Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə59/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   55   56   57   58   59   60   61   62   ...   147

 

189 


Oğlan qızı başa salır: 

– Mən aşıq deyiləm, aşiqəm. Peşəm  saz çalmaq deyil, qızla-

rın qəlbini dınqıldatmaqdır. 

 

Qısa, aydın, konkret 

 

Şəkili  əsgərlikdə  qulluq  etdiyi  iki  il  ərzində  bacısına  maki-



nada  yazdırıb  apardığı  eyni  məzmunlu  120  məktubu  bir-bir  yola 

salırmış: 

“Mama, salam. Papa salam. Pul göndərin, Vəssalam!” 

 

........... elamadox ki.... 

 

Şəkidə mədrəsədə təhsil alan uşaqlar tənəffüs zamanı həyətdə 



topla oynayırdılar. Onlara tamaşa edənlərdən biri yoldaşlarına de-

di ki,  ə, noola uşaqlar pəncərənin  şüşəsini vurub sındıralar, görax 

molla  nağarır.  Elə  bu  an  natərəstlikdən  uşaqların  vurduğu  top 

pəncərənin şüşəsini sındırdı. Yaxınlıqda dayanmış molla uşaqların 

üstünə  cumaraq  onları  bərk  danladı.  Bu  mənzərəni  seyr  edənlər-

dən biri mollaya müraciətlə: 

–  Bəs  ayrı  vaxtda  yüksək  əxlaq  qaydalarından  bolluca  danı-

şırsan, bəs bu nə sözlərdi, danışırsan? – dedi. 

Molla qayıdır ki: 

– Ə, didox daa, elamadox ki.... 

 

Vəziyyət 

 

Qışlaqlının  vəziyyəti  ağırlaşmışdı,  yorğan-döşək  xəstəsi  idi. 



O, oğlunu yanına çağıraraq zorla eşidilən səslə pıçıldadı:  

– Daa mən gedirəm, bəkə xeyirlisi belədir? 

Oğul  atasının  vəsiyyət  edəcəyinə,  var-dövlətin  yerini 

söyləyəcəyinə işarə edərək soruşur: 

– Ay ata, nooldu? 

Atası qayıdır ki:  

– Heş nə, hər şey məlum oldu! 



 

190 


Düz danışan oğul 

 

Şəhərdə  məşhur  oğru  kimi  tanınan  bir  şəkili  öz  taleyindən 



gileylənir: 

–  Əşşi,  habı  nə  təhər  işdi?  Bayram  vədəsi  kimin  nəyi  itirsə, 

mənnən göörlər. 

Sonra heç kimin eşidə bilməyəcəyi səslə öz-özünə deyir: 

– Amma, öz aramızdı, Allah irzası, axırda da helə o itən şey 

mənnən çıxır... 



 

Şəkilinin Allaha məktubu 

 

Günü-güzəranı ağır keçən bir şəkiliyə lotular məsləhət görür-

lər  ki,  Allaha  məktub  yazsın,  ondan  maddi  yardım  diləsin.  Onun 

yazdığı məktubları götürüb deyirlər ki, göndərdik Allaha, inşallah, 

yaxın  vaxtlarda  bir  cavab  gələr.  Onlar  bir  gün  50  manat  aparıb 

məktub yazana verərək deyirlər ki, bunu Allah göndərib. Şəkili 50 

manatı  götürərək  giley-güzarla  donquldanaraq  deyir  ki,  yəqin 

Allah 100 manat göndərib, 50 manatını özünüzə götürmüsünüz.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

191 


X

X

I

I

.

.

 

 

Z

Z

A

A

R

R

A

A

F

F

A

A

T

T

L

L

A

A

R

R

 

 

 

Lütfəli Abdullayevin zarafatları 

 

...burnunu çək, keçək də... 

 

Sənət dostları Xalq artistləri Nəsibə Zeynalova ilə əslən Şəki-



li olan Lütfəli Abdullayevin dostluğu dillər əzbəri olmuşdu. Ailəvi 

dostluq  edirdilər.  Nəsibə  xanımın  həyat  yoldaşı  Mütəllim  də  bir 

gün  Lütfəlini  görməyəndə  darıxırdı.  Günaşırı  Nəsibə  xanımın 

məxməri çayından içə-içə nərd oynayırdılar. 

...Deyirlər  “Ulduz”  filminin  çəkilişi  zamanı  Nəsibə  xanımla 

Lütfəli  yüngülcə  küsüblərmiş.  Onların  ərk  ilə  bir  saatlığa  “küs-

məkləri” olurmuş. Hə... mehmanxanadan çıxan Lütfəli  işin tərsli-

yindən  qapıda  Nəsibə  xanımla  rastlaşır.  Nə  Lütfəli  ayağını  geri 

qoyur, nə də Nəsibə xanım. Qapı dar, Lütfəli də ki, kök. Keç, gö-

rüm necə keçirsən. Bir neçə an beləcə durduqdan sonra Lütfəlinin 

səbri çatmır. Mısmırıqlı deyir: 

– Burnuvu çək, keçək də... 

Nəsibə  xanım  eləmir  tənbəllik,  sağ  əliylə  burnunun  ucunu 

qatlayıb deyir: 

– Gəl keç. 

Hər  ikisini  gülmək  tutur,  uğunurlar.  Beləliklə,  bu  dəfə  də 

barışırlar. 

 

Şəkili satıcı Lütfəlini “bağladı” 



 

Bəxtiyar  Vahabzadənin  xatirələrindən:  –  “Həkim  Nurəhməd 

Əfəndiyevin aktyor Lütfəli  Abdullayevlə çoxdan  zarafatı olduğu-

nu  bilirdim.  Bir gün Nurəhməd  mənə zəng  vurub dedi ki,  Lütfəli 

xəstəxanada  yatır,  gedək  onu  görməyə.  Vədələşdiyimiz  vaxtda 

görüşdük.  Nurəhmədin  yanında  başqa  bir  kəs  də  vardı.  Məlum 

oldu ki, bu adam baytar həkimdir (Şəkililər veterinar həkimə “mal 

doxturu” deyirlər. H.Ə.) və o da bizimlə getmək, çoxdan pərəstiş 




 

192 


elədiyi  Lütfəli  ilə  tanış  olmaq  istəyir.  Lütfəli  ilə  görüşəndə  Nu-

rəhməd həkimi ona təqdim edib: 

– Bu kişi həkimdir, veterinardır, gətirdim ki... - deyincə Lüt-

fəli Nurəhmədin əsl məqsədini başa düşüb, dərhal sözünü kəsdi: 

–  Veterinar  olduğunu  bildim.  İndi  de  görək,  hansınızın  hə-

kimidir?... 

Bir dəfə Lütfəlidən soruşdum: 

– Söz döyüşündə heç səni bağlayan olubmu? 

–  Olub,  –  deyə  başladı  əhvalatı  danışmağa:  –  Şəkidə  ərzaq 

dükanına girib satıcıdan soruşdum: – Sizdə palan-quşqun olarmı? 

Satıcı cavab verdi: 

– Lütfəli əmi, var, amma sənin ölçünə çətin tapılar, nədən ki, 

çox yoğunsan...” 

 

Lütfəlinin Məmmədzəkinin başını “yarması” 

 

“Məşədi  İbad”  kinosunun  sınaq  çəkilişləri  gedəndə  Rüstəm 

bəyin  evindəki  dava  səhnəsi  təbii  alınmadığı  üçün  rejissor  H.Se-

yidzadənin xoşuna gəlməyib. Qərara alıblar ki, masaya həqiqi içki 

və yeməklər düzsünlər. Aktyorlar yeyib-içəndən sonra həmin səh-

nəyə çəkiliş olur. Araya bir dava düşür ki, gəl görəsən. Lütfəlinin 

yanına ovulan qablar qoyublarmış.  Lütfəli  başlayır həmin qabları 

aktyor  Məmmədzəkinin  başına  vurmağa.  Az  sonra  ovulan  qablar 

qurtarır.  Lütfəli  bundan  xəbərsiz  keçir  əsil  qab-qacağa.  Bir  də 

görürlər ki, Məmmədzəkinin başından qan axır. Həkim çağırırlar, 

həkim  deyir  ki,  həmin  vaxt  Məmmədzəkinin  başından  qan  çıx-

masaydı, ölə bilərdi. 

 

Şəkiyə çox gedib-gəlib 

 

Bir  gün  Respublikanın  xalq  artisti  Lütfəli  Abdullayev  İsma-

yıllıya  qonaq  gəlir.  Ona  yerli  baməzə  Beydullanın  hazırcavablığın-

dan danışırlar. O, Beydulla ilə görüşməyi qərara alır. Rayon mərkə-

zində “Qocalar” parkında əyləşmiş Beydullanı ona nişan verirlər. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə