Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə45/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   41   42   43   44   45   46   47   48   ...   147

 

139 


du,  ölkəsində  qanunların  necə  icra  olunduğunu  yoxlamaq  üçün 

təğyir libas, dərviş libas olub şəhərləri, kəndləri gəzirdi.  

Nəhayət,  Şah  Abbas  çox  gəzir,  çox  dolaşir,  gəlib  bir  şəhərə 

çatır. Münasib bir yer tapıb dincəlmək qərarına gəlir. O, şəyirdini 

yemək almaqdan ötrü bazara göndərir. Şəyird soruşur: 

– Usta, könlün nə istəyir?



 

Guya bu kişi şah döylü, onun ustasıdı. Şah deyir: 

–  Get,  oğul,  bazardan  can  al,  can  olmasa  yarımcan  al,  o  da 

olmasa zəhrimar al. 



Usta-şagird yeməkdən  sonra görürlər ki, camaat  dəstə-dəstə 

bir  tərəfə  axışır.  Bunlar  da  həmin  səmtə  doğru  gedirlər.  Bir  də 

baxırlar  ki,  bir  meydana  o  qədər  adam  yığışıb,  o  qədər  adam 

yığışıb, iynə atsan yerə düşməz. Carçılar bağırırlar ki, bəs, bura-

da məhkəmə qurulacaq, cinayət işinə baxacaq. Demə, bir adamın 

evinə oğru giribmiş. Ev sahibi oğrunu tutmaq istədikdə, o,  həyətin 

divarının üstündən tullanıb qaçmaq istəyib. Natərəstlikdən yıxılıb, 

oğrunun qıçı sınıb. Ona görə də ev sahibini, bundan başqa üç nə-

fəri də taxsırkar bilib zindana salıblar.  

Əvvəl ev sahibini danışdırırlar. Onu məhlə barısını



51

 çox hün-

dür tikdirməkdə taxsırlandırırlar. Kişiyə deyirlər:  

– Sənin qəsdi-qərəzdiyin olmasaydı, barını elə hündür tikdir-

məzdin. Bu biçarənin də qıçı sınmazdı.  

Ev sahibi deyir:  

–  Mən  ustaya  demişəm  ki,  məhləmi  hasarla.  Barını  hündür  ti-

kibsə  də,  taxsır  ondadı.  Çünki  mən  ona  adi  barı  tikməyi  tapşırmış-

dım. Bənna belə elamağnan mənnən də çox pul alıb, avadanlığım da 

artıq sərf olunub. Barının hündür çıxması mənim taxsırım dölyül. 

Yerbəyerdən  tökülüşüb  bu  dəfə  barı  tikən  ustanı  günahkar 

sayırlar. Barı tikən deyir:  

–  Biz  həmişə  məhlə  barısını  iyirmi  kərpic  hündürlüyündə 

tikirik. Gedin yoxlayın, bu barı da iyirmi kərpic hündürlüyündədi. 

Hündür olmağının  səbədi  kərpicin  iri kəsilməsindəndi. Bu  işlərin 

əsil taxsırkarı kərpic kəsəndədi.  

Müttəhimlər kürsüsünə çıxarılan kərpic kəsən deyir: 



 

140 


–  Məndə  də  taxsır  yoxdu.  Kərpicin  qəlibi  yekə  olub.  Taxsır 

qəlib qayıran ustadadı.  

Qəlib  qayıran  usta  taxsırkar  hesab  edilir.  Yerbəyerdən  bağı-

rırlar: 


– Qəlib qayıran usta asılmalıdır. 

Əlqərəz,  ev  sahibi,  bənna,  kərpic  kəsən  bir  təhər  cannarını 

qurtarırlar. Qəlib qayıranı tapıb qollarını bağlayır, başına torba 

keçirirlər. Kişinin günahkar tək asılmasına qərar verilir. 

Dar  ağacı  ququlur,  qəlib  qayıran  ustanı  dar  ağacının  yanına 

gətirirlər. Amma cəllad nə qədər əlləşirsə, kəndiri kişinin başından 

keçirə bilmir.  

İşə baxanlar deyirlər: 

– Bu kişinin hələ əcəli çatmayıb. Baxın görün kəndir dindiri-

lənlərdən hansının başından keçir.  

Tərslikdən  məhkum  sayılan  adamların  heç  birinin  başından 

kəndiri keçirmək mümkün olmur.  

Axırda işə baxan qazı deyir: 

–  Ə…  məhkəmə  adam  asılmasına  qərar  verib.  Bu  qədər  ca-

maatın içində boğazına kəndir keçən tapmırsınız. Tələsin, qaş qa-

ralır,  görün  kəndiri  kimin  boğazına  keçirə  bilirsiniz.  Birini  tapıb 

asın. Vəssalam. 

Tamaşaya  gələn  adamları  bir-bir  yoxlayırlar.  Qəzavi-qədər 

elə gətirir ki, kəndir bircə Şah Abbasnan yanında gəzdirdiyi şəyir-

din boğazına keçir. Dərvişlə şəyirdi tutub dar ağacının yanına apa-

rırlar. İşi  belə görən  Şah  Abbas şəyirdə öyrədir ki,  işdi-şikayətdi, 

səndən soruşsalar “İstəyin nədi?” - deyərsən: “İcazə verin papağı-

mı üç dəfə atıb tutum. Sonra nə istəyirsiniz edin”. Papağo iki dəfə 

atıb tutarsan, üçüncü kərə atmazsan, qoyarsan papağo başaa. Sənə 

deyəndə  ki,  “Üçüncü  dəfə  də  at,  şərt  bitsin,  kəndiri  boğaza  keçi-

rək”, diyərsən ki, “Papağı üçüncü dəfə atmağın vaxtı döylü. Vaxtı 

çatanda  mən  siz  deməsəniz  də  atacağam”.  Nə  badə,  kəmfürsətlik 

eliyib papağı üçüncü dəfə göyə atasan… 

Dərvişi  danışdırıb  buraxırlar.  Şah  Abbas  dabanına  tüpürüb 

saraya  dogru  üz  tutur.  Şagirdən  isə  sonuncu  arzusunu  bildirməyi 



 

141 


tələb  eləyirlər.  O,  ustasının  söylədiklərini  bircə-bircə  yerinə  yeti-

rir. Axırda araya  mübahisə düşür. Deyirlər:  “Papağını  at”.  Şagird 

inad eləyir ki, “Hələ vaxtı döylü”.   

Bunları  burada  mübahisə eləməkdə qoyax, görəh  Şah  Abbas 

nağardı?  O,  taxt-tacına  oturar-oturmaz  bir  dəstə  əli  silahlı  əsgəri 

hüzuruna çağırtdırdı. Əmr verdi ki, filan şəhərə yollanıb, filan mə-

həllədə boğazı kəndirdə qalıb papağını göyə üçüncü dəfə atmadı-

ğına  görə  hələ  də  yaşayan  oglanı  ölümdən  qurtarın.  Məhkəməyə 

hakimlik eləyənləri, oğrunu tutub zindana salın.   

Deyirlər, Şah Abbasin nökəri ömrünün sonuna kimi papağını 

bir daha göyə atmadı.  

 

Kosayla keçəl, yaxud görək kim kimi aldadır 

 

 

Kosa pambıq əkib-becərənin, keçəl isə qoz-fındıq alverçisinin 

yanında  nökər  idilər.  Bir  bazar  günü  kosa  böyük  bir  torbaya  cır-

cındır doldurub ağzına da bir qədər pambıq qoyur, bazara satmağa 

aparır.  Keçəl  də  eyni  qaydayla  bir  torbanın  altına  fındıq  qabığı 

yığır, üstünə də bir az salamat fındıq tökür. Bu da eləmə tənbəllik 

aparır bazara.  

Kosayla keçəl  yolda  bir-birinə rast gəlir.  Kosa  fındığa  baxır, 

tamahı  düşür,  bircəsini  sındırıb  yeyir.  Bir-iki  salamat  fındığı  da 

yeyənnən sonra deyir: 

– Fındığın çox höyüşdü. Yoxsa hamısını alardım.  

Keçəl  də  pambığa  baxır,  torbanı  qaldırır,  ağırlığını  yoxlayır. 

Xeyli  söhbətdən  sonra  kosa  ürəyində  deyir  ki,  yaxşı  hərif  tappı-

şam, cır-cındır torbamı fındıxlarına dəyişəcəm. Bir qədər mübahi-

sə elədikdən sonra bunlar pambıqla fındığı baş-başa dəyişirlər.  

Kosa fındıq, geçəl də pambıq torbasını götürür. Hər ikisi pa-

xırın üstü açılmamış bir-birindən aralanmaq istəyir.  

Kosa  evə  çatanadək  götür-qoy  eləyir:  “Fındığı  ləpələyərəm, 

paltarlarımı  dəyişib  gələn  bazar  gətirərəm  bazara,  sataram,  filan 

qədər qabağa düşərəm”.  

Keçəl  də  dala  qalmır,  ürəyində  böyük  arzular  oyanır.  Deyir: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə