Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə57/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   53   54   55   56   57   58   59   60   ...   147

 

181 


Molla ilə söhbət 

 

Birisi molla ilə məzələnmək istəyir, ondan soruşur: 

– Molla əmi, deyirlər sən  bir şapalax aşa  bir dolma qatırsan. 

Bu söz düzdü, yoxsa yalan? 

Molla agzı sulana-sulana deyir:  

– Kələm dolması, bəli. 

– Molla əmi, daa nə yemək istəyirsən?  

Molla deyir:  

– Ay olaydı burda bir qab süttü aş. Yanının əzməsiylə

68

, yanı-


nın kavabı ilə, yanının oşarasiylə

69

Vurasan şapalağı, yağ süzülə aşağı əlindən. 



 

Bu da onun dərisi 

 

 

Bir  nəfər  100  qoyun  alıb  bir  çobanla  yaylağa  göndərir. 

Sürülər  yaylaqdan  düşəndən  sonra  çoban  qoyun  sahibinin  yanına 

əliboş gəlir.  

Qoyun sahibi soruşur:  

– Bəs qoyunlarım hanı?  

Çoban deyir:  

– Yaylağa gedəndə 30-nu su apardı; 16 qoyun qayadan uçdu; 

25-ni canavar yidi; 15-ni çaqqal yidi; 13-nü tülkü apardı. Bu neçə 

qoyun oldu?  

– 99.  

– Qaldı birisi: al, bu da onun dərisi. Özün gördün ki, saa qarşı 



biz tərəfdən heç bir xoşa gəlməyən iş olmayıb. Bizim qalan haqqı-

mızı da ver, halallaşaq, mən gedim.  

 

 

Yoxumdur 



 

 

Birisi tanışından əlborcu pul istəyir. Tanışı: 

– Pulum yoxdur, - deyir.  

Borc istəyən “yoxumdur” sözünə məhəl qoymadan and-aman 

eləyir, pis borca düşdüyünü deyir, əl çəkmir.  



 

182 


Pul verəsi kişi axırda pul istəyənə belə bir məsəl çəkir: 

– Ə… biri deyir: “Xədiməm”. O biri yenə soruşur: “Oguldan-

qızdan nəyin var?” Hayındı mən də saa nə qədər “pulum yoxdur” 

deyirəm, sən yenə deyirsən ver…  



 

 

Birənin əlli batman yağı 

 

 

Cimcə yerində bir nəfər deyir: 

– Filan yerdə birə kəsmişdilər. Birənin əlli batman yağı gəldi. 

Ondan soruşurlar:  

– Birənin də əlli batman yağı olar? 

Danışan cavab verir:  

– Onların öz daş-tərəzisi ilə deyirəm. 

 

 

Dəloza baxıf, dəlimə şükür eləyirəm 

 

 

Birisi  ziyarətə  dəli  aparırmış.  Orada  ziyarətə  dəli  gətirən 

başqa adamlarla rastlaşır.  

Bu  adam  apardıgı  dəlinin  ayağını  kəndirlə  bağlayıbmış,  o 

birisi isə dəlini arabada zingirləyibmiş.  

Kişi başqalarına baxıb deyir: 

– Dəloza baxanda öz dəlimə şükür eliyirəm.  

 

Onunla səfərə çıxmamışam 

 

 

Birinnən soruşurlar: 

– Atın necə atdı? 

– Atım yaxşı atdı. Günyarımlıq mənzilə məni bir gündə çatdı-

rır. Çox da salamat atdı. 

– Yoldaşın necə adamdı?  

– Yodaşım da yaxşı adamdı. Onunla da səfərə çıxmışam. Çox 

yaxşı  yoldaşlığı  var.  Alverdə,  pul  haq-hesabında  əli  təmiz,  qəlbi 

təmiz adamdı.  

– Bəs qardaşın necə adamdır?  

– Onu bilmirəm. Onunla səfərə çıxmamışam.  

 

 



 

183 


“Bəli” yiyən at 

 

 

Bir  nəfər  uzaxda  yaşayan  qohumlarıgilə  atla  qonaq  gedir. 

Qonağın işi uzanır, bir-iki həftə qalmalı olur. 

Qonax axşam-səhər qohumunun nökərindən soruşur: 

– Ata arpa vermisənmi? 

Nökər deyir: 

– Bəli. 

– Ata su vermisənmi? 

Nökər deyir: 

– Bəli. 


Qonax hər soruşanda nökər həmişə “bəli, bəli” deyir. 

Qonax evə qayıdanda nökər atı yəhərləyib gətirir. Görür ki, at 

tamam xaraflaşif, arixliyib. 

Qonax deyir:  

–  Mən  havaxt  soruşdumsa  sən  elə  “bəli”  didin.  Bu  at 

“bəli”dən başqa heç nə yeməyibmiş. 

“Bəli” yiyət at da elə belə olar da. 

 

 

İki məzəkeş 

 

 

İki  dost  çoxdan  idi  ki,  bir-birini  görmürdü.  Onların  danışığı 

həmişə məzəli olurdu.  

Onlar bir-biriləriylə rastlaşanda Bəybala adlı birisi deyir: 

– Çoxdandır görünmürsən. Haralardasan? Yoxsa Bağdaddakı 

cır alçaya dönmüşdün. 

Xanbala cavab verir: 

– Ə, mənim də gözüm çoxdandır səni axtarır. Səni görməyən-

də iti itmiş çobana dönürdüm.  

 

 

Burda bülbüllər rusca oxuyur* 

 

 



Zamanov  Məmməd  ailəsiylə  Şəkidən  Mingəçevir  şəhərinə 

köçüb orada yaşayırdı. Bir gün anası Məmməddən soruşur: 




 

184 


–  Ay  Məmməd,  habırda  bülbül  olmurmu?  Mən  heç  bülbül 

səsi eşitmirəm.  

M

M

ə



ə

m

m



m

m

ə



ə

d

d



 

 

a



a

n

n



a

a

s



s

ı

ı



n

n

a



a

 

 



d

d

e



e

y

y



i

i

r



r

:

:



 

 

–  Ay  ana,  burda  da  bülbüllər  oxuyur,  sən  başa  düşmürsən. 



Çünkü buranın bülbülləri urusca oxuyur. 

 

Qde “Ku-kuli-ku?” 

 

Keçmişdə  bir  şəkili  Ərəsəyə  gedir.  Bazara  girir  ki,  toyuqdan, 

xoruzdan alsın. Görür ki, təkcə yumurta satanlar var. Soruşmaq istəyir, 

toyuq,  xoruz  olacaqmı.  Amma  rusca  toyuğa,  xoruza  nə  deyildiyini 

yada sala bilmir. Yumurta satan bir arvadın yanında dayanıb deyir: 

– Qde “qaq-qidi-qaq-qah”, qde “ku-kuli-ku?” 



 

Toyuqla pis olum? 

 

– Ay oğul, toyuqları qov də, ləkləri eşib alt-üst etdilər.  

Uşaq  dədəsinin  sözlərini  qulaqardına  vurur.  Dədə  hirslənib 

başlayr əlindəki çubuqla oğlunu kötəkləməyə. 

Ana uşağı danlayır:  

– Ay bala, adam atasının sözünə baxar.  

Uşaq  ləkləri  eşən  toyuqları  sayıb  gözünün  yaşını  silə-silə 

cavab verir: 

– Ay ciyi, deyirsən bir dədəmin xətrinə 15 toyuqla pis olum?! 

 

Mən çaqqalam ki?... 

 

Şəkililər çox zaman ciddi zarafatdan da incimirlər. 

Bir dəfə iki şəkili yeməkxanada qarşı-qarşıya  oturub  hərəsi  

____________________ 

*  Keçən  əsrin  60-cı  illərində  Azərbaycanda  toxuculuq  sənayesində  işçi 

qüvvəsinə ciddi ehtiyac olduğuna görə Rusiya və Baltikyanı ölkələrdən toxucu 

ixtisası  olan  qızlar  işə  qəbul  olunurdu.  Onların  bir  hissəsi  həmin  vaxtlar 

Mingəçevir  Toxuculuq  Kombinatında  işlə  təmin  olundular.  Bu  lətifə  həmin 

vaxtlar Mingəçevirin ruslaşmasına, rusdilli toxucu qızlara işarədir.   



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə