Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə55/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   51   52   53   54   55   56   57   58   ...   147

 

173 


– Əlbəttə fərqlənirlər. Qız var başı ilə düşünür, qız da var saçı 

ilə. 


 

Nə vaxt düzələcək 

 

– Şirinəmi, dünya nə vaxt düzələcək?  



– Dünya həmin dünyadır, de ki, insanlar nə vaxt düzələcək..    

 

Yaman yağır 

 

– Şirinəmi, bayırda yaman yağır.  



– Yaman yağmır, yağış yağır.  

 

Artıq apardı 

 

–  Şirinəmi,  Cəlal  kişi  rəhmətə  getdi,  onun  var-dövləti  oğlu 



Abdullaya qaldı. 

–  Xoş  halına  Abdullanın!  Mənim  lütqom  atam  öləndə  qarnı 

şişdi, kəfəni də iki arşın artıq apardı. 

 

Bəs niyə oldu? 

 

Şirinəmi  məktəbdən  ayrılandan  bir  neçə  il  sonra  küçədə  Əli 



müəllimlə rastlaşır, salam-kəlamdan sonra deyir: 

– Müəllim, deyirdiniz ki, sizdən adam çıxmaz. Bəs niyə çıx-

dı?  

– O xoşbəxt kimdir?  



– Şirəli kolxozun skladçısıdır. 

 

Könüllü vergi 

 

– Sən cərimə olunursan, Şirinəmi. 



– Nə üçün?  

– Könüllü vergini könülsüz vermisən. 




 

174 


– Könüllü versəydim müküfatlandırardız?  

– Əlbəttə!  

– Onda gələn il o vergini könüllü verərəm, alacağım mükafat 

builki cəriməyə əvəz olsun.  

 

Niyə xəbər verirsən 

 

Şirinəmi həyətində tövlə tikdirirdi. Nuruşu göndərdi ki, gedib 



Veysəl kişini iməciliyə çağırsın. Nuruş çaparaq gedir və tez də qa-

yıdır:   

–  Veysəl  kişi  gəlmədi,  tövlə  tikənə  də  söydü,  tikdirənə  də. 

Ürəyu soyumayıb hətta sənin rəhmətlik atanı da söydü. 

– Elə?  

– Hə! 


– Doğrudan məni söydü?  

– Səni də söydü, atanı da, hələ töylə tikən ustanı da...  

– Elə isə çəpərin qoltuğundakı o dəyənəyi mənə ver. 

– Buyur! 

Şirinəmi dəyənəyi qapıb: 

– Zalım oğlu, o söydü, söydü, sən niyə xəbər verirsən?! – de-

yib xalası oğlunu mal kimi budadı, xubluca əzişdirdi. 

 

Özün yatasan? 

 

Bir gün əvvəl yağış yağmışdı. Torpaq yolda palçıq topuğa çı-



xırdı.  Kəndin  çayxanasında  ilk  dəfə  araq  içib  keflənən  Şirinəmi 

səndirləyə-səndirləyə  evlərinə  gedəndə  palçığa  yıxılır.  Özünü  ra-

hat hiss etdiyindən yıxıldığı yerdən tərpənmir. Buradan keçən ağ-

saqqal Abbasov ona deyir:   

– Palçıqda nə yatmısan, Şirinəmi? Eyibdir, dur ayağa!  

Şirinəmi başını qaldırır. 

– İstəyirsən mən durum, sən yatasan?  

 

 




 

175 


İndi bilirsən? 

 

Şirinəminin  qolundan  tutub  onu  zorla  kənd  sovetinə  gətirən 



Nuruş sədrə şikayətlənir:  

– Bu zırrama məni təhqir edib. Cəzalandırın onu. 

Ağası dayı soruşur:  

– Neyləyib? 

– Mənə axmaq deyib. 

– Doğrudur, Şirinəmi?  

– Xeyr! Mənim dilimdən o söz çıxmayıb. 

– Bəs nə demisən ona? 

–  Nuruş  nədənsə  bərk  əsəbiləşib,  öz-özünə  “mən  axmağam” 

deyirdi. Mən bircə kəlmə bunu dedim: hələ indi bilirsən?! 



 

Mənə tapşırardız 

 

Şirinəmi  Bakıda  sənət  məktəbində  oxuyanda  bir  istirahət 



günü bulvara çıxır. Görür ki, məktəbin zavxozu skamyalardan bi-

rində  gözəl  bir  qızla  çox  yaxın  oturub  danışıb-gülür.  Şirinəmi 

görməzliyə vurub ötmək istəyəndə zavxoz ayağa durub ona yaxın-

laşır: 


–  Düzünü  de,  Şirinəmi,  mənim  burada  gözəllə  əylənməyim 

işdi, yoxsa kef? 

– İş olsaydı, siz onu mənə tapşırardız. 

 

Bölgü 

 

Müharibə vaxtı Şirinəmigilin qonşuluğunda qərib bir qolayçı 



ailəsi yaşayırdı. Bu ailənin Şirinəmi ilə yaşıd bir oğlu vardı. Şiri-

nəmi onunla dostlaşmışdı. Bir gün onlar zəmidə  sapandla  iki quş 

ovlayırlar. Quşlardan biri əti yeyilən qaraqarğa, o biri isə əti yeyil-

məyən alaqarğa idi. Şirinəmi ovu belə böldü:  

–  Ləzgi  qardaş,  istəyirsən  qaraqarğa  mənim,  alaqarğa  sənin, 

yox əgər istəmirsənsə, alaqarğa sənin, qaraqarğa mənim... 




 

176 


– Bu nə olan şeydir, Şirinəmi? Hər iki bölgüdə alaqarğa mənə 

düşdü. 


– Bu gözəl quşa alaqarğa niyə deyirsən? Apar bişir, qırqovul 

adı ilə ye! 



 

Burax hamısını 

 

Şirinəmi  müharibə  vaxtı  ictimai  bağların  qoruqçusu  idi.  Bir 



gün bağa doluşan yeddi-səkkiz camışı qabağına qatıb kənd soveti 

idarəsinin həyətinə gətirir. Sovet sədri Ağası dayı qəzəblənir. 

–  Akt  bağlansın,  camışlar  fermaya  qatılsın!  –  O,  heyvanları 

diqqətlə  gözdən  keçirəndə  öz  camışını  da  burada  görür,  əhvalı 

dəyişir, Şirinəminin üstünə qışqırır: 

– Ədə, sən neyləmisən?! 

– Neyləmişəm, Ağası dayı?  

–  Bəs  görmürsən  bunlar  əsgər  ailələrinin  heyvanlarıdır? 

Kişilər cəbhədə faşistlərlə vuruşur, biz isə onların mal-qarasını tu-

turuq...bunu bizə bağışlamazlar. Boşla, burax hamısını!.. 

 

Arabanı ora sür 

 

 

Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşulari 

bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göy-

də ulduzları görür və arabaçıdan soruşur: 

– Orada nə yığıncaqdır? 

Arabaçı deyir: 

– Orada da ehsan verilir. 

Qarınqulu: 

– Onda arabanı ora sür. 

 

 

 

 

Beləsinnən olub

 

 

 

 

 Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir 

gün qaynatasi onlan soruşur:  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə