Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə58/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   54   55   56   57   58   59   60   61   ...   147

 

185 


bir stolda sifariş verdikləri  yeməkləri  yeyirlərmiş.  Şəkilinin  biri  

kefirdən başqa heç bir şey yeməyən eloğlusundan soruşur: 

–  Pulun  yuyucuya  qismət  olsun.  Xərclə  də.  Nədir  o  qatıq, 

doldurursan deşilmiş qarnına. Gəl bizim stola, tabakaya qonaq ol.! 

Qatıq içən şəkili ağzını silib deyir: 

– Ə, çaqqalam ki, toyuq yeyim?  



 

İstək 

 

Bir şəkili “Sən mənim əmimi niyə istəmirsən?” sualını verən 

uşağa qayıdır ki, nə danışırsan, ay oğul, mən səən əmo (əmini) lap 

çox  istiyirəm.  Hətta  onnan  (ondan)  xahiş  eləmişəm  ki,  qavırının 

yanında maa da yer saxlasın. 

 

“Ya” əvəzinə “Can” 

 

Şəki  məktəblərinin  birinə  rus  dili  müəllimi  təyin  edilmiş 



birisi  sinifdə  şagirdlərlə  ilk  tanışlığa  başlayanda  deyir  ki,  kimin 

adını çəksəm ayağa qalxaraq “Ya” desin. Növbə Fərhada çatanda 

o “Can” deyir  və  bu,  müəllimə  bərk toxunur, bunu sataşmaq,  ələ 

salmaq kimi götürür. Müəllim Fərhadı sinifdən çıxararaq deyir ki, 

get,  valideynini  gətir.  Fərhad  əhvalatı  atasına  danışaraq  deyir  ki, 

dədə, bəs sən demirdin ki, müraciət eliyənnərə can diyərsən? 

 

Xeyir-şər haqq-hesabı 

 

Şəkili  avtobusla  Bakıya  gedirdi.  Yanında  oturmuş  kişi  çox 



fikirli görünürdü. Şəkili bunun səbəbini soruşduqda, o bildirdi ki, 

axır vaxtlar haqq-hesabı itirib, xeyir-şərini bilmir. Şəkili deyir ki, 

bunun dərmanı balıqdır. Sən balıq əti ye. Kişi sevincək bildirir ki, 

gərək Bakıya  çatan kimi çoxlu  balıq  əti  yeyəm.  Şəkili qayıdır ki, 

daa Bakiyə gedənə qədər vaxt itirmə, məndə yaxşı balıq var, pulu 

ver al. Kişi balığı çox baha qiymətə alır, Kürdəmirdə fasilə zaman 

bişitdirib  yeyir. Yeməkxanadan çıxanda görür ki, həmin  balıqdan 

çox  ucuz  qiymətə  buralar  doludur.  Cin  vurur  başına,  avtobusa 




 

186 


girib cumur şəkiinin üstünə ki, bəs, sən balığı mənə baha qiymətə 

sırımısan, burda su qiymətinədir. Şəkili soyuqqanlıqla dillənir:   

– Gördün,  indicə  yediyin  balıq əti təsirini göstərdi, sən artıq 

xeyro-şəro bilirsən. 



 

Qədər 

 

İdarə rəhbəri işə qəbul üçün kadr seçir. Qəbula gələnlərin bi-



rindən soruşur ki, “içənsən?”  “Bəli, gündə bir litr içirəm”-  cava-

bını alır. İkinci nəfərə də eyni sualı verdikdə, “Bəli, gündə bir litr 

yarım içirəm” cavabını alır. Üçüncü nəfərə də eyni sual verildikdə 

o,  qayıdır  ki:  “İçməyə  içirəm,  amma  baxır  harda,  kiminlə,  nə 

qədər...”  

Müdir  əvvəlki  iki  nəfərə  deyir:  ”Mən  sizi  işə  götürürəm,  siz 

içkinin qədərini bilirsiniz. 

Sonra o, üçüncü nəfərə baxıb deyir ki, gedə bilərsən, sən hələ 

içkinin qədərini də bilmirsən ki... 

 

Məni də sənin hüzuruna 

 

Qazı şəkilinin sir-sifətinə baxıb Mirzədən soruşur: 



– Bu müymunu kim bura yollayb?  

Şəkili Mirzəyə aman verməyib cəld dillənir: 

–  Hayındı,  ay  gözo  yiyim,  maralları  göndərdilər  maralların 

yanına, məni də sənin hüzuruna. 

 

Siz deyəni edirəm də! 

 

Müəllim  Maşaq  İspəndiyarın  oğlunu  ayağa  durğuzub  acıq-



lanır:  

– Niyə kitabın üzünü açıb oxumursan?!  

– Ay müəllim, sözünü dəngələmə. Axı, bu kitabları verəndə, 

demədinmi,  onları  təzə  saxlayın.  Gələn  il  başqa  uşaqlara  lazım 

olacaq. Mən də siz deyəni edirəm də. 



 

187 


Heç kəsə deməmişdik 

 

Bir şəkilinin evindən kimsə xalça oğurlayır. Ev sahibəsi oğur-



luğu gizli saxlayr. Bir neçə gündən sonra qonşu soruşur: 

– Ay qonşu, itən xalçanı tapdınızmı?  

– Bəli! – deyə  xalçası itən cavab verir. 

– Kim oğurlayıb? 

–  Sən!  -  deyə  xalçası  itən  bildirir,  -  çünki  biz  heç  kəsə  de-

məmişdik ki, xalçamız oğurlanıb.  



 

Ədalətli qərar 

 

Şəkili oğluna qız nişanlayır. 



Ata-ana  dirəşirlər  ki,  brilyant  dəsti  gətirməsələr,  qızı  verən 

deyilik. 

Şəkili  xəbər  göndərir  ki,  onların  bu  bahalıqda  zinət  almağa 

gücü  çatmır.  Qız  evi  yenə  razılaşmır.  Cavab  verirlər  ki,  qohum-

qardaş  yığışıb  düzəltsinlər.  Bir  brilyant  dəstindən  ötrü  özlərini 

biabır etməsinlər. 

Şəkili görür ki,  işlər şuluqlaşır. Təzə qudalara belə bir xəbər 

çatdırır:  

– Hər şey qohum-qardaşın yığışıb birgə köməyi ilə düzəlirsə, 

qızın  badımcan  burnunu  düzəltsinlər,  sonra  biz  də  brilyant  dəsti 

məsələsinə baxarıq.  

 

Atam səni də evləndirər 

 

Xatabala tənbəl oğlu Xosunu evləndirir. Xosun yorğun-arğın 



uzananda burnuna bir çibin qonur. Əsəbiləşən Xosun çibinə acıq-

lanır: 


–  Rədd  ol,  a  murdar.  Atama  deyərəm,  tutub  səni  də  evlən-

dirər. 


 

 


 

188 


Ciyin də arvaddır 

 

Şəkili oğluna nəsihət edib deyir: 



–  Oğul,  səni  evləndirdim,  bax,  bundan  sonra  arvadına,  hətta 

anana da sirr vermə. 

– Anama niyə, a dədə? O ki, mənim ciyimdir? 

– Ə, nə olsun, ciyindi, ə ciyin də arvaddır da. 

 

İbadətsiz də.... 

 

Bir molla şəkilini danlayıb deyir: 



– Qoca kişisən, nə üçün məscidə gəlib ibadət etmirsən?  

Qoca cavabında: 

– Yaxşı, ibadət eləsəm, nə olacaq? 

– Necə yəni nə olacaq? O dünyada cənnətə gedəcəksən. 

– İbadətə görə bu olacaq  mənim  əmək haqqım. Bəs, Allahın 

öz  bəndəsinə  heç  hörməti  -  zadı  yoxdur?  Bəlkə,  elə  ibadətsiz-

filansız məni cənnətə apardı. 

 

A şofer, sənin pasajirin ölsün 

 

Şəkili avtobusa qalxanda öz dostuna gözü sataşır, onu şoferə 



göstərib deyir: 

– A şofer, sənin bu pasajirin ölsün. 

Dostu da söz altında qalan deyilmiş: 

–  A  dost,  axşam  birimiz  ölək,  sabah  birimiz.  Bir-birimizdən 

xəbərimiz olmasın. 

 

Xeyirxah peşə sahibi 

 

Şəkili bir qızla tanış olur. Qız soruşur: 



– Siz kimsiniz? 

– Kim olacağam, dilivu yeyim, xeyirxah peşə sahibi, aşiq. 

– Bəs sazınız hanı?  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə