Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə50/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   46   47   48   49   50   51   52   53   ...   147

 

156 


mağı məsləhət görür və deyir ki, bu içki insanın düşmənidir. Mir-

zə Abdulcabbar qayıdr ki:    

– Kişi düşməndən qorxmaz!  

 

Zəhmət haqqı 

 

Qışın oğlan çağında Mirzə Abdulcabbarın paltosuz gəzdiyini 



görən doktor Ocaqov öz paltosunu ona verərək əlavə 1000 manat 

da  cibinə  qoyub  deyir  ki,  apar  bu  pulu  dərziyə  ver,  qoy  paltonu 

sənin əyninə görə düzəltsin. Mirzə pulun 500 manatını dərziyə ve-

rib, paltonu düzəltdirir, 500 manatını  isə xərcləyir. Bundan xəbər 

tutan doktor Ocaqova Mirzə belə cavab verir:    

– Bəli, doxtur, 500 manatı dərziyə verdim, 500 manat da mə-

nim zəhmət haqqım da...  

 

Hələ tezdir 

 

 



Abcabbarın öy növbəsində olduğunu bilənlər ondan soruşurlar:  

– Ay Abcabbar, sənə öy verdilər?  

– Öy verməyə veritdilər, amma xoşuma gəlmir.  

– Niyə xoşaa gəlmir? 

Kişi qəbiri nəzərdə tutub deyir: 

– Xarabanın nə qapısı var, nə pəncərəsi. İçinə girsəm, bilmi-

rən harasından çölə çıxacağam. Ona görə də xoşuma gəlmir. 

– Hayındı sən təzə öyaa köçmək istəmirsən?  

Abcabbar: 

– Yox, hələ tezdir - deyir.  



 

Şərikli donnux 

 

Doktor  Ocaqovla  (məşhur  kinorejissor  R.Ocaqovun  atasıdır) 

yaxın dostluq əlaqəsində olan Mirzə Abdulcabbar onun xəstəxana-

sında cüzi  maaşla işə düzəlir. Nə qədər maaş (donnux) alması ilə 

maraqlananlara özünü sındırmayan Mirzə belə cavab verərdi: 

– Doktor Ocaqovla birlikdə ayda 100 manat alırıq, bəsimizdi. 




 

157 


Vəsiyyət 

 

Ömrünün  son  anlarınadək  yumorundan  qalmayan  Mirzə 



Abdulcabbar  ölüm  yatağında  olarkən  qonşusu  dülgər  Ələsgərov 

Ələsgəri yanına çağıraraq ona vəsiyyət edir: 

–  Qəbrimin  üstünə  xatirə  daşı  qoydur  və  üstünə  bu  sözləri 

yazdır: 


– “Yerim rahatdır, məndən narahat olmayın”.  

 

Təşəkkür 



 

Şəkidə  vaxtilə  Xan  sayanın  yanında  doğum  evi  variydi. 

Arvadı hamilə vəziyyətində doğum evinə çatdırılan bir şəkili kefli 

halda binaya yaxınlaşaraq bərkdən çığırır: 

– Mənim arvadımı bura çağırın görax o nə üçün qız doğutdu. 

Mən mənəmsə oğlum olmalıdır. 

Bu  mənzərəni  seyr  edən  Mirzə  Abdulcabbar  ona  yaxınlaşıb 

deyir: 


–  Ədə,  sənnən  olan  oğul  da  səən  kimi  axmaq  olacaq  da..... 

Niyə nərilliyirsən? 

Kefli qayıdır ki: 

– Dayı, çox sağ ol, düz diyirsən. Gəl bu söza görə səni öpüm.  

 

Gavalı və klarnet 

 

Yetim oğlu Nurəddin Bakı  kəndlərindən  birinə toya dəvət olu-



nur.  Yeməkdən  sonra  mağara  keçir  ki,  musiqiyə  qulaq  assın. 

Klarnetçalanın çox canfəşanlıq etdiyini görüb ona sataşmaq qərarına 

gəlir. Əvvəlcədən süfrədən götürdüyü iri yapon gavalılarını cibindən 

çıxarıb 


klarnetçalanın 

üzünə 


baxa-baxa 

dalbadal 

dişləyir. 

Klarnetçalanın  ağzı  sulanır,  bir  azdan  klarnetin  deşiyindən  su 

damcıladığını  görüb  daha  da  həvəslənir  və  gedib  üç-dörd  dənə  də 

gavalı  götürür.  Bir  azdan  su  ilə  dolduğundan  daha  klarnetdən  səs 

çıxmır.  

 

 



 

158 


Hamısını üfürmüsən 

 

Yetim  oğlu  Ovçu  doktor



57

  ilə  dost  olduğundan  tez-tez  onun 

yanına gedər, hal-əhval tutardı. Ovçu da öz növbəsində həkimlik-

dən  kənar  bir  çətinliyə  düşəndə  Nurəddini  köməyə  çağırardı.  Bir 

gün  yenə  Yetim  oğlu  Ovçunun  kabinetində  olan  vaxt  bir  əlacsız 

xəstə içəri daxil olur və zorla deyir:    

 

–  A  doxtur,  nəfəsim  çatmır,  bir  kimsə  də  məni  sağalda 



bilmir, ümidim sənədir Yetim oğlu həkimi qabaqlayır: 

 

– Əmioğlu, nə sənətində işləmisən? 



Xəstə yenə iniltili, xırıltılı səslə cavab verir: 

 

– Qırx il zurna çalmışam. 



Yetim oğlu yenə həkimə aman vermir. 

 

– Ay kişi,  Allah sənə ayırdığı  havanı  sən qırx  ildə üfürüb 



qurtarmısan, bundan sonra həkim sənə heç bir əlac edə bilməz.  

 

Təbaşirlə 

 

Bir dəfə kimya dərsində  müəllim Qabardin



58

 oğlundan  soru-

şur:    

– Mənsur, de görüm, suyun düsturunu necə yazmaq olar?  

Deyir: 

– Melnən, a müəllim. 



 

İncimə, qardaş! 

 

“Kabardinoğlu” ləqəbi ilə tanınan bir şəkili (allah ona rəhmət 

eləsin!..) Novruz bayramında Bakıya gəlir və taksiyə minib harasa 

gedir. Üstünə “Sizə  xidmət edir...” sözləri  yazılmış  lövhədəki sü-

rücünün şəklinə baxıb onu cırnatmaq istəyir: 

– Ay qaqaş, habı kimin şəklidi? 

Sürücü onu tanımadığını yəqin edib deyir: 

–  Bilirsən,  qədeş,  bu  oğlan  ki  var  ha,  belə  cannara  dəyən 

oğlandu,  qabağına  çıxanı  elə  yortur  ki,  vəssalam-şüttamam. 



 

159 


Üstündə  neçə  dənə  ubiystva,  neçə  dənə  jivoy  aqrableni  var.  Özü 

də vsesoyuznı rozıskdadu... 

Kabardinoğlu ta bir söz demir. Mənzil başına çatanda sürücü-

nün pulunu verib deyir: 

–  Qaqaş,  saa  bir  söz  diycəm,  əmma  mən  ölüm  inciməyəsən. 

Öz aramızdı, habı it oğlu it nətəri də saa oxşiyir... 

Baş  Göynüklünün

59

  yolu  Xaldan  tərəflərə  düşür.  Qayıdandan 

sonra  soruşurlar  ki,  a  kişi,  o  tərəflərdə  nə  gördün,  nə  var,  nə  yox? 

Göynüklü  də  qayıdır  ki,  bu  nədi,  ə,  bə  deyirdilər  dünyanın  ucu-

bucağı yoxdu?! Odu ey, Xaldannan o tərəflərdə də evlər görünür ki... 

 

* * * 


 Günlərin  bir  günü  Ramazan  dayı  Şəkidə  bir  papaqçıdan 

papaq  almaq  istəyir.  Yaxınlaşıb  soruşur  qiymətini.  Papaqçı  deyir 

ki, 200 manata. Ramazan dayı da heç halını pozmadan pulu sayır 

və elə ordaca papağı  başına qoyub çıxır. Bayaqdan  buna göz qo-

yan bir Göynüklü Ramazan dayını yanlayıb deyir ki, a kişi, bu nə-

di, papaqçı  səni  yaman aldatdı. Bəyəm  sən  şəkililərin  xasiyyətini 

bilmirsən? Bir azca bərkisəydin, 100-ə də alardın... 

Ramazan dayı gülüb deyir: 

– Əşi, bu yüz manatnan yaram sağalmaz ha?! Amma sən gör, 

mən bu papaqçı zalım oğluna nə zülm eləmişəm. Fikirləşib, fikir-

ləşib bir dərdə düçar olasıydı ki, ay dadi-bidad, bu ki, belə pul ve-

rəndi, gərək papağın qiymətini 300 manata qaldıraydım... 

  

* * * 


Alça satmaq üstündə Fərrux kişini tuturlar və belə alverə görə 

nə az, nə çox, düz on beş il kəsirlər. Məhkəmədə Fərrux görür ki, 

ay dadi-bidad, yaman çox iş yüklədilər. Ona son söz verilən kimi 

deyir: 


–  Möhtərəm  məhkəmə  üzvləri,  sizə  yanlış  xəbər  veriblər. 

Mən xalça yox, alça e, al-ça satmışam!.. 

 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə