Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə48/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   44   45   46   47   48   49   50   51   ...   147

 

148 


onun yumşaq yerinə kimsə bir neçə təpik ilişdirir. Bundan inciyən 

şəkili qayıdır ki: 

–  Ə,  həbilə  eliyirsooz  da,  heş  kim  cəhənnəmə  getmax  istə-

mir... 


 

“... Səhnə o səhnə döyül” 

 

Şəkidə  milisdə  işləyən  birisini  xidməti  vəzifəsi  ilə  əlaqədar 



Daxili işlər Nazirliyinə çağıraraq sorğu-suala tutanlar ona deyirlər 

ki, ə, sən lap özo artist kimi aparırsan. Şəkili də qayıdır ki; 

–  Canozu  yiyim,  artist  olmağına  artistəm,  amma  səhnə  o 

səhnə döyül. 

 

Külək yiyirəm 

 

Hacı  dayı  əlindəki  qorğanı  bir-bir  ağzına  atarkən  bərk  əsən 



külək qorğanı aparırdı. Bu  mənzərəni  seyr edən  birisi Hacını cır-

natmaq üçün deyir. 

– Hacı dayı, nə yiyirsən? 

Hacı  yerlisinin  sarı  simdə  nə  demək  istədiyini  anlayaraq  qa-

yıdır ki; 

– Külək yiyirəm! 



 

Hacı dayı “Pobeda”nın “gözünü” çıxartdı 

 

“Pobeda”nın  təzə  çıxan  vaxtlarıydı.  Hacı  dayı  uzun  götür-

qoydan  sonra  arvad-uşağının  əlindəki,  olan-qalanı,  ölülük-diriliyi 

götürüb  bir  “Pobeda”  markalı  maşın  alır.  Yaxşı  sürə  bilmədiyin-

dən maşın qəzaya uğrayır. Hadisə yerinə özünü yetirən avtomobil 

müfəttişi sənədləri almaq üçün ona yaxınlaşır. Hacı dayı cəld ma-

şından  çıxaraq  əlinə  daş  götürüb  maşının  faralarını  sındırmağa 

başlayır.  

Müfəttiş təəccüblə soruşur: 

– A kişi, nə edirsən? 




 

149 


Hacı dayı qayıdır ki, ağrın  alım,  sənin də  iki gözün  var, bu-

nun da, niyə sən görürsən, bu görmür?   



 

Vaxt verim, amma... 

 

Şəkili  Zənqərəbağlu Əli  dayı  şəhərin sayılıb-seçilən adamla-



rından hesab olunurdu. Arif adam idi. Yeməkxana müdiri işlədiyi 

vaxtlarda yanına tanımadığı bir gənc gəlib ondan yüz manat borc 

istəyir. Kişi gəncdən atasını, anasını, nəslini xəbər alsa da heç kəsi 

tanımır. O, yəqin edir ki, pulu yüz faiz batacaq. Gənc isə dil boğa-

za  qoymadan  hey  deyir  ki,  bir  ay  vaxt  verin,  bəsimdi.  Əli  dayı 

axırda hirslənib deyir ki, oğul, vaxt nə qədər istəsən verim, amma 

pul yoxdur. 

 

Əhmədiyyənin Allahdan təvəqqesi 



 

Varlanmaq, kasıblığın daşını atmaq qərarına gələn Əhmədiy-

yə üzünü Allah-təalaya tutaraq yalvarır ki, noolar, lotoreyama bir 

dənə maşın düşsün. Ulu yaradandan səs çıxmır. 

Əhmədiyyə yenidən əlini göylərə açaraq təvəqqe edir: 

– Ya Rəbbim, saa qurban, səən əlində bir dənə maşın nədi ki, 

onu məəm lotereyama salmırsan? 

Allah-təala görür ki, Əhmədiyyə əl çəkmir. O deyir: 

–  Ay  Əhmədiyyə,  mən  sənin  lotereyana  maşın  salaram,  am-

ma sənin də bir insafın olsun da, heç olmasa bir dənə lotereya bi-

leti al! 

 

Keçəl Həmzə 

 

Hacı dayı bir məclisə düşür. Görür ki, balacaboy, cılız, keçəl 



bir adam hamıdan çox yeyir. Boşqabları bir-birinin dalınca boşal-

dır,  heç  kəsi  saya  salmır.  Camaat  da  öz  abrını  saxlayıb  buna  bir 

söz demir. Amma Hacı dayı dözə bilmir, soruşur:    

– Ay dost, adın nədir?  




 

150 


Deyir: 

– Koroğlu 

Hacı dayı deyir:  

– Atan, anan sənin adını iştahına görə qoyublar. Əgər sir-sifə-

tinə  görə  qoysaydılar,  gərək  Həmzə  qoyaydılar.  (Rəvayətə  görə 

Koroğolu iştahlı adam olub. Odur ki, xalq arasında deyirlər: “Ko-

roğlu kimi yeyişi olanın, Koroğlu kimi də döyüşü olar”)   

 

Məsləhət 

 

Dostu Hacı dayının yanına gəlib onunla məsləhətləşir: 



– Bilirsən, Hacı dayı,  idarəmizdən  mənə  bir qol  saatı,  bir də 

300  manat pul  verib  pensiyaya göndərmək  istəyirlər.  Heç bilmi-

rəm necə edim, razılaşım ya  yox? 

– Razılaşma! 

– Niyə ki?! 

– Sənin cano yiyim, səbəbi çox sadədir. Sən onlardan bir mo-

tosiklet, üstündə də 500 manat pul istə! Sən elə zülümsən ki, səni 

başdan eləməkçün başqa əlacları yoxdur, mütləq razılaşacaqlar. 



 

Malımı danmayacağam ki...?! 

 

Hacı dayı bir dəfə şıdırğı paraşüt satırmış. Küyə düşən alıcı-



lar bir-birinə aman vermədən bu “mətahı” alıb gedir, Hacı dayı isə 

dil-boğaza  qoymadan  malını  tə”rifləyirdi.  Alıcılardan  biri  dükan-

dan aralanmamış, nəsə fikirləşib geri qayıdır: 

 

– Hacı dayı, deyirsən əntiqə maldı, hə? 



 

– Bacı oğlu, mala pis deyənin ağzı əyilər! 

 

– Bəs paraşüt birdən göydə açılmadı, onda neynim? 



 

– Heç  nə, dədə, gətir onu təhvil  ver, başqasını al.  Dünya-

nın  axırı  döyül,  bir  şey  döyül,  sən  məni  tanıyırsan,  mən  də  səni. 

Malımı danmayacağam ki?! 

 

 

 



 

151 


İkibaşlı işarə 

 

Arvadı Hacı dayıya şikayət edir: 

–  A  kişi,  o  cavan  oğlanı  görürsənmi,  çox  ədəbsiz  imiş.  Mən 

onunla  danışan  müddətdə  elə  qaranquş  balası  kimi  ağzı  həmişə 

açılı qaldı... 

 Hacı dayı sakitcə cavab verir: 

– Arvad, bəlkə o yazıq da hayındı ağzını açıb bircə kəlmə söz 

demək istəyirmiş... 

 

İkinci arvadın appendisiti 

 

Gecənin bir yarısı Hacı dayı həkimə zəng vurub hay-küy qal-



dırır: 

–  A  doxdur,  sən  Allah  özünü  bizə  yetir,  arvadın  appendisiti 

sancı verib, əldən gedir! 

Dəstəyin o başından həkimin arxayın-arxayın səsi gəlir: 

– Hacı dayı, heç narahat olma, mən sənin arvadının appendi-

sitini  iki  il  bundan  qabaq  kəsmişəm.  İnsanda  ikinci  appendisit 

əmələ gələ bilməz, lap arxayın ol. 

Hacı dayı bayaqkından da möhkəm qışqırır: 

–  A  rəhmətliyin  nəvəsi,  ikinci  appendisitin  əmələ  gəlmədiyini 

mən də  bilirəm.  Amma  niyə başa düşmürsən,  mənim  ikinci arvadım 

əmələ gəlib... Aydındımı sənə?! 

 

Alın yazısı 

 

Hacı dayının qoca bir bülbülü varmış. Quşun qocaldığını gö-



rüb onu satmaq qərarına gəlir. Quşu satıb evə qayıdan günün saba-

hısı  qapı  döyülür.  Hacı  dayı  qapını  açıb  görür  ki,  bülbül  satdığı 

adamdır.  O  salam  –  kəlamsız:  -  Hacı  dayı,  -  deyir,  -  ayıb  döyül, 

qoca bülbülü mənə sırımısan? Bəs deyirdin ki, bu bülbüllər düz on 

il yaşayır. Bu gün yuxudan durub görmüşəm ki, yazıq quş elə qə-

fəsdəcə ölüb. 

Hacı dayı heç təhrini pozmur: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə