Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə63/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   59   60   61   62   63   64   65   66   ...   147

 

203 


olan  Tapdıq  dilxor  halda  deyir  ki,  yüzlüyə  xırdası  yoxdur.  Sonra 

evə  qayıdıb  soyuq  yorğan  döşəkdə  daha  yata  bilmir.  Səhər  saat 

beşdə  maşını  işə  salıb  Ələsgərgilıə  gedir  və  qapının  zəngini  ara 

vermədən basır, həm də daşla dəmir darvazanı döyür. Təşviş için-

də “kimsən?” deyən yeznəsinin sorğusuna isə qapı açılınca cavab 

vermir. 


Qorxmuş  halda  qapını  açan  Ələsgərə  gülə-gülə  xırda  pul 

uzadan tapdıq üzürxahlıq edir: 

– Gecə gəldin,  xırda pulum   olmadı,    yanında   xəcalətli   ol-

dum,  indi  tapıb  gətirmişəm. 



 

Yeni il hədiyyəsi 

 

Bütün  yeznələr  yeni  ildə  qaynanasını  təbrikə  gəldiyindən, 

yeni il gecəsi Tapdıq qapını açıq qoyardı. Gecə saat 11-də növbəti 

zəngə eyvana çıxan Tapdıq qışqırır: 

– Darvaza açıqdır, gəlin. 

Bir  qoltuğunda  xoruz, o  biri  qoltuğunda  anaş  bir  toyuq  olan 

Abdulla içəri keçib hündürdən deyir: 

– Bax, yeni ili təbrik etməyə belə gələrlər, öyrən.  

Tapdıq  gözlərinə  inanmır,  yeznədən  belə  səxavət  gözləmir. 

Hövsələsizlik edir, qorxur ki, anası qızına qıymaz, hədiyyəni geri 

qaytarar. Tez evdən iti bıçaq götürüb düçür həyətə  

– Yeznə, bax kəsərəm ha-deyir.  

Abdulla  ərklə  xoruzu  arxa  tərəfi  irəli  Tapdığa  verir.  Tapdıq 

bir  göz  qırpımında  xoruzu  kəsir.  Sonra  görür  ki,  özlərinin 

yumurtlayan anaş toyuğudur. 

Deməli, darvazanın açıq olduğundan istifadə edən yeznə hinə 

girib  Tapdığın  öz  toyuqlarından  ikisini  tutub,  arxası  tərəfə 

qoltuğuna vurub və yenidən bayıra çıxaraq zəngi basıbmış. 

 

Tez-tez gələn qonaq 

 

Altı  qızını  tez-tez  qonaq  çağıran  anasının  əlindən  bezikən 

Tapdıq, növbəti bazar günü aş tədarükü görən anasından soruşur: 



 

204 


– Yenə kimi çağırmısan? 

– Ələsgərgil saat 2-də gələcəklər, sən də evdə ol.  

Anasına  “yaxşı”  - deyən Tapdıq  iki  saat qabaq  yekə bir qıfıl 

götürüb bacısıgilə gedir və darvazanı bayır tərəfindən qıfıllayır. 

Evə  qayıdıb  rahat  oturan  Tapdıq,  anasının  tez-tez  saata  bax-

masını görüb saymazyana soruşur:  

– Ana, narahat adama oxşayırsan, nə olub? 

–  Saat  3-dür  uşaqlar  gəlib  çıxmadılar,  görəsən  nə  xəbər  var, 

plöv da soyuyur.  

– Zəng  vur, soruş  da - deyəndə Tapdığın heç dodağı da qaç-

mır.  

Telefonda  bacısı  təlaçla  bildirir  ki,  kimsə  qapımızı  arxadan 



bağlayıb, evdən çıxa bilmirik. Anası o saat bu işin Tapdıqla bağlı 

olduğunu anlayır: 

– A  bala, dur get qapını aç uşaqları  maşına qoy  gətir, aş sö-

yuyur - deyir.   

 

Tapdığın bəy aparması 

 

Şəki  qaz-istismar  idarəsində  baş  mühəndis  vəzifəsində  işlə-

yirdim.  Suçma  kəndinin  kolxoz  sədri  ilə  vacib  bir  məsələ  ilə 

əlaqədar görüşməli idim. Tapdıqdan xahiş etdim ki, bizi öz maşını 

ilə aparsın. Sözümü yerə salmadı, amma tələsik soruşdu:  

– Yeyib-içmək olacaqmı?  

Sonra  bic-bic  gülərək  astadan  pıçıldayıb  yadıma  saldı  ki, 

Orucun qaynanasının evi Suçmadadır, bəlkə bəyi də bir bəhanə ilə 

maşına mindirəsən, dalısı mənim boynuma.  

Oruc bizdə şəhər üzrə sahə rəisi işləyirdi, iş vaxtı onu kəndə 

aparmaq düz deyildi, amma gözəl bir zarafat alınacağını təsəvvür 

edib ciddi görkəmdə onu çağırıb maşına oturtdum, özü də qabaq-

da. Tapdığa da tapşırdım ki, Orucu aldada-aldada maşını düz Suç-

ma kəndinə sürsün, heç yerdə saxlamasın. 

Maşın şəhərdən çıxanda Oruc narahat halda geri döndü:  



 

205 


– Hara gedirik? Vallah şəhərdə o qədər işim var ki, saxlayın 

mən düşüm.  

Tapdıq cəld cavab verdi:  

–  Arıçılıq  birliyinə  dəyib  qayıdarıq,  sənin  sahəndən  şikayət 

var, on dəqiqəyə sənin sahəndə olarıq.  

Oruc  dinmədi,  amma  arıçılıq  birliyinin  yanından  şütüyüb 

ötəndə bunun qurma iş olduğunu anladı. 

Maşın  Suçma  kəndində  Orucun  qaynanasıgilin  qapısına  ya-

xınlaşanda  Tapdıq  əlini  siqnala  qoyub  bir  xeyli  çaldı  və  qapıya 

çıxan ev adamlarına:  

–  Bəyi  gətirmişik,  xahiş  edirəm  layiqli  qarşılayın-dedi  və 

həyətə  girən  kimi  iri  bir  hunduşqanı  tutub  Orucun  Koroğluya 

oxşayan qaynından iti bıçaq istədi. 

Doğrudan qaynana və qaynata Orucun gəlişinə çox şad oldu-

lar,  pətəkdən  təzə  bal  çıxarıb  çay  ilə  içmək  üçün    süfrəyə  qoy-

dular. Hinduşkadan sonra kabab da çəkdilər.Tapdıq onlara anlatdı 

ki, evdə uşaqlar da bu baldan arzulayırdılar. 

Çay ilə o qədər bal yemişdik ki, qayıdanda hamımızın sifətin-

dən sanki od yağırdı. 

 

Hacıhəbillahların Nuru müəllimin zarafatları 



 

Şəkidə  Nuru  müəllimi  tanımayan  yoxdur.  Bu,  birinci  növ-

bədə, onun mənsub olduğu nəsillə bağlıdırsa, ikincisi, əvvəlkindən 

heç də az əhəmiyyətli olmayan, özünün xasiyyəti ilə bağlıdır. 

Nuru  müəllim  ixtisasca  inşaat  mühəndisi  olsa  da,  müxtəlif 

xarakterli,  bəzi  hallarda  isə  ixtisası  ilə  bilabasitə  əlaqəsi olmayan 

idarə və müəssisələrə rəhbərlik etmişdir. Nuru müəllim, əksər  şə-

kililərə  məxsus  xüsusiyyətlərə  malik  baməzə,  hazırcavab,  söz 

üçün  “bazara getməyən”, öz  işini  bilən tədbirli ziyalıdır. O, gənc 

yaşlarında  Şəki  şəhər  Xalq  Deputatları  Soveti  İcraiyyə  Komitə-

sinin tikinti və memarlıq şöbəsinin müdiri-şəhərin baş memarı və-

zifəsində  işləyib. Həmin dövrün qanunvericiliyinə görə vətəndaş-

lara şəhərdə şəxsi ev tikmək üçün həyətyanı torpaq sahələri şəhər 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə