Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə64/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   60   61   62   63   64   65   66   67   ...   147

 

206 


XDS  İcraiyyə  Komitəsinin  müvafiq  qərarına  əsasən  baş  memar 

tərəfindən, yerində akt və sxem tərtib edilməklə verilirdi. Bu məq-

sədlə şəhərdə olan boş sahələrin çoxu Nuru müəllimin baş memar 

işlədiyi müddətdə paylanmışdı. 

Şəki  mətbəxinə  bələd  olanlar  yaxşı  bilirlər  ki,  ənənəvi  Şəki 

cücə  plovunun  qazmağı  qazandan,  demək  olar,  bütöv  çıxarılır  və 

süfrəyə iri plov  boşqabında elə çıxarıldığı vəziyyətdə də qoyulur. 

Təbii  ki,  cücə  plovunun  qazmağının  altında  isə  bişmiş  cücə  olur 

və  bir qayda olaraq,  həmin qazmağın  və cücənin  bölünməsi  plov 

qabına yaxın oturmuş şəxslərdən birinə həvalə edilir. 

Məclislərdə  belə  söhbətin  tez-tez  şahidi  olursan:  “Ay  bala, 

sən bizdən cavansan, bu qazmağı və cücəni bölginən”. Çox hallar-

da da qazmağın və cücənin bölünməsi təklif olunan adam əli yağa 

bulanmasın və durub əlini yumağa getməsin deyə, müxtəlif bəha-

nələr gətirməklə qazmağı və cücəni bölməkdən boyun qaçırır. 

Günlərin birində Nuru müəllimin də iştirak etdiyi bir məclis-

də qazmağı və cücəni bölməyi ona təklif edirlər. Nuru müəllim bu 

təklifə qarşı belə deyir: 

Yox, yox, mən bacaran iş deyil. 

Bunu  eşidən  məclisdəki  şəkililərdən  biri  Nuru  müəllimə 

deyir: 

– Nuru müəllim, şəhərin bütün boş torpaqlarını qazmaq kimi 



bölərək  paylayıb  axırına  çıxdın,  indi  nə  oldu,  bi  aşın  qazmağını 

bölə bilmirsən? 

Bu sözdən sonra Nuru müəllim heç bir söz demədən qollarını 

çirmələyib, qazmağı və cücəni bölüb hərənin öz payını boşqabla-

rına qoyur və nuş olsun, siz  Allah, aşı soyutmayın,  - deyərək, əl-

lərini yumağa gedir... 

 

* * * 


Nuru müəllimin böyük şairimiz Bəxtiyar Vahabzadə ilə uzun 

illər dostluq  etdiyini  bilirdim. O da  mənə  məlum  idi  ki,  Bəxtiyar 

müəllim istirahətini hər il yay aylarında Şəkidə keçirir.  

Həmin  vaxtlarda  Bəxtiyar  müəllimi  ziyarət  etməyi  özümə 

borc bilirdim. 



 

207 


Bir  neçə  il  bundan  əvvəl  məzuniyyətdə  olarkən  Bəxtiyar 

müəllimə baş çəkməyi qərara aldım. Küçəyə çıxmağımla “Jiquli” 

markalı  avtomaşının  yanımda  dayanmağı  bir  oldu.  Tünd  zoğalı 

rəngdə olan bu maşın ilk buraxılışdan olduğu üçün çox köhnə idi. 

Maşın dayanan kimi Nuru müəllim çölə çıxıb mənə dedi: 

– Müəllim, gəlin əyləşin, hara deyirsiniz aparım.  

Dedim: 

– Nuru müəllim, zəhmət çəkməyin, bir maşın tapıb gedərəm, 



sizi yoldan etməyim. 

Nuru müəllim: 

– Müəllim, onsuz da bu gün istirahət günüdür, hara deyirsiniz 

gedək, ancaq maşını bəyənmirsinizsə, bu başqa məsələ, neyləyək. 

Olanımız budur, - dedi. 

Mən vəziyyəti belə görüb maşına əyləşdim və Bəxtiyar müəl-

limi ziyarət etmək istədiyimi bildirdim. 

Nuru müəllim dedi: 

– Elə mən də ora gedirdim, yaxşı oldu, birlikdə gedək. 

Bu  sözdən  sonra  maşınımız  Bəxtiyar  müəllimin  evinin  yer-

ləşdiyi Şəkinin “Dodu” deyilən hissəsinə istiqamət götürdü. 

Mənzil başına az qalmış avtomaşın döngəyə dönmək istəyən-

də mən Nuru müəllimə dedim: 

– Nuru müəllim, deyəsən səhv gəldik, axı? 

Bir az getmişdik ki, Nuru müəllim dedi: 

–  Hə,  müəllim,  siz  məni  çaşdırırsınız,  yuxarıdakı  döngədən 

dönməliydik. 

Mən  yenidən  müəllimə  istiqamət  vermək  istəyirdim  ki,  o, 

mənə: 

– Ay müəllim, mənim qazmaq kimi bölüb payladığım yerləri 



indi mənə tanıtdıracaqsınız?!, - dedi və güldü... 

 

 



 

* * * 

Rəhmətlik atam deyərdi ki, vallah, mən yas mərasimində Nu-

ru  müəllimin  yaxınlığında  oturmağa  ehtiyat  edirəm.  Atam  bunu 

belə izah edərdi: – Nuru müəllim elə məzəli sözlər deyir ki, adam 



 

208 


gülməyə  bilmir. Sonralar  mən atamın  bu sözlərini öz təcürbəmdə 

də gördüm. 

1981-ci il idi. Şəhərimizdə böyük nüfuza malik bir şəxsin yaş 

mərasiminə toplaşmışdıq, səhv etmirəmsə, vəfatının qırxıncı günü 

idi. Mən də həmin məclisə gəlmişdim və elə oldu ki, Nuru müəl-

limlə  bir  stol  ətrafında  əyləşməli  oldum.  O  zamanlar  qondarma 

Dağlıq Qarabağ məsələsi ilə bağlı hadisələr hələ başlamamışdı və 

şəhərdə  ermənilər  də  yaşayırdılar.  Şəhərdə,  hətta,  “Ermənikənd” 

deyilən və ermənilərin yığcam yaşadığı məhəllə də vardı. 

Məclisdə bizimlə bir stol arxasında Mamikon adlı bir erməni 

də  əyləşmişdi.  Söhbətdən  aydın  oldu  ki,  onun  bu  yaxınlarında 

arvadı vəfat edib və adətə görə, arvadı ölən erməni kişiləri saqqal 

buraxırdılar. 

Mən  orta  məktəbi  bitirib  şəhərdən  çıxdığıma  və  məclisdəki-

lərdən  nisbətən cavan olduğuma görə bu şəxsi  birinci dəfə  idi ki, 

görürdüm  və  tanımırdım.  Məclisdəkilərdən  biri  Mamikondan  so-

ruşdu ki, ay Mamikon, çoxdandır böyük qardaşını görmürəm, ha-

ralardadır? 

Bu sözdən Mamikonun  elə bil dərdi təzələndi və dedi: 

– Ay Mamikon... 

Nuru  müəllimin  müraciətini  eşidən  Mamikon  elə  hesab  etdi 

ki,  yəqin  Nuru  müəllim  ona  təsəlli  verəcək  bir  söz  deyəcək,  ona 

görə  də  üzünü  Nuru  müəllimə  çevirdi  və  diqqətlə  qulaq  asmağa 

başladı. Nuru  müəllim  isə bir qədər pauza  verdi  ki, stol ətrafında 

əyləşənlərin də diqqətini cəlb etsin və sözünə davam edib dedi: 

– Ay Mamikon, sən də evini sat, get Yerevana da. 

Bu sözləri eşidən Mamikon çox pərt oldu və pərtliyini gizlət-

mək məqsədilə Nuru müəllimə dedi: 

–  Nuru  müəllim,  sən  də  ki,  yasda  da  zarafatından  qalmırsan 

ha... 


Mamikon  Nuru  müəllimin  bu  sözlərindən  heç  özünə  gəlmə-

mişdi  ki,  Nuru  müəllim  yanında  əyləşən  bir  nəfərə  üzünü  tutub 

dedi: 

– Siz bilmirsiniz, bu ermənilər yaman qeyrətsiz millətdir. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə