Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   45   46   47   48   49   50   51   52   ...   147

 

152 


–  Hayındı  ayıb  sənin  ağlına  olsun!  Mən  söz  demişəm,  yenə 

də dalında dururam. Yəqin o bülbülün on yaşı  bu gün tamam olub 

də! Alın yazısından qaçmaq olmaz ki. dədə!.. 

 

Yaxşısı hayıfdı, pisi ayıfdı 

 

Bir gün Molla Nəsrəddin Hacı dayıdan soruşur:    



– Siz şəkililər niyə başqa yerə qız vermirsiniz?  

Hacı dayı deyir: 

–  Şəkililər  haqq-hesablarını  bilən  adamlardır.  Yaxşısını  ver-

mirlər ki, hayıfdı, pisini də vermirlər ki, ayıfdı. 

 

Hayındı səən qulağınnan oyniyir 

 

Hacı  dayı  dəlləkliyin  dalınca  düşsə  də,  bu  sənəti  heç  curə 



öyrənə  bilmirdi.  Müştərilərin  qulağını  ülgüclə  kəsib  yola  salırdı. 

Bir dəfə də keflənmiş müştərinin qulağını kəsib atır onun ayağının 

altına.  

Dəlləkxanadakı pişik müştərinin ayaqları arasında atılmış qu-

laqla oynamağa başlayr. Müştəri Hacı dayıya müraciətlə:  

– Qədeş, bu pişik nə axtarır? – deyə soruşduqda Hacı laqeyd-

liklə :  

– Ə, heş nə, hayındı səən qulağınnan oyniyir – deyib işini da-

vam etdirir. 

 

Ə, özo yorma! 

 

Hacı  dayı  adəti  üzrə  şəhəri  gəzməyə  çıxmıışdı.  Küçələrdən 



birinin gur yerində kiçik oğlunun tanımadığı birisi tərəfindən hər-

bə-zorbaya məruz qaldığını, uşağın anasının adına əxlaqsız idafə-

lər işlətdiyini eşidib laqeydliklə deyir:    

– Ə, özo yorma, mən habı uşağın atasıyam, onun anasına ay-

da bir dəfə yaxın dura bilmirəm. 

 



 

153 


Qaça bilmərəm 

 

Hacı dayının nəvəsinə idman müəllimi deyir: 



– Mən bir, iki, üç deyən kimi, qaçarsan. 

– Lap yüzəcən saysan da, qaçmayacam. 

– Başa düş, bu dərsdir. 

– Bilirəm dərsdir. Dünən dərsdən qaçmışdım. Bunun üstündə 

babam məni kötəkləyib. Tapşırıb ki, bir də qaçsan, özündən küs. 

 

Pul ver, danışım 

 

Müəllim Hacı dayının nəvəsini yazı taxtasının qarşısına çağı-



rıb deyir: 

– Danış dərsi.  

Uşaq cavab verir: 

– Pul ver danışım. 

– Otur! – deyə müəllim əsəbiləşir – dələduzun biri dələduz!! 

– Niyə dələduz oluram, ay müəllim. Sən bizə dərs danışanda, 

hökümətdən pul almırsan, bəyəm?! 

 

Baba, nə vaxt öləcəksən? 

 

Nəvə Hacı dayıya deyir: 



– A baba, nə olar, o bıçağı bağışla mənə. 

– Saa indi yox, öləndə verərəm. 

Bu əhvalatdan  bir gün sonra  nəvəsi Hacıdan tez-tez soruşur-

muş:   


– A baba, nə vaxt öləcəksən? 

 

Son söz 

 

Hacı dayını dələduzluq üstə həbsə alırlar. Hakim ona son söz 



verir. Hacı dayı deyir: 

– Möhtərəm Hakim, habı milisioner Mabud kişiyə dinə ki, bir 

ağız müğam oxusun. 



 

154 


Mənəm haqlı 

 

Qazı  boşanmaq  istəyənlərin  şikayətinə  baxarkən,  ərlə  arvad 



haray-həşir, dava-dalaş salır. Ara sakitləşəndə qazı yanındakı Hacı 

dayıdan xəbər alır: 

– Ay Hacı, bunların hansı haqlıdır?! 

– Mənəm haqlı. 

Qazı təəccüblənir:   

– Sən niyə ay Hacı dayı? 

– Ona görə ki, evlənməmişəm.   

 

Axşamnan bağla 



 

Özündən  müştəbeh bir  şəkili oğlan nəvəsinin tərifini göylərə 

qaldıraraq  lovğalanır  ki,  nəvəmin  7  yaşı  olmağına  baxmayaraq 

ona  hər  şeyi  öyrətmişəm,  hətta  ölən  vaxtımda  çənəmi  bağlamağı 

da...  

Bu söhbətə qulaq asan Hacı dayı özünü saxlaya bilməyib dil-



ləndi: 

– Əmioğlu, olmaz ki, gecə yatanda özün öz çənaa bağlıyif ya-

tasan,  irağ olsun,  başaa  bir  iş gəlsə  bir də uşağı  narahat eləmiyə-

sən.  


 

Qulaqburması 

 

Hacı dayı qərib  bir  şəhərə gəlib  çıxır. Yorğun-arğın, cibində 

də bir qəpiyi  yox. Hansı qapını döyürsə, ona bir tikə çörək verən 

tapılmır.  Çox  fikirləşəndən  sonra  bir  yeməkxana  tapır,  stolun  ar-

xasında yer tutub yekəxana-yekəxana xörək paylayanı çağırır: 

– Nəyin var, ə, yeməyə? 

– Borş, kabab, plov, qovurma... 

– Birinci  borş gətir, sonra  iki  şiş kabab, göy-göyərti,  iki  yüz 

də araq süz, sonrasına baxarıq... 



 

155 


Oğlanın  xörəkləri  gətirməyi  ilə  Hacı  dayının  süfrəyə  daraş-

mağı  bir olur. Yeyib gözünə  işıq gələndən sonra  xörək paylayanı 

bir də çağırır: 

 – Ə, gəl bir yüz vur məniynən. 

Oğlan naz edir: 

– Vallah, qardaş, iş vaxtı bizə içməyə icazə verilmir. 

Hacı dayı hirslənir: 

– Yava-yava danışma,  ə,  iç,  bundan ötrü bir köpəyoğlu sənə 

bir söz deyə bilməz! 

Hacı dayının zəhmindən qorxan xörək paylayan arağı bir nə-

fəsə başına çəkir. 

Haqq-hesab vaxtı məlum olur ki, Hacı dayının cibində bir qə-

pik belə yoxdur, oğlan hirsindən hind xoruzuna dönüb düşür kişi-

nin üstünə - nə yemisən turşulu aş.  

Hacı  dayı  belə  işin  qurtarmağına  şükür  eləyə-eləyə  çıxıb 

uzaqlaşır.  

Amma heç bircə gün keçməmiş ayaqları onu yenə dartıb bura 

gətirir. 

Keçib köhnə yerində əyləşir. Bəxtinin gətirmədiyindən xörək 

paylayan yenə həmin oğlan idi. Təzədən üzünə ötkəm ifadə verib, 

bayaqkı oğlanı çağırır. 

Xörək paylayanın hirsi vurur başına: 

–  Birinci  borş  gətir,  sonra  iki  şiş  kabab,  sonra  göy-göyərti, 

sonra da iki yüz qram araq, hə?! 

– Hə? Yoox, bu dəfə... yüz qram! 

Oğlan kinayə ilə: 

– O niyə elə?! 

Hacı dayı ötkəm-ötkəm, nə desə yaxşıdır: 

–  Keçən  dəfə  fikir  verib  görmüşəm  ki,  sən  içəndən  sonra 

özünü adam kimi apara bilmirsən... 

  

Kişilik 

 

Mirzə Abdulcabbar doktor Ocaqovun



56

 yaxın dostu idi. Mirzə 

mədə  ağrılarından  şikayət  edərkən  doktor  Ocaqov  ona  içkini  at-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə