Microsoft Word Antol-18-Seki


Qeyd  və  şərhlərə  əlavə,  s.  556)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə5/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   2   3   4   5   6   7   8   9   ...   147

 

13

Qeyd  və  şərhlərə  əlavə,  s.  556)  öz  qədim  adət-ənənələrini,  mə-

dəniyyətlərini,  folklorunu,  incəsənətini, qədim əl  işlərini,  maldar-

lıqla  bağlı  çoxəsrlik  təcrübələrini  və  s.  qoruyub  saxlamış  və  bu 

gün də  yaşadırlar. Məhz  bu özünəməxsusluğu  nəzərə alaraq bun-

dan əvvəlki  və  indiki antologiyada Şəki Qaraqoyunlularının  folk-

lorunu “Qaraqoyunlu lətifələri”, “Qaraqoyunlu ixtilətləri”, “Qara-

qoyunlu  əhvalatları”  başlığı  ilə, onların  dialekt və  şivələri  nəzərə 

alınmaqla vermişik. Məryəm oğlu Hacıbala, Leyli qarı, Tanrıverdi 

qızı,  Xaxol  Alışan,  Məryəm  oğlu  Hasan,  “İrəviyə  uşağı”,  Cavad 

kişi, “Qolya” Bəhram, Dərəcənnətli Əlipaşa kişi, Kürd oğlu Qoca, 

Əlif kişi və... “bir qaraqoyunlunun” adından nəql edilən lətifə, ix-

tilət və əhvalatlar qaraqoyunlu folklor koloritinin əsl güzgüsüdür.  

Dahi  Aristotel  yazırdı  ki,  zarafat  ciddi  işləri  görmək  üçün 

vacibdir. Peyğəmbərlər də zarafatı sevərdi. Aişənin evində bir qarı 

var idi. Bir gün peyğəmbərdən soruşdu: “Ey Allahın elçisi, mənim 

üzüm  behiştə  gedənlərinki  kimidir,  ya  cəhənnəmə,  yəni  “Mən 

behiştliyəm,  ya  cəhənnəmlik?”  Deyirlər  ki,  Allahın  elçisi  zarafat 

edərdi,  lakin  həm  də  doğrusunu  deyərdi.  Peyğəmbər  zarafatyana 

qarıya  demişdir:  “O  dünyada  heç  bir  qoca  qadın  behişt  olmaya-

caqdır”. Qarının kefi pozulur, ağlamağa başlayır. Peyğəmbər gülə-

cək deyir: Ağlama, mənim sözümdə xilaf ola bilməz, doğru dedim 

ki, heç bir qoca behiştdə olmayacaqdır, çünki qiyamət günü hamı 

qəbirdən  cavan  qalxacaqdır”.  Qarının  könlü  açılır.  (“Qabus-



namə”, Azərnəşr, 1989, səh. 75) 

Yumorla dolu zəngin folklor mühiti yaşayan Şəkini zarafatsız 

təsəvvür  etmək  Ay  və  Günəşin  mövcudluğuna  şübhə  etmək  kimi 

bir şeydir. Lətifələr kimi zarafat da  şəkililərin qanına, canına,  ili-

yinə,  sümüyünə  hopmuşdur.  Onlar  sanki  zarafatla  birgə  doğulur, 

canüstündə, ölüm ayağında olanda belə “özlərini sındırmır”, zara-

fatlarından qalmırlar. (Gülüşün, zarafatın gücü, köməyi ilə ölümə 

xof  gəlmək  fəndi).  “Hacı  dayı  can  üstündə  olarkən  qonşunun 

xoruzu  aramsız  banlayır,  bunu  görən  zarafatcıl  baməzə  arvadına 

deyir  ki,  get  qonşuya  denən  xoruzun  səsini  kəssin,  o  maa  acıx 

verir.” (AFA, VI. Şəki Folkloru II-s. 191)  



 

14

“Dünyasını  dəyişmiş  bir  şəkili  cəhənnəmin  qapısında  daya-



naraq  öz  növbəsini  gözləyirdi.  Bu  arada  oranın  işçilərindən  biri 

onun  yumşaq  yerinə  bir  təpik  ilişdirdi.  Zarafatlarından  qalmayan 

şəkili  qayıdır ki,  ə,  həbilə  eliyirsooz da, heş kim  cəhənnəmə get-

max istəmir”. 

Şəkidə tanınmış ziyalı, böyük və nüfuzlu bir nəsli təmsil edən 

İbrahim Həsənov zarafatdan söz düşmüş bir məclisdə vaxtilə keç-

miş  ağsaqqalların  birindən  zarafatın  “zər  rəftar”  sözündən  yaran-

dığını söyləyirdi. Şəkililər “zər rəftar”ın mahir ustasıdırlar, desək, 

yerinə düşər. 

Şəki  həm  də  “zər  rəftar”  ustaları,  zarafatın  incəliklərini  mə-

nimsəmiş  və  məharətlə  tətbiq  etməkdə  ad  çıxarmış  adamları  ilə 

məşhurdur.  Hacı  Feyzi  oğlu  İlyas  (Hacı  Dayı),  Mirzə  Abdulcab-

bar, Maşaq İsfəndiyar Yazıçı - dramaturq Sabit Rəhman, xalq ar-

tisti Lütfəli Abdullayev, İnçəli Abdulcəlil, Hacıhəbibillahların Nu-

ru,  Yetim  oğlu  Nurəddin,  Tapdıq,  Oqtay  (Adurahman)  Əmirov, 

“Uzel-svyaz”  Yusif,  Zənqərəboğlu  Hacıbala,  Molla  oğlu  Mənəf, 

Qaraqoyunlu  Məryəm  oğlu  Hasan  və  b.  ad-san  çıxarmış  zarafat 

ustaları  kimi  tanınırlar.  Zarafat  ustaları  “obyekti”  seçəndə,  onun 

əhvalını  “dişinə  vuranda”,  zarafatın  vaxtını,  düşər-düşməzliyini 

müəyyən  edəndə,  yerinə  düşən  atmacanı  seçəndə  də  yanılmırlar. 

Burada zarafatın qarşılıqlı aparılması qaydası da gözlənilir. Yəni, 

zarafatı zarafat götürənlə edərlər. Həm də zarafat götürməyən za-

rafat etməməlidir. 

İnsanlar, adətən birbaşa deyə bilmədikləri (yaxud demək istə-

mədikləri) fikri, sözü dolayısı ilə, yumorun gücü ilə zarafat vasitə-

silə çatdırırlar. Şəkililər deyirlər: - andıra qalsın o zarafatı ki, dox-

san faizi gerçəyh döyül! və yaxud,  “zarafatın yarısı gerçək döyül-

sə bi qəpəyə dəyməz” və s. 

Şəkililərin  yumora,  zarafata  bağlılığı  o  həddə  çatıb  ki,  hətta 

haqq dünyasına köçəndən sonra da insanlara təbəssüm bəxş etmə-

yi sağ ikən götür-qoy edirlər. Məşhur baməzə Mirzə Abdulcabbar 

dostluq  etdiyi  qonşusu,  dülgər  Ələsgəri  yanına  çağırıb  deyir:  - 

Mən öləndə qəbrimin üstünə başdaşı qoydur və bu sözləri yazdır: 



 

15

– Yerim rahatdır, məndən narahat olmayın. 



Ələsgər  xalq  ağsaqqalının  sonuncu  arzusunu  yerinə  yetirir. 

Sanki müdrik ağsaqqal “yerim rahatdır...” sözü ilə ölümdən qorx-

mamağa,  əsl  rahatlığın,  haqq-ədalətin  haqq  dünyasında  olduğuna 

insanları inandırır, ürək-dirək verirdi. 

Şəkidə çöl qəbirsanlığı adlanan yerdə üstündə aşağıdakı söz-

lər yazılmış qəbir daşına rast gəldim: 

“On  altı  arvad  aldın,  axırda  arvadsız  qaldın”.  Yazının  altında 

mərhumun qızının adı yazılmışdı. İlk anda gülüş və təəccüb doğuran 

bu ifadə on altı arvad alaraq axırda tənha, arvaddan yetim qalmış ata-

ya qızının dil deməsi, onun həyatına acıması, ağı söyləməsi idi. 

Usta Niyazi nəql edir ki, şəhərin Qışlaq hissəsinin Dağdibi qə-

birsanlığında nöyüt satan Abid kişi ilə dəfn mərasimində yanaşı da-

yanmışdım. Onun diqqətini əsgi əlifbası ilə yazılmış qəbirüstü kita-

bə  cəlb  etdi.  Abid  kişi  kitabəni  oxuduqdan  sonra yazılanları  açıq-

ladı: “Qırxı bir şaaya yumurta aldım, gənə də arvadı boşamadım”.     

Bu  topluda  L.Abdullayevin,  Yetim  oğlu  Nurəddinin,  Tapdı-

ğın, Hacı Həbibillahların Nurunun, şair  Əliağa  Kürçaylının Şəki-

dəki zarafatları və b. zarafatlar oxuculara çatdırılır. 

Güman  edirəm  ki,  ilk  dəfə  bu  kitaba  daxil  edilən  zarafatlara 

oxucular  münasibətlərini  bildirəcək  və  bu  janr  gələcək  folklor 

təsnifatlarında özünə layiqli yer tutacaqdır. 

Burada bir məsələyə də toxunmağı önəmli sayıram. Ağız ədəbiy-



yatından qidalanan məzhəkə janrı keçən əsrin 20-30-cu illərində 

Şəkidə  də  çox  yayılmışdır,  böyük  rəğbətlə  qarşılanırdı.  (Bunu 

günümüzə  gəlib  çatmış  o  vaxtkı  tamaşaların  afişaları  da  təsdiq  edir) 

Konsert  və tamaşaları  məşhur  məzhəkəçilərin  çıxışı  daha  da  baxımlı 

və  maraqlı  edirdi.  Xala  oğlu,  Abdulcabbar,  Ağa,  Əhməd  ağa  (Düm-

bəkçalan  Əhməd  ağa  Qafarov  nəzərdə  tutulur)  və  b.  şəkililərin  yad-

daşında dərin  iz buraxmış  məzhəkə ustaları  idilər. Bu  janrın  yenidən 

həyata  qaytarılması,  ona  necə  deyərlər,  ikinci  nəfəs  verilməsi  folk-

lorumuzun öyrənilməsi və təbliği baxımından da faydalı olardı.       



Ümumtürk folklor coğrafiyasında olduğu kimi, Şəki folklo-

runda  da  bayatılara  önəmli  yer  verilir.  Xalqın  (ayrı-ayrı  insan-


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə