Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə65/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   61   62   63   64   65   66   67   68   ...   147

 

209 


Belə deyəndə  məclisdəkilərdən  biri Nuru  müəllimin  nəsə  bir 

maraqlı söz deyəcəyini başa düşüb, dərhal ona belə bir sual verdi: 

–  Nuru  müəllim,  sizin  belə  deməyə  əsasınız  var?  Nəyə  görə 

belə deyirsiniz? 

Nuru müəllim dedi: 

– Bəli, əsasım  var. Şəkidə cəmi  bir erməni qəbristanlığı  var, 

bu millət bir qəbristanlığı doldura bilmir... 

 

* * * 



Nuru  müəllim  70-ci  illərin  axırlarında  məişət  xidməti  kom-

binatının  direktoru  vəzifəsində  işləyirdi.  Bu  o  dövr  idi  ki,  artıq 

məişət  xidməti  kombinatlarına  vətəndaşlarla  müqavilə  bağlayıb 

şəxsi  ev  tikməyə  və  ya  vətəndaşlar  üçün  təmir-tikinti  işləri  apar-

mağa  icazə  verilmişdi.  Belə  bir  səlahiyyət  məişət  xidməti  kom-

binatlarına verilsə də, bu məqsədlə ayrılan tikinti materialları tələ-

batı  heç  də  ödəmirdi.  Əhaliyə  məişət  xidməti  nazirliyindən  isə 

tikinti  materiallarına  limit  alınması  müşkül  məsələ  idi.  Ona  görə 

də bir çox rayonların məişət xidməti kombinatlarının bu sahədəki 

planları çox hallarda kəsirlə yerinə yetirirdilər. 

İlin sonuna bir neçə gün qalmış Nuru müəllimi nazirliyin ge-

niş  kollegiya  iclasına  çağırırlar.  Nuru  müəllim  zala  daxil  olanda 

başa  düşür  ki,  respublikanın,  demək  olar  ki,  bütün  rayonlarının 

məişət  xidməti  kombinatlarının  direktorları  buradadır.  O,  iclas 

başlayana  qədər  zalda  özünə  yer  seçib  əyləşir.  Nuru  müəllimdən 

sol tərəfdə isə Qarabağ rayonlarından birinin məişət xidməti kom-

binatının ağsaqqal direktoru əyləşir. 

Kollegiya iclası ilin yekunlarına, o cümlədən şəxsi ev tikintisi 

və  vətəndaşlara  təmir-tikinti  xidmətləri  göstərilməsi  planlarının 

icrası  vəziyyətinə  həsr  olunmuşdu.  İclasin  gedişindən  aydın  olur 

ki, bir çox rayonların  məişət xidməti kombinatları  bu göstəricilər 

üzrə planlarını əhəmiyyətli dərəcədə kəsirlə yerinə yetirmişlər. 

Ona  görə  də  kollegiya  iclasının  qərar  layihəsində  bir  çox 

kombinatların direktorları barəsində, vəzifədən çıxarmaq da daxil 

olmaqla, ciddi intizam tədbirləri nəzərdə tutulmuşdu. Kollegiyaya 



 

210 


sədrlik edən nazir yekunda çox odlu-alovlu danışaraq planı yerinə 

yetirməyənlərə  güzəşt  olunmayacağını  bildirir  və  vəziyyətdən 

çıxmaq üçün kiminsə təklifi olub-olmamasını soruşur. 

Rayonların birinin məişət xidmətinin direktoru əl qaldırıb söz 

istəyir və deyir: 

–  Yoldaş  nazir,  mənə  on  kubmetr  taxta  materialı  ayırsınlar, 

sizə  söz  verirəm  ki,  ilin  sonuna  kimi  planı  birtəhər  doldurub 

vəziyyətdən çıxacam. 

Onu  da  qeyd  edim  ki,  kollegiya  iclasının  gərgin  və  uzun 

çəkdiyindənmi,  yaxud Nuru  müəllimin  yanında əyləşmiş direktor 

bütün  gecəni  qatarla  yol  gəldiyindənmi,  yaxud  nisbətən  yaşlı  ol-

masındanmı,  elə  iclas  boyu  mürgüləyirdi  və  iclas  uzandıqca  da 

onun mürgüsü daha da dərinləşirdi. 

Sanki, nazirdən on kubmetr taxta materialı istəyən direktorun 

sözündən ürəklənən digər bir direktor da beş ton sement ayrılma-

sını xahiş edir. 

Nazir sözünü yekunlaşdıraraq, zala müraciətlə dedi: 

–  Qərar  layihəsində  çoxunuz  üçün  ciddi  cəza  nəzərdə  tutul-

muşdur. Əslinə qalsa, elə hamınıza cəza vermək olar. İndi özünüz 

deyin daha kimə cəza verək? 

Elə  bu  vaxt Nuru  müəllimin  yanında əyləşmiş  və  söhbətin əv-

vəlini eşitməmiş ağsaqqal direktor mürgüdən ayılır və yerdən kimin-

sə “mənə də” sözünü deməsini eşidərək Nuru müəllimdən soruşur: 

– Nə məsələdir? Kimə nə verirlər? 

Nuru müəllim: 

– Heç, respublikaya iki vaqon taxta-şalban gəlib, bir vaqonu-

nu Ucarın direktoru istədi, verdilər, - deyir. 

Bunu eşidən ağsaqqal direktor dik ayağa durur və ucadan: 

– Yoldaş nazir, birini də mənə verin, - deyir. 

Ağsaqqal direktorun  bu sözündən sonra zalda gülüşmə başla-

yır. Lakin direktor iclas  iştirakçılarının  nəyə görə gülməsini  başa 

düşmür. 


Nazir  ağsaqqal  direktorun  ucadan  nəsə  istəməsinin  səbəbini 

onun  yanında  Nuru  müəllimin  əyləşməsini  gördükdə  başa  düşür. 




 

211 


Nuru  müəllimin  zarafatçıl  olması,  nazir  də  daxil  olmaqla,  demək 

olar ki, bu nazirlik sistemində işləyənlərin hamısına məlum idi.  

Gərginliyi  azaltmaq  üçün  nazir  bilərəkdən  həmin  direktora 

müraciət edərək soruşur:  

– Ağsaqqal, siz nə istəyirsiniz? 

Direktor: 

–  Yoldaş  nazir,  vallah  dedilər  iki  vaqon  taxta-şalban  gəlib, 

birini  Ucarın  direktoru  istədi,  verdiniz  ona,  əgər  imkan  varsa  bir 

vaqonunu da  mənə  verin,  -   deyəndə zalda  yenidən gülüş dalğası 

başlayır.  

Nazir: 

–  Yaxşı,  ağsaqqal,  hələlik  imkan  yoxdur,  olanda  verərik,  - 

deyir və zala müraciət edərək soruşur: 

– Daha kimin nə sözü var? 

Nuru müəllim söz alaraq tribunaya çıxır və deyir: 

–  Yoldaş  nazir,  doğrudur,  qərar  layihəsində  mənə  cəza  nə-

zərdə tutulmamışdır, lakin açıq etiraf edirəm ki, mən bunlardan da 

ağır cəzaya layiqəm. Planı cəmi 100,5 faiz yerinə yetirsəm də, bu 

faktiki  təlabatdan  çox  aşağı  göstəricidir.  Lakin  mən  başqa  məq-

sədlə söz almışam və bir xahişim var.  

Nuru müəllim belə deyəndə zalda bir sükut yaranır və nazirin 

marağı  daha  da  artır.  Bu  zaman  nazir  üzünü  tribunada  dayanan 

Nuru müəllimə çevirir və deyir: 

– Nə xahiş? Olmaya sən də bir vaqon taxta-şalban istəyirsən?  

Nuru müəllim: 

– Xeyir, yoldaş nazir. Biz, adətən, görmüşük ki, yeni il qaba-

ğı amnistiyalar verilir, verilmiş cəzalar, o cümlədən ölüm cəzaları 

bağışlanır.  Lakin  qərar  layihəsindən  görünür  ki,  hamı  üçün  ağır 

cəza  nəzərdə  tutulub.  İndi  siz  deyin,  biz  ailəmizə,  balalarımızın 

yanına  qayıdaq?  Uşaqlar  da  desinlər  ki,  dədəmiz  Bakıdan  bizə 

konfet əvəzinə töhmət gətirib. 

Nuru müəllimin bu sözünü eşidən nazir ayağa durur və deyir: 

–  Nuru  müəllim,  əyləşin.  Nuru  müəllim  çox  haqlı  bir  məsə-

ləyə  toxundu.  Razıyam.  Planı  kəsirdə  qoyan  bütün  direktorlara 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə