Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə67/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   63   64   65   66   67   68   69   70   ...   147

 

215 


yanmır.  Gecə  yarı  Sərxoş  Həşimin  dostu  zəng  çalıb,  hal-əhval 

tutub,  vəziyyəti  soruşur.  O  razılıq  edib  deyir,  “ə  bu  “canan”  qa-

ranlıq evdə qatıq tapıb mənə içirtdi, ayağımı isti suya qoydu, mə-

nə böyük nəvaziş göstərir, sərxoşluq sənə yaraşır, sən əsl kişisən, 

deyib üzümdən öpür. Sən öl bu əsl məleykeyi Huri mələkdir. Hər 

şey əladır”.  

Sərxoş Həşim səhər özünə gələndə  yataqda  yatan qadının öz 

arvadı  olduğunu  görüb,  pərt  olsa  da,  özünü  itirmir,  deyir:  “gör-

dünüz  mən  deyən  oldu,  huri  mələyə  rast  gəldim,  mən  əsl  ki-

şiyəm”.  İndi  o  dörd  qız,  iki  oğul  atasıdır,  sərxoşluğu  da tərgidib. 

Odur ki, ona “Sərxoş Həşim” yox, “kişi Həşim” deyirlər. 

 Əldən-ayaqdan  düşmüş  ağsaqqal  bir  qoca  dilənmək  üçün 

Doduya sarı gedir. Onu ən əvvəl yolda əminəvəsi Nütvəli Əhməd 

oğlu  görür  və  qocaya  çox  yazığı  gəlir.  Nütvəli  onu  başa  salır  ki, 

kişi,  get  kəndə  və  de  ki,  mən  müharibədən  -  Əyyubun  yanından 

gəlirəm. Nütvəli Əyyubun görkəmindən, sir-sifətindən, xarici gö-

rünüşündən  də  qocaya  az-çox  məlumat  verir.  Biz  həyətdə  oyna-

yırdıq.  Birdən  elə  bil,  bomba  partladı:  hamı  qaçıb  qocanı  qucaq-

layır, öpür, “Əyyubu görən gözlərinə qurban” deyirdi. Qocaya çox 

hörmət göstərirlər, çimizdirirlər, saqqalını düzəldirlər, təmiz paltar 

geydirirlər, yaxşı yedizdirirlər, hədiyyələr verirlər. Bir həftə içəri-

sində  qoca özünə  gəlir,  sanki  cavanlaşır.  Qoca  yola  düşüb  gedən 

vaxtanda  Əyyub  əminin  cavan  və  gözəl  gəlini  qocanın  gözlə-

rindən öpüb yola salanda deyir ki, ay dədə indi de görüm ki, Əy-

yub hardadır. Qoca isə cavabında: 

–  Hardadırsa, oradadır,      

Gəlirsə, bil, yoldadır 

Ölübsə, bil, gordadır - deyib öz yoluna davam edir. 

 

  Məzhəkəçi  Nuru  qumarda  uduzduqdan  sonra  avtobusa 



oturub suyu süzülə-süzülə evlərinə gedir. Avtobusda onun  yanın-

da  oturan  qadın  sumkanın  içində  toyuq  aparırmış.  Maşın  hərəkət 

etdikcə,  atılıb-düşdükcə  toyuq  da  qığıldayır,  səs  salırmış.  Nuru 

çox  narahat  olduğundan  qadından  soruşur  ki,  bu  nədir?  Toyuğu  




 

216 


hara  aparırsan?  Qadın  cavab  verir  ki,  bazara  satmağa  aparıram. 

Nuru soruşur ki, toyuğu neçə manata satırsan? Arvad cavabında - 

“Sənə  21  manata”deyir.  Nurunu  elə  bil  ilan  vurur  və  arvadın 

üstünə  qışqırır  ki,  “21”-  lə  vurub  mənim  “bankımı  aparıblar,  sən 

də  mənə  “21” gəlirsən, ayıb olsun. Biz  - avtobusdakılar  bu  “söv-

dələşmədən”  çaşıb  qalmışdıq;  axı  “qumarbazlar  üçün  ən  qorxulu 

rəqəm əlindəki “21”- dir.  

 

Günləri  bir  günü  dükanda  pinəçilik  edən  Həsən  dayıya 

xəbər verirlər ki, kişi, oğlun gilas ağacından yıxılıb qıçı sınıb. Bu 

xəbərdən özünü  itirən Həsən dayı soruşur ki, bu  necə olub, hansı 

qıçı, qabaq sınıb, ya dal qıçı? Xəbər gətirənlər bildirirlər ki, ağac-

dan yıxılan uzunqulaq deyil, oğlundur. Uşağın sağ qıçı sınıb. 

 

Xatirəyə dönmüş zarafatlar 

 

Əliağa  Kürçaylı  öz  sadə,  şux,  qayğıkeş,  fədakar    təbiətilə 

bütün  yazışıların dərin  hörmətini qazanmışdı.Hətta ən ciddi, quru 

xasiyyətə  malik  qocaman  yazıçıların  da  ona  xüsusi  məhəbbəti 

vardı. Öz insani kefiyyətlərilə xüsusilə seçilən qocaman yazıçımız 

Əli  Vəliyev  ona  əsl  övlad  məhəbbətilə  yanaşar,  Əliağa  da  onun 

mötəbər ağsaqqallığına səcdə edərdi. Digər tərəfdən zarafat sahə-

sində  fövqəladə  səriştəsinə  görə  belə  ağsaqqalları  da  ustalıqla 

zarafata çəkməkdən qalmazdı. 

Şəkidə işlədiyim zaman Əliağa bir gün mənə zəng vurub bil-

dirdi  ki,  Əli  müəllim  10  günlüyə  Şəkiyə  gəlir,  lazımi  qayğı  gös-

təriləcəyinə  şübhəm  yoxdur,  amma  bir  xahişim  də  var.  Məndə 

Abşeron  şanısından  hazırlanmış  əla  şərab  olduğunu  bilirdi.  Şəra-

bın şirinliyi elə idi ki, onu üzüm şirəsindən ayırmaq çətin olurdu. 

Digər tərəfdən təsiri də yüksək olub tez özünü göstərirdi.  

Xahişi  bu  idi  ki,  heç  vaxt  spirtli  içki  içməyən  Əli  müəllimi  

üzüm  şirəsi  adı  ilə  həmin  şəraba  qonaq  edim.Etiraz  etmək 

istədimsə də, onun təkidli xahişi qarşısında geri çəkilməli oldum. 




 

217 


Əli  müəllimi  qarşılayıb  qonaq  evində  yerləşdirdikdən  sonra 

nahar üçün evimə gətirdim və Şəki plovunun yanında bir qrafin də 

həmin şərabdan qoydum. Mən Əli müəllimə bunun Abşeron şanı-

sından  hazırlanmış  üzüm  şirəsi  olduğunu  deyərək  fujerə  süzdüm 

və dadına baxmağı  xahiş etdim. Heç   bir şeydən şübhələnməyən 

Əli  müəllim  “hə,  üzüm  şirəsini  sevirəm,  o  ki  ola,  Abşeron  şanı-

sından” deyərək dadına baxıb təriflədi və yavaş-yavaş bir neçə fu-

jer  içdi.  Təxminən  bir  saatdan  sonra  stol  arxasından  qalxarkən 

səndələməyə başladı və üzünü mənə tutaraq “üzün qara olsun, de-

yəsən  70  yaşından  sonra  mənə  üzüm  şirəsi  adı  ilə  ayrı  şey  içir-

misən” deyərək bərk tənə vurdu. Mən: - Əli müəllim, bəs siz özü-

nüz  yoxladınız  axı?  -  deyərkən,  “Bəs  üzüm  şirəsindən  də  sərxoş 

olarlar, mən əməlli başlı sərxoşam, başım gicəllənir?!” Mən yenə: 

-  Əli  müəllim,  üzüm  şirəsində  də  az  miqdarda  spirt  olur,  amma 

boş  şeydir,  indicə  keçib  gedər  -  dedimsə  də,  bilirdim  ki,  onun 

gücü  hələ  xeyli  artacaqdır.  Biz  2  saatdan  çox  “Marxal”  istirahət 

zonasını  gəzib  qonaq  evinə  qayıdarkən  Əliağa  Kürçaylıya  zəng 

vurmağımı  xahiş  etdi. Zəng edib telefonu ona verərkən salamsız-

kəlamsız ilk sözü bu oldu: “Dostunun üzü qara olsun, 70 yaşımda 

məni pyaniskə etdi”. Əliağadan bir qəhqəhə qopdu və ardınca “Əli 

müəllim,  Sadıq  elə  şey  eləməz,  bəs  siz  özünüz  necə  olub  içmi-

siniz?”  deyərkən  Əli  müəllim:  “Bunu  mənə  deyincə,  bəs  dostun-

dan niyə soruşmursan ki, niyə məni aldadıb, içirib?” 

Səhər tezdən ona baş çəkməyə gedərkən başının ağrıdığını və 

özünü  pis  hiss  etdiyini  deyib  mənə  yenə  də  iradını  bildirdi. 

Sonrakı günlər “Durna qatarı” oçerklər silsiləsi üzərindəki işlərinə 

yüksık  səviyyədə  yardım  edib  (Şəkidə  yaşayan  8  nəfər  Sosialist 

əməyi qəhrəmanı qadın  barədə oçerklər üçün  material toplayırdı) 

mehribançılığımızı xeyli artırdımsa da, həmin zarafatın xəcalətini 

uzun zaman çəkdim. 

Əli  müəllim  Bakıya  qayıdıb  Əliağanı  görərkən  yenə  də, 

“dostunun üzü qara olsun”, deməkdən özünü saxlaya bilmir.  

Lakin  zarafat  bununla  bitmədi.  Əliağanın    fitvası  ilə  Əli 

müəllimə  ərki  çatan  dostları  tez-tez  -  Əli  Qara  oğlu,  deyirlər  iç-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə