Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə61/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   57   58   59   60   61   62   63   64   ...   147

 

196 


– Ay köpəkoğlu, siqaret  yaxşı şey olsa  mütləq Hacıhəbillah-

lar da onu çəkər, başa düşdün?! 

Oğlu Hacıhəbubyllahları tanıyırdı, onlar artıq hərəkətlərə yol 

verməz, ziyanlı işlərə qoşulmaz, izafi xərclər etməzlər. 

Ona görə gülümsəyərək atasına deyir:  

– Ata, indi başa düşdüm. 



 

Məsləhətə etiraz 

 

Yetim oğlu Nurəddin uzun illər məişət xidməti kombunatında 

iqtisadçı işləyib. Müxtəlif xasiyyətli müdirlərlə asanlıqla dil tapıb. 

Qocaman kommunist Üzeyir kişi direktor olan vaxt, bir xeyir işlə 

əlaqədar idarənin özəyi, yəni direktor, baş mühəndis, baş mühasib 

və Hurəddin nahar vaxtı yaxşı yeyib içirlər, kefləri kökəlir. Üzeyir 

kişi bir böyük kimi onlara məsləhət görür: 

– Yaxşıca kefimiz durulub, gəlin nahardan sonra idarəyə get-

məyək, oğraş-moğraşa rast gələrik kefimiz pozular. 

Doğrudan  da  əhaliyə  xidmətlə  əlaqəli  bütün  idarələrdə  şika-

yətçi  çox  olduğundan  o  idarə  həmişə  davalı  olurdu.  Ona  görə 

Nurəddindən başqa hamı bu ağıllı məsləhətə razılaşır. Nurəddinsə 

kimdənsə alacağı olduğundan mütləq idarəyə getməli imiş. 

Zarafatyana etiraz edir: 

– A müdir, idarədə dörd oğraş var, hamısı burdadır, kimə rast 

gələcəyik ki? Gəlin qayıdaq işimizə.  

Əvvəl  hamı  gülüşür,  sonra  Üzeyir  kişini  söz  alır  və  bərk 

hirslənir. 



 

Tapmaca 

 

Nurəddingilin  yoldaşları hər bazar dəstə qurub nərd oynayır-



lar.  Yorulanda  qara  Niyazi  təklif  edir  ki,  gəlin  tapmaca  deyək. 

Yetim oğlu tez irəli düşür:  

– O hansı idarədir ki, müdiri qurd oğlu, mühəndisi cuhud oğ-

lu,  iqtisadçısı  yetim  oğludur?  (Həmin  vaxtlarda  əhaliyə  xidmət 




 

197 


kombinatının  müdiri  qurd  oğlu  Ələfsər,  mühəndisi  cuhud  oğlu 

Maqsud iqtisadçısı Yetimoğlu Nurəddin idi) 

Hamı bədahətən deyilmiş bu “tapmacaya” ürəkdən gülür. 

 

Böyük seçmək 



 

Yetim  oğlugil  on  iki  yoldaş  həmişə  bir  yerə  yığılıb  istirahət 

günləri  əylənirlər.  Bir  gün  o  təklif  verir  ki,  gəlin  içimizdən  özü-

müzə böyük seçək.Hərə hörmətli bir adamın adını deyir. Nurəddin 

isə israr edir ki, qoy böyüyümüz “pekarnı Abduləvvəl” olsun. Ab-

duləvvəl əvvəlcə fərəhlənir ki, ona etimad edilir, sonra Nurəddinin 

hiyləgər olduğunu fikirləşib liderliyi boynuna almaq istəmir:   

–  Nuru  və  Niyazi  idarə  müdurləridir,  bank  Ələsgər  də  mən-

dən yaşca böyükdür, çoxunuz da mövqecə məndən yüksəkdəsiniz. 

Bəs məni böyük seçməkdə bicliyiniz nədir?  

 Nürəddindən  çox  xahiş  edirlər  ki,  məqsədini  aşıq  desin.  O 

şaqqanaq çəkərək bildirir: 

–  Biz  də  səhv  edə  bilərik,  adamı  söyəndə  əsasən  böyüyünə 

söyürlər.  Nuru  və  Ələsgər  abırlı  adamlardır,  yaxşı  düşməz,  qoy  

söyüşlər Abduləvvələ getsin. 

–  Hamı  gülüşür,  rəhmətlik  Abduləvvəl  üzüyola  olduğundan 

razılaşır və dəstənin böyüyü seçilir. 

 

Öz arşını 

 

Şəki  bazarında  basırıqda  Nurəddin  maşını  düz  yanımda  sax-

layıb “otur” - dedi. Azca aralanmışdıq ki, yenə əyləci basıb bir nə-

fəri də götürdü. Bu, qırmızı sifət, bəstəboy bir kişi  idi. (Sonradan 

bildim  ki,  o  da  hazırcavab  adamdır,  adı  Həmidmiş,  amma  Nu-

rəddinlə bacarmadı)  

Nurəddin arxaya qanrılıb: 

– Xaloğlu, necəsən, nə xəbər var? - soruşdu. 

Bu  əhvalat  birinci  İran  zəlzələsinə  təsadüf  edirdi.  90-cı  illər 

olardı.  




 

198 


Həmid təəssüflə dedi: 

–  İranda  qırılan  çox  olub,  nə  olaydı  bir  elə  zəlzələ  də  burda 

olaydı. 

Nurəddin bir də geri qanrılıb təəccüblə:  

– Xaloğlu, niyə axmaq-axmaq danışırsan, camaat yazıq deyil, 

axı niyə? 

Həmid iddia ilə:  

– Oğraş, alçaq çoxalıb, qoy bir az qırılsın.  

Nurəddin cəld gülə-gülə cavab verdi: 

– Xalaoğlu, hamını öz arşınınla ölçmə da!  - deyəndə  Həmid 

basıldığını  görüb  pərt  oldu  və  dərhal  maşını  saxlatdırıb  düşüb 

piyada getdi.  



 

Əlaqəli iş 

 

Bir  gün  yoldaşlardan  biri  yetim  oğlundan  xəlvəti  soruşur  ki, 



gözüm yaman sulanır, görən nə etsəm keçib gedər? O da məsləhət 

görür ki, oturacağını tez-tez su ilə yu. Xəbər alan bərk hirslənir:   

–  Əşi,  gözlə  oturacağın  nə  əlaqəsi?  Yekə  kişisən,  səndən  də 

söz soruşmaq olmur, o saat lağa qoyursan. 

Haray-həşirə  başqa  dostlar  da  yığışır  və  Nurəddinə  tərəf  çı-

xırlar. Bilirlər ki, o  mütləq dediyini əsaslandıracaq. Gözündən  su 

axan  da  ondan  əsaslı  cavab  tələb  edir,  Nurəddin  məhərini  poz-

madan:  


– Dedim ki, oturacağın sinirlərlə əlaqəsi var, inanmırsan  ya-

nından bir tük çək çıxart gör gözün necə yaşarır. 

 

Təsəlli 

 

Şapqaçı  Valeh  bərk  xəstə  imiş.  Yetim  oğlu  Nurəddin  Nuru 

müəllimi  (Hacı  Həbillahların  Nuru)  tapıb  xəbər  verir  ki,  dostun 

Valeh  xarabdır,  can  üstündədir.  Nuru  müəllim  işdən  vaxt  tapıb 

dostu  Sədini  də  götürüb  gedir  Valehgilə.  Şapqaçı  Valeh  özünü 

sındıran  adam  deyildi,  rəhmətlik  dostlarını  görən  kimi  yataqda 




 

199 


dikəlir,  özünü  şux  göstərmək  istəyir.  Yetim  oğlu  bunu  nəzərdən 

qaçırmır  və  Nuru  müəllimə  göz  vurur.Nuru  müəllim  də  baməzə-

liyini fövtə vermir, guya Valehə ürək-dirək verirmiş kimi deyir: 

–  Səni  mənə  çox  pis  demişdilər,  indi  Allaha  şükür,  görürəm 

ki, sən hələ üç-dörd gün yaşayarsan.  

Dostu yəqin ki, bu zarafatı ürəyinə salıb düz üç gündən sonra  

vəfat edir. 

 

 





 

“Sponsor”  sözünün  təzə  dəbə  düşən  vaxtları  idi.  Yetim  oğlu 

Nurəddin,  qara  Niyazi  və  Abduləvvəl  maşınla  toya  gedirlərmiş. 

Niyazi sözarası deyir ki, ona sponsor lazımdır. Yetim oğlu tez sö-

zü tutur və cəld  qayıdır: 

– Habı Abduləvvəldən də yaxşısını tapmayacaqsan ki?  

Niyazi  Abduləvvəlin  üzünə  baxan  anda  başa  düşür  ki,  o 

sponsor sözünün mənasını bilmir, ona görə fənd işlədir: 

– Ə, yetim oğlu, ayıb deyil., kişi heç olmasa səndən bir neçə 

bayram böyükdür, niyə təhqir edirsən?  

 Abduləvvəl  doğrudan  da  təhqir  olunduğunu  zənn  edib 

qızışır: 

– Ə, belə sponsorluq etsin sənin əzizlərin, yaxınların, böyük-

lərin! Başa düşdün, alçağın biri alçaq?! 



 

Zibil maşını 

 

Ovçu  doktor  Seyidəlini  maşını  ilə  harasa  aparırmış,  yetim 

oğlunu  görüb  saxlayır.  Köhnə  dostlar  görüşən  kimi  yetim  oğlu 

Nurəddin bir kəlmə ilə Seyidəlini hövsələdən  çıxarır: 

– Ay doxtur, yoxsa komnaxoza  işə keçmisən? 

Seyidəli  o  saat  başa  düşür  ki,  ona  zibil  deyirlər,  (yəni  zibil 

daşıyan) başlayır Nürəddini söyməyə. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə