  qızla  ailə  qurmağındı.  Allahın  əmri, 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə