Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə51/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   47   48   49   50   51   52   53   54   ...   147

 

160 


* * * 

Bir  gün  Fərrux  yumurta  satırmış.  Sahə  müvəkkili  aşa-aşa 

gəlib  yaxınlaşır  və  dərhal  qarşısındakı  zənbilə  bir  təpik  vurub 

qışqırır: 

– Nə satırsan, ə, belə?! 

Fərrux əyilib baxır ki, ay aman, yumurtaların yarısı sınıb zay 

oldu. 

 

– Bir təpik də vursan, ta heç nə! - deyə cavab verir. 



 

   


 

 

* * * 



Baş Göynüklü Nurmusa həmişə borc alarmış, ancaq di gəl ki, 

qaytarmaqda  əli  yoxmuş.  Borclu  olduğu  adam  bir  gün  borcunu 

istəyəndə o, tərs-tərs baxıb deyir: 

 

–  Mən  borcumu  elə  bu  gün  qaytarasıydım,  sən  ki,  belə 



e`tibarsızlıq edib istədin, hayindı-neynim, daha verəsi olmadım... 

 

* * * 



Həbibulla adlı bir dəlləyin ləqəbi Yeşil dayı idi. Yeşil dayının 

qonşusu  bərk  xəstələnir.  Gedir  qonşusunu  yoxlamağa.  Çıxanda 

xəstənin  arvadı  Yeşil  dayıdan  soruşur  ki,  Yeşil  dayı,  bunnan  gö-

zün nə alır? Yeşil dayı deyir ki, bacı, narahat olma, iki günə kimi 

ya tapa

60

 çıxar, ya sapa



61

... 


Yazıq arvad  bundan çox təsəlli  alır. Elə  həmin  axşamı  xəstə 

ölür.  Arvad  ah-vayla  gəlir  Yeşil  dayının  yanına  ki,  bəs  deyirdin 

xəstə iki günə ya tapa çıxar, ya sapa, axı, kişi öldü?! 

Bu  vaxt  kişi  qayıdır  ki,  ay  bacı,  elə  mən  deyən  kimi  oldu, 

budu  qəbirstanlıq  dağın  tapındadır,  mən  də  oranı  nəzərdə  tutur-

dum dayna... 

 

* * * 


Bir  gün  bazarda  Yeşil  dayı  yağ  və  bal  satana  baxıb  fikir 

eləyir. Bunu görən başqa bir göynüklü Yeşil dayıya deyir ki, a ki-

şi, ora nə çox baxırsan? 

– Bilirsən, qonşu, fikirləşirəm ki,  o yağ-bal satan aldığı pula 

nə alıb yeyəsidi? Ağlı varmı bunun? 

 



 

161 


* * * 

Baş  Göynükdə  Qaraj  adlı  bir  nəfər  yaşayırdı.  Qaraj  dayının 

naxırçılığı vaxtı bir gün elə olur məktəb direktorunun inəyi evinə 

gəlib çıxmır. Odur ki, gedib Qaraj dayıya deyir ki, bəs mənim inə-

yim gəlib çıxmayıb, hardadısa, onu tapmalısan. Qaraj dayı qayıdır 

ki, müəllim, səndən bir  şey soruşsam cavab verərsənmi? Direktor 

deyir, buyur, a kişi. 

–  Sən  dərs  qurtarandan  sonra  uşaqları  bir-bir  evlərinə  apar-

mırsan ki?! 

– Yo-oox... 

– Ay sağ ol, elə mən də gətirib bütün  malları örüşdən kəndə 

çatdırmışam. Day onları bir-bir evlərinə aparası ha döyüləm?! 



 

Həmişə sizdə 

 

Biləciklidən* soruşurlar: 

– Adın nədir? 

– Həmişə sizdə. 

Deyir, a sənə ad qoyanın atasına lənət. Olmaz ki, deyərdilər: 

– Bir gün sizdə, bir gün bizdə. 



 

Hələ mən minməmişəm 

 

Bir  gün  Biləcik  kəndində  tabut  üçün  pul  yığırlarmış.  Adam-

lardan biri deyir ki, o dəfə də pul yığdınız, vermişəm, amma hələ 

mən bir dəfə də minməmişəm. 



 

Bir o oldu ki, əməlli isindim 

 

 

Biləcikli Mədət dayı yonca otu çalıb, qurudub, qotmana



62 

yığ-


mışdı  ki,  güclü  yağış  yağdı.  Səhəri  gün  otu  sərib,  qurudur,  yenə 

qotmana  yığır.  Yenə  o  qayda  təkrar  olunur.  Bir  sözlə:  3  dəfə  bu 

əməliyyat davam edir. Axırda tıncıxan kişi otu sahənin ortasına 

____________ 

*Şəkinin kəndidir 



 

162 


yığıb  spiçkanı  vurur.  Ot  çartaşartla  yanır.  Özü  də  qıraqda  durub 

tamaşa edir və axırda deyir ki, mənə o qaldı ki əməllicə isindim. 

 

Mən yerdə and içmişəm 

 

Çox içki içən və bundan  da zərər çəkən birisi and içir ki, mən 

bir  də  içki  içməyəcəyəm.  Lakin  bir  gün  təyyarədə  gedərkən  yeyib-

içməli  olur.  Doyunca  araq  içir.  Ona  xatırladırlar  ki,  axı  sən  and  iç-

mişdin. O, da tez cavab verirdi: Mən yerdə and içmişəm, göydə yox. 

 

Çıxış yolu 

 

Bir kişi yol ilə gedərkən quyuya düşür. Nə qədər çalışır çıxa 

bilmir,  axırda  deyir:  “Bu  dəfə  də  çıxa  bilməsəm  pramoy  gedəcə-

yəm evimizə”. 



 

Dədəm də o biri budaqdadır 

 

Bir  oğlan  qonşunun  bağına  alma  oğurluğuna  keçir.  Oğlanı 

ağacda görən qonşu acıqlanır, qarğış tökür və onu atasına deyəcə-

yi ilə hədələyir. “Dayan səni dədənə tapşıracağam”-deyir. 

Oğlan  tez  cavab  verir  ki,  narahat  olma,  dədəm  də  o  biri  bu-

daqdadır. 

 

Ucuz ətin şorbası olmaz 

 

Bir kişinin üç oğlu olur. Bir gün axşam üstü yoldan keçən ca-

van  bir  oğlan  bunlarda  gecələməli  olur.  Həmin  gün  kişinin  kiçik 

oğluna elçiliyə getməli idilər. Qonaq olduğuna görə ev sahibi evdə 

dayanır, elçiliyə o biri oğlanlarını göndərir. Qonaq oğlan isə süfrə 

qırağında yastığa söykənib, qıçlarını uzadıb siqaret çəkir. Bu vaxt 

oğlanlardan  biri  qapıdan  girdi,  atasının  yanına  gəlib  qulağına  nə 

isə dedi, sonra dalı-dalı qapıya doğru geri çəkildi. Atası bir kəlmə 

sözlə cavab verdi ki, razılaşın. 

Qonaq  soruşdu  ki,  nə  xəbərdir?  Kişi  əhvalatı  nağıl  etdi  ki, 

bunlar elçiliyə gediblər. Süd pulu olaraq 7 qızıl istəyiblər. Qonağı 

elə bil od götürdü. Tez durub yerində oturdu və dedi ki, bizdə heç 

pul vermirlər. Qız nədi, 7 qızıl nədi? 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə