Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə60/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   56   57   58   59   60   61   62   63   ...   147

 

193 


Lütfəli deyir: 

–  Ə,  Beydulla  dediyiniz  bu  kişidir?  Elə  bu  da  mənə  oxşayır 

ki. Boydan da mənim kimi yanıqdır. 

Əhvalatdan  xəbər  tutan  Beydulla:  –  Ola  bilər,  mənim  atam 

bir vaxt Şəkiyə çox gedib-gəlirmiş... 

Bu  cavab  Lütfəlinin  çox  xoşuna  gəlir.  Onlar  həmişəlik  dost 

olurlar.  

 

Dəm alıram 



 

Bir  dəfə  L.Abdullayev  yaxın  dostu  B.Səfəroğlu  ilə  birgə  öz 

şəxsi  QAZ-21  markalı  minik  maşınında  rayonlara  səfərə  çıxır  və 

yolları Şəkidən keçir. Onlar çayxanada çay içmək, bir az istirahət 

etmək  qərarına  gəlir,  çay  sifariş  verirlər.  Bir  az  vaxt  keçir,  çay 

paylayandan soruşurlar ki, çay harda qaldı. Çay paylayan deyir: 

– Hayındı gəticəm, dəm alır. 

Bir xeyli də gözləyib, soruşanda çay paylayan yenə qayıdır ki,  

– Hayındı gəticəm, dəm alır. 

Bunu eşidən Lütfəli kirimişcə ayağa duraraq çayçının yanına 

gedib, quru çay  və  su alaraq ağzında saxlayır, sonra  yaxınlıqdakı 

plitənin  üstündə  oturur.  Bu  mənzərəyə  tamaşa  edən  B.Səfəroğlu 

təəccüblə soruşur ki, ay Lütfəli, sən nə edirsən? Lütfəli çayxanada 

oturanların  da  diqqətini  cəlb  etmək  üçün  ucadan  deyir  ki,  dəm 

alıram. Bu sözdən çayxanadakılar şaqqanaq çəkərək gülüşürlər. 

 

“... üç kilo təzə qoyun əti versəydilər daha yaxşı olardı” 

 

Lütfəli Abdullayevin anadan olmasının 50 illiyi münasibətilə 

onu Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edirlər. 

Bu  münasibətlə onu təbrik edənlərdən soruşur ki, nə olub axı,  bu 

nə  təbrikdi?  Deyirlər,  bəs  bilmirsən  səni  Ali  Sovetin  Fəxri  Fər-

manı ilə təltif ediblər? Lütfəli Abdullayev zarafatyana təbəssümlə 

qayıdır  ki,  cənnətdik  uşağı,  Fəxri  Fərmanın  əvəzinə  3  kilo  təzə 

qoyun əti versəydilər daha yaxşı olardı.    




 

194 


“...Engelsistəm” 

 

O vaxtlar  haradansa  bir  müstəntiqi gətirib  mədəniyyət naziri 

qoymuşdular.  Muskomediyanın  görkəmli  aktyorlarını  bir  gün 

yanına  çağırıb  müəllim-şagird  kimi  başlayır  sual-cavab  etməyə. 

Birindən  soruşur  ki,  son  vaxtlar  nə  oxumusan?  Cavab  verir  ki, 

V.Hüqonun “Səfillər”ini. Nazir soruşur: “Filan səhifədə, filan mə-

qamda nə hadisə baş verir?” Aktyor cavab verir ki, ora çatmamı-

şam,  hələ  dünən  oxumağa  başlamışam.  Məqam  çatır  Lütfəli 

Abdullayevə.  Eyni  sualın  cavabında  Lütfəli  əmi  deyir  ki,  heç  nə 

oxumamışam,  heç  oxumaq  fikrim  də  yoxdur.  Nazir  təəccüblə: 

“Necə yəni, sən marksist deyilsən?” Cavabında Lütfəli əmi: “Yox, 

mən Engelsistəm”. Bax, belə öldürücü sarkazmları ilə qarşısındakı 

kötükləri Lütfəli əmi baltalaya bilirdi.  

 

“Hayındı bunun nə qəşəng meyiti çıxıb?!” 

 

Zarafatla deyilmiş kiçik  bir cümlənin  insanların əhval-ruhiy-

yəsində  necə  dəyişiklik  yaratdığını  görmək  üçün  şahidi  olduğum 

aşağıdakı hadisəni misal çəkmək istərdim. 

Vaxtilə  Şəki  şəhər  Partiya  Komitəsinin  birinci  katibi  vəzifə-

sində  işləmiş  S.Murtuzayev  nəql  edir  ki,  bir  gün  Bakıdan  zəng 

oldu. Məndən xahiş olundu ki, Lütfəli Abdullayevi tapıb xəbər ve-

rim  ki,  Bakıda  bacısının  yoldaşı  vəfat  edib,  təcili  gəlsin.  Aka-

demik İ.Mustafayev də yanımda idi. Lütfəli ilə yaxın dost idilər. O 

da təlaşlandı ki, bəs bu pis xəbəri ona necə deyək? 

Az  sonra  Lütfəli  gəlib  çıxdı  və  İ.Mustafayev  böyük  hüznlə 

xəbəri  ona  çatdırarkən  Lütfəli:  “Hayındı  nə  pis  iş  tutdu.  Heç on-

dan  belə axmaq  iş çıxan deyildi!”  - dedi. Bununla da onun kədə-

rinə  şərik  olmağa  hazırlaşan  bizim  əhvalımızı  dəyişdi.  Bakıya 

birlikdə gəldik və yol boyu öz şux zarafatları ilə bizi əyləndirdi. 

Hüzr  yerinə  çatıb  meyit  qoyulmuş  otağa  girərkən  hamı  çox 

kədərli  ifadə  ilə  ayağa durdu,  bəziləri qəhərləndi, Lütfəli  meyitin 

başına  fırlanıb:  -  Hayındı  bunun  nə  qəşəng  meyiti  çıxıb?!  –  söz-




 

195 


lərini  deyərkən  qəm  dəryasına  batmış  adamlarda  necə  dəyişiklik 

yaratdığını təsəvvür etmək çətin deyildir. 

Daha  sonra:  -  Ə,  çox  fikir  eləməyin,  hamımızın  axırı  elə  bu 

deyilmi?! İntaası, zalım oğlu tez getdi. 

Halbuki, çox istədiyi yeznəsinin vəfatı onu daxilən sarsıtma-

mış deyildi. 



 

Lütfəli Abdullayevin son zarafatı 

 

Xalq şairi B.Vahabzadə öz xatirələrinin birində qeyd edir ki, 

bir  gün  axşamdan  xeyli  keçmiş  köhnə  dostum,  heç  vaxt  zara-

fatından qalmayan L.Abdullayev telefonla mənə zəng etdi, ordan-

burdan, olub-qalanlardan danışdıq. Söhbətin sonunda o qayıtdı ki, 

bəs,  dədən  Mahmudun  (B.Vahabzadənin  atası  mərhum  Mahmud 

kişini  nəzərdə  tuturdu.  H.Ə.)  yanına  gedirəm,  sözün-zadın  olar, 

verəcəyin bir şey varsa, ver aparım. Xeyli gülüşdük, sağollaşıb te-

lefonun dəstəyini  yerinə qoydum. Səhər L.Abdullayevin  vəfat et-

diyini bildirdilər... 

  

Yetim oğlu Nurəddinin zarafatları 

 

Şəkidə zarafatcıl adamlar çoxdur, bunlardan biri də yetim oğ-



lu Nurəddindir, o həm də hazır-cavab və şirin danışan olduğundan 

heç  kim  onun  zarafatından  inciməz.  Daim  üzü  gülər,  əgər  azca 

qüssəli  görünsə,  deməli  ciddi  bir  hadisə  var.  Qələm  əhli  Akif 

Salamığlu uzun illər Yetim oğlu ilə ünsüyyətdə olduğundan onun 

bir çox baməzə söhbətlərini yadında saxlamışdır.  

 

Oğluna nəsihət 

 

Nurəddin  oğluna  öyüd-nəsihət  verir  ki,  siqaret  pis  şeydir, 



çəkmə. Görür  kar eləmir, əlavə edir ki, hələ indiyədək siqaretdən 

xeyir görən olmayıb. Baxır ki, oğluna nəsihət təsir eləmir. Səsinin 

tonunu qaldırıb yarızarafat qışqırır. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə