Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə53/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   49   50   51   52   53   54   55   56   ...   147

 

166 


– Sən hardan bildin, fala baxtırmısan? 

Züleyxa qorxa-qorxa deyir:  

– Əmi, hindijə piryomnuxda (radio) dedilər. 

Məcid paltonu geri itələyib girir evə və əlindəki comaqla ra-

dionu əzişdirə-əzişdirə deyir: 

– Habı qutu da bizə bir Allahmı olub hindi? 

 

6.  Pəri yeyənə kimi, qoyun ayı yesin 

 

Qaynarca  yaylağında  meşədə  qoyun  otaranda  Məcid  kişi  iri 



bir  ağacın  gövdəsində  bal  tapır  və  çobanların  birini  göndərib  ar-

xacdan  vedrə  gətirtdirir.  Arını  tüstü  ilə  qovub  şanı  doğrayıb 

vedrəyə yığıb axşam arxaca gətirirlər. Yemək vaxtı həmişə olduğu 

kimi  arvadı Pəri  ilə sözləri  yenə çəpləşir.Hiddətlənmiş Məcid bal 

dolu  vedrəni  əlinə  götürür  və  “bunu  Pəri  yeyənə  kimi  qoy  ayılar 

yesin”  deyib  zil  qaranlıqda  balı  tapdığı  meşəyə  tərəf  tərpənir. 

Dolu  şanıları  vedrə  qarışığı  balı  tapdığı  ağacın  dibinə  atır,  iti 

addımlarla geri qayıdır.  

  Bəli,  Məcid  belə  Məcid  olub.  Qaraqoyunlular  demişkən  - 

“Dəli Məcid”. 



7.  Yoldaşlıq köməyi 

 

Böyük  Vətən  müharibəsi  illərində  eyni  kənddən  olan 

tərəkəmə  iki  eyni  hərbi  hissədə  xidmət  edir.  Döyüşlərin  birində 

qumbarası  qurtaran  tərəkəmə  səngərdən  başını  çıxarmadan  o  biri 

yoldaşına qışqırır: 

–  Mirzəli,  qumbaram  qutarıf,  nemes  köpəyoğlu  da  lap 

yaxınlaşıf. Səndə  varsa, o andırdan bir-ikisini mənim tərəfə tulla, 

qoy bu it balalarını yerə sərim. 

O  biri  yerlisi  də  heç  nə  götür-qoy  etmədən  onun  “akopuna” 

tərəf iki qumbara atır.  

Müharibə  qutarandan  sonra  yerlisinə  qumbara  tullayan  sağ-

salamat kəndə qayıdır. Onların xeyli müddət eyni cəbhədə qulluq 

etdiyini  bilənlər  Mirzəlidən  döyüş  yoldaşlarını  soruşurduqda 

deyir: 



 

167 


–  Vallah,  biz  iki  ilə  yaxın  Vəilqulu  ilə  bir  yerdə  vuruşmu-

şuq.Bir-birimizə  həmişə  köməklik  etmişik,  biri-birimizi  dardan, 

ölümdən  qurtarmışıq.Lap  son  döyüşlərin  birində  o  bərkə  düş-

müçdü. Öz  akopundan mənə qışqırdı ki, qumbarası qurtarıb, ona 

iki-üç  qumbara  çatdırım.Mən  də  götürüb  onun  “akopuna”  iki  

qumbara  atdım.  Həmin  döyüşdən  sonra  mən  onu  heç  yerdə  tapa 

bilmədim. 

Ordakılardan biri özünü saxlaya bilməyib bərkdən deyir: 

–  A  kişi,  daha  niyə  deyirsən  Vartan  sağdı  -  Vartan  elə  o 

döyüşdə gəbəribmiş. Bax elə buna deyərlər yoldaşlıq köməyi! 



 

8.  Boynu qoltuq altı görməyən qalayçı 

 

Kəndin  yaxınlığındakı  fermada  olan  bir  çoban  eşidir  ki, 



kəndə  gəlmiş  bir  nəfər  adamlardan  pas  kəsmiş  köhnə  qab-qaşığı 

yığıb  şəhərə  qalayçının  yanına  aparır  və  qalayladıb  gətirib 

sahiblərinə  paylayır.  Çoban  binədəki  paslı  qabları  və  bir  dənə  də 

taxtası  qardara  olmuş  xəmir  tabağını  götürüb  həmin  adamın 

yanına gəlir. Şəhərli onun gətirdiyi dəmir, mis əşyaları götürüb və 

taxta tabağı özünün qabağına atıb deyir: 

–  Ə,  çoban,  bəyəm  sən  ömründə  eşitməmisən  ki,  taxta 

qalaylanmaz?! 

Çoban acıqla tabağı kişinin qabağına atıb detir: 

– Qalaylanmaz? 

– Qalaylanmaz! 

–  Ədə  sən  nə  qanmaz  adamsan,  sənə  deyirəm  taxta  qalay 

götürməz. 

Çoban  bir  söz  demədən  kişinin  boynunu  qoltuğunun    altına 

alıb  qüvvətlə  sıxır.  Kişi  nə  qədər  çabalayırsa  boynunu  çobanın 

qoltuğunun  altından  çıxara  bilmir  ki,bilmir.Kişinin  sifətinin  qap-

qara boğulduğunu görən adamlar güc-bəla ilə onu çobanın əlindən 

alırlar. Kişi birtəhər özünə gələndə çoban yenə acıqla deyir: 

 

–  De  görüm  taxta  qalay  götürər,  yoxsa  götürməz.  Naəlac 



qalan kişi tabağı yığdığı qabların üstünə atıb deyir: 


 

168 


– Götürər, ağrın alım, götürər. 

 Qab-qacağı  şəhərdə  qalayçıya  verəndə  tabağı  görən  qalayçı 

təəccüblə kişinin üzünə baxıb deyir: 

–  Bu  nə  deməkdi.  Tabağı  niyə  gətiribsən?  Bəyəm  sən 

bilmirsən ki, taxta qalay götürməz?! 

Kişi yazıx-yazıx mızıldayır: 

– Sənin də boynun qoltuq altı görsəydi bilərdin ki, taxta qalay 

götürür. 

 

“Moskovskiy rejissor” 

 

Azərbaycanda  sovet  hakimiyyətinin  qurulduğu  ilk  vaxtlarda 



bütün  sahələrdə  milli  kadrlar  çatışmırdı.  Monumental  əsərləri  ta-

maşaya qoymaq üçün də bacarıqlı, ixtisaslı rejissorlara böyük eh-

tiyac duyulurdu. Odur ki, Moskvadan Azərbaycan Akademik Mil-

li Teatırına  bir rejissor dəvət edirlər  və ona təklif edirlər ki, teatr 

mövsümünü  M.F.Axundovun  “Müsyö  Jordan  həkimi-nəbatat  və 

Dərviş Məstəli şah cadukini məşhur” komediyası ilə açsınlar. 

Bu sözdən hiddətlənən “Moskovskiy rejissor” deyir: 

– Yox! O, birilərini soralar hazırlayıb göstərərik.  

–  Çort  vozmi,  siz  necə  adamlarsınız,  ya  neznayu.  Mövsümü 

bir  əsərlə  açarlar,  9  əsərlə  yox  (doqquz  əsərin  adındakı  sözləri 

sayırdır).  Hələlik  onlardan  birini  hazırlayıb  mövsümü  açaq, 

qalanlarına sonra baxarıq. 



 

Karın könlündəki 

 

Bir kar yolun qırağında samı qırırmış. Yoldan ötən bir nabə-

ləd adam deyir: 

– Salam əleyk, ay kişi. 

Samıqıran deyir: 

– Görmürsən ki, samı qırıram? 

Yolötən deyir: 

– Ay kişi, mən sənə salam verirəm. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə