Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə66/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   62   63   64   65   66   67   68   69   ...   147

 

212 


xəbərdarlıq  edirəm  və  tələb  edirəm  ki,  gələn  ilin  birinci  rübünün 

sonunda  planı  kəsirdə  qoyan  direktorlar  mənim  yanıma  işdən 

çıxmaq barədə ərizələri ilə gəlsinlər.  

Nazirin  bu  sözü  zaldakılar  tərəfindən  gurultulu  alqışlarla 

qarşılanır... 

 

* * * 

Şəkidə  ləqəbi  olmayan  adam  az  tapılar.  Mən  də  elə  bilirdim 

ki,  Nuru  müəllimin  ləqəbi  yoxdur.  Lakin  bu  yaxınlarda  dövlət 

televiziyasının  “Görüş  yeri”  verilişində  (veriliş  orta  məktəb  mə-

zunlarının  müəllimləri  ilə  görüşünə  həsr  olunmuşdu)  Nuru  müəl-

lim özü də etiraf etdi ki, ona “qaz Nuru” da deyirlər. Nuru müəl-

limin etirafından sonra bu hadisəni qələmə almağa ürəkləndim. 

80-ci  illərdə  Nuru  müəllim  qaz  istismar  idarəsinin  rəisi 

işləyirdi. Lakin həmin illərdə şəhərin qaz təchizatında problemlər 

vardı və əhali idarənin xidmətindən heç də tam razı deyildi. Nuru 

müəllim  isə  şikayətə  gələnləri  mədəniyyəti  və  şirin  dili  ilə  qarşı-

layıb  yola  salsa  da,  qaz  təchizatından  heç  bir  dönüş  yaranmırdı, 

əslində, bu məsələnin həlli heç Nuru müəllimlik də deyildi. Buna 

baxmayaraq,  Nuru  müəllimin  yanına  gələnlərin  heç  biri  idarədən 

narazı getmirdi. 

Qohum  toylarının  birində  Nuru  müəllimlə  bir  stol  arxasında 

oturmalı  olduq.  Stoldakıların  biri  Nuru  müəllimə  belə  müraciət 

etdi: 

– Nuru müəllim, bu qaz idarəsinin rəisi sizsiniz? 



Nuru müəllim cavab verdi: 

– Hə, belə deyirlər. 

Həmin adam: 

– Ay Nuru müəllim, axı bu qazlar şam kimi yanır, - dedi. 

Nuru müəllim: 

– Yoxun üzünü Allah qara eləsin. Nə var, onu da veririk. 

Elə bu zaman Şəkinin baməzə adamlarından biri də soruşana 

belə deyir: 




 

213 


– Ay bala, bilmirsən, Nuru müəllimin qazı saxta araq kimi bir 

şeydir, içirsən keflənmirsən, yəni qaz yanır, lakin istiliyi yoxdur. 

 

* * * 


Soyuq yanvar günlərinin birində Nuru müəllim bir neçə nəfər 

qohumu  və  dostu  ilə  birlikdə  prokuror  işlədiyim  rayonun  qonşu-

luğunda yerləşən rayondakı “İran bazarına” bazarlıq etməyə gəlir. 

Bazarlıq  edəndən  sonra  Nuru  müəllim  təklif  edir  ki,  üzü  axşama 

gedir, gəlin qonşu rayondakı qohumunuza baş çəkək, gecəni orda 

qalaq, səhər tezdən qayıdaq rayonumuza. 

Onlar  gələndə  artıq  hava  qaralmışdı.  Mən  Nuru  müəllimi 

dostları  ilə  birlikdə  evimə  dəvət  etdim  və  Allah  verəndən  yedik-

içdik. Məclisdə rayon daxili  işlər şöbəsinin rəisi  də  iştirak edirdi. 

Rəis telefonla mehmanxanaya zəng edib qonaqlar üçün yer sifariş 

etdi və hər otağa əlavə elektirik sobasının da qoyulmasını tapşırdı. 

Vədələşdiyimiz  kimi,  səhər  tezdən  DİŞ-in  rəisi  ilə  birlikdə 

qonaqlarla  səhər  yeməyi  yeyib  yola  salmaq  üçün  piyada  DİŞ-in 

yeməkxanasına gəldik.  

Mehmanxanadan çıxarkən DİŞ-in rəisi Nuru müəllimə: 

–  Nuru  müəllim,  yeriniz  isti  idimi?  Əlavə  elektrik  sobası 

qoyulmasını da tapşırmışdım, - dedi. 

Görünür, rəis tapşırığın  icra olunduğunu onsuz da bilirdi,  la-

kin  prokurorun  yanında  Nuru  müəllimdən  xoş  söz  eşitmək  məq-

sədilə bunu soruşdu. 

Nuru müəllim isə rəisə cavab olaraq dedi: 

– Yoldaş rəis, niyə, pis deyildi, otaq küçəyə nisbətən isti idi. 



   

* * * 

Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr başlandığı 

dövürdən bütün məclislərdə - toylarda, yaslarda və digər yerlərdə söh-

bətlər  bu  mövzusuz  keçmirdi.  İnsanlar  istər-istəməz  bu  mövzuya 

toxunur və hər kəs münasibətini özü başa düşdüyü kimi bildirdi.  

Mənim  də  iştirak  etdiyim  məclislərin  birində  Nuru  müəllim 

bu məsələyə münasibətini belə bildirirdi: 



 

214 


– Erməniər Qarabağı bizdən istəyirlər. Yaxşı, Qarabağı ermə-

nilərə  verdik.  Mən  bilmirəm,  belə  olanda,  “Qarabağ  şikəstəsi”ni 

hansı erməni və nə təhər oxuyacaq?!... 

 

 



Biləcik zarafatları 

 

Ay qardaş, ona deyin, mənim uşaqlarıma da qalsın 

 

“Ay  qardaş”  ləqəbli  Oruc  qızını  köçürür.  Qızının  3-cü  oğlu 

dünyaya gəlir. Cavanlar Oruca zarafatla deyirlər ki, yeznən (kürə-

kənin)  deyib  ki,  bu  dəfə  də  oğlum  olsa  qaynatamın  adını  qoya-

cağam. Oruc kefini pozmadan deyir: “Ay qardaş, ona deyin, daha 

bəsdir, mənim uşaqlarıma da qalsın.” 



 

Pulu götürərsən yoxsa ağılı? 

  

“Ay qardaş” Oruc zarafatla II Biləcik kənd sakini Qurban da-

yıya deyir:  – Sənə desələr ki, 1000 dollar pulu götürərsən,  yoxsa 

ağılı, nə edərsən?”. Qurban dayı heç fikirləşmədən deyir:  

–  Ağılı.  Oruc  deyir  ki,  hə,  düz  eləyirsən,  kimə  nə  lazımsa, 

onu götürəcək. Mənə qalsaydı, pulu götürərdim. 



 

Dodu zarafatları 

 

Sərxoş  Həşim  arvadı  ilə  bərk  sözləşir.  Sərxoşluğundan  cana 

doyan  arvad  “sən  kişi  deyilsən”  -  deyib  onu  təhqir  edərək  evdən 

çıxıb gedir. Müəyyən müddətdən sonra qohum - qardaş xahiş edib, 

yalvarırlar  ki,  arvadla  barış.  Sərxoş  Həşim  barışmır  ki,  “ürəyimi 

sındırıb, heçvaxt barışmaram” deyib durur, tək-tənha yaşayır. 

Bir gün o dostları ilə “Soyuq bulaq” restoranında bərk yeyib 

içir,  özündə  olmur.  Dostları  bir  “canan”  var  deyib  onu  qadınla 

tanış etmək istəyirlər. Tənhalıq Sərxoş Həşimi üzdüyündən razıla-

şır.  Onu  “Bolqa”  maşınının  arxa  oturacağında,  həmin  “cananla” 

yanaşı oturdub evə  yola salırlar. Həmin gecə təsadüfən  işıqlar da 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə