Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   43   44   45   46   47   48   49   50   ...   147

 

145 


rıyarsan, səni dartıb çıxardaram. Şələlənib

55

 gedərox. 

Kosa keçəli kəndirlə sallayır töyləyə. Keçəl öküzü kəsir. Tez-

tez deyir: 

– Qaldır… Qaldır. 

Kosa əti qaldırannan sonra ipi içəri buraxır. Çardaxdan keçələ 

deyir: 

–  Di  orda  öl,  köpək  oğlu.  Sən  döyüldünmü  məni  iki  dəfə 



aldadan.  “Sərin  hövuzda  belə  yuyunursan.  Kürsüdə  oturub  belə 

dincələrsən?..” deyirdin. Öküz bütün günü məni torpaqda eşələtdi. 

Səhər ağa gəlib sənə öküz ətindən bir kabab yedirər, özo da ətini 

itlərə atıb sümüklərini gəmirdər. 

Kosa  bu  sözləri  deyib  əti  dalına  şələləyir,  çardaxdan  aşagı 

düşür,  gücənə-gücənə  qoruxlarla  gedir.  Düz    yola  çıxmağa  ehti-

yatlanırdı,  birdən  onu  görüb-eliyən  olar.  Qoruxlardan  keçdikcə 

itlər arxasıyca gəlir, hətta hürürlər də. Birdən kosa dalındakı şələ-

dən səs eşidir,  

– A kosa, - deyir kimsə, - şələni bir az hündürə qaldır. Yoxsa 

itdər qıçımı tutar.  

Kosa  şələni  yerə  qoyur.  Görür  ki,  keçəl  onun  dalındaymış. 

Deməginən  dostunu  yaxşı  tanıyan,  biglikdə  şeytana  papış  tikən 

keçəl  ətlə  birlikdə  yuxarı  qalxıbmış.  Keçəl  sövdələşdikləri  kimi 

ətin yarısını kosaya verir, dərinin də pulunun bir hissəsini ona vəd 

edir. Bir vaxt keçəl kosanı saxlayıb deyir 

– Qardaş, mən evimizə çatdım. Saa yaxşı yol. 

Kosa keçələ belə cavab verir:  

– Mən qayıdasıyam. Mən nə ət istəmirəm, nə də pul. Sən mə-

ni burda da allatmax istiyirsən.  

Kosa əti də, dərini də keçəlin üstünə atıb sözünə davam edir: 

– Maa sənin yaşadıgın yeri öyrənmək lazım idi. Gedib ağamı-

za buranı tanıtsam, o, qat-qat artıq hörmət eliyər.  

Əlacsız qalan keçəl kosanın geri qayıtmaması üçün öz ət payın-

dan vaz keçir. Kosa bu halda da razılaşmır. Dərini də ondan alandan 

sonra  sağ-salamat  üzülüşürlər.  Hərə  öz  öyünə  yollanır.  Keçəl  ko-

sadan yanıxlı qalır. Onların haq-hesabı bitib-tükənmir ki, tükənmir… 



 

146 


X

X

.

.

 

 

L

L

Ə

Ə

T

T

İ

İ

F

F

Ə

Ə

L

L

Ə

Ə

R

R

 

 

  

Hacı dayının umacağı 

 

Günlərin bir günündə Hacı dayının danası ölür. Qonşular bu-

na ürək-dirək verirlər ki, ay Hacı dayı, fikir eləmə, yığılıb sənə tə-

zə dana alarıq. 

Aylar ötür, illər keçir, Hacı dayının arvadı ölür. Yenə də qon-

şular gəlir, hərə bir cür təskinlik verir. Hacı dayı da bunlara qulaq 

asır. Axırda narazılqla deyir:      

– Əşi, danam öləndə hamınız deyirdiniz ki, təzəsini alarıq. İn-

di  səhərdən  sizə  qulaq  asıram,  heç  olmasa  bir  nəfər  demir  ki,  ay 

Hacı dayı, fikir çəkmə, yığılıb sənə təzə arvad alarıq.        



 

Hacı dayının o dünyadan qayıtması 

 

Hacı  dayı  ölür.  Bunu  hörmətlə  dəfn  edirlər.  O  biri  dünyada  

baxıb  görür  ki,  bir  tərəfdə  cənnət  var,  bir  tərəfdə  cəhənnəm. 

Fikirləşir ki, cənnətə getsin. Onu cənnətin qapısından içəri burax-

mırlar.  Deyirlər  ki,  günahın  çoxdu,  hamıya  sataşmısan.  Əlacsız 

qalıb gedir cəhənnəmə, ancaq ora da buraxmırlar, deyirlər: 

– Sən heç kəsə pislik eləməmisən, sənin yerin bura deyil. 

Hacı dayı işi belə görəndə üzünü göyə tutub deyir:  

– Ya allah, özün görürsən ki, ma nə cənnətdə yer verdilər, nə 

də cəhənnəmdə. Odu ki, hayındı mən Şəkiyə qayıtmalı olucam. 

Deyirlər ki, Hacı dayı o qayıdandır, daha ona ölüm yoxdur.        

 

Hacı dayının şillə döyüşü 



 

Hacı dayının pəzəvəng bir qonşusu olur. Bir dəfə mübahisə za-

manı bu qonşu Hacı dayını camaat içində pərt eləmək üçün deyir:  

– Bir can – cüssənə bax. Mərc gələk, əvvəl üç şillə sən mənə 

vur, sonra da bir şillə mən sənə vurum. Görək kim nə hala düşür.   

Hacı dayı deyir:  




 

147 


– Mən razı. Ancaq bu camaatın içində Qurana and iç ki, mən 

üç şilləni vurub qurtarmayınca sən mənə əl qaldırmayacaqsan.  

Pəzəvəng and verir. Bundan sonra Hacı dayı ona ürəkdən iki 

şillə vurub qırağa çəkilir.  

Soruşurlar: 

– Bəs üçüncüsü? 

Deyir:  

– Onu da kefim nə vaxt istəsə onda vuracağam. 



 

Qoy çölə çıxsın 

 

Hacı dayı qatarla Bakıdan Tiflisə gedirmiş. Kupedə bərli-bə-



zəkli,  rəngli-boyalı  bir  xanım  da  varmış.  Necə  olursa  bu  xanım 

birdən havanı korlayır. Xəcələtindən qıpqırmızı qızarıb Hacı dayı-

ya deyir: 

– Can qardaş, öz aramızda qalsın. 

Hacı dayı deyir: 

– Öz aramızda  niyə qalır, ay  bacı.  Qoy pəncərəni açaq, çölə 

çıxsın. 

 

... Təfotu yoxdur 

 

Hüzr  məclisində  bir gənc Hacı dayıya  müraciətlə soruşur ki, 



cənazənin qabağında getmək məsləhətdir, yoxsa dalında. Hacı da-

yı deyir: 

– Oğul, cənazənin qabağında, yaxud dalında getməyin heç bir 

təfotu yoxdur. Çalış cənazənin içində getmiyəsən. 

 

Həbilə eliyirsooz da... 

 

Bir  şəkili  dünyasını  dəyişir.  İnçir-minçirlər  onu  xeyli  sorğu-

suala tutduqdan sonra cəhənnəmin qapısına göndərirlər. Şəkili içə-

ri  girməkdən  ötrü  növbəyə  dayanmalı  olur  və  bu  zaman  arxadan 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə