Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə44/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   40   41   42   43   44   45   46   47   ...   147

 

136 


– O nədirsə, xırdadır. 

Ortancıl qardaş deyir: 

– Xırdadırsa, sarıdır. 

Kiçik qardaş deyir: 

– Sarıdırsa darıdır.  

Qazı  əlini  açır,  ərəb  görür  ki,  doğrudan  da  qazı  ovucunda  darı 

gizlədib.  Bu  sınaqdan  sonra  qazı  da,  ərəb  də,  toplaşan  camaat  da 

qardaşların savadına şək gətirmir. Qardaşlarsa ərəbə məsləhət görür-

lər ki, həmin səmti gedib bir də yaxşı-yaxşı arasa dəvəsini tapacaq.  

Ərəb onların dediyi kimi edir. Qazının qardaşlardan xoşu gə-

lir, onları öz yanında qonaq saxlayır. Kişi tez nökəri çağırıb tapşı-

rır ki, onlar üçün bir toğlu kəssin. Anasına sifariş yollayır ki, təzə 

isti çörək yapsın.  

Qazı  qonaqlarla  çay  içir. Bir  qədər söhbətdən  sonra ortaya  ye-

mək  gətirilir.  Süfrəyə  təzə  çörək,  bir  sənək  çaxır,  hərənin  qabağına 

bir  kasa  toğlu  ətinin  bozbaşı  qoyulur.  Qazını  qonşuluqdakı  bir  toy 

şənliyinə çağırırlar, durub getməli olur. Qardaşlar yeyib qurtarandan 

sonra öz aralarında söhbətə başlayırlar. Böyük qardaş deyir:  

– Ətini yediyimiz toğlu quzuluğunda it südü əmif. 

Ortancıl qardaş deyir: 

– Çaxır vəqf

50

 yerin üzümündən düzəldilib. 

Kiçik qardaş deyir: 

– Bu çörəyi bişirən arvad pak olmayıb. Ondan doğulan qazı bicdi. 

Demə,  qazı  tez  qayıdıbmış,  qapının  arxasından  qonaqların 

söhbətini  eşidib  durubmuş.  Qazı  pərt  olsa  da,  üstünü  vurmadan 

onlara yaxınlaşır, yeməkləri yığışdırıb süfrəyə çay gətirirlər. 

Qazı böyük qardaşdan soruşur: 

– Hansı əlamətə görə sizə kəsilən toğlunun quzu ikən it südü 

əmdiyini söylədin? 

Böyük qardaş deyir: 

– Qoyunun yağı suyun üzündə durar, itin yağısa suyun dibinə 

batar. Yağ bozbaşın dibində idi. 

Qazı eşitdiklərini yoxlamaq istəyir, nökəri, çobanı çağırıb so-

ruşur: 



 

137 


– Düzünü deyin, bu toğlu quzu ikən it südü əmibmi? 

Çoban deyir: 

–  Səndən  nə  gizlədim,  qazı  ağa,  düz  buyurursan,  toğlunun 

anası, itin isə balası ölmüşdü. Quzu hərdən gedib itin altına girər, 

qancığı  əmirdi. 

Ortancıl qardaş nökərdən soruşur: 

–  Bu  çaxır  vəqf  yerin  üzümündən  qayrılıb.  Çünki  çaxırı  iç-

dikcə insana qəm gətirir. 

Nökər cavab verir: 

– Qazı ağa, mən bağdan üzüm dərib gələndə qəbirlikdən ke-

çirdim. Gördüm ki,  bir  ağacda çoxlu dəymiş üzüm  var. O ağacın 

da üzümünü dərib bağdan gətirdiyim üzümə qatdım. 

Kiçik qardaş deyir: 

–  Yediyimiz  çörəyi  o  səbəb  napak  adam  bişirib  ki,  üzüynən 

altı yanıb, amma içi bişmiyib. 

Qazı anasıyla görüşməmişdən qabaq kiçik qardaşdan xəbər alır:  

– Bəs mənim bic doğulduğum nə deməkdi? 

Kiçik ardaş deyir: 

– Qazı aga, acıgın tutmazsa, bu dediyimin düz olub-olmadıgı-

nı ananızdan soruşun.  

Qazı anasının yanına keçib deyir: 

– Allahdan danmayan,  bəndədən də danmaz. Düzünü de gö-

rüm, atam kim olub. 

Anası deyir: 

–  Allahdan  gizli  deyil,  oğul,  sənnən  nə  gizlədim,  qazıya  ərə 

getmişdim, amma uşagı olmurdu. Bir dəfə kişi səfərə gedəndə öz 

razılığıyla məni nökərə siğə etdirdi. Beləcə sən qoynuma düşdün. 

Doğulandan sonra qazı sənə öz doğma oğlu tək tərbiyə verib.  

Qazı qayıdıb qardaşlardan  xahiş etdi ki,  bu sirri  başqa  yerdə 

söyləməsinlər. 

Qardaşlar gəzə-gəzə gedib başqa bir vilayətə çıxırlar. Öyrənirlər 

ki, bu yerin padşahı bir saray tikdirib ki, ora cənnət məkandı. Camaat 

uzaqdan-uzağa  tamaşasına  durmaqdan  doymur.  Ölkənin  hökmdarı 

belə  buyurub  ki,  bu  cənnət-məkana  kim  düzgün  qiymət  kəssə,  ona 




 

138 


böyük ənam verəcəhdi. Yalan deyəninsə boynunu vuracaxdı 

Qardaşlar  camaatla  birlikdə  cənnətə  oxşar  imarətə  baxırlar. 

Sonra carçıya yanaşıb deyirlər:  

– Get padşaha söylə ki, biz bu cənnətə qiymət kəsərox. 

Qardaşları  padşahın  yanına  aparırlar.  Qiymətkəsmə  mərasi-

minin iki gün sonra keçirilməsiylə hər iki tərəf razılaşır.  

Qardaşlar  iki  gün  qalıb  cənnətin  daxilini  və  xaricini  yaxşı-

yaxşı gəzirlər. Xeyli ölçüb-biçirlər. Nəhayət, iki gündən sonra qiy-

mətkəsmə məqamı çatır. 

Qardaşlar padşaha deyirlər: 

–  Əvvəlcə  biz  üç  qardaş  öz  aramızda  razılaşacağıq.  Sonra 

kəsdiyimiz qiyməti sizə elan edəcəyik.  

Böyük qardaş  o birilərinə üç barmağını, ortancıl  qardaş ona 

etirazını bildirib iki barbağını göstərir. Kiçik qardaş o biri qardaş-

larla razılaşmayıb deyir: 

– Bir barmaq yarım bəsdi.  

Bu söhbəti sonra padşaha belə izah edirlər: böyük qardaş de-

mək istəyir ki, üç günlük yaz yağışının ölkəyə verəcəyi xeyri cən-

nət saraya sərf olunan xərci ödəyər. Ortancıl qardaş iki günlük, ki-

çik qardaşsa bir gün yarımlıq yaz yağışının ölkəyə gətirdiyi xeyi-

rin bəs etdiyini bildirir. Böyük qardaşla ortancıl da kiçik qardaşla 

razılaşdıqlarını elan edirlər.  

Padşah görür ki, bunların dediyini heç cür hesablamaq müm-

kün deyil. Qabaqlarına başqa rəqəm tapılmadığından onlara çoxlu 

ənam verirlər.  

Padşah  bilikli  qardaşlara  sarayda  qalmagı  təklif  edir.  Böyük 

qardaşa  vəzirlik,  ortancıla  vəkillik,  kiçiyə  qazılıq  tapşırmaq  istə-

yir.  Qardaşlar  ona  minnətdarlıqlarını  bildirir,  salamatlaşıb  səya-

hətlərini davam etdirirlər.  

 

Papağını üçüncü dəfə göyə atıb tutma 

 

 

Günlərin bir günü günəş daglardan özünü göstərəndə, aqillər 

belə  söylədilər  sözünü…  Şah  Abbas adəti üzrə  yerindən durmuş-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə