Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə56/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   52   53   54   55   56   57   58   59   ...   147

 

177 


– Axırı qızımın uşagı oldumu?  

Gəlin başı ilə “hə” işarəsi verir. 

– Oğlan oldu, yoxsa qız? 

Sözlə  deməyi  bacarmayan  gəlin  əlindəki  qazanı  yerə  qoyur, 

sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıy-

la göstərir ki, beləsindən olub. 

 

Üç dolma, on beş loxma 

 

 

Beş qız əminin himayəsində idi. Əmi həftədə bir dəfə donluq 

alır və həftədə bir dəfə dolma bişirirlər. Ana qızlara tapşırır ki, ye-

məkdən sonra əmoza dua edin. Qızlar deyirlər:  

–  Allah,  sən  yetir,  üç  dolma,  on  beş  loxma.  Allah  sən  usta 

qaqaşı saxla, üç dolma, on beş loxma. Allah sən usta qaqaşı saxla.

 

 

 



 

 

Qız özü heylə gəlif 

 

 

Çimərliyə  birinci  dəfə  gedən  iki  şəkili  təəccüblərini  saylaya 

bilmirlər. Biri deyir: 

– Ə… ona bax ey… qızı soyunduruf yanına qoyuf. 

O biri onun səhvini belə düzəldir: 

– Ə… o soyundurmiyitdi ki, qız özü heylə gəlitdi. 

 

Tərəkəmə tut yeyir 

 

 

Dağdan gələn vaxt 4-5 tərəkəmənin qabağına bir mecvayı tut 

qoyurlar.  Quraxsımış  tərəkəmələr  tutu  şapalaxla  yeməyə 

başlayırlar.  

– Ə, tutu şapalaxla yeməzlər. Tutu bir-bir yeyərlər.  

Tərəkəmə cavab verir? 

– Ə, sən diyən hünü şöfdəlidi. Bir-bir ağzaa qoyuf çeynəmə-

miş udursan. 

 

 

 



 

178 


Ölməsə savabı çox olardı 

 

 

 

 

Kəndli deyir:  

–  Molla  əmi,  uşaq  neçə  gündür  xəstələnib,  qızdırması  çox 

olur, gözünü açıb dünyaya baxmır.  

Molla bir dua yazıb uşağın atasına verir.  

Bir neçə gün sonra yolda xəstə uşagın atasıyla molla görüşür. 

Molla xəbər alır: 

– Uşaq necədir?  

Ata deyir: 

– Molla əmi, uşaq öldü.  

Molla cavab verir:  

– Ölməsəydi, duanın savabı çox olardı. 

 

 

Əzrayılın üzü qara olsun 



 

 

Bir  nəfərin  istəkli  bir  dostu  xəstələnir,  yorğan-döşəyə  düşüb 



uzun  müddət  yatır.  Bir  gün,  yalan-gərçək,  söz  yayılır  ki,  dostu 

ölüb.  Həftələr  keçir.  Bir  də  görür  ki,  dostu  əlində  hasa  hardansa 

gəlir.  Bu  şəxs  xəstə  olduğu  vaxt  ona  baş  çəkmədiyini  xatırlayıb 

başını aşağı salır. O dünyadan qayıdan dostuyla görüşəndən sonra 

isə dilinə gətirməyə başqa söz tapmadıgından deyir:  

– Əzrayılın üzü qara olsun, onun yalanı olmasaydı, indi mən 

qabağında xəcalət çəkməzdim.  

 

 



Dəli Mehdinin ağıllı cavabı

65

 

 

 

 

 

Şəkidə  bir  adam  yaşayırdı.  Ona  camaat  Dəli  Mehdi  deyirdi. 

O, həmişə  bazarda sakit-sakit gəzərdi. Dindirib-danışdıranda  mə-

zəli söhbətlər edirdi.  

Bir dəfə də, kimsə kişinin qabagını kəsib deyir:  

– Ay Mehdi, nə durmusan, kimə tamaşa edirsən?  

Mehdi deyir:  

–  Habı  adamlara  baxıram.  Onnarın  yarısı  yuxarı,  yarısı  da 

aşağı  gedir.  Çaşıb  qalmışam.  Hayındı  hamı  bir  səmtə  getsə,  mən 



 

179 


də  onlara  qoşulub  gedərəm.  Daa  məəttəl  qalmaram.  Hansı  tərəfə 

gedim, bilmirəm. 



 

 

 

 

 

 

Əlini belindən götürməyən oğlan 

 

 

 

 

Bir arvadın oğlu tənbəl və çox yeyən olur. O, heç bir işin qul-

pundan yapışmazmış. Həmişə tində əli belində dayanarmış.  

Bir  gecə  oğlan,  həmişəki  adəti  üzrə  anasını  yuxudan  oyadıb 

deyir: 

– Məni həyətə apar. 



O, məhləyə çıxıb ayax yoluna girər-girməz, quyunun üstündəki 

tir  qırılır.  Oğul  düşür  quyudakı  çirkabın  içinə.  Ana  haylayıb  qon-

şudan adamlar çağırır. Onlar gəlincə oğlan xirtdəyə qədər batır.  

Qonşular gəlib oğlanı bir təhər çıxardırlar. Anası görür ki, oğ-

lunun əlləri yenə də belindədi. Deyir: 

– Anan boyaa qurban olsun, xirtdəyəcən çirkaba batıbsan, ye-

nə əlo belinnən götürmürsən... 

 

Oglanlaro hansı yaxşıdı 



 

 

Bir kişinin iki oglu olur. Ondan soruşurlar:  

– Hansı oglundan çox razısan? 

- Böyük oglumdan çox razıyam, balacadan yox.  

Səbəbini soruşanda kişi deyir:  

–  Kiçik  oglum  gah  yalan  danışır,  gah  da  dogru.  Həfrayı 

məssəf

66

  qalıram.  Böyük  oğlum  isə  həmişə  yalan  danışır.  Məni 

həfrayı qoymur. Ona görə də böyük oğlumdan çox razıyam. 

 

Raması bir az əyilib 

 

 

Bir  gün  şəkili  uşagıyla  maşında  gedirmiş.  Uşaq  beli  əyilmiş 

bir arvad görüb atasından soruşur:  

– Ata, o arvada nolub? Niyə əyri gəzir? 

 Atası gülərək cavab verir:  

– Ə, heş nə, raması bir az əyilib. 



 

180 


Muştuluğu qaytar 

 

 

Bir gün ogul anasına deyir: 

– Ana, pulum yoxdu. Sən maa borclusan. Borcoo qaytar. 

Ana soruşur: 

– Mən saa hardan borcluyam? Sən havaxt maa pul vermisən? 

Oğul bildirir:  

– Mən anadan olanda dədəm  saa 25  manat muştulux  veritdi. 

Mən olmasaydım, saa kim pul verərdi? O pulu qaytar, vəssalam. 



 

Ya Rəbbim, mənim düyünümü aç 

 

 

Fağır bir kişi hər gün bazara gedər, qazandığı pula buğdadan, 

düyüdən,  undan  alıb  evə  qayıdarmış.  Bu  kişi  kasıb  olmasına, 

işinin pis gətirməsinə görə həmişə öz-özünə danışır: 

– “Allah sən mənim düyünümü aç!” - deyə Allaha dua eliyir-

di. 


Bir  gün  bu  kişi  qazandığı  pula  3  girvənkə  düyü  alıb  “Allah 

sən  mənim düyünümü aç!”  - deyə-deyə evə tərəf gəlirmiş. Yolda 

arxın üstündəki ayax körpüsündən keçəndə onun yaylığının düyü-

nü açılır, düyü suyun içinə tökülür.  

Pərtləşən kişi üzünü qibləyə tutub deyir: 

–  Ya  Rəbbim,  axı  mən  yaylığın  düyününü  aç  deməmişdim, 

mənim düyünümü aç demişdim.  

 

 



 

 

Səndən karvan vuran olmaz 



 

 

Oğul anasını yuxudan oyadır:  

– Dur, məni çölə apar. 

Oğlan görür ki, gözəl aylı gecədir. Anasına deyir: 

– Ay ana, nə karvan soyası, nə sarvan vurası gecədi.  

 Anası qayıdır ki:  

– Ə, rahatlanmağa

67

 da ananın tumanınnan  yapışıb gedirsən. 

Səndən  karvan-zad  soyan  olmaz…  Tez  işini  gör,  yuxum  gözüm-

dən tökülür. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə