Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə43/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   39   40   41   42   43   44   45   46   ...   147

 

133 


peyğəmbərin razılığıyla  səni  ayağa qaldıran qıza elçi gedəcəyəm. 

Səninlə  curluq  eliyənlər  əsl  dost  deyildilər.  Çünki  dost  dosta  əl 

tutar, onun malına göz dikməz.   

Oğlan Tiflis şəhərində atasının dostunun qızıyla öyləndi. Elə 

böyük  toy  məclisi  qurdular  ki,  səs-sorağı  gedib  onu  iki  dəfə  var-

yoxdan  çıxardan  currarına  da  çatdı.  Paxıllıqlarından  yanıb-yaxıl-

salar da əlləri daha oğlanın pul kisəsinə çatmadı. 

 

Ata vəsiyyəti 

 

 

Biri var idi, biri yox idi. Bir şəhərdə varlı bir adam yaşayırdı. 

Kişi ömrünü başa vurana yaxın üç oğlunu  mükəmməl oxudur, hər 

üçünə öy tikdirir, sonra döylətini aralarında bölüb vəsiyyətini edir: 

– Övladlarım, - deyir, - sözlərimi qulaqlarınızda sırğa edin. İstə-

yirsiniz  hörmət-izzətli,  ad-sanlı  ömür  sürəsiniz,  onda  bu  işləri  yerinə 

yetirin: hər kənddə bir ev tikin. Sınamadağınız adamla döstluq etmə-

yin. Onun kişiliyi, mərdliyini, alverdə düzgünlüyünü, sirr saxlamasını 

biləndən  sonra  ürəyinizə  yaxın  buraxın.  İşdi-şikayətdi,  birdən  qumar 

oynasanız, məşhur qumarbazla oyuna girişin. Bir də çalışın vaxtınızın 

bir hissəsini səyahətlərdə keçirin. - deyib kişi gözlərini yumur. 

Qardaşlar atalarının dediklərinə əməl etməyə başlayırlar. Hər 

kənddə etibarlı bir qonaq tapırlar. dostluq edəcəkləri adamı çox sı-

naqlardan çıxarırlar. Sonra məşhur bir qumarbazın soragına düşüb 

ardınca yollanırlar. Bu adam filan şəhərdəki filan hamamda ocaqcı 

işləyirdi. Qardaşlar ora yetişib görürlər ki, hamamın külxanında



49

 

kasıb bir adam oturub. Onun qumarbaz olduğunu öyrənib deyirlər: 



–  Sən  yaxşı  qumarbaz  olduğunu  bizə  göstərsən,  filan  qədər 

pul verərox. 

Qumarbaz cibindən dörd dənə aşıx çıxarıb deyir: 

 – Mən bu aşıqları elə atacam,  ki, dördü də bir cür oturacaq.  



Görürlər  ki,  aşıxlar  kişinin  dediyi  kimi  oturdu.  O,  bir  neçə 

dəfə təkrar atır. Hər dəfə də aşıxlar eyni şəkildə oturur. Qardaşlar 

kişiylə  qumarlarını  başa  çatdırıb  geri  qayıdırlar.  Yolda  böyük 

qardaş deyir: 


 

134 


–  Qumarbazın  ən  məşhurunun  aqibəti  belədirsə,  o  işin  arxa-

sınca getməyə dəyməz.  

O biri qardaşlar onunla razılaşırlar. Nəhayət, sözləşib səyahə-

tə  çıxırlar.  Yolüstü  bir  karvansarada  dincələrkən  başı  hovlu  bir 

ərəb gəlir, qardaşlara yaxınlaşıb  soruşur: 

– Mənim dəvəm qaçıb. Bilmirəm hansı səmtə gedib. Siz gəl-

diyiniz yolda dəvə görmüsünüzmü? 

Böyük qardaş deyir: 

– Nər dəvədirmi?  

– Bəli.  

– Dəvənin sol gözü kordumu? 

– Bəli. 


Ortancıl qardaş onun sözünə qüvvət verib deyir: 

– Dəvənin yükünün bir tərəfi yağ, o biri tərəfi baldımı?  

– Bəli.  

Kiçik qardaş da söhbətə qoşulur: 



– Dəvənin quyruğu dibindən kəsikdirmi? 

– Ha, gözünüzə dönüm, bəli.  

–  Yox,  dəvə-zad  görməmişox.  Amma  dəvə  biz  gələn  yolla 

getmiş olacaq. Oranı axtarsan, taparsan. 

Ərəb xeyli gəzib-dolaşır, dəvənin izini-tozunu tapmayıb hirs-

lə qardaşların üstünə cumur. Deyir:  

–  Dəvəmin  bütün  nişanlarını,  hətta  quyruğunun  kəsik  ol-

masını bildirdiniz. Yəqin dəvəmi siz gizlətmisiniz. Dəvənin yerini 

deyin, yoxsa üçünüzü də öldürrəm.  

Qardaşlar nə qədər and-aman edirlər ki, biz dəvə-zad görmə-

mişik,  ərəbi  inandıra  bilmirlər.

 

Dava-dalaşa  camaat  yıgılır.  Qar-

daşlar  deyirlər  ki,  biz  yoldakı  izlərə  əsasən  dəvənin  nişanələrini 

sadalamışdıq.  Dəvə  sahibi  inadından  dönmür  ki,  dönmür.  “Ama-

nın günüdü oğruları buraxmayın” - deyir. Axırda dava-dalaşa top-

laşanlar  məsləhət  görürlər  ki,  qazıya  şikayət  etsinlər.  Bunlar  bir-

likdə qazının yanına gedirlər.  

Ərəb qazıya deyir:



 

– Ay qazı ağa, karvanımdan  bir dəvəm qaçıb. Bunlardan so-




 

135 


ruşdum ki, səllim dəvə görmüsünüzmü? Deyirlər ki, görməmişik, 

amma  dəvənin  bütün  nişanlarını  sadaladılar.  Əyər  onlar  dəvəni 

görməyiblərsə, bəs  nişanları necə biliblər? 

Qazı qardaşlara söz verir. Böyük qardaş deyir: 

– Adətə görə, karvandan  həmişə  nər dəvə ayrılıb  qaçar. Ma-

yalar qaçammaz. Mən yolda gördüm ki, ancaq sağ tərəfin ağacla-

rının yarpaqları yonulub. Anladım ki, bu kişinin itən dəvəsinin sol 

gözü  kordu.  Yoxsa  səllim  gəzdiyi  halda  hər  iki  tərəfin  ağaclarını 

yolardı.  

Ortancıl qardaş deyir: 

–  Mən  də  yadıma  saldım  ki,  gəldiyimiz  yolun  sağ  tərəfinə 

qara çivin,  sol tərəfinə  ağ çivin topalaşıb. Qara çivin  bala, ağ çi-

vinsə  yağa  gəlmişdi.  Bu  səbəbdən  anladım  ki,  dəvənin  yükünün 

sağı nədi, solu nə.  

Kiçik qardaş deyir: 

–  Adətən  dəvələr  peyinliyəndə  quyruğuyla  peyini  yolun  hər 

iki səmtinə səpələyir. Bu kişinin dəvəsininsə peyini səpələnməyib, 

düz yolun ortasına tökülüb. Bu səbəbdən başa düşdüm ki, dəvənin 

quyruğu kəsikdi. 

Qazı qardaşların sözünə inanır. Ərəb yenə inadından dönmə-

yib  ədalət  məhkəməsi  istəyir.  Qazı  bir  qədər  fikirləşəndən  sonra 

hər iki tərəfi razı salmağa çalışır. Ərəblə şərt kəsərək deyir: 

– İndi mən sənin yanında onların bilici olmasını yoxlayacam. 

Əyər  bu  dəfə  də  görmədikləri  şeyləri  əlamətlərinə  görə  tapsalar, 

sən ittihamdan əl çəkəcəksən. Əks halda dəvəni verməli olacaqlar.  

Qazı  o  biri  otağa  keçir,  az  vaxt  keçir  ki,  qayıdır.  Qardaşlara 

deyir: 

– Əyər, siz doğrudan da mahir bilicisinizsə, onda tapın görüm 



mənim ovucumun içində nə var.  

Böyük qardaş deyir:  

– Ovucunu yalandan bükməmisənsə, taparıq.  

Qazı deyir 

– Xeyir, ovcumda gizlətdiyim şey var.  

Böyük qardaş deyir: 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə